Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2054/2021 15.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh İcbari Sığorta Bürosunun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh İcbari Sığorta Bürosuna qarşı “sığortalı əmlaka dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İcbari Sığorta Bürosuna qarşı “sığortalı əmlaka dəymiş zərərin ödənilməsi” tələbinə iddia ərizəsilə məhkəməyə müraciət edərək, yararsız vəziyətə düşmüş əmlakının bərpası üçün təmir işlərinin dəyəri olan müstəqil sığorta şirkətinin əməkdaşının da təyin etdiyi cəmi 7447 (yeddi min dörd yüz qırx yeddi) manat pulun və dövlət rüsumu, müstəqil sığorta şirkəti ilə müqavilə anlaşmasının haqqı 120 (yüz iyirmi) manat və buna uzun müddətə ödənişi etməkdən yayındiği üçün 0.1 faizi də əlavə olunaraq standart sığorta şirkətinə cavabdeh olan İcbari Sığorta bürosundan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayit şəhəri Corat qəsəbəsi ev 165 b evinin sahibidir. Əmlak fərdi yaşayış evi 0.06 hektar təşkil edib xx.xx.2012 il Daşınmaz əmlakın dövlət reyəstrində 10 nömrəli kitabinın 68 nömrəli vərəqində qeydiyata alınmışdır. İyul ayının xx.xx.2020 il tarixində onun evinin kanalizasiya borusunun deşilməsi nəticəsində evini su basmış və nəticədə evində evin oboyların o cümlədən divarlarda çatlar əmələ gəlmışdir.Əmlakı sığortalı olduğundan vurulan ziyanı təsbit etmək üçün standart sığorta şirkətini mütəxəsisi və Sumqayıt şəhər icra nümayəndəlikləri baxış keçirərək sığorta şirkətinə öz rəylərini yazılı surətdə bildirmişlər. Yararsız vəziyətə düşmüş əmlakının ümumi bərpa təmir işləri aparılması tələb olunur. Lakin standart sığorta şirkətinin miitəxəsisi əmlakına baxiş keçirərək ona dəymiş ziyanın 3800 manat təşkil etdiyini bildirmişdir.Lakin o, buna etiraz edərək sığorta şirkətinində bilgisi nəticəsində müstəqil sığorta mütəxəsisi ilə müqavilə bağlayaraq əmlakını qiymətləndirmişdir və bu 7447 (yeddi min dörd yüz qırx yeddi) manat təşkil etmişdir. Göstərilənlərə əsasən yararsız vəziyətə düşmüş əmlakının bərpası üçün təmir işlərinin dəyəri olan müstəqil sığorta şirkətinin əməkdaşının da təyin etdiyi cəmi 7447 (yeddi min dörd yüz qırx yeddi) manat pulun və dövlət rüsumu, müstəqil sığorta şirkəti ilə müqavilə anlaşmasının haqqı 120 (yüz iyirmi) manat və buna uzun müddətə ödənişi etməkdən yayındiği üçün 0.1 faizi də əlavə olunaraq standart sığorta şirkətinə cavabdeh olan İcbari Sığorta bürosundan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 ərizə ilə müraciət edərək, iddia ərizənin baxılmamış saxlanılmaqla ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh İcbari Sığorta Bürosunun nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin baxılmamış saxlanılmaqla ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə iddiaçının iddia ərizəsinin qaytarılmasına dair müraciətini və cavabdehin nümayəndəsinin mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh İcbari Sığorta Bürosuna qarşı “sığortalı əmlaka dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2054/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2054/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver