Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2108/2025 18.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1300 (bir min üç yüz) manat və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun tutularaq, xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2024-cü ilin yay olarında evimə mebel düzəltdirmək üçün mebel sifariş vermişdi və cavabdeh sifariş verdiyi mebelləri vaxtında və keyfiyyətli düzəldib təhvil vermişdir. 2024-cü ilin noyabr ayında cavabdehə yenidən mebel sifariş etdi və ona 1300 manat pul vəsaiti ödədi. Cavabdeh sifarişi təhvil verəcəyi vaxtda vermədi və o bir müddətdə gözləyəndən sonra dərhal polis orqanlarına müraciət etdi. Pirallahı RPİ-ində araşdırılma aparıldı və cavabdeh ondan mebel sifarişi aldığını və onun müqabilində 1300 manat aldığını etiraf etdi. Hətta izahatında ayın sonuna kimi mebeli düzəldib verəcəyini bildirdi. Lakin bugünə kimi nə mebeli düzəldib verdi, nə dəki pulunu geri qaytarmadı. Bütün bu səbəbdən də o hüquqlarının bərpası və pulunun cavabdehdən geri qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Vurulmuş 1300 manat maddi ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi müraciət və xəbərdarlıqlar etməyinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Pirallahı RPl-nin TB-nin 19 yanvar 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçıin müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, “xx.xx.2025-ci il tarixdə, saat 22:13-də vətəndaş İddiaçı DİN-in 102 zəng-mərkəzi sisteminə müraciət edərək, ona mebel düzəldəcəyini vəd edən ustaya pul verməsini, lakin ustanın vədinə əməi etməməsi və pulu geri qaytarmamasını bildirmişdir. Bakı şəhəri, Pirallahı rayonu, Dubəndi bağlar massivi nömrəsiz evdə yaşayan İddiaçı Pirallahı RPl-nə ərizə ilə müraciət edərək, yaşadığı ünvana mebel yığdırmaq üçün Zaur adlı ustaya 1300 manat pul verməsini, lakin Zaur mebeli düzəltmədiyini və pulunu qaytarmayacağını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında bildirmişdir ki, 2024-cü ilin yay aylarında evinə mebel düzəltdirmək üçün Zaur adlı ustaya mebel sifariş vermiş, həmin sifarişi Zaur vaxtında və keyfiyyətli düzəldib gətirmişdir. Həmin ilin noyabr ayında Zaur ustaya yenə mebel sifariş vermiş və 1300 manat ödəniş etmişdir. Usta mebeli söz verdiyi vaxtda düzəltmədiyi üçün DİN-in 102 xidmətinə zəng edərək, ustadan şikayət etməsini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, fərdi olaraq mebel düzəldib satmaqla məşqul olmuş, əvvəllər Timur adlı şəxsin evinə mətbəx mebeli düzəltmiş, həmin sifarişi vaxtında yerinə yetirmişdir. Bundan sonra Timur ona dəhliz mebeli sifariş vermiş və 1300 manat pul vermişdir. Səhətində yaranmış problemlərə görə Timurun sonuncu sifarişini vaxtında düzəldə bilməmişdir. Timurun sifarişini bu ayın sonunda yekunlaşdıracağını bildirmişdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə mebel sifarişi verilmiş, əvəzində 1300 manat pul ödənilmişdir. Buna baxmayaraq, cavabdeh bu günə kimi mebeli təhvil verməmiş, habelə pulu geri qaytarmamışdır. Nəticə etibarilə iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, cavabdehin hərəkəti mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından əsassız varlanma kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin əsassız olaraq varlandığı 1300 (bir min üç yüz) manat məbləğində pul və ödənilmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində pul və ödənilmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2108/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2108/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver