Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1916/2020 19.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və mübahisə predmet barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “hüquqmüəyyənedici sənədlərin alınması, pul və əşyaların qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və mübahisə predmet barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “hüquqmüəyyənedici sənədlərin alınması, pul və əşyaların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yerləşən 200 kv.m. torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə görə hüquqmüəyyənedici sənədlərin cavabdeh tərəfindən onun adına rəsmiləşdirilməsi, cavabdehdən 4.300 ABŞ dolları ödəniş günü manat məzənnəsi ilə pul, 1 ədəd qol saatı və 5 ədəd qızıl dişin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, 2014-cü ilə kimi Ukraynada yaşamışdır. Azərbaycanda ev almaq istəmiş və bu məqsədlə 2008-ci ildə əmisi nəvəsi Maraqlı şəxs müraciət etmişdir. Aslan ona bildirmişdir ki, özün məxsus olan Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin 200 kv.m hissəsini və orada tikilmiş evi ona sata bilər. Lakin bir nəfər tapsın ona etibarnamə versin ki, torpaq sahəsini və üzərindəki evi özəlləşdirsin, sonra onun adına keçirsin. O, bacısı oğlu Cavabdeh müraciət etmiş və sənədləşdirmə işlərinin aparılmasını ondan xahiş etmişdir. O, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin 200 kv.m torpaq sahəsini və orada inşa edilmiş kürsülü, 2 otaq, 1 zal, dəhliz, hamam və tualetdən ibarət olan fərdi yaayış evini almaq üçün Maraqlı şəxs 2008-ci ildə 30.000 ABŞ dolları pul vermişdir. Cavabdeh isə tapşırmışdır ki, Aslandan etibarnamə alsın və torpağı və evi sənədləşdirsin ki, o, Azərbaycana qayıdanda öz adına keçirə bilsin. Bu məqsədlə Aslan xx.xx.2009-cu ildə Elçinin adına etibarnamə vermişdir. Lakin Elçin öhdəliyini yerinə yetirməmiş, torpaq sahəsini və evi sənədləşdirməmişdir. Bundan başqa o, Elçinə saxlaması üçün 3000 ABŞ dolları və 1300 ABŞ dolları olmaqla, cəmi 4.300 ABŞ dolları pul, 1 ədəd qol saatı və 5 ədəd qızıl dişini saxlamaq üçün vermişdir. Hazırda Elçin ondan aldığı pulu və əşyaları da özünə qaytarmamışdır. Hazırda Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin 200 kv.m torpaq sahəsini və orada inşa edilmiş kürsülü, 2 otaq, 1 zal, dəhliz, hamam və tualetdən ibarət olan fərdi yaayış evini Maraqlı şəxs ona verməkdən imtina etmir. Hesab edir ki, Elçin sənədləşdirməni öhdəsinə götürdüyünə görə vədini yerinə yetirməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh və mübahisə predmet barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 489 nömrəli sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yerləşən 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Maraqlı şəxs ayrılmışdır. Maraqlı şəxs xx.xx.2009-cu il tarixli ƏN-İ 130669 nömrəli etibarnamə ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 489 nömrəli sərəncamına əsasən ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yerləşən 600 kv.m. torpaq sahəsinin 200 kv.m. torpaq sahəsini özəlləşdirməyi, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar Maraqlı şəxs adından ərizə verməyi və digər hərəkətlər etməyi Cavabdeh etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Etibarnamə xx.xx.2059-cu ilədək qüvvədədir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 489 nömrəli sərəncamına əsasən Maraqlı şəxs fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yerləşən 600 kv.m. torpaq sahəsinin 200 kv.m. torpaq sahəsini və oradja inşa edilmiş fərdi yaşayış evinin sənədləşdirilməsi üçün Maraqlı şəxs daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etməli və müvafiq sənədləri əldə etməlidir. Həmin torpaq sahəsinin sənədləşdirilməsi Cavabdeh iradəsindən asılı deyil və onun vəzifəsi deyildir. Həmçinin iddiaçı cavabdehə 4.300 ABŞ dolları pul, 1 ədəd qol saatı və 5 ədəd qızıl diş verdiyini və həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, iddia rədd edilməli, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh və mübahisə predmet barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yerləşən 200 kv.m. torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə görə hüquqmüəyyənedici sənədlərin cavabdeh tərəfindən onun adına rəsmiləşdirilməsi, cavabdehdən 4.300 ABŞ dolları ödəniş günü manat məzənnəsi ilə pul, 1 ədəd qol saatı və 5 ədəd qızıl dişin alınaraq ona verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1916/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1916/2020
19.10.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver