Məhkəmə qərarları › İş №2(004)-207/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-207/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-207/2022 22.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığrota ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1340 manat sığorta məbləği, 81,74 manat dəbbə pulu, 300 manat mənəvi zərər və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1721,74 manat sığorta məbləğinin və 30 manat dövlət rüsumunun sığortaçıdan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, avtomobildə arxa sağ stop 240 manat sığorta hadisəsi zamanı yaranmayıb. Onların mütəxissisi tərəfindən tərtib edilmiş hadisə barədə məlumat blankında, bu qeyd olunmamışdır. Məhkəmədən iddia tələbinin qismən təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan inzibati xəta haqqında ******* saylı protokolun surətinə əsasən müəyyən olunur ki, X9 idarə etdiyi X12 markalı, 10HY476 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında ******* saylı qərarın surətinə əsasən müəyyən olunur ki, X2 Xətalar Məcəlləsinin 327.1-cinəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan AE125804 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən olunur ki, X12 markalı, 10HY476 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X3r. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən müəyyən olunur ki, X1 Prius markalı, 10HY476 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi X5 etibar etmişdir. İş materiallarında olan 15.06.2021-ci il tarixli izahatın surətindən görünür ki, X9 etibarnamə ilə idarə etdiyi Toyota markalı 10HY476 dövlət qeydiyyat nişanlı avtomaşınla saat 10:45 radələrində Əliyar Əliyev küçəsi ilə Ziya Bünyadov prospekti istiqamətində hərəkət edərkən Təbriz küçəsiylə kəsişmədə ani diqqətsizlik nəticəsində işıqforda dayanmış KİA RİO markalı 99PY 625 dövlət qeydiyyat nişanlı avtomobili vurduğunu, həmin avtomaşın da sürüşərək Nissan micra markalı 10TR727dövlət nömrə nişanlı avtomobilə dəydiyini, hadisə zamanı xəsarət alanın olmadığını, sürücülərin spirtli içki qəbul etmədiyini bildirmişdir. İş materiallarında olan AD№378517 seriya nömrəli nəqiliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən müəyyən olunur ki, 10TR727 “Nissan Micra” minik markalı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış №1108 saylı 30.06.2021-ci il tarixli sığorta ödənişşlərinin verilməsinə dair bildirişdən görünür,15 iyun 2021-ci ildə baş vermiş sığorta hadisəsi ilə bağli İddiaçı mülkiyyətində olan “Nissan Micra” markalı, 10TR727 dövlət qeydiyyat nişanlı avtonəqiliyyat vasitəsinə dəymiş zərər 420 manat məbləğində hesablanmışdır. Hesablanmış məbləği, "xxxx" ASC ödəməyə hazır olduğunu bildirmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim olunmuş № 350 saylı 16.06.2021-ci il tarixli nöqsan aktından görünür ki, “Nissan Micra” markalı, 10-TR-27 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərər 1340 manat məbləğindədir. İş materiallarında olan №9/7842 saylı 24.12.2021-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin 16.06.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtomobil hissələrinin qiymətləri nəzərə alınmaqla 2013-ci il buraxılışlı “Nissan Micra”minik markalı, 10TR727 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1090,0 manat müəyyən edilir. İş materiallarında olan Azsığorta ASC tərəfindən verilmiş Hadisə barədə məlumatdan görünür ki, həmin məlumatda İddiaçı idarə etdiyi Nissan markalı 10TR727 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ stopunun hadisədən öncə zədəli olduğu qeyd olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərsığorta ASC-dən 1090 manat məbləğində maddi ziyan, 10 manat dəbbə pulu, 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Belə ki, sığorta hadisəsinin baş verməsi və iddiaçıya maddi ziyan dəyməsi iş materialları ilə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, dəymiş zərərin məbləği ekspert rəyinə uyğun olaraq 1090 manat məbləğində tutulmalıdır. Belə ki, məhkəmə cavabdeh tərəfindən sübut kimi təqdim olunmuş İddiaçı idarə etdiyi Nissan markalı 10TR727 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ stopunun hadisədən öncə zədəli olması barədə məlumatı mötəbər hesab etmir. Məhkəmə qeyd edir ki, maddi ziyan ekspert rəyinə uyğun tutulmalıdır, belə ki, rəy xüsusi biliyə malik olan şəxs tərəfindən verilmişdir. Dəbbə pulu tələbi ilə bağlı məhkəmə qeyd edir ki, cərimə məbləğinin miqdarı əsas borca mütənasib olmadığından azaldılmalı, 10 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdeh Azsığorta ASC-dən tutularaq İddiaçı ödənilməli, iş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİKCTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə 300 manat mənəvi zərərin tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı ona cavabdeh tərəfindən mənəvi zərər vurulması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. “İcbarı Sığortalar” haqqında Azərbaycan Respublikası qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat hadisəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkənin üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin maddənin 2-ci bəndinə əsasən avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1ci maddsinəəsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 1090 manat məbləğində maddi ziyan, 10 manat dəbbə pulu, 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar