Məhkəmə qərarları › İş №2(004)-205/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-205/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-205/2024 15.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı X11 və X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi cavabdeh "xxxx" ASC-yə qarşı sığorta məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X11 və X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi cavabdeh "xxxx" ASC-yə qarşı sığorta məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus "HYUNDAİ 130” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərlə əlaqədar olaraq 2960 (iki min doqquz altmış) manat sığorta məbləğinin və 50 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi-3110 (üç min yüz on) manat məbləğində pulun cavabdeh "Azsığorta” ASC tərəfindən iddiaçıya ödənilməsi barədaə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində Xırdalan şəhəri, Kristal Abşeron 1 ərazisində iddiaçıya məxsus "HYUNDAİ 130” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmış "CHANGAN UNİ-K minik” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili tərəfindən vurulub və maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azarbaycan Respublikası DİN DYP-nin əmakdaşı tərəfindən xx.xx.2023-cü il tarixində İnzibati xəta haqqında prokol tərtib edilib. İXR ******* saylı protokola əsasən "CHANGAN UNİ-K minik” markalı, 77-ES280 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X12 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 332.1- ci və 327.6-cı və 327.1-ci maddələrinə əsasən inzibati xəta törədilməsində təqsirli bilinərək cərimə edilmişdir. Həmin inzibati protokol qanuni qüvvəsini almışdır. İddiaçıya məxsus "HYUNDAİ 130” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol- nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərər 2960 manat təşkil edibdir. Avtomobilimdən aşağıdaki ehtiyat hissələri dəyişdirilmişdir: Arxa bufer- 500 AZN, arxa çaşka-100 AZN, qabaq çaşka-120AZN, arxa sol disk-80 AZN, qabaq sağ disk-80 AZN, arxa baqaj-550 AZN, arxa sağ stop-200 AZN, arxa sol stop-200 AZN, arxa park radarı-50 AZN, qabaq sol təkər- 115 AZN, qabaq sükansonluğu -35 AZN, dəmirçi xidməti-250 AZN, rəngsaza 360 AZN, söküb yığana- 100 AZN, çilingərə 150 AZN, razval ustasına 20 AZN. Hadisədən sonra "Azsığorta” ASC sığorta ödənişi üçün müraciət etsə da müraciəti təmin edilməmişdir. Cavabdeh xx.xx.2023-ci il tarixli imtina məktubunda göstərir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5- ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan va ya üçüncü şəxs zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonraki vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Hadisə zamanı zərər dəymiş "HYUNDAİ 130” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığortaçıya təqdim edilməməsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərəri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, “HYUNDAİ 130” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Avtomobili əvvəlki mülkiyyətçisi X6 almışdır. Lakin öz adına sənədləsdirməmiş, hadisə zamanı etibarnamə əsasında idarə etmişdir. Lakin avtomobil onun istifadəsində və sahibliyində olmuşdur. “HYUNDAİ 130” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilini alarkən və hadısə zamanı avtomobili artıq sığortalı olmuşdur. xx.xx.2023-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobili, “CHANGAN UNİ-K minik” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuş və **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X12 hadisə yerindən yayınmışdır. Daha sonra onun barəsində axtarış verilərək iki ay sonra saxlanılaraq barəsində inzibati protokol tərtib olunmuşdur. Onda qarşı tərəfin məlumatları eləcə də, sığorta şirkəti barədə məlumat olmadığından, tərəfindən seçim hüququndan istifadə edilərək öz sığorta şirkətinə müraciət edilmiş, lakin cavabdeh tərəfindən ona uzun müddət cavab verilməmiş, şifahi şəkildə digər zərər vurmuş avtomobilin sığortaçısına müraciət etməyi bildirilmiş, o buna etiraz etdikdən sonra ona ödəniş edilməsindən imtina edilmşdir. Bu müddət ərzində o maşınsız qaldığı üçün məcbur olub avtomobilini də, öz hesabına düzəltdirmis və təmirə 2960 manatdan da cox xərci çıxmışdir. Onu da, bildirdi ki, o avtomobili artıq atası X5 adına rəsmiləşdirmiş və hazırda yenə də, etibarnamə əsasında idarə edir. Belə ki, ilkin mülkiyyətçisi tərəfindən etibarnamə ona verildiyindən o, həmin etibarnamə ilə avtomobili öz adına rəsmiləşdirə bilməzdi. Lakin avtomobili özü təmir etmiş və hazırda da onun sahibliyində və istifadəsindədir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 izahatnda bildirdi ki, iddiaçı onun oğludur. O, “HYUNDAİ 130” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili X6 almışdır. Daha sonra hadisə nəticəsində avtomobili zədələnmiş, digər avtomobili idarə edən sürücü hadisə yerindən yayındığı üçün protokol geç tərtib olunmuş və bütün bu müddət ərzində oğlu avtomobilsiz qalmışdır. Oğlu qazidir. Hec yerdə işləmir və məcbur qalıb maşını ilə taksi fəaliyyəti ilə məşğul olurdu. Lakin cavabdeh sığorta şirkəti də, özbaşınalıq və süründürməçilik edərək ona pul ödəməkdən imtina etmiş, hətta onlara “hara istəsən get şikayət et” demişdir. Oğlu da, məcbur qalıb çətinliklə də olsa avtomobilini təmir etdirmiş və məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Avtomobil hal-hazırda oğlu tərəfindən ona verilmiş etibarnamə əsasında formal olaraq onun adına rəsmiləşdirilmiş və tərəfindən oğluna etibarnamə verilmişdir. Lakin avtomobilin sahibi oğludur. Bütün xərcləri də o çəkmişdir. Düzdür onunda tərəfindən ona kömək olunmuş, daha ucuz hissələr tapmaq üçün bir yerdə axtarmış, sığorta şirkətinə də bir yerdə getmişlər. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh "xxxx" ASC və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X14 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqli tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, hadisə baş verən vaxtı iddiaçı tərəfindən onlara müraciət edilməmiş və sübutlar təqdim edilməmişdir. Bundan başqa qəza vaxtı çəkilmiş şəkillər və dəymiş ziyanla bağlı heç bir sübut təqdim olunmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - X18 Haqqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 Xətalar Məcəlləsinin 332.1, 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, X12 xx.xx.2023-cü il tarixdə saat 00:30-da CHANGAN minik markalı 77PT567 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edəkən qeyd edilən inzibati xətanı törətmişdir. - "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli “Sığorta ödənişlərinin verilməsindən imtina olunması barədə bildirişdən” görünür ki, hadisə zamanı zərər dəymiş Hyundai İ30 markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığortaçıya təqdim edilməməsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərəri müəyyən etməyin mümkün olmaması əsası ilə sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi səbəbindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. - xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə 25 №-li qaimə faktura sənədindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı, Hyundai İ30 markalı, 77ES280 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2080 manat müəyyən edilir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində görünür ki, Hyundai İ30 markalı 77ES280 dövlət qeydiyyat nişanlı avtomobil X3 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. - Etibarnamədən görünür ki, X1 İ30 markalı, 77ES280 dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı idarə etmək üçün etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 897.4-cü maddəsinə görə İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası MM-in 922.1-ci maddəsinə əsasən Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. MM-in 922.2-ci maddəsinə əsasən Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Eyni Məcəllənin 926.3-cü maddəsinə əsasən Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası MM-in 927.4-cü maddəsinə əsasən əgər əmlak sığortası üzrə faydalanan şəxs sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olmuşdursa, sığorta ödənişinin bu Məcəllənin 927.2.3-cü və 927.2.4-cü maddələrində nəzərdə tutulmuş formaları tətbiq edilir. Sığorta ödənişinin bu Məcəllənin 927.2.1-ci və 927.2.2-ci maddələrində nəzərdə tutulmuş formaları əmlakın etibarnaməli idarəçisi olan faydalanan şəxs tərəfindən zərərin aradan qaldırılmasının nəticələri sığortaçıya təqdim olunduğu halda tətbiq edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Sözügedən Qanunun 20.6-cı maddəsinə əsasən Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. Həmin Qanunun 56.1.2-ci maddəsinə görə isə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri 5000 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin Plenumunun S.Ələkbərovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, X7 idarə etdiyi CHANGAN minik markalı 77PT567 dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə törətdiyi nəqliyyat hadisəsi nəticəsində "HYUNDAİ 130” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Həmçinin məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, nəqliyyat hadisəsi baş verən zaman “HYUNDAİ 130” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil iş uzrə cavcabdeh olan "xxxx" ASC-də avtomobillərin icbari sığortası üzrə sığortalı olmuş, avtomobil iddiaçının mülkiyyətində olmasa da, baş etibarnamə ilə idarə etmişdir. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı nəqliyyat vasitəsini üçüncü bir şəxsdən almış və etibarnamə əsasında idarə etmişdir. Daha sonra həmin nəqliyyat vasitəsini öz adına keçirə bilmədiyi üçün atasının adına keçirmiş və hazırdad da, atası X3 verdiyi etibarnamə əsasında nəqliyyat vasitəsini idarə edir. Hazırda və nəqliyyat hadisəsi törədilən zaman da, faktiki olaraq nəqliyyat vasitəsi İddiaçı istifadə və sahibliyində olmuş, nəqliyyat vasitəsini özü təmir etdirmişdir. Qeyd edilən halı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X10 da təsdiq etmiş və iddia edilən məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsi İddiaçı əsas etibarnamə ilə isitfadəsində olduğundan, yəni nəqliyyat vasitəsini alqı-satqı vasitəsilə əldə etdiyindən, bununla əlaqədar olaraq nəqliyyat vasitəsini özü təmir etdirdiyindən, həmçinin hazırda da, nəqliyyat vasitəsi etibarnamə əsasında onun istifadəsində, sahibliyində olduğundan iddiaçının hazırkı halda iddia tələbinin rədd edilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə ödənilməli olan sığorta məbləği ilə bağlı qeyd edir ki, iddiaçı 2960 (iki min doqquz altmış) manat nəbləğində zərər vurulduğunu qeyd etsə də, iş üzrə keçirilmiş ekspertiza rəyindən görünür ki, avtomobilin təmir-bərpa xərci 2080 manat müəyyən edilir. Məhkəmə ekspert rəyini mötəbər hesab edərək qeyd edir ki, 2080 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Beləliklə məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən sığorta ödənişinin əvəzi olaraq 2080 (iki min səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun 33,40 (otuz üç manat 40 qəpik) manatı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməli, qalan 16,60 (on altı manat 60 qəpik) manatı isə İddiaçı özünə aid edilməli, iş üzrə məhkəmə məsrəfi olan 100 (yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən sığorta ödənişinin əvəzi olaraq 2080 (iki min səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun 33,40 (otuz üç manat 40 qəpik) manatı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin, qalan 16,60 (on altı manat 60 qəpik) manatı isə İddiaçı özünə aid edilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar