Azәrbaycan Respublikası adından Qətnamə Bakı şәhәri İş № e-2-2(3-6)-804/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Ziya Allahverdi oğlu Şirinovun sәdrliyi vә mәruzәsi ilә, X8 vә X6 ibarәt tәrkibdә, İsmayılova Elnarә Mәyiş qızının katibliyi, İlk iddia üzrә iddiaçının nümayәndәsi vә vәkili nümayәndә2, İlk iddia üzrә cavabdehin nümayәndәsi vә vәkili nümayәndә1 iştirakları ilә, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yә qarşı “pulun tutulması” tәlәbinә dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yә qarşı “pulun tutulması” tәlәbinә dair qarşılıqlı tәlәblәrinә dair iş üzrә Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrәli qәtnamәsindәn iddiaçı vә cavabdeh tәrәfindәn ayrı-ayrılıqda verilmiş apellyasiya şikayәtlәrinә әsasәn kommersiya mübahisәsinә Bakı Apellyasiya Mәhkәmәsinin binasında, açıq mәhkәmә iclasında baxdı. İşin Halları
1. İddiaçı (lisenziat) ilә cavabdeh (lisenziar) arasında imzalanmış ##.##.2024-cü il tarixli, **/M-** nömrәli Proqram tәminatı üzәrindә qeyri-müstәsna istifadә hüquqlarının tәqdim edilmәsi üzrә lisenziya müqavilәsinә әsasәn X11 * saylı Əlavәdә (X9 vә Əsas Funksionallıqları) göstәrilәn proqram tәminatından (bundan sonra PT) istifadә hüquqlarını qeyri-müstәsna olaraq bu Müqavilәnin şәrtlәrinә uyğun qaydada müddәtsiz (hәmişәlik) olaraq tәqdim edir (Lisenziya), Lisenziat isә Müqavilә ilә tәyin edilmiş şәrtlәr әsasında PTdәn istifadә üçün hüquqların Lisenziata tәqdim edilmәsinә görә Lisenziara bu Müqavilә ilә nәzәrdә tutulan qaydada, müddәtlәrdә, şәrtlәrlә vә mәblәğlәrdә ödәniş etmәyi öhdәliyinә götürür.
2. Hәmin müqavilәnin 4.3-cü bәndinә әsasәn lisenziar zәmanәt verir ki, PT Müqavilәnin 1.7-ci bәndindә göstәrilәn minimum tәlәblәrә cavab verәn avadanlıqlarda quraşdırıldığı tәqdirdә, PT-yә dair texniki tapşırıqda qeyd olunan bütün funksional vә texniki parametrlәrә uyğun gәlir.
3. Hәmin müqavilәnin 5.1-ci bәndinә әsasәn müqavilә üzrә Lisenziata PT-dәn istifadә hüquqlarının ötürülmәsinә görә Lisenziara ödәnilmәli birdәfәlik ödәniş mәblәği 38.000 (otuz sәkkiz min) manat tәşkil edir. Hәmin mәblәğ 200 (iki yüz) nәfәrdәn ibarәt işçi heyәti üçün istifadәyә görә Lisenziya haqqından ibarәtdir. Bu Müqavilә üzrә Lisenziya PTdәn istifadә edәcәk işçi heyәtinin 1 (bir) üzvü üçün istifadәyә görә 190 (yüz doxsan) manat tәşkil edir. İşçilәrin sayının sonradan artırılması halında yeni lisenziyaların qiymәti Müqavilәnin bağlandığı tarixә Azәrbaycan Respublikasının Mәrkәzi Bankının Azәrbaycan manatının ABŞ dollarına münasibәtdә müәyyәn etdiyi mәzәnnәsinin dәyişmәsindәn asılı olaraq, mәzәnnә dәyişikliyinin 50%-i nisbәtindә dәyişilir.
4. Hәmin müqavilәnin 5.2.1-ci bәndinә әsasәn müqavilә dәyәrinin 20.000 (iyirmi min) manatı avans şәklindә Müqavilә imzalandığı gündәn etibarәn 3 (üç) bank günü әrzindә hәyata keçirilir.
5. Hәmin müqavilәnin 5.2.2-ci bәndinә әsasәn Müqavilә dәyәrinin qalan 18.000 (on sәkkiz min) manatı Müqavilәnin 2.1 qeyd olunan yekun tәhvil-tәslim aktı imzalandıqdan sonrakı 3 (üç) bank günü әrzindә hәyata keçirilir.
6. Hәmin müqavilәnin 6.3-cü bәndinә әsasәn müqavilә üzrә dәbbә pulu yalnız Tәrәflәrin әsaslı yazılı tәlәblәri әsasında tәtbiq edilir.
7. Hәmin müqavilәnin 9.3-cü bәndinә әsasәn әgәr bu cür hallar 1 (bir) aydan artıq davam edәrsә, hәr bir tәrәf öhdәliklәrin icra edilmәsinin mümkünsüzlüyü ilә әlaqәdar Müqavilәnin xitam verilmәsi tәşәbbüsü ilә çıxış edә bilәr. Yuxarıda adı çәkilәn hallarla әlaqәdar Müqavilәnin xitam verilmәsi haqqında Tәrәflәr arasında qәrar qәbul edildiyi tәqdirdә, heç bir Tәrәf dәymiş ziyanın әvәzinin ödәnilmәsini tәlәb edә bilmәz.
8. Hәmin müqavilәnin 6.9.3-cü bәndinә әsasәn lisenziar Müqavilәnin ayrılmaz tәrkib hissәsi olan * saylı Əlavәdә (X9 vә Əsas Funksionallıqları) qeyd olunan PT-nin әsas funksionallığını ondan asılı olan sәbәblәrdәn lazımi sәviyyәdә tәmin edә bilmәdikdә, lisenziar lisenziat tәrәfindәn edilәn ödәnişlәrin tam hәcmdә qaytarılmasını vә müqavilәnin ümumi qiymәtinin 50 % miqdarında cәrimә ödәyir.
9. Tәrәflәr arasında imzalanmış ##.##.2024-cü il tarixli, **/M-** nömrәli Proqram tәminatı üzәrindә qeyri-müstәsna istifadә hüquqlarının tәqdim edilmәsi üzrә lisenziya müqavilәsinә ** nömrәli әlavәyә әsasәn müqavilәnin әhatә etdiyi proqram tәminatının tәrkib hissәsi olan modullar vә onların әsas funksionallıqları konkret olaraq razılaşdırılmışdır.
10. Tәrәflәr arasında imzalanmış ##.##.2024-cü il tarixli, **/M-** nömrәli Proqram tәminatı üzәrindә qeyri-müstәsna istifadә hüquqlarının tәqdim edilmәsi üzrә lisenziya müqavilәsinә ** nömrәli әlavәyә әsasәn sistem tәlәblәri razılaşdırılmışdır.
11. Tәrәflәr arasında imzalanmış ##.##.2024-cü il tarixli, **/M-** nömrәli Proqram tәminatı üzәrindә qeyri-müstәsna istifadә hüquqlarının tәqdim edilmәsi üzrә lisenziya müqavilәsinә ** nömrәli әlavәyә әsasәn iş planı razılaşdırılmışdır. Hәmin әlavәdә işlәrin 63 iş günü әrzindә yekunlaşması, tәhvil tarixinin ##.##.2024-cü olması razılaşdırılmışdır.
12. İş materiallarında olan ##.##.2024-cü il tarixli ödәniş tapşırığından görünür ki, iddiaçı tәrәfindәn cavabdehә ##.##.2024-cü il tarixli, **/M-** nömrәli müqavilә üzrә 20000 (iyirmi min) manat avans ödәnilmişdir
13. Cavabdeh tәrәfin elektron ünvan 1 adlı e-mail adresindәn iddiaçı tәrәfin elektron ünvan 2 adlı e-mail adresinә ##.##.2024-cü il tarixdә göndәrilmiş mәktubunda qeyd olunmuşdur ki, “Yekun olaraq biz sentyabr ayının sonunadәk sizә bәhs etdiyimiz işin 80%ni yekunlaşdıracağımıza inanırıq. 20% gecikmәmizin sәbәbi isә start-up şirkәt olaraq tәtbiqat mәsәlәsindә yetәrli tәcrübәmizin olmaması vә yaranan texniki nasazlıqların aradan qaldırılması olmuşdur”.
14. İddiaçı tәrәfindәn cavabdehә ünvanlanmış ##.##.2025-ci il tarixli mәktubda tәrәflәr arasında imzalanmış ##.##.2024-cü il tarixli, **/M-** nömrәli müqavilә üzrә 20.000 AZN ödәniş edilmәsinә vә dәfәlәrlә danışıqlar aparılmasına baxmayaraq, texniki problemlәr vә gecikmәlәr sәbәbindәn gözlәntilәrin qarşılanmadığını, layihәnin icra olunmadığını bildirmiş, sonuncu humanist addım kimi ödәnilәn mәblәğin 5 iş günü әrzindә geri qaytarılmasını tәlәb edәrәk, әks halda mәsәlәnin mәhkәmә müstәvisindә hәlli vә kompensasiya tәlәbi ilә bağlı xәbәrdarlıq etmişdir.
15. Cavabdeh tәrәfindәn iddiaçıya pretenziya mәktubuna cavab olaraq ünvanlanmış ##.##.2024-cü il tarixli mәktubda iddiaçı tәrәfindәn müqavilәnin icrası dayandırılan zaman müqavilә üzrә işlәrin 50%-nin artıq yerinә yetirildiyini vә müqavilәyә iddiaçı tәrәfindәn birtәrәfli qaydada xitam verilmәsinin әsassız olduğu bildirilmişdir.
16. Cavabdeh tәrәfindәn iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli mәktubda qeyd olunmuşdur ki, “bir daha diqqәtinizә çatdırırıq ki, bundan әvvәlki mәktubumuzda da qeyd edildiyi kimi, "xxxx" proqram tәminatını Sizin tәlәblәrinizә uyğun tam funksional bir şәkildә razılaşdırılmış müddәt çәrçivәsindә tәhvil vermәyә hazırıq, yetәr ki, proqram tәminatının qәbulu meyarları tәrәfinizdәn bildirilsin; rәhbәrliyiniz tәrәfindәn proqramın onun meyarlarına uyğun gәldiyi barәdә bәyan verilmiş olmasına baxmayaraq hәmin meyarların açıqlanması vә bildirilmәsi barәdә әvvәlki mәktubumuzdakı xahişimiz tәrәfinizdәn cavablandırılmamışdır; hәmçinin "xxxx" proqram tәminatının hazırlanması üzrә razılaşdırılmış iş hәcminin 50%-i yerinә yetirilmişdir vә bu işlәr şirkәtiniz tәrәfindәn qәbul edilmişdir (yәni Sizin texniki heyәt bu işlәrin görüldüyünü vә yekunlaşmış olduğunu tәsdiq etmişdir), proqram tәminatının hazırlanması qiymәtinin ödәnilmiş 50%-i işlәrin hәmin 50%nin icrasına sәrf edilmişdir; son mәktubumuzda Sizlәrә hәr iki tәrәf üçün mәqbul hesab edilә bilәn hәll yolu tәklif etmişik ki, bu da yuxarıda ifadә edilmişdir; yekunda mәsәlәnin qarşılıqlı xoş niyyәtli danışıqlar yolu ilә hәllinә üstünlük verdiyimizi bildirәrәk, İddiaçınin rәhbәrliyi tәrәfindәn konstruktiv mövqe tutularsa, uzunuzadı mәhkәmә çәkişmәsindәn vaz keçәrәk әmәkdaşlıq şәraitindә daha tez vә effektiv hәllinә nail ola bilәrik.
17. İddiaçı tәrәfindәn cavabdehә göndәrilmiş ##.##.2024-cü il tarixli öhdәliklәrin yerinә yetirilmәmәsi barәdә pretenziya mәktubunun mәzmunundan görünür ki, müqavilәnin ayrılmaz tәrkib hissәsi olan * saylı әlavәsindә müqavilәnin icra müddәti 63 (altmış üç) iş günü müәyyәn edilmiş vә işlәrin cavabdeh tәrәfindәn tәhvil-tәslimi ## ######## 2024-cü il nәzәrdә tutulmuşdur. Lakin işlәrin tәhvil-tәslimi nәzәrdә tutulan tarixdә icra olunmamış vә tәhvil verilmәmiş, müqavilәnin icrası cavabdeh tәrәfindәn mümkünsüz olmuşdur. Göründüyü kimi, müqavilәnin şәrtlәri cavabdeh tәrәfindәn әsaslı şәkildә pozulmuş, danışıqları heç bir nәticә vermәmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
18. İddiaçı İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh MMC-yә (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, 20000 manat әsas borc, 19000 manat dәbbә pulu, hüquq xidmәtinә görә vәkil bürosuna ödәnilmiş 1000 manat vә ödәnilmiş 210 manat dövlәt rüsumunun cavabdehdәn tutularaq iddiaçıya ödәnilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir/
19. . İddia әrizәsi onunla әsaslandırılmışdır ki, tәrәflәr arasında ##.##.2024-cü il tarixdә “Proqram tәminatı üzәrindә qeyri-müstәsna istifadә hüquqlarının tәqdim edilmәsi” üzrә müqavilә (bundan sonra Müqavilә adlandırılacaq) bağlanılmışdır. Müqavilәnin 1.1-ci maddәsinә әsasәn X11 * saylı Əlavәdә (X9 vә Əsas Funksionallıqları) göstәrilәn proqram tәminatından (bundan sonra PT) istifadә hüquqlarını qeyri-müstәsna olaraq bu Müqavilәnin şәrtlәrinә uyğun qaydada müddәtsiz (hәmişәlik) olaraq tәqdim edir (Lisenziya), Lisenziat isә Müqavilә ilә tәyin edilmiş şәrtlәr әsasında PT-dәn istifadә üçün hüquqların Lisenziata tәqdim edilmәsinә görә Lisenziara bu Müqavilә ilә nәzәrdә tutulan qaydada, müddәtlәrdә, şәrtlәrlә vә mәblәğlәrdә ödәniş etmәyi öhdәliyinә götürür. Müqavilәnin 1.5-ci maddәsinә әsasәn, PT-dәn istifadә oluna bilәn әraziAzәrbaycan Respublikası olmaqla Lisenziya bir dәfә hәmişәlik verilir, illik әsasla tәzәlәnmәsi (yenilәnmәsi) tәlәb olunmur. Bu müqavilә üzrә Lisenziya verilmәsi yalnız PT-nin tәtbiq edilmәsi (quraşdırılması), müvafiq әmәkdaşların tәtbiq ilә әlaqәdar ilkin tәlimlәndirilmәsini vә PT-dәn istifadә hüquqlarının müddәtsiztәqdim edilmәsini nәzәrdә tutur vә әhatә edir. Müqavilәnin 1.6-cı maddәsinә әsasәn, Müqavilә üzrә Lisenziat PT-nin yenilәnmә paketlәrini dә özündә ehtiva edәn texniki dәstәk (bundan sonra TD) xidmәtlәrini PT-nin tәhvil-tәslimi üzrә yekun akt imzalandığı tarixdәn etibarәn 1 (bir) ilәrzindә pulsuzәldә edir. Müqavilәnin 4.3-cü maddәsinә әsasәn, Lisenziar PTnın Müqavilәnin 1.7. bәndindә göstәrilәn minimum tәlәblәrә cavab verәn avadanlıqlarda quraşdırıldığı tәqdirdә, PT-yә dair texniki tapşırıqda qeyd olunan bütün funksional vә texniki parametrlәrә uyğun gәldiyinә zәmanәt vermişdir. Müqavilәnin 5.1-ci maddәsinә әsasәn, Müqavilә üzrә Lisenziata PT-dәn istifadә hüquqlarının ötürülmәsinә görә Lisenziara ödәnilmәli birdәfәlik ödәniş mәblәği 38.000 (otuz sәkkiz min) manat tәşkil edir. Hәmin mәblәğ 200 (iki yüz) nәfәrdәn ibarәt işçi heyәti üçün istifadәyә görә Lisenziya haqqından ibarәtdir Bu Müqavilә üzrә Lisenziya PT-dәn istifadә edәcәk işçi heyәtinin 1 (bir) üzvü üçün istifadәyә görә 190 (yüz doxsan) manat tәşkil edir. İşçilәrin sayının sonradan artırılması halında yeni lisenziyaların qiymәti Müqavilәnin bağlandığı tarixә Azәrbaycan Respublikasının Mәrkәzi Bankının Azәrbaycan manatının ABŞ dollarına münasibәtdә müәyyәn etdiyi mәzәnnәsinin dәyişmәsindәn asılı olaraq, mәzәnnә dәyişikliyinin 50%-i nisbәtindә dәyişilir. Müqavilәnin 5.2.1- ci maddәsinә әsasәn, müqavilә dәyәrinin 20.000 (iyirmi min) manatı avans şәklindә Müqavilә imzalandığı gündәn etibarәn 3 (üç) bank günü әrzindә ödәnilir. Müqavilәyә * saylı Əlavәyә әsasәn, müqavilә üzrә quraşdırılacaq 23 adda modul müәyyәn edilmiş, habelә müqavilәyә * saylı Əlavәdә müqavilә üzrә işlәrin görülmә müddәti 63 iş günü, tәhvil-tәslim tarixi ##.##.2024- cü il tarixi nәzәrdә tutulmuşdur. Qeyd edilmәsi zәruridir ki, iddiaçı tәrәfindәn ##.##.2024-cü il tarixdә 20000 manat pul vәsaiti qeyd olunan öhdәlik daxilindә cavabdehә nağdsız qaydada ödәnilmişdir. Tәәssüf ki, iddiaçı tәrәfindәn müqavilә öhdәliklәrinin lazımi qaydada icra olunmasına baxmayaraq, cavabdeh tәrәfindәn müqavilә öhdәliklәri pozularaq qeyd olunan tarixә müqavilәnin icrasının yekunu sayılan işlәrin tәhvil-tәslimi baş tutmamışdır. Buna görә dә, iddiaçı tәrәfindәn ##.##.2024-cü il tarixdә pretenziya göndәrilәrәk işlәrin tәhvil-tәsliminin nәzәrdә tutulduğu tarixdә icra olunmadığı vә tәhvil verilmәdiyinә görә, cavabdeh tәrәfindәn müqavilә şәrtlәrinin әsaslı pozuntusuna vә danışıqların da bir nәticә vermәdiyinә görә müqavilәnin icrasına marağının itdiyi bildirilmiş vә müqavilәnin 6.9.3-cü maddәsinin şәrtlәri daxilindә ödәnilmiş avansın vә 50 % dәbbә pulunun ödәnilmәsi tәlәb edilmiş,әks tәqdirdә mәhkәmәyә müraciәt edilәcәyi bildirilmişdir. Cavabdeh pretenziyaya ##.##.2024-cü il tarixli cavab mәktubunda işlәrin gecikmәsinә fәrqli sәbәblәr irәli sürәrәk müqavilә şәrtlәrinin pozulmadığını irәlisürmüşdür. Davamında tәrәflәr arasında yenidәn aparılan danışıqlar nәticә vermәmiş, iddiaçı tәrәfindәn ##.##.2025-ci il tarixdә müraciәt edilәrәk humanistlik/xoşniyyәtlilik prinsipi daxilindә ödәnilmiş avansın geri qaytarılması tәlәb edilmiş, әks tәqdirdә mәhkәmәyә müraciәt edilәcәyi bildirilmişdir. Hәmin mәktuba cavabdeh ##.##.2025-ci il tarixdә cavab verәrәk işlәrin 50% -in yerinә yetirildiyini bildirmiş, qalan işlәrin vaxtında icra olunmamasına sәbәb kimi, müqavilәnin imzalanmasından sonra güya yeni işlәrin iş hәcminә vә yeni funksiyaların proqram tәminatına әlavә edilmәsinә dair iddiaçının tәlәblәrinin olduğunu göstәrmişdir. İlk öncә bildirmәk istәrdik ki, müqavilә üzrә X9 vә Əsas funksionallıqları Müqavilәnin * saylı Əlavәsindә vә Görülәcәk işlәrin planı da Müqavilәnin * saylı Əlavәsindә müәyyәn edilmişdir vә müqavilәnin icra müddәtindә görülәn işlәrin hәcminin dәyişdirilmәsi barәdә iddiaçı tәrәfindәn hәr hansısifariş olmamışdır. “Belә bir sifarişin bir anlığa mövcud olduğunu” fәrz etsәk belә, cavabdeh işә başlamazdan әvvәl iddiaçıya rәsmi mәlumat vermәli vә bu әlavә sifarişlәrin işlәrin görülmә müddәtinә tәsiri qarşılıqlı razılaşdırılaraq müqavilә vә әlavәlәrindә müvafiq dәyişiklik edilmәli idi. Ayrıca qeyd edәk ki, (müqavilәnin son tarixinә 14 iş günü qalmış-) ##.##.2024-cü il tarixdә iddiaçının qanuni tәmsilçisinә ünvanlanan elektron mәktubda, 2024-cü ilin sentyabr ayının sonuna işlәrin 80 %-i yekunlaşdıracaqlarını, 20 % gecikmәnin sәbәbinin isә “start-up şirkәti olaraq tәtbiqat mәsәlәsindә yetәrli tәcrübәlәrinin olmaması vә yaranan texniki nasazlıqların aradan qaldırılması” olduğunu bildirmişdir. Hәmin tarixdәn 5 ay sonracavabdeh ##.##.2025-ci il tarixli mәktubda isә qәribә şәkildә işlәrin 50% -in yerinә yetirildiyini bildirmәklә müqavilәnin icrasında yaranmış ziddiyyәtietiraf etmişdir. Xüsusilә vurğulanmalıdır ki, müqavilәnin icra müddәtindәn sonrakı dövrdә müqavilәnin “qorunması” üçün iddiaçı bütün imkanlardan istifadә etmәyә çalışsa da,cavabdeh proqram tәminatının konkret tәhvil tarixini bildirmәkdәn yayınmasıcavabdehin müqavilә şәrtlәrini pozmasının sübutudur. Tәsadüfi deyil ki, qanunvericilikdә dә tәrәflәrin öhdәliklәrini icra edәrkәn müqavilәnin yerinә yetirilmәsinә zәmin yaratmaq üçün birgә hәrәkәt etmәli vә müqavilәnin mәqsәdinә çatmağa maneçilik törәdә bilәcәk vә ya öhdәliklәrin icrasını tәhlükәyә mәruz qoya bilәcәk hәr cür hәrәkәtlәrdәn çәkinmәli olduğu imperativ norma kimimüәyyәn edilmişdir. İşin hallarından da göründüyü kimi, iddiaçının bütün cәhdlәrinә baxmayaraq cavabdeh tәrәfindәn öhdәliklәrinin icra olunmamasına görә müqavilәdә nәzәrdә tutulmuş mәsuliyyәtdәn yayınmaq üçün qeyd olunan arqumentlәrin irәlisürüldüyünü hesab edirik. Proqram tәminatının vaxtında tәhvil verilmәmәsi iddiaçının işgüzar fәaliyyәtinә mәnfi tәsir göstәrmiş vә MMC-dә insan resurslarının idarәetmәsindә ciddi problemlәr yaratmışdır ki, nәticәdә cavabdehin müqavilә şәrtlәrini pozduğu üçün iddiaçı mәhkәmәyә müraciәt etmәk mәcburiyyәtindә qalmışdır.
20. Cavabdeh ##.##.2025-ci il tarixdә qarşılıqlı iddia әrizәsi verәrәk, iddia әrizәsinin әsassız olduğu üçün rәdd edilmәsi, iddiaçıdan cavabdehin xeyrinә 24570 manat әlavә işlәrә çәkilmiş xәrc miqdarında real zәrәrin, 1000 manat miqdarında vәkil haqqı ödәnişi formasında real zәrәrin, 166,71 manat mәblәğindә dövlәt rüsumu formasında real zәrәrin vә 18000 manat miqdarında әldәn çıxmış faydanın, toplam 44736,71 manat mәblәğindә vәsaitin tutularaq ödәnilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir.
21. Qarşılıqlı iddia әrizәsi onunla әsaslandırılmışdır ki, tәrәflәr arasında olan müqavilәnin bir sıra maddәlәrinә istinadla müqavilәnin vaxtında icra edilmәmәsi vә buna görә guya cәrimә tәtbiqi vә ödәnilmiş xidmәt haqqının geri ödәnilmәsinin tәlәb edilmәsi üçün әsas yaranmış olduğu barәdә bәyanatlar yer alır ki, bunlar da açıq-aşkar müqavilә üzrә işlәrin vaxtında tәhvil verilmәmәsi ilә bağlı faktiki şәraitin doğru vә hәrtәrәfli tәsvirinә әsaslanmamışdır, yәni faktiki olaraq işin hallarının İddiaçı tәrәfindәn voluntarist şәkildә tәhrif edilmiş şәrhinә әsalanmışdır. Buna görә dә faktiki şәrait İddiada tәhrif edilmiş şәkildә tәqdim edilir vә hәqiqәtә uyğun deyil. 2. Müqavilәnin icrasının lәngimәsi ilә әlaqәdar faktiki şәraitin aydınlaşdırılması üçün onun icrasına tәsir göstәrmiş mәqamların araşdırılması gәrәkir ki, İddiacı tәrәfindәn belә bir araşdırma aparılmamışdır, belә ki, gecikmә sәbәbinin tәhlil İddiçıya sәrf etmir, buna görә dә әsassız olaraq Müqavilәnin vaxtı-vaxtında icrasının guya Blink-Bİ-dan asılı olan sәbәblәrә görә mümkün olmadığı barәdә әsassız bәyan verilmişdir. Halbuki, faktiki şәraitin doğru şәlkildә araşdırılması göstәrir ki, gecikmә, heç dә, İddiada qeyd vә iddia edildiyi kimi, Cavabdehin yox, İddiaçının hәrәkәtlәri nәticәsindә baş vermidir. Belә ki, Müqavilәnin icrasında lәngimәlәr, әslindә, xxxx tәrәfindәn verilmiş әlavә tapşırıq vә sifarişlәr, elәcә dә, İş Planında xxxxyә aid edilmiş işlәrdә baş vermis lәngimәlәrlә әlaqәdar olmuşdur. 3. Müqavilәnin icrası prosesindә “Blink-Bi” İddiaçıdәn funksionallığa aid 11 (on bir) әlavә iş sifarişi (tәlimatı/tapşırığı) almışdır ki, bunların da 3-ü (üçü) PT-yә yeni funksiyaların әlavә edilmәsi, 8-i (sәkkizi) isә mövcud funksiyaların dәyişilmәsi ilә әlaqәdar olmuşdur. Əlavә iş sifarişlәrinin (tәlimatlarının/tapşırılarının) icrası işlәrin yerinә yetirilmәsindә toplam әlavә 40 iş günü tәlәb etmişdir. Cavabdeh yuxarıda göstәrilәn әlavә işlәrә görә, İddiaçı ilә aralarında olan işgüzar münasibәtlәrә xәlәl gәtirmәmәk mәqsәdilә, xxxx-dәn әlavә ödәniş tәlәb etmәmişdir, lakin göstәrilәn әlavә işlәrin razılaşdırılmış “İş planı” ilә nәzәrdә tutulan müddәtlәr daxilindә yerinә yetirilmәsi imkan xaricindә olmuşdur. 5. Qeyd etmәk yerinә düşәrdi ki, hәr bir istәnilәn xarakterli layihә (olsun PT hazırlanması, ya tikinti işlәri vә ya daşımacılıq yaxud hәr hansı digәr bir xidmәt sahәsindә) üzrә razılaşdırılmış iş hәcminә әlavә iş növlәrinin (qәlәmlәrinin) әlavә edilmәsi hәmin layihә üzәrindә 2 cür tәsirlәr yaradır: (1) qiymәt tәsiri vә (2) müddәt (vaxt) tәsiri. 6. Cavabdeh İddiaçı ilә işgüzar münasibәtlәrini nәzәrә alaraq, әlavә işlәr üçün әlavә ödәniş tәlәb etmәmişdir vә әlavә işlәr üçün әlavә ödәniş tәlәblәrini işlәrin tәhvil-tәslimindәn sonra İddaçı ilә müzakirә nәticәsindә razılaşdırılmış hәcmdә irәli sürmәk niyyәtindә olmuşdur. Əlavә işlәr üçün ödәniş tәlәblәrinin әsasları aşağıda tәqdim edilir. 7. Digәr tәrәfdәn, әlavә işlәrin yaratdığı müddәt tәsiri Cavadehin işçi heyәti üzәrindә elә bir izafi (planlaşdırılmamış) iş yükü әmәlә gәtirmişdir ki, hәmin iş yükünün icra müddәtinә tәsirini, Cavbdeh tәrәfindәn müvafiq qaydada sәy göstәrilmәsinә baxmayaraq, aradan qaldırmaq mümkün olmamışdır. 8. Bundan başqa, işlәrin icrasının yubanmasına sәbәb olmuş amillәrdәn bir başqası da “İş planı”nda göstәrilmiş (a) hәm yalnızca İddiaçının öhdәsinә düşәn, hәm dә (b) tәrәflәrin birgә mәsuliyyәt dairәsinә aid edilmiş işlәrdә xxxxnin layihәnin icrasına cәlb olunmuş işçi heyәtinin fәaliyyәtindәki lәngimәlәrdәn ibarәt olmuşdur ki, bu lәngimәlәr dә, sonrakı mәrhәlә üzrә işlәrin planlaşdırılmış vaxtlarda icrasını qeyri-mümkün etmişdir. gecikmә halları xxxx-nin layihә üzrә işlәrә cәlb olunmuş işçi heyәtinin üzvlәri ilә VVats App qrupunda yazışma (çıxarışlar әlavә edilir) ilә tәsdiq edilir. Göstәrilәn mәqamlar ümumi layihә platformasında da (Trello) öz әksini tapmışdır (bu әrizәyә әlavә edilir). Hәmin yazışma vә qeydlәrә diqqәt yetirәndә aydın olur ki, layihә üzrә baş vermis lәngimәlәrin sәbәblәri mәhz İddiaçının mәsuliyyәt dairәsinә daxil olan mәqamlarla bağlı olmuşdur. Müqavilәnin 6.2-ci maddәsinә әsasәn tәrәflәr müqavilә üzrә öhdәliklәrinin icra edilmәmәsi vә ya lazımi sәviyyәdә icra edilmәmәsinә görә mәsuliyyәt daşıyırlar. Müqavilәnin 6.9.4-cü bәndi, nәzәrdә tutur ki, “Lisenziar (Cavabdeh) Müqavilә çәrçivәsindә tәqdim olunan hәr hansı xidmәt vә ya PT–nin istifadәsi vә/vә ya istifadә edilә bilmәmәsi sәbәbindәn (Lisenziara aid olan hallar istisna olmaqla) baş verә bilәcәk birbaşa vә ya dolayı zәrәrә görә mәsuliyyәt daşımır”. Belәliklә, gecikmәnin İdiaçıya aid olan sәbәblәrdәn baş vermәsi ilә әlaqәdar, Müqavilәnin yuxarıda göstәrilәn müddәaları ilә Cavabdehin mәsuliyyәtinin istisna edildiyi bir halda, İddiaçı öz öhdәliklәrinin yerinә yetirmәmәsindәn irәli gәlәn nәticәlәr üzrә mәsuliyyәti Cavabdehin üzәrinә atmağa cәhd edir. Belә ki, gecikmәlәr Müqavilәyә * saylı Əlavә әsasında İddiaçının üzәrinә düşәn işlәrin icrasının onun tәrәfindәn gecikdirilmәsi nәticәsindә baş vermişdir. Aşağıda onlar bir-bir göstәrilir: (i) İş Planın 2-ci bәndinin (PT üçün texniki müstәvinin tәqdim edilmәsi) icrası – İş Planında nәzәrdә tutulan 2 iş günü әvәzinә 15 gün gecikmә ilә, 17-ci iş günü tәqdim edilmişdir. Sәbәb: İddiaçının kobud sәhlәnkarlığı. (ii) İş Planın 4-cü bәndinin (İnsan qaynaqları üzrә әsas biznes proseslәrinin tәhlili) yerinә yetirilmәsi mümkün olmamışdır. Sәbәb: İnsan qaynaqları üzrә әsas biznes proseslәri tәqdim edilmәmişdir, çünki İddiaçıda ümumiyyәtlә İnsan qaynaqları üzrә hәr hansı bir prosedur vә ya qayda olmamışdır. (iii) İş Planın 5-ci bәndinin (tәşkilati strukturun tәqdim edilmәsi) icrası – İş Planında nәzәrdә tutulan 2 iş günü әvәzinә 5 gün gecikmә ilә, 7-ci iş günü tәqdim edilmişdir. Sәbәb: İddiaçıda sistemә birbaşa inteqrasiya etmәk üçün lazımi formatda (.xls formatında – xüsusi strukturda) hazır tәşkilati struktur olmaması vә tәşkilati strukturun әllә yığılması istәyi. (iv) İş Planın 6-cı bәndinin (Ştat cәdvәlinin tәqdim edilmәsi) icrası – İş Planında nәzәrdә tutulan 2 iş günü әvәzinә 3 gün gecikmә ilә, 5-ci iş günü tәqdim edilmişdir. Sәbәb: İddiaçının sistemә birbaşa inteqrasiya olunması üçün lazımi formatda mәlumatların olmaması vә electron ştat cәdvәlinin әllә yığılması.. (v) İş Planın 8-ci bәndinin (әmәkdaşların siyahısının tәqdim edilmәsi) icrası – İş Planında nәzәrdә tutulan 5 iş günü әvәzinә ümumiyyәtlә yekunlaşmayıb. Sәbәb: İddiaçı tәrәfindәn әmәkdaşların mәlumatları üzrә yeni әlavә submodulların hazırlanması (әlavә işlәrin yerinә yetirilmәsi) tәlәbi ilә әlaqәdar olaraq gecikmә yaranması. Hәmçinin әmәkdaşlara aid mәlumatların vahid elektron bazasının olmaması vә şәxsi işlәrdәn pәrakәndә toplanması. Bu sәbәbdәn sözügedәn işin icası tamamilә xxxx tәrәfindәn icra olunmuşdur. (vi) İş Planın 9-cu bәndinin (әmәkdaş mәlumatlarının sistemә inteqrasiyası) icrası – İş Planında nәzәrdә tutulan 3 iş günü әvәzinә mәlumatlar xxxx tәrәfindәn tәqdim edilmәdiyinә görә Inteqrasiya mümkün olmamışdır. X5 әmәkdaşları tәrәfindәn әl ilә sistemә daxil edilib. Sәbәb: İş Planının 8-ci bәndinin icrasına bağlı olduğu üçün İddiaçı mәlumatların әl ilә daxil edilmәsini tәklif etdiyinә görә, mәlumatlar daxil edildikcә inteqrasiya hәyata keçirilib. (vii) İş Planının 10-cu bәndinin (әmәk müqavilәlәrinin tәqdim edilmәsi) icrası – İş Planında nәzәrdә tutulan 5 iş günü göstәrildiyi halda ümumiyyәtlә tәqdim olunmyıb. Sәbәb: xxxxnin әmәk müqavilәlәri yalnız ƏMAS dövlәt alt-sistemi vә kağız daşıyıcıda mövcud olmuş vә inteqrasiya üçün yararsız olmuşdur. Bu sәbәbdәn әmәk müqavilәlәrinin sistemә daxil edilmәsi xxxx tәrәfindәn hәyata keçirilirdi. Lakin, lәngidilmiş vә tam icra olunmamışdır. (VVatsap yazışma ##.##.2024) (viii) İş Planın 11-ci bәndinin (istifadә olunan sәnәd şablonlarının tәqdim edilmәsi) icrası – İş Planında nәzәrdә tutulan 5 iş günü göstәrildiyi halda ümumiyyәtlә tәqdim olunmamış vә Cavabdeh tәrәfindәn formalaşdırılmışdır. Sәbәb: İddiaçıda heç bir sәnәd şablonu vә ya nümunәsi olmamışdır, bütün sәnәdlәr ixtiyari formada tәrtib edilmişdir. (v) İş Planın 12-ci bәndinin (әmәk müqavilәlәrinin sistemә inteqrasiyası) icrası – 10- cu bәndin icrası İdiaçı tәrәfindәn tәmin edilmәdiyi üçün icrası mümkün olmayıb. Sәbәb: İdiaçı tәrәfindәn 10-cu bәndin icrasının tәmin edilmәmәsi (vi)İş Planın 13-cü bәndinin (tәqdim olunan sәnәd şablonlarının sistemә tәtbiqi) icrası – 11-ci bәndin icrası İdiaçı tәrәfindәn tәmin edilmәdiyi üçün icrası mümkün olmayıb. Sәbәb: İdiaçı tәrәfindәn 11-ci bәndin icrasının tәmin edilmәmәsi (vii) İş Planın 14-cü bәndinin (iş illәrinә görә әmәkdaşların qalıq әmәk mәzuniyyәti günlәrinin sayının tәqdim edilmәsi) icrası – İş Planında nәzәrdә tutulan 5 iş günü göstәrildiyi halda ümumiyyәtlә tәqdim olunmamışdır Sәbәb: İddiaçıda bu barәdә hazır mәlumat olmamışdır. (viii) İş Planın 15-ci bәndinin (qalıq mәzuniyyәtlәrin sistemә miqrasiyası) icrası – 14-cü bәndin icrası İdiaçı tәrәfindәn tәmin edilmәdiyi üçün icrası mümkün olmayıb. Sәbәb: İdiaçı tәrәfindәn 14-cü bәndin icrasının tәmin edilmәmәsi (ix)İş Planın 16-cı bәndinin (әmәk haqqı hesablanması üzrә biznes prosesin tәhlili) icrası – yekunlaşmayıb. Sәbәb: biznes prosesi tәqdim edilmәmişdir, çünki İddiaçıda ümumiyyәtlә hәr hansı bir prosedur vә ya qayda olmamışdır. (x) İş Planın 17-ci bәndinin (2024-cü ilin yanvar ayı üçün әmәk haqqı cәdvәlinin tәqdim edilmәsi) icrası – tәqdim edilmәyib. Sәbәb: xxxx tәrәfindәn öhdәliyin pozulması (xi)İş Planın 18-ci bәndinin (son 12 ay üçün әmәk haqqı cәdvәlinin tәqdim edilmәsi) icrası –tәqdim edilmәmişdir. Sәbәb: xxxx tәrәfindәn öhdәliyin pozulması (xii) İş Planın 19-cu bәndinin (son 12 ay üçün әmәk haqqı cәdvәlinin sistemә inteqrasiyası) icrası – icra olunmayıb. Sәbәb: İdiaçı tәrәfindәn 18-ci bәndin icrasının tәmin edilmәmәsi (xiii) İş Planın 20-ci bәndinin (istehsalat tәqvimi, norma-saatlar, table cәdvәllәri vә әmәk haqqı hesablamalarının (payroll) tәtbiqi) icrası – yekunlaşmayıb. Sәbәb: xxxx tәrәfindәn İş Planının 8 – 11, 17 -18-ci bәndlәrinin icrasının tәmin edilmәmәsi (xiv) İş Planın 21-ci bәndinin (istehsalat tәqvimi, norma-saatlar, table cәdvәllәri vә әmәk haqqı hesablamalarının (payroll) tәhvil verilmәsi) icrası – 20-ci bәndin icrası İddiaçı tәrәfindәn tәmin edilmәdiyi üçün icrası mümkün olmayıb. Sәbәb: İdiaçı tәrәfindәn 20-ci bәndin icrasının tәmin edilmәmәsi (xv) İş Planın 22-ci bәndinin (әmәk haqqı hesablandıqdan sonrakı biznes proseslәrinin tәhlil) icrası – yekunlaşmayıb. Sәbәb: әmәk haqqı hesablanması üzrә proses qurulduqdan sonra icra edilmәli idi, İddiaçı işlәri dayandırıb (xvi) İş Planın 23-ci bәndinin (bankla inteqrasiyanın tәmin edilmәsi) icrası – yekunlaşmayıb. Sәbәb: xxxx tәrәfindәn işlәrin dayandırılıması (bu bәnd layihәnin sonunda icra edilmәli olan işi ehtiva edir). (xvii) İş Planın 26- cı bәndinin (rol vә sәlahiyyәtlәr mariksinin (cәdvәlinin) tәqdim edilmәsi) icrası – tәqdim olunmayıb. Sәbәb: xxxx tәrәfindәn öhdәliyin pozulması (belә bir sәnәd xxxxdә ümumiyyәtlә mövcud olmamışdır) (xviii) İş Planın 27-cü bәndinin (rol vә sәlahiyyәtlәr mariksinә (cәdvәlinı) uyğun istifadәçilәrin yaradılması vә lisenziyaların sistemә tәtbiq edilmәsi) icrası – 26- ci bәndin icrası İdiaçı tәrәfindәn tәmin edilmәdiyi üçün icrası mümkün olmayıb. Sәbәb: İdiaçı tәrәfindәn 26-ci bәndin icrasının tәmin edilmәmәsi (xix) İş Planın 29-cü bәndinin (hesabat nümumәlәrinin tәqdim edilmәsi) icrası – tәqdim olunmayıb. Sәbәb: xxxx tәrәfindәn öhdәliyin pozulması (xx) İş Planın 30-cü bәndinin (hesabat nümumәlәrinin uyğunlaşdırılması) icrası – 29-ci bәndin icrası İddiaçı tәrәfindәn tәmin edilmәdiyi üçün icrası mümkün olmayıb. Sәbәb: İdiaçı tәrәfindәn 29-cu bәndin icrasının tәmin edilmәmәsi Yuxarıdakılardan görünür ki, İş Planı üzrә İddiaçı tәrәfindәn yalnızca 3 fәaliyyәt qәlәmi (İş Planının 1, 4-cü vә 6-cı bәndlәri) üzrә ümumi gecikmә 23 iş günü tәşkil etmiş, qalan fәaliyyәt qәlәmi üzrә öhdәliklәr ümumiyyәtlә tam olaraq icra edilmәmişdir. Belә olan halda Cavabdehdәn Layihәnin vaxtında tәhvil verilmәsinin tәlәb edilmәsi sadәcә bir mәntiqsizlik tәşkil edir. 10.Bu Ərizәyә әlavә edilmiş Vhatsap yazışmasını әks etdirәn skrinshotlarda görünür ki, İddiaçı tәrәfindәn ##.##.2024 tarixindәn ##.##.2024 tarixәdәk әmәk müqavilәlәri mәlumatlarının PT-yә әlavә edilmәsi üzrә heç bir fәaliyyәt hәyata keçirilmәmişdir. Cavabdeh tәrәfindәn müqavilә mәlumatlarının sistemә әlavә edilib bitirilmiş olduğu ehtimalı irәli sürüldükdә isә İddiaçı öz fәaliyyәtsizliyindә Cavabdehi tәqsirlәndirmәyә başlamışdır. Belә ki, İddiaçının әmәkdaşı (Elnarә x.) bildirmişdir ki, İddiaçı (İnsan Qaynaqları xidmәti) Cavabdehdәn mәlumat gözlәyirmiş. Hәtta sual da verilir ki, “Trello”da әks edilmiş problemlәr aradan qaldırılbmı. Bu sualın özü İddiaçı tәrәfindәn fәaliyyәtsizliyin ifadәsidir, çünki İddiaçı әmәk müqavilәlәri mәlumatlarını PTyә daxil etmәyә cәhd göstәrsәydi problemlәrin aradan qaldırılıbqaldırılmadığından xәbәrdar olardı, bixәbәr olması onu göstәrir ki, mәlumatların sistemә әlavә edilmәsi cәhdi olmamışdır. Daha sonra, hәmin yazışmada yenә hәmin әmәkdaş bidirir ki, “5-ci gün (##.##.2024) tarixindә bildirilmişdir ki, problemlәrin bir hissәsi hәll olunub, nәvaxt tam hәll olunacaq ki yoxlayaq?” Daha sonra digәr bir әmәkdaş (VVats App qrupunda “Zülfiyyә Asad” kimi qeyd edilib) bildirir ki, “Sizdәn xәbәr gözlәyirdik, bu gün geridönüş etdiz, bu gün yoxlamalıyıq”. İddiaçının nümayәndәsinin bu bәyanı da göstәrir ki, İddiaçı tәrәfindәn mәlumatların daxil edilmәsi üçün göstәrilәn tarixlәr aralığında heç bir iş görülmәmişdir. Cavabdehin nümayәndәsi (VVats App qrupunda “Tahir” kimi qeyd edilib) bununla әlaqәdar bildirmişdir ki, әmәk müqavilәlәri mәlumatlarının sistemә daxil edilmәsindә yeganә problem İşәgötürәnin sistemә daxil edilә bilmәmәsi olmuşdur ki, bu da texniki problem olmamışdır vә әlavә etmişdir ki, hәmin problem digәr әmәkdaşların mәlumatlarının sistemә daxil edilmәsinә әngәl yaratmamışdır. İddiaçı tәrәfindәn bәhanә olaraq digәr bir problemin olduğu ortaya qoyulmuşdur vә Cavabdeh tәrәfi bildirmişdir ki, bu problem barәdә әvvәl heç bir mәlumat verilmәmişdir. Bu halda İddiaçı problemin indi (yәni ##.##.2024 tarixdә) yarandığını bildirmişdir, Cavabdeh isә qeyd etmişdir ki, elә bir problem yarana bilmәz, çünki, texniki tәrәfdәn hәmin hissәyә heç bir dәyişiklik edilmәmişdir vә mәlumatların sistemә daxil edilmәsini bloklaya bilәn heç bir problem qeyd edilmәmişdir. Sonra göstәrilәn problemin üzә çıxmasından әvvәl nә qәdәr әmәk müqavilәsinin sistemә işlәndiyi barәdә sual verilәrkәn İddiaçının İnsan Qaynaqları xidmәtinin rәhbәri şahid2 müdaxilә edәrәk Cavabdehi faәliyyәtsizlikdә tәqsirlәndirmişdir. Yәni, faktiki olaraq sualın cavablandırılmasının qarşısını almışdır. Yuxarıdakı yazışmadan aşakar şәkildә görünür ki, İddiaçının öz fәaliyyәtsizliyi nәticәsindә geçicmә yarandığı bir halda, İddiaçı gecikmә sәbәbini әsassız olaraq Cavabdehә aid etmәk istәyir. (B) Cavabdehin Əlavә işlәr üzrә xәrclәrin ödәnilmәsi tәlәbinin әsasları. 11.Əlavә funksionallıq üzrә işlәr layihә üzrә ümumi işlәrin 63 %-ni (altmış üç faiz) tәşkil etmәklә işlәrә әlavә 40 iş günü sәrf edilmiş vә әlavә işlәrin dәyәri 24 570 (iyirmi dörd min beş yüz yetmiş) manat (ƏDV xaric) hәcmindә qiymәtlәndirilir. Belәliklә dә, hәmin әlavә iş hәcminirazılaşdırılmış iş hәcminin üzәrinә gәlsәk layihәnin ümumi dәyәri 63 % (altmış üç faiz) artaraq 63 570 (altmış üç min beş yüz yetmiş) manat olmuşdur. Əlavә işlәrin dәyәri aşağıdakı qaydada hesablanmışdır: Ümumilikdә 26 iş günü (8 tapşırıq) funksionallıq dәyişikliklәrinә, 14 iş günü (3 tapşırıq) isә yeni funksionallıqların yaradılmasına sәrf edilmişdir. Bu haqda BlinkBi tәrәfindәn İddiaçıya ünvanlanmış mәktublarda (pretenziyalara cavab mәktublarında) da qeyd olunmuşdur, lakin İddiaçı tәrәfindәn mәktublarda göstәrilәn hallara mәhәl qoyulmamışdır. Cәmi 40 iş günü әrzindә yerinә yetirilmiş işin dәyәri 24,570.00 AZN tәşkil etmişdir. Bu dәyәr xxxx ilә imzalanmış lisenziya müqavilәsinә xxxx tәrәfindәn implementasiya xәrclәri nәzәrә alınaraq tәtbiq olunmuş endirimli qiymәtlәr әsasında formalaşmışdır. İddiaçı tәrәfindәn Müqavilәnin icrası dayandırılan zaman müqavilә üzrә işlәrin 50 %-i (әlli faiz) tam yerinә yetirilmiş vәziyyәtdә olmuşdur. Müqavilәyә İddiaçı tәrәfindәn birtәrәfli qaydada xitam verilmәsi yuxarıda göstәrilәn sәbәblәrә görә әsassız olduğu üçün, bu, Cavabdehә әsas verir ki, әlavә işlәrin dәyәrini, yәni layihә dәyәrinin 63 %-inә (altmış üç faizinә) bәrabәr olan mәblәği, yuxarıda göstәrilәn qaydada hesablanmış 24 570 (iyirmi dörd min beş yüz yetmiş) manat mәblәğin İddiaçı tәrәfindәn ödәnilmәsini tәlәb etsin. 12. İddiaçıya göndәrilmiş ##.##.2024 tarixli elektron mәktubda Cavabdeh tәrәfindәn yekunlaşdırılmış işlәr tәsvir edilmiş, işlәrin 50%-nin yekunlaşdmış olduğu tәsdiq edilmiş vә bildirilmişdir ki, İddiaçı tәrәfindәn lazımi mәlumatlar sistrmә yüklәnәrsә, işlәrin 80%-İ yekunlaşmış olacaq. Lakin, İddiaçı öz üzәrinә düşәn işlәri yerinә yetirmәk әvәzinә Cavabdehә qarşı әsassız vә uydurma iddialarla çıxış etmәyә üstünlük vermişdir ki, İddia әrizәsindә dә bu hal aşkar şәkildә tәzahür edir. 13.Qeyd edilmәlidir ki, әlavә işlәr İddiaçınin rәhbәrliyinin layihә üzrә mәsul şәxs qismindә tәyin etdiyi hәmin vaxt İnsan Qaynaqları xidmәtinin başçısı vәzifәsindә çalışan şahid2 tәrәfindәn verilmişdir. Ödәnişin geri qaytarılması tәlәbini isә İddiaçınin rәhbәrliyi (Vuqar Eyvazov) onunla әsaslandırmışdır ki, rәhbәrlik tәrәfindәn İddiaçınin layihә üzrә sәlahiyyәtli nümayәndәsi qismindә tәyin edlmiş şәxsin guya belә tapşırıq vә sifariş vermәyә sәlahiyyәti olmamışdır vә belә әlavә sifarişlәr barәdә “BlinkBi” guya c. Sәmәdovu şәxsәn mәlumatılandırmalı imiş. Halbuki, “Blink-Bİ” әlavә sifarişlәrin sәlahiyyәtli nümayәndә tәrәfindәn verilmiş olduğuna güvәnmiş vә İddiaçınin rәhbәrliyinin bundan bixәbәr olması barәdә hәr hansı şübhә vә ya ehtimal üçün әsas görmәmişdir, belә ki, mәhz hәmin şәxs (hansı ki, hazırda işdәn kәnarlaşdırılmışdır) layihә üzrә İddiaçınin nümәyәndәsi olaraq çıxış etmişdir vә hәmin şәxsin icrası “Blink-Bİ” üçün mәcburi olan tәlimatlar vermәk sәlahiyyәtinin “Blink-Bİ” tәrәfindәn mübahisәlәndirilmәsi üçün hәr hansı bir әsas olmamışdır. Göstәrilәn sәbәbә görә, “Blink-Bİ” tamamilә әsaslı olaraq bütün әlavә sifariş vә tәlimatların İddiaçı rәhbәrliyinin razılığı vә tәsdiqi ilә verildiyinә inanmaq üçün bütün әsasları olmuşdur. Bütün dünya ölkәlәrinin İşgüzar dairәlәrindә, o cümlәdәn, Azәrbaycan Respublikasının hüquq sistemindә vә mәhkәmә praktikasında әsaslı şәkildә tәşәkkül tapmış vahid tәcrübә ondan ibarәtdir ki, müqavilә üzrә sifarişçinin nümayәndәsinin verdiyi tapşırıq vә tәlimatlar icraçılar tәrәfindәn mübahisәlәndirilmir vә onların, sifarişçidәn әks göstәriş olmadıqca, sifarişçinin rәhbәrliyinin tәsdiqi vә razılığı әsasında verildiyi әsas götürülür. Bu baxımdan “Blink-Bİ” şirkәtinin davranışı göstәrilәn işgüzar adәtә, habelә, ölkәdә tәşәkkül tapmış hüquqi vә mәhkәmә praktikasına tam uyğun olmuşdur. “Blink-Bi” İddiaçınin daxilindәki proseslәrә, onların düzgün vә ya qüsurlu tәtbiqinә görә cavabdeh deyil vә bunun üçün mәsuliyyәt daşıya bilmәz. Tәrәflәr arasında imzalanmış müqavilәnin әhatә dairәsinә müqavilәnin 1.5-ci maddәsinә әsasәn proqram tәminatından istifadә üçün lisenziya verilmәsindәn әlavә, hәm dә, proqram tәminatının quraşdırılmasını vә müvafiq әmәkdaşlar üçün tәlim keçirilmәsi vә müqavilәnin 1.6-cı maddәsinә әsasәn bir il müddәtindә texniki dәstәk vә mәslәhәt xidmәtlәrinin göstәrilmәsi, habelә, yenilәnmә paketlәrinin tәqdim edilmәsi daxil edilmişdir. Lisenziya qiymәti mәhz bu amillәr vә bazarda oxşar proqramlar üçün tәklif edilәn qiymәtlәr nәzәrә alınmaqla hesablanmış, tәklif edilmiş vә razılaşdırılmışdır. İlk istifadә ili üçün müqavilә qiymәti proqramdan istifadәçilәrin sayı nәzәrә alınmaqla onun quraşdırılması xәrclәrini ödәdiyi üçün Cavabdeh bazar qiymәtlәrini nәzәrә alaraq müqavilә qiymәtini razılaşdırmışdır. Bu sәbәbdәn әlavә işlәrin qiymәtinin quraşdırmaya sәrf edilәn iş vaxtı әsasında müәyyәnlәşdirilmәsi әsaslıdır. Müqavilәnin 1.7-ci bәndi nәzәrdә tutur ki, proqram tәminatı ilә әlaqәdar Müqavilәnin 1.5. vә 1.6- cı bәndlәrindә qeyd olunanlardan başqa әlavә hәr hansı bir xidmәt göstәrilmәsi Müqavilә ilә nәzәrdә tutulan ödәniş hәcmi ilә әhatә olurımur. 1.5-ci bәnddә ümumi şәkildә göstәrilәn işlәr Müqavilәnin 1-ci Əlavәsindә tәfsilatlı şәkildә tәsvir edilir vә 3-cü Əlavәsindә işlәrin konkret icrası müddәtlәri müәyyәnlәşdirilir. Belәliklә dә, 1.7-ci bәnddә qeyd edilәn müddәadan irәli gәlir ki, әlavә işlәrin qiymәti müqavilә qiymәtinә daxil deyil vә müqavilә qiymәti yalnız 1 vә * saylı Əlavәlәrdә göstәrilәn işlәri daxil edir. Bununla әlaqәdar olaraq, әlavә işlәrin dәyәri Müqavilә qiymәtinә daxil olan işlәrin dәyәri әsas götürülmәklә hesablanmalı vә ödәnilmәlidir. (C)İddiada göstәrilәn digәr mәqamlar ilә bağlı aşağıdakıları diqqәtinizә çatdırırq: Müqavilәnin 3.2.3-cü bәndinә görә, İddiaçı proqram tәminatının quraşdırılması üzrә işlәrin düzgün yerinә yetirilmәsi üçün koordinasiyaya cavabdehdir. Lakin, İddiaçı bu vacib funlksiyanı yerinә yetirmәmiş vә özü bu ödәliyin icrasından kәnarlaşmışdır. Mәs. İddiaçı tәrәfindәn layihә iştirakçılarına göndәrilmiş ##.##.2024 tarixli elektron mәktubda (әlavә edilir) koordinasiya funksiyalarının Cavabdeh tәrәfindәn yerinә yetirildiyi aşkar şәkildә görünmәkdәdir. Hәmin mәktubda Cavabdeh tәrәfindәn layihә rәhbәri “hәr bir funksionallıq qurulumlarının vә inteqrasiyalarınin” icra müddәtlәrini layihә iştirakçılarının diqqәtinә çatdırmaqla implementasiya zamanı yaranan texniki nasazlıqlar sәbәbindәn yarana bilәn gecikmәlәr barәdә hәftәlik mәlumat verilmәsini xahiş edir. Bu, koordinasiya funksiyalarının Cavabdeh tәrәfindәn yerinә yetirildiyini göstәrir. 16.Yuxarıdakılardan aydın olur ki, Cavabdeh tәrәfindәn Müqavilә şәrtlәrinin pozuntusuna yol verilmәmişdir vә bununla bağlı İddiaçı tәrәfindәn qәrәzli münasibәt sәrgilәnir vә bu yolla mәhkәmәdә yanlış tәsәvvür әmәlә gәtirilmәsinә cәhd edilir. İddiaçı bildirir ki, guya onunla Cavabdeh arasında danışıqlar aparılmış, lakin heç bir nәticә vәrmәmişdir. Bu bәyanat sadәcә hәqiqәtә uyğun deyil, belә ki, İddiaçı tәrәfindәn danışıq vә müzakirәlәrdәn imtina edilmiş vә İddiaçı Cavabdeh tәrәfindәn mübahisәnin qarşılıqlı anlaşma şәraitindә çözülmәsi ilә bağlı tәkliflәrini sadәcә qulaqardına vurmuşdur. İlk әvvәl, Müqavilәyә uyğun şәkildә mübahisәnin vә ixtilafın hәll edilmәsi mәqsәdi ilә danışıqlara başlamaq әvәzinә İddiaçı tәrәfindәn Cavabdehә onun mәsuliyyәtinin etirafını nәzәrdә tutulan müqavilә layihәsi göndәrilmiş vә hәmin müqavilәnin imzalanması tәklif edilmişdir. Yalnız belә yanaşmanın sağlam vә mәntiqi düşüncә әsasında heç bir vәchlә danışıq hesab edilә bilmәmәsi vә danışıqların Müqavilә üzrә tәrәflәrin öhdәliyi olduğu, Müqavilәnin 7.2-ci bәndinә әsasәn Müqavilәyә birtәrәfli qaydada xitam verilmәsinin hüquq pozuntusu tәşkil etdiyi İddiaçının diqqәtinә çatdırıldıqdan sonra İddiaçı Cavabdeh ilә yalnız 1 (bir) dәfә onlayn formatda görüş keçirilmәsinә razılığını bildirmişdir. 19.Onlayn görüş zamanı İddiaçı tәrәfindәn ultimativ qaydada ödәnilmiş pulların geri ödәnilmәsi tәlәb edilmiş vә Cavabdeh tәrәfindәn irәli sürülәn arqument vә fikirlәr qәti şәkildә rәdd edilәrәk hәr hansı bir müzakirәdәn imtina edilmişidr. İddiaçının mövqeyi ondan ibarәt olmuşdur ki, müqavilәnin vaxtında icra edilmәmәsi vә proqramın müqavilә ilә nәzәzrdә tutulmuş müddәtdә tәhvil verilmәmәsi “Blink-Bİ”-a aid edilmәli sәbәblәrә görә baş vermişdir. Bu әsasla tәklif edilmişdir ki, “Blink-Bİ” vә İddiaçı arasındakı müqavilә münasibәtlәri “sıfırlansın”. “Sıfırlanma” adı altında aşağıdakılar tәklif edilmişdir: (i) İddiaçı tәrәfindәn “Blink-Bİ”-ya ödәnilmiş müqavilә mәblәğinin 50% mәblәğindә vәsaitin qaytarılması; (ii) proqram tәminatı hazır olduqdan sonra İddiaçı tәrәfindәn proqramın satın alınması imkanının nәzәrdәn keçirilmәsi; vә (iii) әgәr proqram İddiaçı tәrәfindәn müәyyәn edilәn meyarlara cavab verәrsә, yәni (ii) bәndindә qeyd edilәn mәsәlә üzrә İddiaçı tәrәfindәn”xxxx”-ın әksinә qәrar verilmәsә, İddiaçı tәrәfindәn proqramın, proqram onun tәlәb vә gözlәntilәrinә cavab verәrәsә, satın almaq mәsәlәsinin nәzәrdәn keçirilmәsi. Yәni, tәklif edilmişdir ki, Cavabdeh tәrәfindәn hazır proqram tәminatı tәqdim edilsin vә o (proqram tәminatı) İddiaçının tәlәblәrinә uyğun gәlsә, İddiaçı onun satın alınması mәsәlәsinә baxa bilәr. Amma, baxmaya da bilәr. Baxsa da belә, almaq istәmәyә bilәr. Bu tәklif iki әsasa görә ciddi vә mәntiqli hesab edilә bilmәzdi: (i) İddiaçı proqram tәminatının onun üçün mәqbul sayıla bilәcәyi gözlәntilәri, tәlәblәri vә meyarlar barәdә Cavabdehә hәr hansı bir mәlumat vermәkdәn imtina etmişdir, baxmayaraq ki belә mәlumat istәnilmişdir. Yәni, Cavabdehin mәqbul hesab edә bilәcәyi göstәricilәr bildirilmәdәn hәmin göstәricilәrә uyğun mәhsul hazırlanması, mәntiqi olaraq, qeyrimümkündür. (ii) Cavbdeh tәrәfindәn korkoranә proqram tәminatı hazırlanmasına hәr hansı xәrc çәkilmәsi mәntiqi şәkildә Cavabdehdәn (elәcә dә, istәnilәn bir şüurlu vә sağlam düşüncәli şәxsdәn) gözlәnilә bilәn bir hәrәkәt sayıla bilmәz. İddiaçı tәrәfindәn 2025-ci ilin mart ayının sonuna kimi proqramın onun (İddiaçıxxxx“BlinkBİ” tәrәfindәn ona ödәnilmiş vәsaitin dәrhal qaytarılması şәrtilә) İddiaçı tәrәfindәn proqramın satin alına bilәcәyi imkanının sәslәndirildiyinә әsasәn, İddiaçı tәrәfindәn tәklif edilmişdir ki, onun (İddiaçının) tәlәb vә gözlәntilәrinin meyarları İddiaçı tәrәfindәn bildirilsin vә “Blink-Bİ” 2025-ci ilin mart ayınının sonunadәk proqramı hәmin meyarlara uyğun şәkildә İddiaçıyә tәqdim etsin. Əgәr proqram göstәrilmiş müddәtdә tәqdim edilә bilmәzsә vә ya tәqdim edildiyi halda, İddiaçı tәrәfindәn bildirilmiş meyarlara uyğun olmazsa, o zaman “Blink-Bİ” ödәnilmiş mәblәği İddiaçıyә geri ödәyәr, lakin proqram İddiaçı tәrәfindәn bildirilәcәk meyarlara uyğun şәkildә göstәrilmiş müddәtdә tәqdim edilәrsә, İddiaçı müqavilә qiymәtinin ödәnilmәmiş hissәsini “Blink-Bİ”-ya ödәyәr. İddiaçı bu tәkılifi cavabsız buraxmışdır. Yuxarıda tәsvir edildiyi kimi, Blink-Bi tәrәfindәn Müqavilәnin nәinki әsaslı pozuntusuna, ümumiyyәtlә, heç bir pozuntusuna yol verilmәmişdir vә PT-nin İş planına uyğun qaydada tәhvil verilmәsinin qeyri-mümkünlüyü xxxxyә vә onun personalına aid edilәn sәbәblәrdәn qaynaqlanmışıdır. Odur ki, X4 tәrәfindәn birtәrәfli qaydada xitamı xxxx tәrәfindәn Müqavilә öhdәliklәrindәn birtәrәfli qanunsuz imtina tәşkil edir ki, bu da xxxxnin mülki qanunvericilik әsasında mәsuliyyәtini әmәlә gәtirir. (D) İddiaçı vә tәrәflәr arasındakı müqavilә öhdәliklәri, vә xüsusәn dә Cavabdehin Müqavilә ilә nәzәrdә tutulan öhdәliklәri qarşılıqlı icraya әsaslanan öhdәliklәrdir, belә ki, Müqavilәyә әlavә edilmiş iş planından da göründüyü kimi, Cavabdeh tәrәfindәn öhdәliklәrinin icrası İddiaçı tәrәfindәn öhdәliklәrinin icrasından asılı olmuşdur vә İddiaçı tәrәfindәn öz öhdәliklәrinin icrasının tәmin edilmәmәsi vә ya gecikdirilmәsi labüd olaraq Cavabdeh tәrәfindәn icranın gecikdirilmәsi vә icranın qeyri mümkün olması ilә nәticәlәnmişdir. Buna görә dә, MM-nin qarşılıqlı icra nәzәrdә tutan müddәalarına әsasәn vә hәmin müddәalar baxımından tәrәflәr eyni zamanda bir-birinә qarşı hәm kreditor, hәm dә borclu qismindә çıxış etmişlәr. İddiaçının öhdәliklәrinin icra etmәmәsi vә Müqavilә ilә nәızәrdә tutulan müddәtlәrdә hәyata keçirmәmәsi ilә bağlı yalan İddia ilә Müqavilәdәn birtәrәfli imtina ilә İddiaçının ona yetirdiyi ziyanın ödәnilmәsini tәlәb etsin. İddiaçı tәrәfindәn yuxarıda tәsvir edilmiş öhdәliklәrinin gecidkdirilmәsi vә Cavabdehә icra üçün yeni-yeni tapşırıqlar vermәsi tam açıqlığı ilә ona dәlalәt edir ki, Cavabdeh tәrәfindәn olsun tәqsirli, qәrәzli, olsun da ehtiyatsızlıq sәbәbli hәr hansı öhdәlik pozuntusu baş vermәmişdir.. Baxılan işdәki vәziyyәt eynilә göstәrilәn maddәdә nәzәrdә tutulan kimidir. İddiaçı Cavabdeh tәrәfindәn icradan imtina etmәdәn, Cavadehin icrası İddiaçının öhdәliyinin icrasından sonra icra edilmәli olduğu halda, özünün qarşılıqlı öhdәliyinin icrasını tәklif etmәmişdir, ona görә dә icranı gecikdirmiş hesab edilmәlidir. Tәrәflәr arasındakı müqavilә qarşılıqlı icra nәzәrdә tutan müqavilә olduğu üçün vә yuxarıda göstәrildiyi kimi, hәr iki tәrәfin birbiri qarşısında öhdәliyin vә tәlәb olunan icranın tәbiәtindәn vә mәzmunundan asılı olaraq hәm kreditor, hәm dә borclu sifәtindә çıxış etmәsi etibarilә, Cavabdeh (Qarşılıqlı iddiaçı), İddiaçı Müqavilәni faktiki olaraq birtәrәfli qaydada lәğv etmişdir vә bu hal özlüyündә Müqavilәnin әhәmiyyәtli pozuntusu hesab edilmәlidir ki, bu da Cavabdehә әldәn çıxmış faydanın tәlәb edilmәsi hüququ verir. Tәrәflәr arasındakı müqavilә MM-nin 752.1-ci maddәsinin mәnasına görә Podrat müqavilәsidir. Cavabdeh bu qarşılıqlı iddia әrizәsi ilә әlavә işlәrin yerinә yetirilmәsi ilә әlaqәdar xәrclәrini 24570 AZN miqdarında vә İddiaçı tәrәfindәn müqavilә birtәrәfli qaydada әsassız olaraq lәğv edilmәsәydi ala bilәçәyi Müqavilә dәyәrinin 18 000 AZN mәblәğini әldә çıxmış fayda qismindә ödәnilmәsini tәlәb edir. MM-nin 759.1-ci maddәsinә әsasәn Podrat müqavilәsi üzrә “Sifarişçi işlәr qurtaranadәk istәnilәn vaxt müqavilәdәn imtina edә bilәr, lakin podratçıya yerinә yetirilmiş işin haqqını vermәli vә müqavilәnin lәğvi ilә vurulan zәrәrin әvәzini ödәmәlidir”. Göstәrilәn maddә Cavabdehә haqq verir ki, yerinә yetirdiyi işlәrin dәyәrini real zәrәr vә müqavilә dәyәrinin ona ödәnilmәmiş hissәsini әldәn çıxmış fayda qismindә İddiaçıdan tәlәb etsin. Cavabdeh tәrәfindәn, yuxarıda göstәrilәnlәrә әsasәn, layihә üzrә әlavә 24 570 manat mәblәğindә çәkdiyi xәrc (real zәrәr), 1000 manat mәblәğindә vәkil xәrci (real zәrәr), 166.71 manat dövlәt rüsumu mәblәği (real zәrәr) vә 18,000 AZN mәblәğindә Müqavilә dәyәrinin qalıq hissәsi әldәn çıxmış fayda qismindә tәlәb edilir. Göstәrilәn mәblәğlәrin cәminin 44 736.71 AZN mәblәğinin iddaçıdan tutularaq cavabdehә ödәnilmәsi barәdә qәrar çıxarılması üçün danıılmaz sübutlar vә әsaslar mövcuddur.
22. Bakı Kommersiya Mәhkәmәsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qәrardadı ilә qarşılıqlı iddia әrizәsi icraata qәbul edilmiş vә ilk iddia ilә birlikdә baxılması qәrara alınmışdır.
23. İddiaçı tәrәfindәn qarşılıqlı iddia әrizәsinә dair yazılı etiraz tәqdim edilәrәk, ilkin iddianın tam mәblәğdә tәmin olunması vә qarşılıqlı iddianın tamamilә rәdd edilmәsi barәdә qәtnamә qәbul olunması xahiş edilmişdir.
24. Etiraz onunla әsaslandırılmışdır ki, qarşılıqlı iddia әrizәsindә müqavilәnin bağlanması vә icrası ilә әlaqәdar mәsәlәlәr mәzmunundan kәnara çıxarılaraq şüurlu şәkildә fikir qarışıqlığı yaratmaq cәhdi müşahidә edilir. Qarşılıqlı iddia әrizәsindә iddia tәlәbi ümumәn bu şәkildәdir: 1) 24570 manat әlavә işlәrә çәkilmiş xәrc, 2) 18000 manat әldәn çıxmış fayda, 3) 166,71 manat dövlәt rüsumu vә 1000 manat vәkilә ödәnilmiş xidmәt haqqı. Hesab edirik ki, aşağıdakılara әsasәn qarşılıqlı iddia әrizәsi tamamilә әsassız vә qanunsuz olduğundan rәdd olunmalıdır. 1. Qarşılıqlı iddia әrizәsinin 2-7-ci abzasarında israrla sifarişçi tәrәfindәn әlavә tapşırıq vә sifarişlәr aldığını iddia edir vә etiraf etdiyi gecikmәni onlarla әlaqәlәndirir. Davamında 11-14-cü abzaslarda xәyali iş saatları vә xidmәt haqqları müәyyәn edәrәk nәticәdә 24570 manat pul tәlәb edir. İlk öncә qeyd edilmәsi zәruridir ki, әlavә tapşırıq vә sifarişlәr kimi iddia olunan mәqamlardan, yәni hәmin işlәrin müqavilәdәn kәnar başqa işlәrin olması vә ona görә әlavә ödәnişlәrin olacağı barәdә İddiaçı MMC-nin qanuni tәmsilçisinin hәr hansı bir formada xәbәri yoxdur. Müqavilәnin qüvvәyә mindiyi tarixdәn son günә kimi keçmiş dövr әrzindә dә müqavilәnin şәrtlәri ilә bağlı sәrәncam sәlahiyyәti yalnız MMC-nin direktorunda olmuş, müqavilә şәrtlәrinin mәzmunu vә icra qaydasının müәyyәn edilmәsi barәdә hansısa struktur bölmәsinin rәhbәrinin hәr hansı formada sәlahiyyәti olmamış, ümumiyyәtlә belә bir hal müşahidә edilmәmişdir. Halbuki müqavilәnin icra müddәtindә özünü CEO- İcraçı direktor kimi tәqdim etmiş Mehdi Mәmmәdzadә dәfәlәrlә MMC-nin direktoru ilә tәmasda olmuş, proqramın tәtbiqi ilә bağlı söhbәtlәr olmuşdur vә heç bir zaman müqavilә hәcminin vә ya qiymәtinin artması barәdә heç bir mәlumat vermәmişdir. Mәsәlәnin işgüzar etik tәrәfi budur ki, müqavilәnin şәrtlәri hәr hansı formada dәyişәcәyi (yәni işlәrin hәcminin artırılması vә ya dәyişdirmәsi) tәqdirindә müqavilәnin dәyişdirilmәsinә sәlahiyyәti olan şәxslәr MMC-nin qanuni tәmsilçilәri arasında qarşılıqlı razılaşma olmalıdır. Tәsadüfi deyil ki, müqavilәnin sonuncu cümlәsindә dә (müqavilәnin 11.8-ci maddәsindә) “müqavilәyә әlavә razılaşmanın hәr iki tәrәfin qarşılıqlı razılaşmasından sonra aparıla bilәcәyi” qeyd olunmuşdur. Lakin qarşılıqlı iddia әrizәsindә müxtәlif fәrziyyәlәr irәli sürülsә dә, İddiaçı MMC tәrәfindәn verildiyi iddia olunan yeni sifarişә dair müqavilәyә әlavә mәzmununda hәr hansı bir hüquqi sәnәd-әqd bağlanılmamış, ümumiyyәtlә bununla bağlı oferta vә ya oferta mәzmununda heç bir hüquqi addım atılmamışdır. Bir anlığa, iddia olunan sifarişlәrin İddiaçı MMC tәrәfindәn verildiyi fәrz edildiyi halda da qarşılıqlı iddianın qanuni әsasının olmadığı açıq aşkardır. Belә ki, tәrәflәr arasında hazırki müqavilә münasibәtlәri mahiyyәtcә podrat münasibәtlәridir vә mülki qanunvericilikdә hazırki mәsәlә dә aydın tәnzimlәnilmişdir. Mülki Mәcәllәnin 753.2-ci maddәsinә әsasәn, әgәr müqavilәdә nәzәrdә tutulan iş hәcminin yerinә yetirilmәsi üçün muzdun әsasları müqavilә bağlandıqdan sonra sifarişçinin sәrәncamları әsasında dәyişmişdirsә, onda dәyәrin artması vә ya azalması nәzәrә alınmaqla yeni qiymәt razılaşdırılmalıdır. Mülki Mәcәllәnin 753.3-cü maddәsinә әsasәn, әgәr sifarişçi müqavilәdә nәzәrdә tutulmayan әlavә işlәrin görülmәsini tәlәb edirsә, podratçının hәmin işlәri yerinә yetirmәyә görә ayrıca muzd almaq hüququ vardır. Əgәr sifarişçi әlavә işlәrin yalnız ayrıca muzd müqabilindә yerinә yetirilә bilәcәyini qәbul etmirsә, podratçı ayrıca muzd almaq hüququ barәsindә işә başlamazdan әvvәl mәlumat vermәlidir. Mülki Mәcәllәnin 753.4-cü maddәsinә әsasәn, müqavilәdә nәzәrdә tutulmayan vә sifarişçi tәrәfindәn yerinә yetirilmәsi tәlәb edilmәyәn işlәr ödәnilmir. Tәlәb edildikdә podratçı belә işlәrin nәticәlәrini aradan qaldırmalıdır. Əgәr o bunu ağlabatan müddәt әrzindә etmәzsә, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilәr. Bundan başqa, podratçı bütün digәr zәrәr üçün sifarişçi qarşısında mәsuliyyәt daşıyır. Sadalanan normalardan da başa düşüldüyü kimi, bir anlığa iddia olunan sifarişlәrin MMC-dәn verildiyi fәrz edildiyi halda da, Mülki Mәcәllәnin 753-cü maddәsindә müәyyәn edilmiş tәlәblәrә riayәt edilmәdiyi üçün görüldüyü iddia olunan işlәrә görә hәr hansı ödәniş tәlәb oluna bilmәzdi. Qeyd olunanlara әsasәn, görüldüyü iddia olunan әlavә işlәrә çәkilmiş xәrclәrә görә 24570 manat pul tәlәbinin heç bir qanuni vә etik әsasının olmadığı sübut olunur. 2. Qarşılıqlı iddia әrizәsindә iddia olunan әlavә tapşırıq vә funksiyaların mahiyyәti ilә müqavilәnin icra prosesindә baş vermiş mәsәlәlәr qarşılıqlı tәhlil olunduqda, hәmin işlәrin müqavilәnin icra prosesindә “xxxx” MMC-nin tәqdim etdiyi proqram tәminatında yaranmış texniki xәta vә proqram tәminatının әmәk qanunvericiliyinin tәlәblәrinә tam cavab vermәmәsi ilә әlaqәdar olduğu aşkar şәkildә müәyyәn olunur. Yәni bir anlığına hәmin işlәrin görülmәsinin iddiaçı tәrәfindәn sifariş olduğunu fәrz etdiyimiz halda da cavabdein arqumentinin heç bir әsaslılığının olmadığı bir daha ortaya çıxır. Çünki, iddia olunan hәmin işlәr müqavilәnin ayrılmaz parçası sayılan * saylı Əlavәsindә razılaşdırılmış müvafiq Modulların tәtbiqindә yaranmış texniki xәtaların vә qanunvericilik tәlәblәrinin yerinә yetirilmәsi mәqsәdilә görülmüşdür. Mәsәlә barәdә daha aydın tәsәvvürün yaranması üçün texniki xәtaların incәlәnmәsi xüsusilә әhәmiyyәtlidir. Müqavilә dövründә aşkarlanıb cavabdehә bildirilәn mәlumatlar aşağıdakı kimi olmuşdur: Göründüyü kimi İddiaçı MMC-nin müqavilә üzrә sistemә mәlumatların daxil edilmәsindә lәngimәlәrin sәbәbi proqram tәminatında yaranan texniki xәtalar ilә әlaqәli olmuş vә bu fakt cavabdehin İcraçı Direktoru Mehdi Mәmmәdzadә tәrәfindәn hәm ##.##.2024-cü il tarixli emaildә ‘start-up şirkәt olaraq tәtbiqat mәsәlәsindә yetәrli tәcrübәmizin olmaması vә texniki nasazlıqların aradan qaldırılması’ mәzmununda, davamında da trello proqramında ##.##.2025- ci il tarixi yazışmada ‘texniki nasazlıqlar mәsәlәsini biz qәbul edirik, biz tam anlayır vә qәbul edirik ki, texniki nasazlıqlar mövcuddur’ demәklә tam etiraf edilmişdir. Göründüyü kimi, әlavә sifariş kimi irәli sürülәn mәsәlәlәr dә müqavilәnin әlavәlәrindә göstәrilәn işlәrin icrası zamanı ortaya çıxmış texniki xәtaların aradan qaldırılması mәqsәdilә yaranmış vә hәmin qeydlәr dә sistemin düzgün işlәmәsi üçün zәruri olmuşdur. Bu dәyişikliklәr, yeni sifariş deyil, mövcud müqavilә çәrçivәsindә görülәn işlәrin tәrkib hissәsi kimi qiymәtlәndirilmәlidir. Bunun mәntiqi nәticәsidir ki, müqavilәnin icrası müddәtindә nә rәsmi qaydada, nә dә qeyri-rәsmi qaydada İddiaçı MMCnin fәaliyyәti ilә bağlı heç bir irad bildirilmәmişdir. Çünki işin mübahisәsiz halı budur ki, işlәrin gecikmәsindә әsas sәbәb proqram tәminatının inteqrasiya prosesindә texniki xәtaların mövcudluğu olmuşdur. Yalnız pretenziya mәktubu göndәrildikdәn vә ödәnilmiş 20000 manat pul vәsaiti geri tәlәb olunduqda, gecikmә vә qarşılıqlı öhdәliklәrin icra olunmaması kimi bu xәyali arqumentlәr “icad” edilәrәk qarşılığında heç bir xidmәt tәqdim olunmamış pulun geri qaytarılmasından bu formada yayınılmağa çalışılmışdır. 3. Qarşılıqlı iddia әrizәsininin 8-10- cu vә 15-21 abzaslarında isә İddiaçı MMC-nin öz öhdәliklәrini vaxtında icra etmәdiyi iddia olunaraq söz dialektikası ilә fikir qarışıqlığı yaratmağa cәhd edilir vә müqavilәnin güya onların günahı ucbatından pozulmadığı әsaslandırılmağa çalışılır. Hәtta 16-cı abzasda İddiaçı MMC-ni qәrәzli olmaqla “ittiham edilir” ki, bu etik olmayan ifadә vә ittiham birmәnalı rәdd edilir. İlkin olaraq qeyd edilmәlidir ki, İddiaçı MMCnin qәrәzli olmasında hansı motivasiyası ola bilәr? Bu sahәdә tanınmayan start-up layihәsi olan bir şirkәtә heç bir tәminat alınmadan 20000 manat pul vәsaiti ödәmiş, iş yekunlaşanda daha 18000 manat ödәmәyә hazır olan, proqram tәminatına 200-dәn sonrakı işçi heyәtinin mәlumatlarını da interqrasiya üçün әlavә ödәniş etmәyi, hәtta sonrakı illәrin lisenziyası üçün illik 78000 manat pul vәsaiti ödәmәyi planlaşdıran İddiaçı MMC-nin bir motivasiyası vardı: “insan resursları ilә bağlı bütün proseslәrin tam avtomatlaşdırılmasına nail olmaq vә bunun tәtbiq imkanlarını bütün tibb xidmәti sektoruna yayılmasını tәşviq etmәk.” Lakin ilkin iddia üzrә cavabdeh müqavilәnin icrasında bu qәdәr maraqlı olan iddiaçının xoş niyyәtini sui-istifadә etmişdir. Hesab edirәm ki, mәsәlәyә tәmәlli yanaşanda, mülki mülki dövriyyәnin әsasını tәşkil edәn vә qәdim Roma hüququndan bizә miras qalan (bizim Mülki Mәcәllәnin 5.3 vә 425.2-ci maddәdә dә әksini tapan) X2 (әhdә vәfa) prinsipindәn başlamaq lazımdır. Hәtta mәhkәmәyә tәqdim edilәcәk yazılı sәnәdlәrdәn dә aydın görünәcәyi kimi, qarşılıqlı iddia әrizәsindә İddiaçı MMC tәrәfindәn gecikdirildiyi irәli sürülәn bәzi sәnәdlәrin vaxtında tәqdim edildiyi sübut olunur. Habelә ümumiyyәtlә verilmәdiyi iddia olunan bir çox digәr sәnәdin tәqdimi isә, cavabdeh tәrәfindәn işlәrin gecikdirmәsinә görә icra qrafiki gәlmәdiyi üçün mümkün olmamışdır. Bu hal belә qarşılıqlı iddia әrizәsindә gizlәdilәrәk qәribә şәkildә söz yığınına yol verilmişdir. Hәtta müqavilәnin icra prosesinin әvvәlki günlәrindә İddiaçı MMC-nin İR üzrә meneceri tәrәfindәn ##.##.2024- cü il tarixdә e-mail yazılaraq proqramdakı çәtinliklәr vә natamamlıqlar barәdә mәlumat verilmişdir. Hәtta aidiyyәti icraçı şәxslәrin olduğu Whatsapp qrupunda yazışmalarda görülür ki, ##.##.2024-cü il tarixdә xәtaların nә zaman düzәlәcәyi soruşulmuş, cavabdehin Tahir Şıxlarov adlı әmәkdaşı “halhazırda üzәrindә işlәyirik, bu hәftә әrzindә hәll edәcәyik” deyә cavab vermәkdәdir. Müqavilәnin icrasından tәxminәn ay yarımdan çox vaxt keçmәsinә baxmayaraq, texniki xәtaların hәlә dә davam etdiyi yazışmalardan aşkar olunur. Hәtta 30 avqustda elektron ştat cәdvәli vә tәşkilatın strukturu ilә bağlı işlәrin yekunlaşmasını cavabdehin Tahir Şıxlarov adlı әmәkdaşı bildirsә dә, yazışmalarda 03 sentyabrda struktura daxil olmağın mümkün olmadığı müәyyәn edilir. Yazışmaların belә tәhlili göstәrir ki, bir start up layihәsi olan proqram tәminatında ciddi boşluqlar vә texniki nasazlıqlar olmuşdur, bu cavabdehin tәsisçisi, İcraçı direktoru tәrәfindәn dә dәfәlәrlә yazılı etiraf edilmişdir. Bu baxımdan, cavabdehin irәli sürdüyü iddia - mәlumatların vaxtında tәqdim edilmәmәsi әsassızdır vә heç bir formada hәqiqәti әks etdirmir. Yazışmalardan da açıq göründüyü kimi a) Mәlumatların vaxtında vә mәrhәlәli şәkildә tәqdim edildiyi, b) Texniki problemlәrin xxxxnin sistemi ilә bağlı olduğunu, c) İddiaçı MMC-nin işçi heyәti ilә kommunikasiyanın daim mövcud olduğu müәyyәn edilir. Reallıq da budur ki, yuxarıdakı siyahıdakı 5-ci bәnddәn (Əmәk müqavilәlәrinin tәqdim edilmәsi işi üzrә proqram tәminatında ortaya çıxmış texniki nasazlıqlara görә) növbәti mәrhәlәlәrә keçid etmәk mümkün olmamışdır. Qeyd olunanlara әsasәn bildirmәk istәrdim ki, qarşılıqlı iddia әrizәsindә İddiaçı MMC-nin müqavilә şәrtlәrini pozduğu barәdә arqumentlәr әsassız olduğundan qәbul oluna bilmәz. Bu baxımdan qarşılıqlı iddiaçının әldәn çıxmış fayda ilә әlaqәdar irәli sürdüyü tәlәbi dә mәsuliyyәtdәn yayınmaq vә ilkin ödәnişi geri qaytarmamaq üçün etdiyi növbәti cәhd kimi başa düşürük. Hesab edilir ki, qarşılıqlı iddia tәlәbi әsassız olduğundan tәmin edilmәmәli olduğundan mәhkәmә xәrci vә vәkilә ödәnilmiş xidmәt haqqı da qarşılıqlı iddiaçının özünә aid edilmәlidir. 4. İddiaçı MMC-nin rәhbәri Vüqar Eyvazovun cavabdeh quruma, xüsusәn onun icraçı direktoru vә tәsisçisi olan Mehdi Mәmmәdzadәyә bu startap layihәsindә dәstәk olmaq iradәsi, güvәni ciddi şәkildә sui-istifadә olunub. Layihә uğursuz olduğunda da, sanki startap olmalarının yetәrsiz texniki imkanlara malik olmaq hüququnu da özündә ehtiva etdiyinin irәli sürülmәsi qanun tәlәblәrinә laqeydlik nümunәsidir. Çünki hәlә müqavilә bağlanılmadan öncә İddiaçı MMC barәdә әsas mәlumatlar ötürülmәsinә qarşılıq ortaya çıxan texniki nasazlıqlar “bu işi edә bilәrәmmi?” sualına cavab doğrultusunda vicdanla addımlamaq öhdәliyini düşünmәdiklәrini sübut edir. Çünki, “xxxx” kökündә MMC-nin direktoru ilә danışıqlarda bir sıra söz vә vәdlәrlә bu işi görmәk potensialında olduqlarına әmin etmişlәr. MMC-nin direktoru Vüqar Eyvazov da bu inam, tәqdimat qarşılığında gәnc Azәrbaycanlı sahibkara hәm dәstәk niyyәti, hәm dә yeni şirkәt, yeni iş imkanları – inkişafa yol açmaq niyyәti daşımışdır. Lakin tәәsüfverici hal budur ki, aldığı pulun qarşılığında әsaslı iş vә nәticә qoymaq yerinә startap olma durumunun arxasında gizlәnmәsinә zәmin yaratmağa çalışılmaqdadır. Qәtiyyәtlә bәyan edilir ki, bu davranış isә, hüquqәn vә iş etikası baxımıdan qәbul olunmazdır vә tәrәfimizdәn birmәnalı rәdd edilir.
25. Mәhkәmә iclasında ilk iddia üzrә iddiaçının nümayәndәsi vә vәkili nümayәndә2 ilk iddia әrizәsini müdafiә edib, onun mәzmununa uyğun izahat verәrәk ilk iddianın tәmin edilmәsini, qarşılıqlı iddia әrizәsinin rәdd edilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etdi.
26. Mәhkәmә iclasında ilk iddia üzrә cavabdehin nümayәndәsi vә vәkili nümayәndә1 qarşılıqlı iddia әrizәsini müdafiә edib, onun mәzmununa uyğun izahat verәrәk qarşılıqlı iddianın tәmin edilmәsini, ilk iddia әrizәsinin rәdd edilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etdi.
27. Əvvәlki mәhkәmә iclasında cavabdehin nümayәndәsi X3 qarşılıqlı iddia әrizәsinin tәmin edilmәsini xahiş edib izahatında göstәrdi ki, proqram insan resursları ilә bağlı informasiyaların avtomatlaşdırılması vә tabellәrin quraşdırılmasıdır, әmәkdaşların şәxsi işlәri, struktur, әmәk müqavilәlәri, mәzuniyyәt qalıqları, mәzuniyyәt vә müavinәtin hesablanması üçün son 2 ayın ödәnişlәri, sәnәd şablonları qarşı tәrәf tәrәfindәn tәqdim olunmalı idi, açar sözü onların vermәli vә onların daxil etmәli olduqları, әmәk müqavilәlәrinin tәqdim olunmaması sәbәbindәn modulların işlәk hala salına bilmәdiyi vә işin zәncirvari formada davam etdiyi, 3 aydan sonra qarşı tәrәfin işi dayandırdığını bildirdiyi, әmәk müqavilәlәrinin onların daxil etmәli olduğu, müqavilәnin müddәti bitdikdәn sonra server ilә әlaqәnin olmadığı, yalnız 1 ay müddәt gözlәdiklәri, giriş-çıxış nәzarәtlәrini verәn başqa şirkәt, onların özlәri vә qarşı tәrәfin ümumi prosesdә iştirak etmәli olduğu, әmәkdaşların şәxsi işlәri vә struktur yekunlaşdırıldıqdan sonra çatın aktivlәşdirildiyi, implementasiyanın ilkin fazasının keçilmәdiyi, qarşı tәrәfin IT komandası ilә birlikdә “Zabex” adlı sistemin quraşdırılmalı vә xәtaların müәyyәn edilmәsi üçün әmәkdaşlıq edilmәli olduğu, 12 aylıq әmәk haqları, mәzuniyyәt qalıqları, şablonlar vә istifadә olunan sәnәdlәrin tamamlanmadığı, mәhsulu olduğu kimi tәqdim etdiklәri, lakin hәkimlәrin sertifikasiya işi, banklarla inteqrasiya zamanı kartların son istifadә tarixinin әlavә olunması vә ailә üzvlәrindә birinci dәrәcәli qohumlardan әlavә qohumların sistemә daxil edilmәsi ilә bağlı әlavә tәlәblәr irәli sürüldüyü, hәmçinin heç vaxt hәr şeyin ideal olduğunu iddia etmәdiklәri, әmәk müqavilәsinin bağlanması hissәsini ƏMAS-a uyğunlaşdırmaq istәdiklәri, şәhәr seçimlәrindә Bakı, Gәncә, Sumqayıt әvәzinә Abşeron, Nizami vә s. seçimlәrin olduğu, proqram tәminatında 3 formada qrafikin mövcud olduğu, әmәk müqavilәlәri әlavә olunduqdan vә struktur tәsdiq edildikdәn sonra sistemin işә düşdüyü, real vaxt rejimindә müqavilәlәr әlavә olunan kimi sistemin işә düşә bilmәdiyi, 25 sentyabr tarixindә texniki nasazlığın aradan qaldırıldığını bildirdi.
28. Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qәrardadı ilә hazırkı iş üzrә mәhkәmә-kompüter-texniki ekspertizası tәyin edilmiş, Rәqәmsal İnkişaf vә Nәqliyyat Nazirliyinin müvafiq mütәxәssisi tәdqiqata cәlb edilmişdir.
29. Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertizası Mәrkәzinin ##.##.2025-ci il tarixli, */*** nömrәli ekspert rәyinin nәticә hissәsinә görә “Tәdqiq olunan proqram tәminatında sözügedәn ##.##.2024-cü il tarixli müqavilәnin “X9 vә Əsas Funksionallıqları” başlıqlı әlavәsindә göstәrilәn modulların cavabdeh tәrәfindәn tәqdim edilәn statusları “Tәdqiqat prosesinin tәsviri” hissәsinin 1-ci bәndindә göstәrilәn cәdvәldә öz әksini tapmışdır. Mәlumat üçün bildirilir ki, ##.##.2024-cü il tarixli müqavilәyә Əlavә № *-dә yalnız server üçün “Sistem tәlәblәri haqqında” qeyd olunduğundan ekspert qarşısında qoyulmuş 2-ci vә 3-cü suallar üzrә tәdqiqat aparılmadı. Tәdqiq olunan proqram tәminatında modulların bir qisminin tamamlanmaması vә müvafiq bölmәlәrin aktiv olmaması sәbәbindәn digәr xüsusiyyәtlәrә baxış keçirilәrәk cavabdeh tәrәfindәn hәr hansı әlavә işlәrin görülüb görülmәmәsinin müәyyәn edilmәsi mümkün olmadı. “Tәdqiqat prosesinin tәsviri” hissәsinin 4-cü bәndindә göstәrilәn sәbәblәrә görә, tәdqiq olunan proqram tәminatının hal-hazırda funksionallıqları üzrә işlәk olub-olmamasının müәyyәn edilmәsi mümkün olmadı. “Tәdqiqat prosesinin tәsviri” hissәsinin 5-ci bәndindә göstәrilәn sәbәblәrә görә, tәdqiq olunan proqram tәminatından istifadә edә bilәcәk işçilәrin konkret sayını müәyyәn etmәk mümkün olmadı”.
30. Mәhkәmә iclasında şahid qismindә dindirilmiş şahid1 ifadәsindә göstәrdi ki, kәnar mütәxәssis kimi Cavabdeh MMC-yә cәlb olunmuş, Cavabdeh MMC ilә 2024-cü il dekabr ayında yazılı xidmәti müqavilә bağlamış, İddiaçı MMC-ni tanıdığını vә qәrәzinin olmadığını, insan resurslarının idarә olunmasına dair proqram tәminatının sıfırdan yazılmasının ona mәxsus olduğunu, proqramın lisenziyalı olduğunu, biznes analitikası vә tapşırıqların verilmәsi funksiyalarını icra etdiyini, ümumi proqram tәminatını yazdığını, müqavilәnin cavabdeh MMC-yә aid olduğunu, mәhsulu özünün aldığını, funksionallıqların verilmәsi vә tәtbiqindә iştirak etdiyini, lisenziyanın cavabdeh MMC-yә mәxsus olduğunu, proqramın konkret müştәri üçün deyil, digәr müştәrilәr üçün dә tәtbiq olunduğunu, cavabdeh MMC olaraq iki müştәriyә bu proqramın tәtbiqindә iştirak etdiyini, “Paşa Kapital”a da proqram tәtbiq olunduğunu, müqavilә üzrә öhdәliyinin proqram tәminatının funksionallıqlarının, yәni modulların yazılması olduğunu, proqramistlәrin proqramı yazdığını, onun isә proqramın necә yazılmalı olduğuna dair göstәriş verdiyini, müqavilә bağlanan zaman orada olduğunu, layihәdә 4–5 ay iştirak etdiyini, işin yarımçıq qaldığını, çünki iddiaçının әmәk müqavilәlәrini sistemә daxil etmәdiyini, işçilәrin әmәk müqavilәlәrini sistemә daxil edә bilmәdiklәrini bildirdiklәrini, 6 ay әrzindә işin tamamlanmalı olduğunu, birinci mәrhәlәdә tәşkilati-strukturun qurulduğunu, daha sonra ştat cәdvәlinin tәqdim olunduğunu vә әmәkdaşların ad-soyadlarının, daha sonra isә әmәk müqavilәlәrinin daxil edilmәli olduğunu, tәşkilati-strukturun onun tәrәfindәn qurulduğunu vә buna bir hәftә sәrf olunduğunu, müştәrinin tәşkilati-strukturu 3 dәfә dәyişdiyini, dәyişmәsәydilәr prosesin 1 günә tamamlanacağını, ştat cәdvәlinin 2 günә tәrtib olunduğunu, әmәkdaşların şәxsi işlәrinin sistemә daxil edildiyini, növbәti mәrhәlәnin әmәk müqavilәlәrinin daxil edilmәsi olduğunu, әmәkdaşların mәlumatlarının yarımçıq әlavә olunduğunu, ünvan yazılarkәn Bakı şәhәrinin çıxmaması sәbәbindәn müştәrinin prosesә davam edә bilmәdiyini bildirdiyini, paralel olaraq ƏMAS sistemindә işlәdiklәrini, Bakı şәhәrinin orada da olmadığını, tәlim keçirildiyini vә tәlimdә problem yaşanmadığını, daha sonra әmrlәr, şablonlar, iş qrafiki, әmәk haqqı vә digәr mәrhәlәlәrin gәlmәli olduğunu, müqavilә üzrә 3–4-cü mәrhәlәlәrin yarımçıq qaldığını, sonradan mübahisәnin yarandığını öyrәndiyini, proqram tәminatında problemin olmadığını, sadәcә mәlumatların әlavә olunmadığını, hәr gün müştәriyә problem zamanı göstәriş verdiyini, xarici vәtәndaş olan hәkimlә bağlı problemi hәll etdiklәrini, İddiaçı MMC rәhbәrinin işdә maraqlı olduğunu, rәhbәrliyә pretenziya verildiyini, lakin şikayәt edilmәdiyini, İddiaçı MMC әmәkdaşının inzibati mәsuliyyәtә cәlb olunmadığını, iki әmәkdaşın işә cәlb olunduğunu, әmәk müqavilәlәri daxil edilsәydi işin 30 faiz hissәninin bitmiş olacağını, qalan 70%-nin işin qalacağını, Cavabdeh MMC ilә әvvәllәr “product owner” kimi әmәkdaşlıq etdiyini, tәşkilati-strukturun tәqdimatında deyil, tәtbiqindә gecikmә olduğunu, Mehdi bәyә 60 iş günü müddәtindә işin tamamlanmayacağını bildirdiyini, laboratoriyanın ayrı MMC olduğunu, lakin İddiaçı MMCyә aid olduğunu, dәyişikliklәrin müddәtә tәsirini yazılı bildirmәdiklәrini, SSN-nin hazırda istifadә olunmadığını, bank mәlumatlarının miqrasiyası nәzәrdә tutulsa da yazılı bildirilmәdiyini, bunun xәtalara sәbәb olduğunu, iş qrafiki ilә bağlı xәtanın mümkün olduğunu, rayonun olmamasının işin dayanmasına sәbәb olmamalı olduğunu, işlәrin 100%-nin onların tәrәfindәn görüldüyünü, gecikmәdә şәxsi problemlәrinin tәsiri ola bilәcәyini, iş saatı seçimlәrinin funksionallığa aid olmadığını, 20–30% günahının izahı yetәrincә etmәmәkdә olduğunu, restart sәbәbindәn şәxsi işlәrin yenidәn daxil edildiyini, 200 işçinin mәlumatının daxil edilmәli olduğunu, 200 әmәk müqavilәsinin 5 iş günündә daxil edilә bilmәyәcәyini, әmәk müqavilәlәri daxil edilmәdәn digәr mәrhәlәlәrә keçidin mümkün olmadığını, әmr vә şablonların İddiaçı MMC tәrәfindәn tәqdim edilmәdiyini, qohumluqla bağlı düzәliş etdiklәrini, “Paşa Kapital”da implementasiyanın 1 il çәkdiyini vә xәtaların funksionallığa aid olmadığını göstәrdi.
31. Mәhkәmә iclasında şahid qismindә dindirilmiş şahid2 ifadәsindә 2024-cü ilin may ayından noyabr ayına qәdәr İddiaçı MMC-dә HR rәhbәri vәzifәsindә işlәdiyini vә әrizәsi әsasında işdәn ayrıldığını, HR modulu üzrә sahibkarın adından danışıqlarda iştirak etdiyini, proqram tәminatının vaxtında yerinә yetirilmәsinә nәzarәt etdiyini, komanda olaraq Aslanova Elnarә vә Kәrimova Zülfiyyә ilә birlikdә işlәdiyini, Cavabdeh MMC-nin işi öz ofisindә gördüyünü, Cavabdeh MMC ilә kommunikasiyanın Whatsapp üzәrindәn aparıldığını, iş planında gecikmәlәrin olduğunu, işçi mәlumatlarının vә işçi vәrәqәsinin şablonunun yaradılması üçün mәlumatların daxil edilmәli olduğunu, әmәkdaş mәlumatlarının vә әmәk müqavilәlәrinin onlar tәrәfindәn daxil edilmәli olduğunu, işçilәrin fәrdi mәlumatlarının daxil edildiyini, lakin әmәk müqavilәlәrinin tam daxil edilә bilmәdiyini, texniki problemlәrin olduğunu, imperativliyin mövcud olduğunu vә onun aradan qaldırılmasını istәdiklәrini, “Digәr” seçiminin olmaması sәbәbindәn әmәk müqavilәlәrinin tam daxil edilә bilmәdiyini, ##.##.2024-cü il tarixdә tәşkilati strukturun qarşı tәrәfә verildiyini, ##.##.2024-cü il tarixdә xatırlatma edildiyini, ##.##.2024-cü il tarixdә tәşkilati struktur probleminin hәll olunduğunu, ##.##.2024-cü il tarixdә ştat cәdvәlinin qarşı tәrәfә verildiyini, әmәkdaşların siyahısının onlar tәrәfindәn icra olunduğunu, şablonların tәqdim edildiyini vә bunun email vasitәsilә tәsdiqlәndiyini, alt maddәlәrә keçidin mümkün olmadığını, onların tәrәfindәn maneә yaradılmadığını, Mehdi bәy ilә qәrәzlilik vә pis niyyәtlәrinin olmadığını, texniki problemlәrin aradan qaldırılmasını gözlәdiklәrini, “Digәr” iş yeri seçiminin olmaması sәbәbindәn növbәti mәrhәlәyә keçә bilmәdiklәrini, әlavә modulların yaradılması üçün Cavabdeh MMC-yә göstәriş verilmәdiyini, digәr qohumların әlavә edilmәsinin әlavә modulun yaradılması olmadığını, işin tez vә rahat bitmәsi üçün 40 nәfәrlik kiçik müәssisә ilә başladıqlarını, İddiaçı MMC-dә 400-ә yaxın işçi olduğunu vә hansı problemlәrin qaldığını tam xatırlamadığını göstәrdi.
32. Mәhkәmә iclasında dindirilmiş Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertiza Mәrkәzinin eksperti Ekspert izahatında göstәrdi ki, ilk baxışın baş tutmama sәbәbi proqram tәminatının işә salına bilmәmәsi vә baxışa şәraitin yaradılmaması olmuş, birinci baxış zamanı digәr reklam tәhlükәsizlik şirkәtinin әmәkdaşları ilә birlikdә bir neçә saat gözlәdikdәn sonra tәrәflәr toplaşmış, lakin baxış üçün şәrait yaradılmamış, mәhkәmәyә yenidәn müraciәtdәn sonra ikinci baxış baş tutsa da, eyni qaydada baxış üçün şәrait yaradılmamış, hәr iki baxışın baş tutmaması aktlaşdırılmış vә bu barәdә mәhkәmәyә mәlumat verilmişdir. Ekspert hәmçinin bildirdi ki, kompüterlәrә baxış zamanı proqram tәminatının işә salınmama sәbәbi müәyyәn edilmәmiş, tәrәflәrin razılığı ilә növbәti dәfә proqramın işә salınacağı vә mәhkәmәyә mәlumat verilәcәyi qeyd olunmuş, ##.##.2024-cü il tarixli müqavilәyә әsasәn hazırlanmış proqram tәminatının kompüterlәrdә mövcud olduğu, lakin işlәkliyin kompleks sistem xüsusiyyәti olduğu, yekunlaşmamış proqram tәminatının işlәkliyini ilk baxışdan müәyyәn etmәyin mümkün olmadığı bildirilmişdir. İzahatında hәmçinin göstәrdi ki, modullar üzrә funksionallığın tәmin olunmaması o demәkdir ki, cavabdehin nümayәndәsi tәrәfindәn tәqdim olunan mәlumatlar kataloqunda mәzuniyyәt biznes prosesinin idarә olunması üzrә funksionallıq tәmin edilmәmiş, modul mövcud olsa da mәlumatları düzgün ötürmәk funksiyasına malik olmamış, bunun sәbәbinin müәyyәn edilmәsi “kompüter texniki ekspertizası”nın imkanları xaricindә olmuşdur. Ekspert hәmçinin bildirdi ki, proqramın funksional işlәmәsi üçün bәzi funksionallıqlarda vә proqramlaşdırma işlәrindә düzәlişlәrin aparılması vә müvafiq mәlumatların әlavә edilmәsi zәruridir, lakin proqram tәminatının işlәmәmәsinin sәbәbi müәyyәn edilә bilmәmiş, proqramın tam işlәk vәziyyәtә gәtirilmәsi üçün tәlәb olunan texniki işlәrin müәyyәnlәşdirilmәsi ekspertizanın predmetinә aid olmamışdır. Proqramın tamamlanması üçün mәlumatlar әlavә edilmәli vә texniki düzәlişlәr edilmәli, modulların tam işlәkliyi üçün ümumi proqramlaşdırma işlәri aparılmalıdır, texniki düzәlişlәrin kim tәrәfindәn edilmәli olduğu ekspertizanın predmetinә aid deyil, lakin düzәlişlәr hәm cavabdeh, hәm dә proqram tәminatını hazırlayan tәrәfindәn edilә bilәr. Baxış zamanı bәzi test әmәliyyatlarının bәzi kompüterlәrdә uğurlu, bәzilәrindә isә uğursuz nәticә verdiyi, uğursuz nәticәlәrin düzәliş olunmaması ilә bağlı olduğu vә ekspertiza keçirilmәsi üçün ilk iki baxışda modulda tәdqiqat obyektinin tәqdim olunmasında (proqram tәminatına daxil olunmasında) maneәlәrin olmuşdur.
33. Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrәli qәtnamәsi ilә iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yә qarşı “pulun tutulması” tәlәbinә dair ilk iddiası qismәn tәmin edilmәsi, cavabdeh Cavabdeh MMC-dәn 20000 manat mәblәğindә әsas borc, 1000 manat dәbbә pulu, 153 manat dövlәt rüsumu, ümumilikdә 21153 (iyirmi bir min bir yüz әlli üç) manat mәblәğindә pul tutularaq iddiaçı İddiaçı MMC-yә ödәnilmәsi, ilk iddia tәlәbi qalan hissәdә tәmin edilmәsin. İlk iddia әrizәsi verilәrkәn ödәnilmiş 57 (әlli yeddi) manat dövlәt rüsumu, 1000 (bir min) manat hüquqi yardımla bağlı xәrc iddiaçı İddiaçı MMC-nin özünә aid edilmәsi, iddiaçı Cavabdeh MMCnin cavabdeh İddiaçı MMC-yә qarşı “pulun tutulması” tәlәbinә dair qarşılıqlı iddiası tәmin edilmәsin. Qarşılıqlı iddia әrizәsi verilәrkәn ödәnilmiş 166,71 (yüz altmış altı manat yetmiş bir qәpik) manat dövlәt rüsumu, 1000 (bir min) manat hüquqi yardımla bağlı xәrc qarşılıqlı iddiaçı “xxxx” MMC-nin özünә aid edilmәsi, cavabdeh Cavabdeh MMC-dәn 180 (bir yüz sәksәn) manat ekspertiza xәrci tutularaq Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertizası Mәrkәzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X10 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ013160100000000003944 SWIFT BİK CTREAZ22) ödәnilmәsi qәt edilmişdir.
34. İddiaçı İddiaçı MMC qәtnamәdәn apellyasiya şikayәti verәrәk, Bakı Kommersiya Mәhkәmәsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qәtnamәsini ilk iddia tәlәbinin cәrimә mәblәği ilә bağlı tәmin olunmayan hissәsindә lәğv edilәrәk ilk iddia tәlәbinin hәmin hissәdә dә tәmin edilmәsi barәdә yeni qәtnamә qәbul edilmәsini xahiş etmişdir.
35. Cavabdeh Cavabdeh MMC qәtnamәdәn apellyasiya şikayәti verәrәk, Bakı Kommersiya mәhkәmәsinin iş üzrә әtnamәsinin lәğv edilmәsini vә qarşılıqlı iddia tәlәbinin tam hәcmdә tәmin edilmәsi barәdә yeni qәtnamә qәbul edilmәsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
a) İddiaçı İddiaçı MMC -nin apellyasiya şikayətinin dəlilləri
36. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mübahisәnin tәrәflәri kommersiya hüquqi şәxslәridir vә mәhkәmә müstәvisindә hәll olunan mübahisәnin әsasını tәrәflәr arasında bağlanmış müqavilә tәşkil edir.Etibarlı olan müqavilәnin 6.9.3-cü maddәsindә qarşılıqlı razılaşdırılmışdır ki, Cavabdeh müqavilәnin ayrılmaz tәrkib hissәsi olan * saylıƏlavәdә (X9 vә Əsas Funksionallıqları) qeyd olunan Proqram Tәminatının әsas funksionallığının ondan asılı olan sәbәblәrdәn lazımi sәviyyәdә tәmin edә bilmәdikdә, İddiaçı tәrәfindәn edilәn ödәnişlәrin tam hәcmdә qaytarmalı vә müqavilәnin ümumi qiymәtinin 50% miqdarında cәrimә ödәmәlidir. Lakin birinci instansiyasımәhkәmәsi nәdәnsә ödәnişlәrin tam hәcmdә qaytarılmasını qәt etsә dә, yuxarıda qeyd olunan maddi hüquq normasını kobud şәkildә pozaraq, dәbbә pulu ilә bağlı hissәdә iddiaçının hüquqlarını pozaraq qismәn tәmin etmişdir. Bu baxımdan hesab edirik ki, müqavilәdә açıq vә aydın mәzmunda müәyyәn edilmiş 19000 manat dәbbә pulu mәblәğinә dar iddia tәlәbi tam hәcmdә tәmin edilmәlidi “cavabdeh müqavilә üzrә götürdüyü öhdәliklәrin vә mәsuliyyәtinin mahiyyәtini dәrk edәcәk bir sәviyyәdә bir qurumdur. Bunun mәntiqi davamıdır ki, borclu öhdәliyin icra edilmәmәsi (onun pozulması, vaxtında icra edilmәmәsi), yәni onun risk dairәsinә daxil olan öhdәliklәrin icra edilmәdiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdәliklәrinin hәr bir tәqsirli pozuntusu (hәrәkәt vә ya hәrәkәtsizlik) üçün mәsuliyyәt daşıyır.
b) Cavabdeh Cavabdeh MMC -nin apellyasiya şikayətinin dəlilləri
37. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, iddia әrizәsi qanunun tәlәblәrini pozmaqla icraata qәbul edilmiş vә qanunun tәlәblәri pozulmaqla icraata qәbul edilmiş iddia әrizәsinin baxılmamış saxlanmalı olduğu barәdә bizim әrizәmizә heç bir reaksiya vermәmişdir. İddiaçı tәrәfindәn iddia әrizәsi tәqdim edilәrjkәn iddia әrizәsi verilmәsi ilә әlaqәdar aşağıdakı tәlәblәrin pozuntusu törәdilmişdir: • İddia әrizәsinin surәti Cavabdehә göndәrilmәmişdir. İddia әrizәsi birlikdә Cavabdehә göndәrilmәli olan sәnәdlәr dә Cavabdehә tәqdim edilmәmişdir. İddia әrizәsinә qoşulmuş sәnәdlәr arasında MPM-nin bu tәlәbinin ödәnildiyini tәsdiq edәn heç bir sәnәd olmamışdır. İddiaçı tәrәfindәn tәqdim edilmәli olan tәşkilati struktur, mәzuniyyәt qalıqları vә son 12 aylıq әmәkhaqqı mәlumatlarının tәqdim edilmәmәsinin sәbәblәri araşdırılmayıb vә qәtnamәdә buna qiymәt verilmәyib. Hakim Cavabdehә aid 19 iş qәlәminin hәr biri üzrә ayrıca suallar verdiyi halda, İddiaçıya aid öhdәliklәr üzrә eyni dәrәcәdә detallı suallar vermәyib. PT-nin digәr şirkәtlәrdә uğurla quraşdırılıb işlәmәsini vә sifarişçilәrin bundan mәmnunluğunu tәsdiq edәn 5 şirkәtin mәktubları mәhkәmә tәrәfindәn qiymәtlәndirilmәyib vә onların iş üzrә әhәmiyyәti izah edilmәyib. Mesajların konteksti vә mәzmunu tәhlil edilmәyib. Bu mesajlar PT-nin qüsurlu olmasını deyil, implementasiyanın iddiaçının әmәk müqavilәsi mәlumatlarını sistemә daxil etmәsindәn dә asılı olduğunu göstәrir. ##.##.2024–##.##.2024 tarixlәri arasında İddiaçının әmәk müqavilәsi mәlumatlarının sistemә daxil edilmәsi istiqamәtindә iş görmәdiyi halda, bu fәaliyyәtsizlik mәhkәmә tәrәfindәn lazımi qaydada araşdırılmayıb. Mәsәlәlәrin bir qismi ümumiyyәtlә texniki qüsur deyil, İddiaçının sonradan tәlәb etdiyi yeni funksionallıqlardır. Digәr texniki mәsәlә isә iş prosesindә yaranmış vә aradan qaldırılmış adi texniki problem olub “Ağstafa yoxdur” mәzmunlu mesaj göstәrilsә dә, hәmin gün problemin “Ağstafa rayon olaraq var” cavabı ilә hәll edildiyi nәzәrә alınmayıb vә artıq aradan qaldırılmış mәsәlә PT-nin qüsuru kimi tәqdim edilib. Profilin tәsdiqlәnmәmәsi barәdә ilkin mesaja istinad edilib, lakin problemin sonradan aradan qaldırıldığı vә ekspertizanın gedişindә hәmin әmәkdaşın profilinin/әmәk müqavilәsinin sistemdә tam formalaşdığı nәzәrә alınmayıb.. Mәhkәmә yazışmaları seçmә, kontekstdәnkәnar vә sistemsiz şәkildә tәqdim etmiş, sonradan hәll edilmiş texniki mәsәlәlәri PT-nin qüsuru kimi göstәrmiş, yeni funksionallıq tәlәblәri ilә texniki nasazlıqları qarışdırmış, İddiaçının öz öhdәliklәrini vaxtında yerinә yetirmәmәsini vә Cavabdehin bunu tәsdiq edәn sübutlarını lazımi qaydada qiymәtlәndirmәmişdir. Ekspertiza vә yazışmalar PTnin işlәk olduğunu, bir çox ilkin texniki problemlәrin aradan qaldırıldığını, bәzi mәsәlәlәrin isә ümumiyyәtlә PT-nin qüsuru deyil, İddiaçının öhdәliyi vә ya yeni funksionallıq tәlәbi olduğunu göstәrir. Buna baxmayaraq, mәhkәmә bu halları vә Cavabdehin sübutlarını lazımi qaydada qiymәtlәndirmәyәrәk hәmin mәsәlәlәri Cavabdehin müqavilә öhdәliklәrinin pozulması kimi tәqdim edib. Cavabdehin layihәni yekunlaşdırmaq istiqamәtindә gördüyü işlәri qiymәtlәndirilmәyib. İddiaçının fәaliyyәtsizliyini cavabdehin üzәrinә qoyulub.Ekspert rәyinin tam mәzmunu PT-nin әsas modullarının mövcud olduğunu, bir sıra funksiyaların tamamlanmamasının isә PT-nin texniki qüsurundan deyil, İddiaçı tәrәfindәn zәruri mәlumat vә sәnәdlәrin tәqdim edilmәmәsindәn qaynaqlandığını göstәrir. Buna görә ekspert rәyinin yalnız Cavabdehin әleyhinә olan hissәlәrinin seçilәrәk qәtnamәdә әks etdirilmişdir. Ekspertiza PT-dә nәzәrdә tutulan modulların mövcudluğunu tәsdiqlәmәklә yanaşı, bir sıra funksiyaların işlәmәmәsinin әsas sәbәbini İddiaçı tәrәfindәn zәruri mәlumat, sәnәd şablonları vә sәlahiyyәtlәr matrisinin tәqdim edilmәmәsi ilә әlaqәlәndirir. Buna görә “funksionallıq tәmin olunmayıb” ifadәsinin avtomatik olaraq “PT qüsurludur” vә ya “Cavabdeh öhdәliyini yerinә yetirmәyib” kimi qiymәtlәndirilmәsi ekspert rәyinin mәzmunundan irәli gәlmir. Ekspert rәyi PT-nin bütövlükdә qüsurlu olduğunu tәsdiqlәmir; әksinә, bir sıra funksionallıqların aktivlәşdirilmәsinin İddiaçı tәrәfindәn tәqdim edilmәli mәlumat vә sәnәdlәrdәn asılı olduğunu göstәrir. Şahid ifadәlәri vә iş materialları tam vә düzgün qiymәtlәndirilmәmiş, bәzi ifadәlәr kontekstdәn çıxarılaraq tәqdim edilmiş vә İddiaçının öhdәliklәrinin icra edilmәmәsi ilә bağlı mühüm hallar nәzәrә alınmamışdır. Cavabdehin fәaliyyәtsizliyi ilә izah edilә bilmәyәcәyini, әksinә, İddiaçının gecikdirdiyi vә ya yerinә yetirmәdiyi öhdәliklәrin, habelә sonradan tәlәb etdiyi әlavә funksionallıqların layihәnin müddәtinә birbaşa tәsir etdiyini göstәrir. әhkәmә nәzәrә almamışdır ki, PT-nin әsas funksionallıqlarının işlәmәsi üçün әmәkdaşlara dair әmәk müqavilәlәrindәki mәlumatların sistemә daxil edilmәsi zәruridir. Bu mәlumatlar әmәkhaqqının hesablanması, mәzuniyyәtlәrin uçotu, iş qrafiklәri, tabel, vәzifә vә digәr HR proseslәrinin hәyata keçirilmәsi üçün әsas tәşkil edir. Müvafiq mәlumatlar PT-yә daxil edilmәdәn hәmin funksionallıqların tam işlәmәsinin tәlәb edilmәsi texniki baxımdan mümkün deyildir. Bu hal Cavabdeh tәrәfindәn mәhkәmәdә dәfәlәrlә bildirilsә dә, qәtnamәdә nәzәrә alınmamışdır.Əlavә funksionallıq üzrә işlәr layihәnin ümumi iş hәcminin 63%-ni tәşkil etmiş, bu işlәrә әlavә 40 iş günü sәrf olunmuş vә onların dәyәri 24.570 manat olmuşdur. Əlavә işlәrin hәcmi vә sәrf edilmiş vaxt Trello yazışmaları, elektron mәktublar vә digәr sübutlarla, mütәxәssislәrin xidmәt haqları isә müvafiq müqavilәlәrlә tәsdiq edilir. ##.##.2024-cü il tarixli mәktubda Cavabdeh tәrәfindәn işlәrin 50%-nin tamamlandığı, İddiaçı tәrәfindәn zәruri mәlumatların sistemә daxil edilmәsi halında işlәrin 80%-ә çatacağı bildirilmişdir. Əlavә işlәr barәdә İddiaçının rәhbәrliyi, o cümlәdәn V. Eyvazov mәlumatlı olmuşdur. Bu mәlumatlılığın әksini iddia etmәk İddiaçının daxili idarәetmәsindәki çatışmazlıqları Cavabdehin üzәrinә qoymaq demәkdir. Cavabdeh İddiaçının daxili idarәetmәsinin qeyri-kafi tәşkilinә görә mәsuliyyәt daşımamalıdır.
c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Apellyasiya şikayәtinә qarşı etiraz daxil olmuşdur.
39. Cavabdeh “xxxx” MMC etirazı onunla әsaslandırmışdır ki, apellyasiya şikayәtindә irәli sürülәn arqumentlәr qәtnamәnin dәbbә pulunun azaldılması hissәsindә lәğvi üçün kifayәt edәn hüquqi әsas yaratmır. MM-in 467-ci maddәsinin tәtbiqini istisna edәn heç bir hüquqi norma göstәrmir. Bu suallar cavabsız qaldığından, apellyasiya şikayәti hüquqi baxımdan daha çox qәtnamәnin dәbbә pulu hissәsi üzrә nәticәsindәn narazılıq xarakteri daşıyır. Halbuki, MPM-ә әsasәn, qәtnamәnin lәğvi üçün tәkcә nәticә ilә razılaşmamaq kifayәt deyil. Bunun üçün hansı maddi vә ya prosessual hüquq normalarının pozulduğu konkret vә әsaslandırılmış şәkildә göstәrilmәlidir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
40. Mәhkәmә iclasında iştirak edәn ilk iddia üzrә iddiaçının nümayәndәsi vә vәkili nümayәndә2 tәrәflәrindәn verilmiş apellyasiya şikayәtini müdafiә edәrәk şikayәtin tәmin olunmasını, cavabdeh tәrәfindәn verilmiş şikayәtә etiraz edәrәk, şikayәtin tәmin olunmamasını mәhkәmәdәn xahiş etmişdir.
41. Mәhkәmә iclasında iştirak edәn ilk iddia üzrә cavabdehin nümayәndәsi vә vәkili nümayәndә1 tәrәflәrindәn verilmiş apellyasiya şikayәtini müdafiә edәrәk şikayәtin tәmin olunmasını, iddiaçı tәrәfindәn verilmiş şikayәtә etiraz edәrәk, şikayәtin tәmin olunmamasını mәhkәmәdәn xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
42. Maddә 385.1. Öhdәliyә әsasәn bir şәxs (borclu) başqa şәxsin (kreditorun) xeyrinә müәyyәn hәrәkәtlәri etmәlidir, mәsәlәn, pul ödәmәli, әmlak vermәli, iş görmәli, xidmәtlәr göstәrmәli vә i.a. vә ya müәyyәn hәrәkәtdәn çәkinmәlidir, kreditorun isә borcludan vәzifәsinin icrasını tәlәb etmәk hüququ vardır.
43. Maddә 386.1. Öhdәliyin zәrәr vurulması, әsassız varlanma vә ya bu Mәcәllәdә nәzәrdә tutulmuş digәr әsaslar nәticәsindә әmәlә gәlmәsi halları istisna olmaqla, öhdәliyin әmәlә gәlmәsi üçün onun iştirakçıları arasında müqavilә olmalıdır.
44. Maddә 389.1. Mülki hüquq vә vәzifәlәrin müәyyәnlәşdirilmәsi, dәyişdirilmәsi vә ya xitamı haqqında iki vә ya bir neçә şәxsin razılaşması müqavilә sayılır.
45. Maddә 442, 443.1 vә 448.1. Öhdәliyin icra edilmәmәsi dedikdә onun pozulması vә ya lazımınca icra edilmәmәsi (vaxtında icra edilmәmәsi, mallarda, işlәrdә vә xidmәtlәrdә qüsurlarla vә ya öhdәliyin mәzmunu ilә müәyyәnlәşdirilmiş digәr şәrtlәri pozmaqla icra edilmәsi) başa düşülür. Öhdәliyini icra etmәyәn borclu kreditora dәymiş zәrәrin әvәzini ödәmәyә borcludur. Borclu onun risk dairәsinә daxil olan öhdәliklәrin icra edilmәdiyi bütün hallar üçün cavabdehdir.
46. . Maddә 462.1. Dәbbә pulu (cәrimә, penya) müqavilә ilә müәyyәnlәşdirilәn, öhdәliyin icra edilmәdiyi vә ya lazımınca icra edilmәdiyi, o cümlәdәn icranın gecikdirildiyi halda borclunun kreditora ödәmәli olduğu pul mәblәğidir.
47. Maddә 463-cü maddәsinә әsasәn dәbbә pulu haqqında razılaşma әsas öhdәliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayәt edilmәmәsi dәbbә pulu haqqında razılaşmanın etibarsızlığına sәbәb olur.
48. Maddә 465.2-. әgәr borclu öhdәliyin lazımınca icra edilmәmәsi, o cümlәdәn müәyyәnlәşdirilmiş müddәtdә icra edilmәmәsi üçün cәrimә ödәyәcәyini vәd etmişdirsә, kreditor cәrimәnin ödәnilmәsini vә öhdәliyin icrasını tәlәb edә bilәr.
49. Maddә 467. Mәhkәmә işin hallarını nәzәrә alaraq tәnasübsüz surәtdәyüksәk dәbbә pulunu azalda bilәr. Tәnasüb müәyyәnlәşdirilәrkәn kreditorun hәm әmlak mәnafelәri, hәm dә bütün әsaslı mәnafelәri nәzәrә alınır.
50. Maddә 752.1.Podrat müqavilәsinә görә podratçı müqavilәdә nәzәrdә tutulan işi icra etmәyi, sifarişçi isә podratçıya razılaşdırılmış muzd ödәmәyi öhdәsinә götürür.
51. Maddә 753.1.Sifarişçi podratçıya şәrtlәşdirilmiş muzd ödәmәyә borcludur.
52. Maddә 753.3 Əgәr sifarişçi müqavilәdә nәzәrdә tutulmayan әlavә işlәrin görülmәsini tәlәb edirsә, podratçının hәmin işlәri yerinә yetirmәyә görә ayrıca muzd almaq hüququ vardır. Əgәr sifarişçi әlavә işlәri yalnız ayrıca muzd müqabilindә yerinә yetirilә bilәcәyini qәbul etmirsә, podratçı ayrıca muzd almaq hüququ barәsindә işә başlamazdan әvvәl mәlumat vermәlidir.
53. Maddә 753.4. Müqavilәdә nәzәrdә tutulmayan vә sifarişçi tәrәfindәn yerinә yetirilmәsi tәlәb edilmәyәn işlәr ödәnilmir. Tәlәb edildikdә podratçı belә işlәrin nәticәlәrini aradan qaldırmalıdır. Əgәr o bunu ağlabatan müddәt әrzindә etmәzsә, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilәr. Bundan başqa, podratçı bütün digәr zәrәr üçün sifarişçi qarşısında mәsuliyyәt daşıyır.
54. Maddә 755. Podratçı işi şәxsәn yerinә yetirmәyә yalnız bunun müqavilәdәn, yaxud konkret hallardan vә ya işin xarakterindәn irәli gәldiyi hallarda borcludur.
55. Maddә 756.1. әgәr sifarişçi yerinә yetirilmiş işi qәbul etmәzsә, podratçı yerinә yetirilmәmiş işin haqqını vә zәrәrin әvәzinin ödәnilmәsini tәlәb edә bilәr. Sifarişçi işin yerinә yetirilmәsi üçün zәruri hәrәkәtlәri icra etmәdiyi halda da zәrәrin әvәzini ödәmәyә borcludur.
56. Maddә 756.2.zәrәrin әvәzinin ödәnilmәsi miqdarı bir tәrәfdәn gecikdirmәnin müddәtindәn vә muzdun miqdarından asılı olaraq, digәr tәrәfdәn isә, әgәr sifarişçi müddәti pozmasaydı, podratçının öz iş qüvvәsindәn başqa şәkildә istifadә etmәsi nәticәsindә ala bilәcәyindәn asılı olaraq müәyyәnlәşdirilir.
57. Maddә 759.1. sifarişçi işlәr qurtaranadәk istәnilәn vaxt müqavilәdәn imtina edә bilәr, lakin podratçıya yerinә yetirilmiş işin haqqını vermәli vә müqavilәnin lәğvi ilә vurulan zәrәrin әvәzini ödәmәlidir.
58. Maddә 759.2.Əgәr sifarişçi tәrәfindәn müqavilәyә bilavasitә podratçının hәrәkәtlәri (hәrәkәtsizliyi) nәticәsindә baş verәn vә ya hәmin hәrәkәtlәrlә bağlı olan sәbәbә görә xitam verilәrsә, podratçı yalnız yerinә yetirilmiş işin haqqını tәlәb edә bilәr, bu şәrtlә ki, sifarişçinin hәmin işlәrә hansısa marağı olsun.
59. Maddә 762.3.Podratçının sifariş edilmiş podrat nәticәsini deyil, başqa podrat nәticәsini tәqdim etmәsi vә ya podratı kәmiyyәtcә yerinә yetirmәmәsi, әgәr bunu icra әvәzinә qәbul etmәk açıq-aşkar mümkün deyildirsә, qüsurlara bәrabәr tutulur. 60. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
61. Maddә 14.2 Mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir.
62. Maddә 77.1 Hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir.
63. Maddә 119.1. Mәhkәmә xәrclәri ödәnilmiş tәlәblәrin mәblәğinә münasib olaraq işdә iştirak edәn şәxslәrә aid edilir.
64. Maddә 217.4 Mәhkәmә (hakim) öz qәtnamәsini yalnız mәhkәmә iclasında tәdqiq olunmuş sübutlarla әsaslandırır.
65. . Maddә 14.2. Mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
66. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372-ci maddәsinin apellyasiya baxışının hәdlәri barәdә müddәalarının hәmin Mәcәllәnin 372.1 vә 372.7-ci maddәlәrinin tәlәblәri baxımından şәrh edilmәsinә dair” ## ### 2011-ci il tarixli qәrarında göstәrilmişdir ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372.1-ci maddәsinә uyğun olaraq apellyasiya instansiyası mәhkәmәsi hәmin Mәcәllәnin 372.6-cı maddәsindә nәzәrdә tutulduğu hallarda birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığını mübahisәlәndirilәn hissәsindә apellyasiya şikayәtinin dәlillәri hәcmindә yoxlayır. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372.1 vә 372.7-ci maddәlәrinә uyğun olaraq apellyasiya instansiyası mәhkәmәsi maddi hüquq normalarına riayәt edilmәsini birinci instansiya mәhkәmәsinin qәtnamәsinin mübahisәlәndirilәn hissәsindә yoxlayır. Bu hәdlәrdә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin hüquqi mövqeyinә aid dәlillәrdәn asılı deyil vә qәtnamәni maddi hüquq normasının pozulması ilә әlaqәdar apellyasiya şikayәtindә göstәrilmәyәn әsaslarla da lәğv edә vә dәyişdirә bilәr.
67. Mәhkәmә kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddәasını vә onun rәsmi şәrhinә dair Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun qәrarını nәzәrә almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hәdlәrini qәtnamәnin tam yoxlanılması tәşkil edir.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
68. Mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya şikayәtlәrinin dәlillәri әsassız olduğundan şikayәtlәr tәmin edilmәdәn birinci instansiya mәhkәmәsinin qәtnamәsi dәyişdirilmәdәn saxlanılmalıdır.
69. Hazırkı tәlәbin hüquqi vә faktiki әsası ondan ibarәtdir ki, iddiaçı tәrәfindәn ##.##.2024-cü il tarixli müqavilә üzrә üzәrinә düşәn әsas öhdәlik – müqavilә ilә nәzәrdә tutulmuş avans ödәnişinin hәyata keçirilmәsi – tam vә vaxtında yerinә yetirilmiş, buna qarşılıq olaraq cavabdeh podratçı müqavilә üzrә üzәrinә götürdüyü işlәri razılaşdırılmış müddәtdә vә müqavilәnin şәrtlәrinә uyğun keyfiyyәtdә icra etmәmişdir.
70. Tәrәflәr arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilәnin * saylı Əlavәsindә işlәrin 63 iş günü ərzində icra edilmәli olduğu vә nәticәnin ##.##.2024-cü il tarixindә sifarişçiyә tәhvil verilmәli olduğu açıq şәkildә müәyyәn edilmişdir. Belәliklә, işlәrin görülmәsi üçün hәm predmet, hәm müddәt, hәm dә nәticәnin sifarişçiyә tәqdim edilmәsi ilә bağlı konkret müqavilә öhdәliyi mövcud olmuşdur.
71. Lakin müqavilә ilә müәyyәn edilmiş son tarix – ##.##.2024-cü il – başa çatmasına baxmayaraq, cavabdeh müqavilә predmetini tam şәkildә icra edәrәk iddiaçıya tәhvil vermәmişdir. Bu hal sadәcә icranın müәyyәn qәdәr gecikdirilmәsi kimi qiymәtlәndirilә bilmәz. Çünki müqavilәnin әsas mәqsәdi müәyyәn edilmiş funksional imkanlara malik sistemin yaradılması vә hәmin sistemin sifarişçiyә tәqdim edilmәsi olduğu halda, müqavilә üzrә nәzәrdә tutulmuş işlәrin әhәmiyyәtli hissәsi ümumiyyәtlә yerinә yetirilmәmiş, icra edilmiş hissәnin isә böyük qismi müqavilә tәlәblәrinә uyğun nәticә yaratmamışdır.
72. Cavabdehin müqavilә şәrtinә әmәl etmәmәsi iş materiallarına әlavә edilmiş vә mәhkәmәdә tәdqiq edilmiş sәs yazıları ilә dә öz tәsdiqinin tapır.
73. Mәhkәmә kollegiyası iddiaçının dәbbә pulunu azaldarkәn tәnasübün düzgün müәyyәn edilmәmәsi dәlilinә münasibәtdә qeyd edir ki, dәbbә pulunun növlәrindәn biri olan “cәrimә” öhdәliyin icra edilmәdiyi vә ya lazımi qaydada icra edilmәdiyi hallarda birdәfәlik sabit pul mәblәği, digәr növü olan “penya” isә öhdәliyin icra edilmәmәsinә vә ya lazımi qaydada icra edilmәmәsinә görә pozuntunun davam etdiyi müәyyәn vaxt dövrü üçün faiz (vә ya sabit mәblәğ) formasında müәyyәn edilir vә pozuntu davam etdikcә penyanın mәblәği dә artır. Odur ki, tәrәflәr arasında bağlanmış müqavilәin şәrtlәrindә nәzәrdә tutulmuş dәbbә pulu “cәrimә” adlandırılsa da, gecikdirmәnin hәr günü üçün әsas borc mәblәğinә faiz kimi müәyyәn edildiyindәn hesablanma üsuluna görә dәbbә pulunun penya növünә aiddir.
74. Belә ki, AR Mülki Mәcәllәsi dәbbә pulunu öhdәliyin icrasını tәmin etmә üsullarından biri kimi tәsbit edir (460.1-ci maddә). Dәbbә pulu tәrәflәrin iradә sәrbәstliyi vә müqavilә azadlığı prinsiplәrinә söykәnir. Bu prinsiplәr çәrçivәsindә tәrәflәr dәbbә pulunun miqdarını azad şәkildә müәyyәnlәşdirә bilәrlәr (MM-in 462.3-cü maddәsi).
75. Kollegiya hazırkı iş üzrә borclunun öhdәliyini pozmasındakı tәqsirinin dәrәcәsini, iddiaçının mәnafeyini nәzәrә alaraq, habelә dәbbә pulunun öhdәliyin icrasının tәmini üsulu olmasını vә bu mәnada yüksәk mәblәğdә dәbbә pulunun kreditorun әsassız varlanmasına sәbәb olmasının yolverilmәzliyini vurğulayaraq hesab edir ki, birinci instasniya mәhkәmәsi haqlı olaraq iddia tәlәbini bu hissәdә qismәn tәmin edәrәk, cavabdehdәn iddiaçının xeyrinә 1000 manat mәblәğindә dәbbә pulunun tutulması qәnaәtindә haqlı olmuşdur.
76. Cavabdeh apellyasiya şikayәtindә iddia әrizәsinin qanunun tәlәblәri pozulmaqla icraata qәbul edildiyini, xüsusilә iddia әrizәsinin vә ona әlavә edilmiş sәnәdlәrin surәtlәrinin cavabdehә göndәrilmәdiyini, habelә iddia әrizәsinә qanunla tәlәb olunan sәnәdlәrin әlavә edilmәdiyini bildirmişdir.
77. Mәhkәmә kollegiyası qeyd edir ki, iş materillarına әsasәn ##.##.2025-ci il tarixdә İddiaçı MMC tәrәfindәn 1744722194339463 qeydiyyat nömrәsi ilә iddia әrizәsi vә mәktub Cavabdeh MMC -yә göndәrilmişdir. (iş vәrәq İ cild sәhifә 45)
78. Kollegiya bildirir ki, cavabdeh iddiaya qarşı qarşılıqlı iddia әrizәsi tәqdim etmiş, iddiaçının tәlәblәrinә münasibәtdә öz mövqeyini ifadә etmiş, işlәrin icra edilmәmәsinin sәbәblәri barәdә izahat vermiş, sübutlar tәqdim etmiş, vәsatәtlәr vermişdir.Bu hallar cavabdehin iş üzrә prosessual müdafiә imkanlarından faktiki olaraq istifadә etdiyini tәsdiq edir.
79. Cavabdeh apellyasiya şikayәtindә işlәrin müqavilә ilә müәyyәn edilmiş müddәtdә başa çatdırılmamasının sәbәbini әsasәn iddiaçının tәşkilati struktur, mәzuniyyәt qalıqları, son 12 aylıq әmәkhaqqı mәlumatları, әmәk müqavilәlәri vә digәr mәlumatları sistemә vaxtında daxil etmәmәsi ilә әlaqәlәndirir. Lakin qeyd olunmalıdır ki, tәrәflәr arasında bağlanmış müqavilәnin predmetini yalnız proqram tәminatının yaradılması deyil, müqavilәdә vә onun әlavәlәrindә nәzәrdә tutulmuş işlәrin nәticәsinin sifarişçiyә tәqdim edilmәsi tәşkil etmişdir. Bu baxımdan, cavabdeh tәrәfindәn ayrı-ayrı texniki işlәrin görülmәsi vә ya sistemin müәyyәn hissәlәrinin yaradılması müqavilә üzrә yekun nәticәnin әldә edilmәsi ilә eynilәşdirilә bilmәz.
80. Əgәr müqavilәnin icrası müәyyәn mәlumatların iddiaçı tәrәfindәn tәqdim edilmәsindәn asılı olmuşdursa, cavabdeh hәmin mәlumatların konkret olaraq hansılar olduğunu, onların hansı tarixdә vә hansı formada tәqdim edilmәli olduğunu, iddiaçı tәrәfindәn hansı mәlumatların tәqdim edilmәdiyini, hәmin mәlumatların tәqdim edilmәmәsinin konkret olaraq hansı müqavilә funksionallığının icrasına mane olduğunu vә bunun müqavilәnin yekun müddәtinә necә tәsir etdiyini sübut etmәli idi.
81. Halbuki cavabdehin mövqeyi әsasәn ümumi xarakterli izahlardan ibarәtdir. Müәyyәn mәlumatların tәqdim edilmәmәsi faktının özü hәlә müqavilәnin qalan bütün işlәrinin icrasının mümkünsüz olduğunu tәsdiq etmir. Xüsusilә dә ekspertiza nәticәlәrinә әsasәn müqavilә üzrә nәzәrdә tutulan işlәrin әhәmiyyәtli hissәsinin natamam qalması şәraitindә cavabdeh hәmin mәlumatların tәqdim edilmәmәsi ilә bütün müqavilә işlәrinin icra edilmәmәsi arasında birbaşa sәbәb-nәticә әlaqәsini sübut etmәlidir.
82. Kollegiya qeyd edir ki, müәyyәn mәlumatının iddiaçı tәrәfindәn verilmәmәsi vә ya gec verilmәsi sistemin konkret funksiyasının faktiki mәlumatlarla sınaqdan keçirilmәsinә vә ya tam istifadәyә verilmәsinә tәsir göstәrә bilәr, lakin bu hal hәmin funksionallığın proqram tәminatında ümumiyyәtlә yaradılmamasını vә ya digәr müqavilә işlәrinin görülmәmәsinә әsas vermir.
83. İş materiallarından isә görünür ki, tәrәflәr arasında layihәnin icrası ilә bağlı çoxsaylı yazışmalar aparılmış, iddiaçı tәrәfindәn müxtәlif problemlәr cavabdehә bildirilmış, cavabdeh isә layihәnin icrası prosesindә bu mәsәlәlәrdәn xәbәrdar olmuşdur. Bu yazışmaların ayrı-ayrı cümlәlәrinin kontekstdәn çıxarılaraq cavabdehin mövqeyinin tәsdiqi kimi tәqdim edilmәsi sübutların bütöv şәkildә qiymәtlәndirilmәsi prinsipinә uyğun deyildir.
84. Cavabdehin istinad etdiyi mәsәlәlәrin bir qisminin ümumiyyәtlә texniki qüsur deyil, iddiaçı tәrәfindәn sonradan irәli sürülmüş yeni funksionallıq tәlәblәri olması barәdә dәlilinә dә müqavilә vә onun әlavәlәri әsasında hüquqi qiymәt verilmәlidir.
85. Əgәr cavabdeh müәyyәn işlәrin müqavilәdә nәzәrdә tutulmadığını iddia edirsә, hәmin işin müqavilәnin vә texniki tapşırığın hansı bәndindә nәzәrdә tutulmadığını konkret göstәrmәli vә sonradan hәmin funksionallığın әlavә iş kimi razılaşdırıldığını sübut etmәlidir.
86. Cavabdeh apellyasiya şikayәtindә ##.##.2024-cü il tarixli mәktuba istinad edәrәk işlәrin 50 faizinin tamamlandığını vә iddiaçı tәrәfindәn zәruri mәlumatların sistemә daxil edilmәsi halında işlәrin 80 faizә çatacağını bildirdiyini qeyd edir.
87. Kollegiya qeyd edir ki, qeyd olunan mәktubun mәzmunu cavabdehin müqavilә üzrә öhdәliyini tam icra etdiyini deyil, әksinә, ##.##.2024-cü il tarixindә işlәrin hәlә başa çatdırılmadığını tәsdiq edir.
88. Cavabdeh PT-nin digәr şirkәtlәrdә uğurla quraşdırılıb işlәmәsini vә hәmin sifarişçilәrin proqram tәminatından mәmnunluğunu tәsdiq edәn beş şirkәtin mәktublarının mәhkәmә tәrәfindәn qiymәtlәndirilmәdiyini bildirir.
89. Kollegiya hesab edir ki, başqa hüquqi şәxslәrdә proqram tәminatının uğurla işlәmәsi hazırkı müqavilә üzrә cavabdehin konkret öhdәliklәrini tam icra etdiyini sübut etmir. Hәr bir müqavilә üzrә texniki tapşırıq, mәlumat bazası, istifadәçi sayı, tәşkilati struktur, inteqrasiyalar, fәrdilәşdirmә tәlәblәri vә digәr parametrlәr fәrqli ola bilәr. Buna görә başqa sifarişçilәrin PT-dәn razı qalması hazırkı iş üzrә konkret müqavilәnin icra edilmәsi faktını tәsdiq edәn birbaşa sübut deyil.
90. Cavabdeh “әlavә funksionallıq” hesab etdiyi hәr bir işi ayrıca göstәrmәli, hәmin işin müqavilәnin hansı bәndindә vә ya texniki tapşırıqda nәzәrdә tutulmadığını, nә vaxt yeni tәlәb kimi irәli sürüldüyünü vә tәrәflәrin hәmin işin әlavә ödәnişli iş olması barәdә razılığa gәldiyini sübut etmәlidir.
91. Hәmçinin әlavә işlәrin dәyәrinin 24.570 manat olması barәdә hesablamanın mövcudluğu da hәmin mәblәğin iddiaçı tәrәfindәn ödәnilmәli olduğunu sübut etmir. Müvafiq mütәxәssislәrlә bağlanmış müqavilәlәr cavabdehin öz әmәkdaşları vә ya cәlb etdiyi şәxslәrlә münasibәtlәrini tәsdiq edә bilәr, lakin hәmin müqavilәlәr iddiaçı ilә cavabdeh arasında әlavә işlәrin qiymәti vә ödәnilmәsi barәdә razılaşmanı әvәz etmir.
92. Qeyd olunanlara әsasәn kollegiya hesab edir ki, birinci instansiya mәhkәmәsi haqlı olaraq ilk iddianı qismәn tәmin edilәrәk cavabdehdәn 20000 manat avans mәblәğini, 1000 manat dәbbә pulunun tutularaq iddiaçıya ödәnilmәsi, iddiaçıdan cavabdehin xeyrinә 24570 manat әlavә işlәrә çәkilmiş xәrc miqdarında real zәrәrin, 1000 manat miqdarında vәkil haqqı ödәnişi formasında real zәrәrin, 166,71 manat mәblәğindә dövlәt rüsumu formasında real zәrәrin vә 18000 manat miqdarında әldәn çıxmış faydanın tutulmasına dair iddia tәlәbini rәdd etmişdir.
93. Belәliklә, kollegiya hesab edir ki, birinci instansiya mәhkәmәsinin qәtnamәsi qanuni vә әsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayәtindә irәli sürülәn dәlillәr isә yuxarıda göstәrilәnlәrә görә әsassızdır vә mahiyyәtcә düzgün olan birinci instansiya mәhkәmәsinin qәtnamәsinin lәğvi üçün әsas ola bilmәz.
94. Kollegiya hәmçinin qeyd edir ki, apellyasiya şikayәti tәmin edilmәdiyindәn iddiaçı vә cavabdeh tәrәfindәn apellyasiya şikayәtlәrinin verilmәsi ilә әlaqәdar ödәnilmiş dövlәt rüsumu tәrәflәrin özlәrinә aid edilmәlidir.
95. Göstәrilәnlәrә әsasәn vә Mülki Prosessual Mәcәllәnin 384.0.1, 392, 393-cü maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası
qət etdi:
İddiaçı İddiaçı MMC vә cavabdeh Cavabdeh MMC tәrәfindәn verilmiş apellyasiya şikayәtlәri tәmin edilmәsin. Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrәli qәtnamәsi dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәtinin verilmәsi ilә әlaqәdar ödәnilmiş dövlәt rüsumu tәrәflәrin özlәrinә aid edilsin. Qәtnamәdәn rәsmi qaydada verildiyi gündәn 2 ay müddәtindә Bakı Apellyasiya Mәhkәmәsi vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinә kassasiya şikayәti verilә bilәr.