Məhkəmə qərarları › İş №2(004)-195/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-195/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-195/2021 14.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X2, cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı dəymiş zərərə əsasən sığorta ödənişinin həyata keçirilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı dəymiş zərərə əsasən sığorta ödənişinin həyata keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Saatlı RKC-nin idarə heyətinin sədri ilə arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli əmlakın alqı-satqısına dair müqaviləyə əsasən Saatlı RKC-ə məxsus Saatlı rayonu H.Əliyev ünvanında yerləşən ümumi sahəsi 79,1 kv.m olan 15 saylı mağazanın iki otaqdan ibarət sahəsini almışdır. Həmin mağazada elektrik mallarının satışı ilə məşğul olur. xx xxxxxxx 2018-ci il tarixdən bir il müddətinə cavabdeh təşkilatda mağazasını icbari sığorta, həmin tarixdən də bir il müddətinə isə mağazamdakı əmlakı yanğından və digər əlavə risklərdən sığortalamışdır. X3 xx xxxxx 2019-cu il tarixdə idarə etdiyi “VAZ-2106” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili Saatlı şəhəri Heydər Əliyev prospektində idarə edərkən idarəetməni itirib mağazasına girərək nəticədə mağazaya və mağazada olan əmlaklarına ümumilikdə 13902 manat 40 qəpik ziyan vurmuşdur. Hadisədən dərhal sonra cavabdeh ’’xxxx” ASC-nin nümayəndəsi hadisə yerinə gələrək mağaza binasına və mağazada olan əmlaklara baxış keçirib siyahısını hazırlamışdır. Bu hadisəyə görə “VAZ-2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta olunduğu ’’xxxx” ASC xx xxxx 2019-cu ildə ona 5000 manat ödəmişdir. Qalan məbləği isə 8902 manat 40 qəpik pulu cavabdeh “xxxx” ASC ona ödəməmişdir. Bununla bağlı etmiş olduğu müraciətlərə cavab olaraq cavabdeh təşkilat ona “xxxx” ASC tərəfindən 5000 manat ödənilməsinə görə sığorta ödənişindən tamamilə imtina etmişdir. Qeyd edilənlərə əsasən, “xxxx” ASC-dən 8902 manat 40 qəpik sığorta ödənişin, ziyanın qiymətləndirilməsi üçün ödədiyi 300 manatın və 30 manat 40 qəpik dövlət rüsumunun, cəmi, 9232 manat 80 qəpik pulun və qətnamə çıxanadək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu hesablanaraq alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izhat verdi və əlavə olaraq bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs ekspert rəyi ilə tamami ilə razıdır. Belə ki, həmin rəydə dəymiş zərərin real qiyməti göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onlar daşınmaz əmlakla bağlı hissədə ekspert rəyi ilə razıdır, lakin daşınar əmlakla bağlı hissədə ekspert rəyi ilə razı deyillər. Belə ki, həmin əşyaların hadisə vaxtı həmin obyekdə olması heç nə ilə sübut olunmur. İddiaçı tərəfindən həmin əşyaların sənədləri, qaimələri məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Azersurvey” LLC Azerbaijanın AZSB-071/19 saylı, xx.xx.2019-cu il tarixli dəymiş ziyanın qiymətləndirilməsi hesabatından görünür ki, Saatlı rayonu, H.Əliyev ünvanında yerləşən 2 otaqdan ibarət 15 saylı mağaza və oradakı əmlaklara dəymiş ziyanın məbləği 12986.40 manat məbləğində müəyyən edilmişdir. Əmlak üzrə ekspertin 633 və 632 saylı xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus daşınmaz əmlaka dəymiş ziyanın məbləği 2078.80 manat, daşınar əmlaka dəymiş ziyanın məbləği isə 2675 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh «xxxx» ASC ilə daşınmaz əmlakın icbari sığortasına dair müqavilə bağlayaraq özünə məxsus Saatlı rayonu, H.Əliyev ünvanında yerləşən 2 otaqdan ibarət 15 saylı mağazanı və həmin mağazada yerləşən daşınar əmlakları yağından və digər əlavə risklərdən sığortalatmışdır. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinə əsasən daşınar əmlakın şərtsiz azad olma məbləği 200 manat, daşınmaz əmlakın isə 100 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixində X3 idarə etdiyi VAZ 2106 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək, iddiaçıya məxsus Saatlı rayonu, H.Əliyev ünvanında yerləşən mağazaya ziyan vurmuş, hadisə nəticəsində X3 təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, 40 manat məbləğində cərimə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərin qarşılığı olaraq qəzaya səbəb olmuş minik avtomobilin mülki məsuliyyətini sığortalayan sığorta şirkəti tərəfindən 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin cavabdehdən sığorta ödənişinin əvəzi olaraq 8902 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/4687 nömrəli, xx.xx.2021-ci il və 10/2991 saylı, xx.xx.2021-ci il tarixli rəylərinə əsasən, Saat rayonu, H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsində baş vermiş hadisə nəticəsindəm yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2900 manat, həmin qeyri-yaşayış sahəsində yerləşən əşyaların orta bazar qiyməti isə 9852.40 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya məxsus daşınar və daşınmaz əmlaka dəymiş zərərin miqdarı ümumilikdə 12752.40 manat məbləğində müəyyən edilmiş, həmin ziyanın 5000 manat məbləği qəzaya səbəb olmuş minik avtomobilin mülki məsuliyyətini sığortalayan sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş, hazırda iddiaçıya məxsus əmlaka dəymiş və ödənilməmiş zərərin miqdarı 7752.40 manat məbləğindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 897.4-cü maddəsinə görə İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 15.2-ci maddəsinə görə zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Həmin Qanunun 16.4-cü maddəsinə görə sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Həmin Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 56.1.2-ci maddəsinə görə isə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri 5000 manat məbləğində müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəm hesab edir ki, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən maddi zərərin əvəzi kimi 7452 (yeddi min dörd yüz əlli iki) manat 40 (qırx) qəpik manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin qətnamə çıxanadək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu hesablanaraq alınıb ona verilməsi hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, cavabdeh iddiaçıya məxsus daşınar və daşınmaz əmlaka dəymiş zərərin qəzaya səbəb olmuş minik avtomobilin mülki məsuliyyətini sığortalayan sığorta şirkəti tərəfindən tam ödənildiyindən, iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Həmin Məcəllənin 934.2-ci maddəsinsə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Göründüyü kimi cavabdeh iddiaçıya dəymiş sığorta ödənişini müəyyən olunmuş müddətdə ödəməmiş və sığorta olunana sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə bildiriş təqdim etmişdir. Məhkəmə işin araşdırılmış halları ilə cavabdehin iddiaçıya ödəməli olduğu sığorta məbləğinin 7452 (yeddi min dörd yüz əlli iki) manat 40 (qırx) qəpik manat məbləğində müəyyən edilməsini, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiaçı, İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli bildiriş məktubu ilə iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbinə əsasən həmən tarixdən qətnamənin çıxarıldığı tarixədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu hesablanmamaqla cərimənin məbləği 4419.03 ( 593 gün*7.452 ( sığorta ödənişinin 0.1 faizi)) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 4419.03 manat dəbbə pulu (cərimə) əsas borcu münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 500 manat məbləğinədək azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə gecikdirilmiş sığorta ödənişi üçün 500 (beş yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə həmçinin iddia tələbinin ziyanın qiymətləndirilməsi üçün ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı sözü gedən qiymətləndirilmə üçün müvafiq ekspertiza mərkəzinə 300 manat məbləğində ödəniş etməsi barədə məhkəməyə hər hansi bir mötəbər sübutlar təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə həmçinin iddianı bu hissədə təmin etməyərkən sözü gedən ekspert rəyinin iddiaçının öz təşəbbüsü ilə məhkəməyə sübut qismində təqdim edilməsi üçün keçirilməsini də, nəzərə alır. Məhkəmə yuxarıda sadalananlardan əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Əmlak üzrə ekspertin 633 və 632 saylı xx.xx.2019-cu il tarixli ekspert rəyi kifayət qədər araşdırma aparılmadan əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən sığorta ödənişinin əvəzi olaraq 7452 (yeddi min dörd yüz əlli iki) manat 40 (qırx) qəpik, gecikdirilmiş sığorta ödənişi üçün 500 (beş yüz) manat məbləğində dəbbə pulu, ümumilikdə 7952 (yeddi min doqquz yüz əlli iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik məbləğində xidmət haqqının 50 %, yəni 15 (on beş) manat 20 (iyirmi) qəpiyi iddiaçıya aid edilməli, qalan 50 %, yəni 15 (on beş) manat 20 (iyirmi) qəpiyi isə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilidir. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz iyirmi) manat ekspertiza xərcinin 50 %-i, yəni 50 (əlli) manatı iddiaçıdan, digər 50 %-i, yəni 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən sığorta ödənişinin əvəzi olaraq 7452 (yeddi min dörd yüz əlli iki) manat 40 (qırx) qəpik, gecikdirilmiş sığorta ödənişi üçün 500 (beş yüz) manat məbləğində dəbbə pulu, ümumilikdə 7952 (yeddi min doqquz yüz əlli iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz iyirmi) manat ekspertiza xərcinin 50 %-i, yəni 50 (əlli) manatı iddiaçıdan, digər 50 %-i, yəni 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik məbləğində xidmət haqqının 50 %, yəni 15 (on beş) manat 20 (iyirmi) qəpiyi iddiaçıya aid edilsin, qalan 50 %, yəni 15 (on beş) manat 20 (iyirmi) qəpiyi isə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar