Məhkəmə qərarları › İş №2(004)-2014/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2014/2024

13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2014/2024 13.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 manat, ondan arayışa görə aldıqları 10 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş, 2-ci qrup əlilidir, müharibə veterandır. O, Cavabdeh MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən kontakt home mağazasından 399 manat dəyərində olan “Panasonic SD-2510WTS” modelli, **********801 seriya nömrəli çörək bişirəni 3 ay müddətində hissə-hissə ödənilməsi şərti ilə nisyə almışdır və 20 manat rüsum ödəmişdir. xx.xx.2023-cü il tarixdə çörək bişirəni gətirib ona təhvil vermişlər. O, çörək bişirəni cərəyana qoşmuş, proqramını işlədə bilməmişdir və içərisindən yanıq iyi gəldiyinə görə xx.xx.2023-cü il tarixdə çörək bişirəni aparıb mağazaya qaytarmışdır. Mağazada ona bildirmişlər ki, 15 gün ərzində malı yoxlayıb cavab verəcəklər. 15 gün ərzində mağaza malı ona qaytarmamışdır. Bu səbəbdən o, özünə başqa yerdən çörək bişirən almışdır. Çünki o, şəkərli diabet xəstəsdir və evdə bişmə çörəklə qidalanır. Cavabdeh xx.xx.2023-cü il tarixli bildiriş göndərmiş və qeyd etmişdir ki, mal qiymətləndirilmiş və 170 manat onun borcundan çıxılacaq, qalan 230 manat borcu ondan tələb edir. O, malı geri cavabdehə geri qaytardığına görə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3895/2023 nömrəli qətnaməsi ilə onun iddiası qismən təmin edilmiş, “Panasonic SD-2510WTS” modelli, **********801 seriya nömrəli çörək bişirənin alınması üçün İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-7002/2023 nömrəli qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3895/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq Cavabdeh MMC xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(008)-7653/2023 nömrəli qətnaməsi ilə Cavabdeh MMC-nin iddiası təmin edilmiş, ondan xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 379,98 manat əsas borc, 37,02 manat cərimə olmaqla, cəmi 417 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-1758/2024 nömrəli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(008)- 7653/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair məhkəmənin qərarı olmasını bildiyi halda, ona qarşı qərəzli olaraq məhkəmədə iddia qaldırmaqla, ondan pul tələb etməsi qanunsuz və əsassız olmaqla, ona çox pis təsir etmiş, özünü pis hiss etmiş, həyacan keçirmiş, mənəvi və psixi iztirablar, sarsıntılar keçirmiş, bu da onun səhhətinə mənfi təsir göstərmiş və o bir müddət xəstə yatmışdır. Sonra əsəbləri pozulduğu üçün qan təzyiqi aşağı düşmədiyinə görə xx.xx.2023-xx.xx.2024-cü il tarixədək X1 xəstəxanada müalicə olunmuşdur. O, mənəvi zərərin əvəzi kimi 1.000 manat kompensasiya tələb edir. Həmçinin cavabdeh ona borcu olmaması barədə xx.xx.2024-cü ildə arayış verərkən 10 manat almışdır. O, 10 manatın da qaytarılmasını tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirr. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Kontakt Home mağazasından 399 manat dəyərində olan “Panasonic SD-2510WTS” modelli, **********801 seriya nömrəli çörək bişirəni 3 ay müddətində hissə-hissə ödənilməsi şərti ilə İddiaçı nisyə satmışdır. Cavabdeh MMC xx.xx.2023-cü il tarixdə çörək bişirəni İddiaçı təhvil vermişdir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən nisyə aldığı “Panasonic SD-2510WTS” modelli, **********801 seriya nömrəli çörək bişirəni xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə məxsus olan Kontakt Home mağazasına qaytarmışdır. İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, “Panasonic SD-2510WTS” modelli, **********801 seriya nömrəli çörək bişirənin alınması üçün onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsini və cavabdehin hesabına ödədiyi 20 manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3895/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, “Panasonic SD-2510WTS” modelli, **********801 seriya nömrəli çörək bişirənin alınması üçün İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-7002/2023 nömrəli qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3895/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(008)-7653/2023 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 379,98 manat əsas borc, 37,02 manat cərimə olmaqla, cəmi 417 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-1758/2024 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(008)-7653/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 262637 nömrəli arayışından müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə borcu yoxdur. X3 PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10397 nömrəli xəstəlik tarixindən çıxarışdan müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixə kimi X1 müalicədə olmuşdur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmaqla, iddiaçıya qarşı əsassız iddia qaldırılmaqla, iddiaçı uzun müddət stres, həyacan, mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 300 manat kompensasiya tutulmasını ağlabatan və ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X2rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 300 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 330 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi - mənəvi zərərin əvəzi olaraq Cavabdeh MMC-dən 700 manat pul tutulması və iddiaçıdan arayışa görə aldıqları 10 manat hissəsində rədd edilməlidir. Belə ki, iddiaçıdan cavabdehin arayış vermək üçün ondan 10 manat almasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 330 (üç yüz otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar