Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1929/2022 16.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Xəlilova Təhminə Cəmil qızının sədrliyi X9 oğlunun katibliyi İddiaçı İddiaçının vəkili və nümayəndəsi Nümayəndə3 Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.10.2017-ci il təvəllüdlü X2 iddiaçının övladı olmadığı üçün 17.04.2018-ci il tarixindən ödənilmiş aliment məbləği 37 000 manat pulun cavabdehdən tutularaq ona geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müafiə edərək izahatında göstərmişdir ki, Xətai Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli 2(011)-4415/2018 saylı qətnaməsi ilə iddiaçı X1 ona qarşı nikahın pozulması və aliment iddiası təmin edilərək, digər tələblərlə yanaşı 29 dekabr 2013-cü il təvəllüdlü X3, 24 aprel 2015-ci il təvəllüdlü X4 və 14.10.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 17.04.2018-ci il tarixdən başlayaraq İddiaçı X1 xeyrinə hər ay iddiaçının qazancının yarısı miqdarında aliment tutulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli 2(011)-590/2020 saylı qətnaməsi ilə onun 14.10.2017-ci il təvəllüdlü X2 atası olmaması müəyyən edilmişdir. Xətai Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli 2(011)-4415/2018 saylı qətnaməsinə əsasən ondan həmin uşağın saxlanılması üçün 37000 manat məbləğində aliment tutulmuşdur. Hesab edir ki, həmin uşağın atası olmadığından həmin məbləğ ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçının izahatını müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 21.01.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, Xətai Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli 2(011)-4415/2018 saylı qətnaməsinə əsasən iddiaçıdan 17.04.2018-ci il tarixdən 04.02.2022-ci il tarixədək olan dövr üçün 3 uşağa görə cəmi 108 885 manat aliment məbləği tutulmuşdur. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə İddiaçı İmanova (Səfərəliyeva) Cəmalə Həsən qızından anadan olmuş 14.10.2017-ci il təvəllüdlü X2 valideyni olmaması müəyyən edildiyindən Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən isə uşaqları saxlamaq valideynlərin vəzifəsi olduğundan və iddiaçıdan həmin uşaq üçün 36 295 manat (108 885:3) məbləğində alimentin tutulması müəyyən edildiyindən iddia qismən əsaslıdır və qismən təmin edilərək cavabdehdən 36295 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia qismən təmin edilsin. İmanova (Səfərəliyeva) Cəmalə Həsən qızından 36 295 (otuz altı min iki yüz doxsan beş) manat pul tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 201 (iki yüz bir) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1929/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1929/2022
16.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver