Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1955/2020 17.06.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxxxxxxx" x4rşı sığorta ödənişinin ödənilməsi tələbinə dair ilkin və cavabdeh "xxxxxxxxx" x7 İddiaçı qarşı subroqasiya qaydasında pul tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxxxxxxx" x4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxxxxxxx" x6 BA seriyalı, 943407 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən 36111 manat sığorta məbləğinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İddiaçı məxsus Sabirabad rayonu, Bazar daxilində yerləşən ərzaq mağazası "xxxxxxxxx" x12 ilə bağlanmış müqaviləyə əsasən sığorta risklərindən, o cümlədən yanğından sığortalanmışdır. Bu barədə iddiaçıya cavabdeh tərəfindən daşınmaz əmlakın icbari sığortası haqqında BA seriyalı 943407 saylı, 24 yanvar 2019-cu il tarixli şəhadətnamə verilmişdir. Sığorta müqaviləsi bir il müddətinə bağlanmışdır. Sığorta müqaviləsi ilə sığorta məbləği 36111 manat, şərtsiz azadolma məbləği 100 manat məbləğində müəyyən edilmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə - 16 iyul 2019-cu il tarixdə həmin daşınmaz əmlakda iddiaçının təqsiri olmadan yanğın baş vermiş, nəticədə həmin ərzaq mağazası, onun yanında yerləşən x1 məxsus “Çıraq” market və digər ticarət obyektləri yanğının təsirinə məruz qalmışdır. Sığorta məbləğinin alınması üçün iddiaçı ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciətinə baxılmamışdır. Cavabdeh "xxxxxxxxx" x12 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş Sahil Əliyeva dəymiş zərərin əvəzi qismində tərəflərindən ödənilmiş 31000 manat sığorta ödənişi məbləğinin və məhkəmə xərci olaraq ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tutularaq xeyrilərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən x1 məxsus mağaza “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən "xxxxxxxxx" ASC ilə S.Əliyev arasında bağlanmış daşınmaz əmlakın icbari sığortası müqaviləsinə əsasən sığortalanmışdır. Bu barədə S.Əliyeva BA seriyalı 902842 saylı sığorta şəhadətnaməsi verilmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni 16 iyul 2019-cu il tarixdə İddiaçı məxsus ərzaq mağazasında yanğın baş vermişdir. Nəticədə həmin ərzaq mağazasının yaxınlığında yerləşən x1 məxsus “Çıraq market” ərzaq mağazası da yanğına məruz qalmışdır. Yanğın hadisəsi nəticəsində sözü gedən obyektlərə maddi zərər dəymişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 sentyabr 2019-cu il tarixli qərarından yanğının İddiaçı məxsus mağazadan baş verməsi öz təsdiqini tapmışdır. İddiaçı ona məxsus əmlakdan istismar qaydalarına düzgün riayət etməmiş, yüksək enerji tələb edən avadanlıqları buna uyğun olmayan elektrik xətlərinə qoşmuş, eləcə də ticarət mallarını və digər əşyaları elektrik yükləyicilərinə yaxın məsafədə yerləşdirmiş, bununla da onun bu hərəkətləri yanğın hadisəsinin baş verməsinə səbəb olmuşdur. İddiaçı məxsus əmlaka dair “İcbari Sığortalar haqqında” Qanunun tələblərinə uyğun olaraq daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığorta müqaviləsi mövcud olmadığından subroqasiya hüququ zərərvuran şəxsə qarşı yönəlməlidir. S.Əliyeva məxsus mağaza “xxxxxxxxx” ASC-də daşınmaz əmlakın icbari sığortası üzrə təminat aldığından müqavilə ilə müəyyən edilmiş sığorta məbləği 3565/M/CFİ-237/2019 saylı sığorta aktına və 005XOH********** saylı ödəniş tapşırığına əsasən x1 31000 manat “xxxxxxxxx” ASC tərəfinədn sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ilk iddianı müdafiə edərək, qarşılıqlı iddiaya etiraz edərək, ilk iddianın məzmununa uyğun izahat vermiş və əlavə olaraq baş vermiş yanğınla əlaqədar Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində baş vermiş yanğında iddiaçının təqsirinin olmamasının müəyyən edilməsini, bununla da x2 məxsus “Çıraq market”ə baş vermiş yanğın nəticəsində zərərin dəyməsində İddiaçı təqsirinin olmamasını nəzərə alaraq, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, İddiaçı tərəfindən “xxxxxxxxx” ASC-yə sonuncu tərəfindən ödənilmiş 31000 manat məbləğində sığorta ödənişinin əvəzinin ödənilmədiyini bildirərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib hesab edir ki, ilk iddia və qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin 20 sentyabr 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, Azərbaycan Repuslikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2019-cu il tarixli, 19316 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən İddiaçı və x1 məxsus qeyri yaşayış sahələrində baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən müvafiq olaraq 36619,90 manat və 37815,.70 manat olduğu müəyyən edilir. Eyni zamanda həmin qərardan müəyyən olunur ki, Azərbaycan Repuslikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2019-cu il tarixli 20042 saylı yanğın-texniki rəyinə əsasən yanğının mənbəyi ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus ərzaq mağazasının arxa hissəsində soyuducuların quraşdırıldığı sahədə yerləşmişdir. Yanğın, ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus ərzaq mağazasının arxa hissəsində soyuducuların quraşdırıldığı sahədə (yanğının mənbəyində) elektrik qurğularında (daxili elektrik xətlərində, soyuducularda, onlara çəkilmiş elektrik uzadıcılarında və s.) baş vermiş elektrik təbiətli qəza halının (qısa qapanmanın, birləşmə yerlərində keçirici maqavimətin artmasının, artıq yüklənmənin və s.) təsirindən yaxınlıqda yerləşən yanar materialların (izolyasiya örtüklərinin, plastik materialların, yanar ərzaq malların, taxta və s.) alışmasından baş vermişdir. Yanğın baş vermiş mağazanın elektrik qurğularında aparılmış yoxlama və sınaqlarla, hadisə ərəfəsində mağazanın daxili elektrik şəbəkəsinin qurğularının və elektrik avadanlıqlarının (soyuducuların, tənzimləyicinin və s.) texniki cəhətdən düzgün quraşdırıldığı və saz vəziyyətdə olduğunu, həmin qurğu və avadanlıqlarda yaranan elektrik təbiətli qəza halının (qısa qapanmanın, birləşdirici yerlərdə müqavimətin artması və s. nəticəsində əmələ gələn elektrik cərəyanının) şəbəkəni mühafizə edən aparatların (elektrik avtomat açarlar və istilik qoruyucuları) hiss etməyərək avtomatik işə düşməməsinin mümkün olmasını nəzərə aldıqda, baş vermiş hadisə ilə əlaqədar yanğın təhlükəsizlik qaydalarının tələblərinin pozulması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasənsığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 899.1.2-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraqmüvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanılır. Həmin Məcəllənin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Həmin Məcəllənin 898.4-cü maddəsinə əsasən şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir. Həmin Məcəllənin 904.1-ci maddəsinə əsasənsığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasənsığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Həmin Məcəllənin 933.1.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbimövcud olduğu halda həyata keçirilir “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 35.4-cü maddəsinə əsasən yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasəndaşınmaz əmlakın yanğın nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Təqdim olunmuş yazılı sübutlarla İddiaçı məxsus Sabirabad şəhərində yerləşən ərzaq mağazasının iddiaçı ilə “xxxxxxxxx” ASC arasında bağlanmış sığorta müqaviləsinə əsasən məruz qala biləcəyi risklərlə bağlı itkilərlə bağlı sığortalanması, həmin müqavilə üzrə sığorta hadisəsi baş verəcəyi təqdirdə “xxxxxxxxx” ASC-nin razılaşdırılan pul məbləğinin – 36111 manatın ödənilməsinin öhdəlik kimi üzərinə götürülməsi, yanğın nəticəsində iddiaçıya məxsus sıgortalanmış əmlaka dəymiş zərərin 36619,90 manat məbləğində müəyyən edilməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq sığorta hadisəsi nəticəsində dəymiş zərər tələbi ilə məhkəməyə müraciət etmişdir və sığorta məbləği müqavilə ilə 36111 manat məbləğində müəyyən edildiyindən ilk iddia təmin edilməlidir. Eyni zamanda məhkəmə Azərbaycan Repuslikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2019-cu il tarixli 20042 saylı yanğın-texniki rəyi ilə razılaşmır. Belə ki, iddiaçının yanğının baş verməsinə qəsdən yönəldilmiş hərəkətləri müəyyən olmasa da, məhkəmə hesab edir ki, yanğın iddiaçının ehtiyatsızlıqdan etdiyi hərəkətlər nəticəsində baş vermişdir. Belə ki, iddiaçıya məxsus mağazada qısa qapanma nəticəsində yanğın baş verməsinə baxmayaraq mağazanın elektrik şəbəkəsini mühafizə edən aparatların (elektrik avtomat açarlar və istilik qoruyucuları) hiss etməyərək avtomatik işə düşməməsi həmin mühafizə edən aparatların keyfiyyətsiz olmasını və ya düzgün quraşdırılmamasını sübut edir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin 20 sentyabr 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, yoxlama zamanı izahatı alınmış “Beynəlxalq mühafizə” şirkətinin mühafizəçiləri x5 və x3 iddiaçıya məxsus mağazada yanğın baş verməsini aşkar etdikləri anadək mağazada elektirk enerjisinin verilişinin olduğunu və bu səbəbdən mağazanın çöl hissəsində yerləşən baş elektrik açarını söndürdüklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus mağazada yanğının - sığorta hadisəsinin baş verməsi iddiaçının təqsirindən baş verdiyindən və həmin yanğın nəticəsində cavabdehin sığortalısı x1 məxsus mağazaya zərər dəydiyindən, cavabdeh tərəfindən S.Əliyeva 31000 manat məbləğində sığorta ödənişi verildiyindən cavabdeh iddiaçıya qarşı zərərvuran kimi haqlı olaraq subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir və cavabdehin tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edildiyindən, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. “xxxxxxxxx” ASC-dən 36111 (otuz altı min yüz on bir) manat məbləğində sığorta məbləği tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı “xxxxxxxxx” ASC-nin xeyrinə 31000 (otuz bir min) manat məbləğində sığorta ödənişi məbləği və 30 (otuz) manat dövlət rüsumu tutulsun. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1955/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1955/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver