Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-197/2021 22.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh1 QSC BOKT-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 QSC BOKT-a və "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsi və onun dövlət qeydiyyatının xitam edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 QSC BOKT-a və "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsi və onun dövlət qeydiyyatının xitam edilməsi” tələbinə dair iddia ərizəsi ilə 11.05.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış 10.02.2006-cı il tarixli F-158 nömrəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və sonradan 24.10.2017-ci il tarixli akta əsasən Cavabdeh1 QSC-yə güzəşt edilmiş kredit portfeli üzrə təhvil verilmiş - İddiaçı məxsus “Daimler Chraysler” markalı, 2000-ci il buraxılışlı, qara rəngli, WDB2200751A148083 ban nömrəli ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 10.02.2006cı il tarixli F-158 nömrəli ipoteka müqaviləsinə və həmin müqavilə üzrə aparılmış avtomobilin ipotekasının dövlət qeydiyyatına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı (əvvəlki adı X6r) arasında bağlanmış 10.02.2006cı il tarixli F-158 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan “Daimler Chraysler” markalı, 2000-ci il buraxılışlı, qara rəngli, WDB2200751A148083 ban nömrəli ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilini "xxxx" ASC-nin Gəncə filialı qarşısında 10.02.2006-cı il tarixli F-158 nömrəli kredit müqviləsi üzrə aldığı 50.000 ABŞ dollarının təminatı kimi ipoteka ilə yüklü etmişdir. Sonradan biznesində uğursuzluq olduğuna görə borcu ödəyə bilməmişdir. Bank borcunun qaytarılması və borcun ipoteka qoyulmuş avtomobilə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 09.10.2009-cu il tarixli 2(044)-1008/2009 nömrəli qətnaməsinə əsasən cavabdeh X3 40.000 ABŞ dolları əsas borc, 8.621 ABŞ dolları faiz borcu, 1.200 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 49.821 ABŞ dolları pulun "xxxx" ASC-nin Gəncə filialının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş “Daimler Chraysler” markalı, 2000-ci il buraxılışlı, qara rəngli, WDB2200751A148083 ban nömrəli ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir. İddiaçı avtomobili ipoteka ilə yüklü edərkən dəyəri 65.000-70.000 ABŞ doları olmuşdur. İddiaçı 2011-ci ildə avtomobili hərracdan satılması üçün banka təhvil vermişdir, hazırda avtomobil bankın saxlancındadır. Həmin vaxt avtomobilin dəyəri çox yüksək idi. Avtomobil satılsaydı iddiaçının borcu tam ödənilmiş olardı, bank süni şəkildə avtomobilin satılmasına mane olmuş, onun dəyərinin düşməsinə şərait yaratmışdır. Məhkəmənin qərarı icraya yönəldikdən sonra avtomobil açıq hərracda satışa çıxarılmış və açıq hərracda həmin avtomobil satılmamışdır, bundan sonra ipotka saxlayana təklif edilmiş, lakin ipoteka saxlayan təklifi qəbul etməsinə dair öz razılığını bildirməmişdir. Bu səbəbdən Gəncə şəhər İcra İdarəsinin 23.09.2016-cı il tarixli qərarı ilə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 09.10.2009-cu il tarixli 2(044)-1008/2009 nömrəli icra sənədi icra olunmadan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmışdır. Avtomobil 2011-ci ildən bankın saxlancında olsa da bu günə kimi iddiaçının borcundan silinmə olmamışdır. Hazırda iddiaçı avtomobili təmir etdirmək və işlək vəziyyətə gətirməklə, istifadə edərək gəlir əldə etmək və banka olan borcunu ödəmək istəyir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış 10.02.2006-cı il tarixli F-158 nömrəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və sonradan 24.10.2017-ci il tarixli akta əsasən Cavabdeh1 QSC-yə güzəşt edilmiş kredit portfeli üzrə təhvil verilmiş - İddiaçı məxsus “Daimler Chraysler” markalı, 2000-ci il buraxılışlı, qara rəngli, WDB2200751A148083 ban nömrəli ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 10.02.2006cı il tarixli F-158 nömrəli ipoteka müqaviləsinə və həmin müqavilə üzrə aparılmış avtomobilin ipotekasının dövlət qeydiyyatına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 QSC BOKT-nın nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi bildirdi ki, İddiaçı ilə "xxxx" ASC-nin Gəncə filialı arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçıya avtomobil almaq üçün 18 ay müddətinə 50.000 ABŞ dolları kredit verilmiş, kreditin təmini kimi iddiaçıya məxsus “Daimler Chraysler” markalı ** CC *** dövlət nişanlı avtomobili "xxxx" ASCnin Gəncə filialı ilə iddiaçının arasında bağlanmış 10.02.2006-cı il tarixli ipoteka müqaviləsinə əsasən bankın qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı banka olan borcunu ödəyə bilməmiş və borcun ödənilməsi ipoteka predmetinə yönəldilmiş, “Daimler Chraysler” markalı ** CC *** dövlət nişanlı avtomobilə dair hərrac prosesləri keçirilmiş, lakin avtomobil satılmamışdır. “Daimler Chraysler” markalı ** CC *** dövlət nişanlı avtomobil bankın saxlancında olsa da, bankın mülkiyyətinə keçməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-dən X7 aid problemli aktivlərlə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 24.10.2017-ci il tarixdə aktı tərtib olunmuş və iddiaçıya məxsus borc Cavabdeh1 QSC-yə keçmiş, avtomobil və avtomobilə dair sənədlər, kredit və ipoteka müqavilələri, hərracla bağlı sənədlər Cavabdeh1 QSC-yə təhvil verilmişdir. Bu barədə iddiaçıya məlumat verilmişdir. Hazırda banka olan borc ödənilmədiyinə görə avtomobilin ipoteka ilə yüklülüyünə xitam verilməsini əsassız hesab edir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı (əvvəlki adı X6r) arasında bağlanmış 10.02.2006-cı il tarixli F-158 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan “Daimler Chraysler” markalı, 2000-ci il buraxılışlı, qara rəngli, WDB2200751A148083 ban nömrəli ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilini "xxxx" ASC-nin Gəncə filialı qarşısında 10.02.2006cı il tarixli F-158 nömrəli kredit müqviləsi üzrə aldığı 50.000 ABŞ dollarının təminatı kimi ipoteka ilə yüklü etmişdir. Sonradan İddiaçı borcu ödəyə bilməmişdir. Bu səbəbdən bank borcunun qaytarılması və borcun ipoteka qoyulmuş avtomobilə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 09.10.2009-cu il tarixli 2(044)-1008/2009 nömrəli icra vərəqəsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdeh X7 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi” tələbinə dair iddiası qəsmən təmin edilmiş, cavabdeh X3 40.000 ABŞ dolları əsas borc, 8.621 ABŞ dolları faiz borcu, 1.200 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 49.821 ABŞ dolları pulun "xxxx" ASC-nin Gəncə filialının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş “Daimler Chraysler” markalı, 2000-ci il buraxılışlı, qara rəngli, WDB2200751A148083 ban nömrəli ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana - cavabdeh X7 qaytarılması, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın iddiaçı "xxxx" ASC-nin tələbinin ödənilməsi üçün yetərli olmazsa, çatışmayan məbləğin cavabdeh X5 başqa əmlakı hesabına ödənilməsi, ödənilmiş 19,80 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi qət edilmişdir. İcra vərəqəsi 10.12.2009-cu il tarixdə verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09.10.2009-cu il tarixli 2(044)-1008/2009 nömrəli icra sənədi üzrə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən 16.12.2009-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. "xxxx" MMC 14.12.2015-ci il tarixli 01/3537 qeydiyyt nömrəli 01 nömrəli bildirişdən müəyyən edilir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 09.10.2009-cu il tarixli 2(044)-1008/2009 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu X5 mülkiyyətindəki ipoeka predmeti olan “Daimler Chraysler” markalı ** CC *** dövlət nömrə nişanlı avtomobilin satılması ilə bağlı 19.01.2016-cı il tarixdə saat 11:00-da açıq hərrac keçirilməsinə dair borclu X7, tələbkar "xxxx" ASC-yə və Gəncə şəhəri üzrə İcra İdarəsinə bildiriş göndərilmişdir. "xxxx" MMC 05.02.2016-ci il tarixli 01/491 qeydiyyt nömrəli 02/2 nömrəli bildirişdən müəyyən edilir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 09.10.2009-cu il tarixli 2(044)-1008/2009 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu X5 mülkiyyətindəki ipoeka predmeti olan “Daimler Chraysler” markalı ** CC *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti 5.500 manat - 15% = 4675 manat müəyyən edilməklə satılması ilə bağlı 25.02.2016-cı il tarixdə saat 11:00-da açıq hərrac keçirilməsinə dair borclu X7, tələbkar "xxxx" ASC-yə və Gəncə şəhəri üzrə İcra İdarəsinə bildiriş göndərilmişdir. "xxxx" MMC-nin borclu X7, tələbkar "xxxx" ASC-yə və Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanladığı 04.03.2016-cı il tarixli 01/851 nömrəli məlumatından müəyyən edilir ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin 18.11.2015-ci il tarixli A.S.2118/09 saylı sifarişinə əsasən ipoteka ilə yüklənmiş məxsus “Daimler Chraysler” markalı ** CC *** dövlət qeydiyyat nişanlı minik avtomobilin satılması ilə bağlı keçirilmiş hərraclar baş tutmamış, müvafiq olraq təkrar hərracın baş tutmaması barədə market qəzetinin 04.03.2016-cı il tarixli nömrəsində məlumat dərc edilmişdir. Tərəflərin nəzərinə çatdırılmışdır ki, məktubuna əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə 3.506,25 manata ala bilər. Həmin qanunun 43.8-ci maddəsinə uyğun olaraq ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilə bilər. İşin yekununa görə müəyyənləşdirilmiş müddət başa çatdığı andan hərrac təşkilatı məsuliyyət daşımır. Nəzərə alınsın ki, Mülki Məcəllənin 298-ci maddəsinin bəndlərinə əsasən ipoteka saxlayan ipoteka predmetini əldə etdiyi halda ixtisaslaşdırılmış təşkilata ödəniş etməlidir. "xxxx" MMC-nin 22.04.2016-cı il tarixli 01/1497 nömrəli məktubundan müəyyən edilir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09.10.2009-cu il tarixli 2(044)-1008/2009 saylı icra vərəqəsinə və şöbənin 18.11.2015-ci il tarixli AC 2118/09 saylı sifariş məktubuna əsasən X7 məxsus “Daimler Chraysler” markalı,** CC *** dövlət qeydiyyat nişanlı minik avtomobil açıq hərrac vasitəsi ilə satılmalı idi. Sifarişin icrasını təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrində elan dərc edilmiş, tərəflərə bildirişlər təsdiq etmə üsulu ilə göndərilmişdir. Lakin minik avtomobil satılmamışdır. Bu səbəbdən də sifariş məktubu icrasız Gəncə şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmışdır. DİN BDYPİ Gəncə RQİŞ-9 tərəfindən verilmiş 13.12.2005-ci il tarixli AA 680088 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daimler Chraysler” markalı, 2000-ci il buraxılışlı, ** CC *** dövlət qeydiyyat nişanlı minik avtomobili 13.12.2015-ci ildə X5 adına qeydiyyata alınmışdır. AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1974-cü il tarixdə Gəncə şəhərində doğulmuş İddiaçı 02.08.2013-cü il tarixdə seriya AZE ******** saylı şəxsiyyət vəsiəsi verilmişdir. Gəncə şəhəri Nizami Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş adın, ata adının və soyadın dəyişdirilməsi haqqında 17.05.2013-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.1974cü il tarixdə Gəncə şəhərində doğulmuş X9, adını və soyadını - İddiaçı dəyişdirmişdir. 24.10.2017-ci il tarixli S-AVK-GEN-11 nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar Cavabdeh1 QSC X7 aid problemli aktivlərlə bağlı müvafiq sənədlər təhvil alınmışdır. Həmin sənədlərin içərisində ipoteka predmetinin tələbkara təklif edilməsinə dair "xxxx" MMC-nin 04.03.2016-cı il tarixli 01/851 nömrəli məlumatı, avtomobil satılmadığına görə icra sənədinin geri qaytarılmasına dair 22.04.2016-cı il tarixli 01/1497 nömrəli məktubu, icra edilməyən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09.10.2009-cu il tarixli 2(044)-1008/2009 nömrəli icra sənədinin məhkəməyə qaytarılması barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin 23.09.2016-cı il tarixli qərarı və digər sənədləri "xxxx" ASC-dən təhvil almışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin 23.09.2016-cı il tarixli “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarın surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09.10.2009-cu il tarixli 2(044)-1008/2009 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə 18.11.2015-ci il tarixdə "xxxx" MMC-yə məktub göndərilmiş, həmin mərkəz tərəfindən hərraclar təyin olunmuş və bu barədə tərəflərə məlumat göndərilmiş, "xxxx" MMC-nin 22.04.2016-cı il tarixli məktubuna əsasən “Daimler Chraysler” markalı, 2000-ci il buraxılışlı, ** CC *** dövlət qeydiyyat nişanlı minik avtomobili satılmadığı üçün icra sənədi icra olunmadan geri qaytarılmışdır. Bu səbəbdən icra İdarəsi icra sənədini Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə qaytarmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. “İpoteka haqqında” Qanunun 42.2-ci maddəsinə əsasən hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə, hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. “İpoteka haqqında” Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi, Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən icra sənədi üzrə borclu İddiaçı məxsus olan “Daimler Chraysler” markalı ** CC *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin açıq hərracdan satılması üçün müvafiq sənədlər "xxxx" MMC-nə göndərilmiş, həmin mərkəz tərəfindən borclu İddiaçı və tələbkar "xxxx" ASC-yə qeyd olunan avtomobilin satılması ilə bağlı ilkin və təkrar keçiriləcək açıq hərraclar barəsində məlumatlar verilmiş, həmin hərraclar baş tutmadıqda isə qeyd olunan avtomaşın təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətə alınması barədə tələbkar "xxxx" ASC-yə təklif verilmiş, lakin ipoteka saxlayan "xxxx" ASC ipoteka predmetini əldə etmədiyinə və icra müddəti başa çatdığına görə hərrarc mərkəzi sənədləri icra qurumuna geri qaytarmış və qeyd olunan səbəblərə görə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən icra sənədi 23.09.2016-cı il tarixdə məhkəməyə qaytarılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.10.2014cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyinə görə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbinə uyğun olaraq "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış 10.02.2006-cı il tarixli F-158 nömrəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və sonradan 24.10.2017-ci il tarixli akta əsasən Cavabdeh1 QSC-yə güzəşt edilmiş kredit portfeli üzrə təhvil verilmiş - İddiaçı məxsus “Daimler Chraysler” markalı, 2000-ci il buraxılışlı, qara rəngli, WDB2200751A148083 ban nömrəli ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 10.02.2006-cı il tarixli F-158 nömrəli ipoteka müqaviləsinə və həmin müqavilə üzrə aparılmış avtomobilin ipotekasının dövlət qeydiyyatına xitam verilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış 10.02.2006-cı il tarixli F-158 nömrəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və sonradan 24.10.2017-ci il tarixli akta əsasən Cavabdeh1 QSC-yə güzəşt edilmiş kredit portfeli üzrə təhvil verilmiş - İddiaçı məxsus “Daimler Chraysler” markalı, 2000-ci il buraxılışlı, qara rəngli, WDB2200751A148083 ban nömrəli ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 10.02.2006-cı il tarixli F-158 nömrəli ipoteka müqaviləsinə və həmin müqavilə üzrə aparılmış avtomobilin ipotekasının dövlət qeydiyyatına xitam verilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-197/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-197/2021
22.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver