Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5434/2019 01.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X4 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli 2(103)-1280/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev, iş № 2(004)-3360/2018) İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı mənzilə mülkiyyət hüququnun tanınması və bo rcun ümumi əmlakdakı paya yönəldilməsi tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 06 mart 2012-ci il tarixli icra sənədi üzrə tələbin yönəldilməsi məqsədi ilə N saylı mənzilinə cavabdeh X2 ½ hissədə payının ayrılması, həmin payın açıq hərracdan satılması, həmin payın satılmasından əldə edilmiş məbləğin iddia tələbi həcmində Bakı şəhəri Yasamal rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 06 mart 2012-ci il tarixli qətnaməsi ilə qət edilmiş 44.500 ABŞ dollarının ödəniş gününə uyğun məzənnəyə əsasən manatla İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməs inin 08 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 06 mart 2012-ci il tarixli qətnaməsi ilə X1 cəmi 44.500 ABŞ dollarının tutularaq İddiaçı ödənilməsi qət edilmiş və qətnamənin icrası ilə əlaqədar icra məmurunun təqdimatına əsasən X6 Aslanovla birgə nikahda olduqları dövrdə əldə edilmiş mənzilin X3 aid hissəsinin dəyərinə Yasamal rayon məhkəməsinin 04 oktyabr 2013-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur. 2018-ci ilin mart ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Həmidə Novruzova ilə mübahisəli mənzilə dair 21 may 2010-cu il tarixdə alqı-satqı müqaviləsinin bağlanmasını, həmin mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak olduğu üçün alqı-satqı müqaviləsinin etibarsız sayılmasını, mənzilin hazırda Həmidə Novruzova ilə Cavabdeh2 birgə mülkiyyətində olmasını əsas göstərməklə mənzilin Həmidə Novruzovaya aid ½ hissəsinə onun mülkiyyət hüququnun tanınmasına, icra sənədi üzrə Həmidə Novruzovadan onun xeyrinə tutulmalı olan 44.500 ABŞ dolları məbləğində pulun Həmidə Novruzovanın payına yönəldilməsinə, həmin payın açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borcunun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh2 kassasiya şikayəti verərək mübahisəli mənzilin onun yeganə yaşayış yerinin olması ilə əlaqədar mənzilə tutmanın yönəldilməsinin qanunsuz olmasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əs as göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya insta nsiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş qaydada təmin edilməsini qanuni sayarkən Nın mülkiyyətində başqa əmlakın olmamasını, sonuncudan pul tutulması barədə qətnamənin qanuna görə mütləq icra edilməli olmasını, Nın payına həbsin qoyulmasının yuxarı məhkəmə instansiyaları tərəfindən qanuni sayılmasını əsas göstərmiş və bu zaman maddi hüquq norması kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 36, 37 və 41-ci maddələrinə istinad etmişdir. Kollegiya hesab edir ki, qətnamə qanunun qüvvəsini n düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qanuni sayıla bilməz. İş materiallarından görünür ki, Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində başlıca dəlil kimi tutmanın yönəldilməsi tələb edilən mənzilin onların yeganə yaşayış yerinin olmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin məzmununa və mənasına görə apellyasiya instansiyası məhkəməsi işə yalnız apellyasiya şikayəti əsasında baxır, şikayətdə irəli sürülən dəlillərin düzgünlüyünü yoxlayır, onlara qiymət verir və eyni zamanda şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır və s. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə cavabdehin yuxarıda göstərilən dəlilinə istinad etsə də, həmin dəlilin düzgünlüyünə, göstərilən vəziyyətdə tutmanın cavabdehlərin ümumi mülkiyyətində olan mənzilin borcluya məxsus hissəsinə yönəldilməsinin mümkünlüyünə qiymət verməmiş və həmin hissədə gəldiyi nəticəni qanunun tələblərinə uyğun əsaslandırmamışdır. İcra məmurunun təqdimatı əsasında borcluya məxsus əmlakın üzərinə həbs qoyulması özlüyündə iddianın təmin edilməsi üçün əsas ola bilməz. Kollegiyaya görə apellyasiya instansiyası məhkəməsinin qətnamənin icra edilməsinin məcburiliyinə dair göstərdiyi əsas da mübahisənin göstərilən qaydada həlli üçün əsas verməmişdir. Mülki Qanunvericilik və Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi məhkəmə qərarlarının icrasının məcburiliyini müəyyən etdiyi kimi, qanun eyni zamanda həmin qərarların icrası üçün normalar müəyyən etmişdir. İcrası məcburi olan qərarlar mütləq həmin normaların tələblərinə düzgün əməl edilməklə icra olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli qərarı ilə fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlakların siyahısı təsdiq edilmişdir. Həmin siyahının 1-ci bəndinə görə borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) icra sənədi üzrə icra yönəldilə bilməz. Lakin apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasını qanuni sayarkən gəldiyi nəticəni tutmanın ümumi mülkiyyətdə olan bir otaqlı mənzilə yönəldilməsinin mümkünlüyünü işin yuxarıda göstərilən halları baxımından əsaslandırmamışdır. Kollegiya hesab edir ki, qətnamənin borcluya məxsus paya yönəldilməsi qanunun tələbinə uyğun olaraq mümkün hesab edildiyi təqdirdə mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224-cü maddəsinin tələblərinə əsasən həll edilə bilərdi. Mülki Məcəllənin 224-cü maddəsinə görə paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. (224.1.) Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını v ə satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. (224.2.) Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə qanunun həmin normasının tələbinə uyğun həll edilməmiş, tutma yönəldilən əmlakı almaq ümumi mülkiyyətin iştirakçısı Cavabdeh2 təklif olunmamış, onun bu barədə olan fikri aydınlaşdırılmamışdır. Göstərilənlə rlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 25 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5434/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5434/2019
01.08.2019 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver