Məhkəmə qərarları › İş №2(102)-1783/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1783/2020

12.06.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1783/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)12429/2019 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(004)-3360/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.B.Mehrəliyev) İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması və borcun ümumi əmlakda olan paya yönəldilməsi” barədə iddiası təmin edilərək, məhkəmənin xx xxxx 2012-ci il tarixli icra sənədi üzrə tələbin yönəldilməsi məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 124 saylı evin 39-cu mənzilinə cavabdeh xxx ½ hissədə payının ayrılması, həmin payın açıq hərracdan satılması və payın satılmasından əldə edilmiş məbləğin iddia tələbi həcmində Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə 44.500 ABŞ dollarının ödəniş gününə uyğun məzənnəyə əsasən manatla İddiaçı ödənilməsi qət edilib. Cavabdeh2 qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)1280/2019 saylı qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və E.C.Kazımov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. Cavabdeh2 qətnamədən kasasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-5434/2019 saylı qərarı ilə (hakimlər İ.R.Xələfov sədrlik edən, məruzəçi, Q.Ə.Allahverdiyev və Ə.Ə.Şadiyev) kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)12429/2019 saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iddia rədd olunub. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli icra sənədi üzrə tələbin yönəldilməsi məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 124 saylı evin 39-cu mənzilinə cavabdeh xxx ½ hissədə payının ayrılması, həmin payın açıq hərracdan satılması və payın satılmasından əldə edilmiş məbləğin iddia tələbi həcmində qanuni qüvvəyə minmiş qeyd olunan qətna məsi ilə 44.500 ABŞ dollarının ödəniş gününə uyğun məzənnəyə əsasən manatla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili xxx kasasiya şikayə tində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili xxx nin izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı rədd edərkən, iddianın əsassız olmasına, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 224.1, 224.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və pro sessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 “xxxx” MTK və digərlərinə qarşı iddiası təmin edilərək, Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri, Nızami rayonu, E.Süleymanov küçəsi, 124-saylı evin bir otaqlı 39cu mənzilinə dair notarial qaydada bağlanmış xx xxx 2010-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməşi, mənzilə Cavabdeh2 mülkiyyət hüququnun tanınması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mənzilin boşaldılaraq Cavabdeh2 həmin mənzilə köçürülməsi qət edilib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ilə sözügedən qətnamə “Cavabdeh2 adına Bakı şəhəri, Nizamı rayonu, E.Süleymanov küçəsi, 124-saylı evin bir otaqlı 39-cu mənzilinə mülkiyyət hüququnun tanınması” hissəsində dəyişdirilərək, mənzilə Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasının Reyestr Xidmətinə həvalə edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması və Cavabdeh1 24.093 manat pulun tutulub İddiaçı verilməsi qət edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2012-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Eyni zamanda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 44.500 ABŞ dollarının tutulub İddiaçı ödənilməsi qət edilib. xx xxxxx 2012-ci il tarixdə qətnamə qanuni qüvvəsini alıb və icraya yönəldilib. Bundan sonra, qətnamənin icrası ilə əlaqədar olaraq icra məmurunun təqdimatına əsasən Cavabdeh1 Cavabdeh2la birgə nikahda olduqları dövrdə əldə edilmiş mənzilin Cavabdeh1 aid hissəsinin dəyərinə Bakı şəhəri Yasamal Rayon Məhk əməsinin xx xxxxxxx 2013cü il tarixli qərardadı ilə həbs qoyulub. Hazırda Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 124 saylı evin bir otaqlı 39 saylı mənzili ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1 və Cavabdeh2 adına qeydiyyatdan keçib və onların mülkiyyətindədir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, apelyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbini təmin etməklə düzgün olmayan hüquqi nəticəyə gəlib Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmayıb, maddi hüquq normalarının tətbiqində səhvə yol verilərək nəticədə əsassız qətnamə çıxarılıb. Məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli, 89 saylı Qərarı ilə təsdiq edilən “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Siyahısının 1-ci bəndinə əsasən, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) icra sənədi üzrə icra yönəldilə bilməz. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan iddiaçının iddia tələbi ilə razılaşmayıb haqlı olaraq qeyd edib ki, qətnamənin borcluya məxsus paya yönəldilməsi qanunun tələbinə uyğun olaraq mümkün hesab edildiyi təqdirdə mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224-cü maddəsinin tələblərinə əsasən həll edilə bilərdi. Belə ki, həmin Məcəllənin 224.1-ci maddənin mənasına görə, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 224.2-ci maddəsində göstərilir ki, əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyə tçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir (Mülki Məcəllənin 224.2-ci maddəsi). Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən Reyestr Xidmətinin xx xxxxxx 2019-cu il tarixli məlumatını nəzərə alıb müəyyən etmişdir ki, Cavabdeh2 adına Lənkəran rayonu, Parakənd kəndində 0,05 ha həyətyanı və 0,91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri qeydə alınıb. Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 124 saylı evin bir otaqlı 39-cu mənzilinin bir hissəsi Cavabdeh2, bir hissəsi isə Cavabdeh1 adlarına mülkiyyət hüququ üzrə qeydiyyatdan keçib və hazırda mülkiyyətlərindədir. Göründüyü kimi mübahisəli mənzil bir otaqlı olmaqla, borclu Cavabdeh1 və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək yeganə yaşayış sahəsidir. Ona görə də borclu Cavabdeh1 barəsində icra sənədi icra olunarkən tələb sözügedən mənzilin ona aid oluna hissəsinə yönəldilə bilməz. Lakin, bu o, demək deyildir ki, kreditor İddiaçı borclu Cavabdeh1 başqa ümumi əşyalardakı (məsələn həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki) paylarına tutmanın yönəldilməsini və həmin əşyalardakı paylarının ayrılma sını tələb edə bilməz. Bunun üçün ilk növbədə kreditor borclunun ümumi əmlakdakı payının naturada ayrılmasını tələb etməli, bu mümkün olmadıqda və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz etdikdə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin və sair. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə razılaşmır və apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edi b və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-12429/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar