Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2027/2022 26.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Sadıqov Cəlil Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5 Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.08.2021-ci il tarixli “Barışıq Sazişinin” 2.5-ci bəndini rəhbər tutaraq Cavabdeh qızı X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 2022-ci ilin yanvar ayından etibarən 193 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək X2 üçün barışıq sazişi ilə müəyyən edilmiş 175 manat alimentin artırılaraq Cavabdeh İddiaçı xeyrinə 193 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçının himayəsində olan X4 layiqli həyat səviyyəsinin təmin edilməsi üçün təyin edilmiş aliment kifayət etmir, cavabdeh aliment ödənişlərindən yayınaraq, ödənişlər etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etmədiyini və alimentin artırılmasına etiraz etdiyini bildirmişdir. İş materiallarında olan AZ-İV №612704 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, 26.07.2014-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 24.08.2021-ci il tarixli Barışıq sazişinə əsasən müəyyən olunur ki, Cavabdeh hər ay 175 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 26.07.2014-cü il təvəllüdlü X3 saxlanılması üçün 24.08.2021-ci il tarixli barışıq sazişi ilə müəyyən edilmiş 175 manat pul məbləğində alimentin miqdarı artırılmalı, Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin artırılması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən alimentin artırılması üçün yeni əsaslar yarandığından məhkəmə aliment məbləğinin artırılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 26.07.2014-cü il təvəllüdlü X1 üçün 24.08.2021-ci il tarixli barışıq sazişi ilə müəyyən edilmiş 175 manat pul məbləğində alimentin miqdarı artırılsın. Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2027/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2027/2022
26.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver