Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2043/2021 15.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul dilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə qeyri-rəsmi qaydada 2007ci il lən ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X3 adında bir uşaqları doğulmuşdur. Cavabdehlə bir müddət mehriban münasibətdə olsalar da, sonradan narazılıqlar, mübahisələr başlamış xasiyyətləri üst-üstə düşməmişdir. Birlikdə yaşamaları mümkün deyil. Hazırda bir yerdə yaşamırlar. Cavabdeh ailəsinə baxmır, azyaşlı övladının maddi təminatını lazımınca yerinə yetirmir. Bu səbəbdən də aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh hazırda AR DİN-nin Binəqədi RPİ-də yüksək vəzifədə işləyir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə təqdim edərək, tələb olunan məbləğdə aliment ödəməyə razı olduğunu bildirmiş və. iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78-ci, maddələrinin tələblərini, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanunu rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarında olan Yasamal rayon Qediyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Yasamal rayon Qediyyat şöbəsi tərəfindən verilmiş, xx.xx.2011-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayev X4 Məhəmmədəlinin atası müəyyən edilmişdir .Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulma müddəti xx.xx.2021-ci il tarixdən hesablanmalı və alimentin tutulması dərhal icra edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti 15 fevral 2021-ci il tarixdən hesablansın. Aliment dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2043/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2043/2021
15.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver