Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2109/2023 02.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin tutulması”, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ilkin iddia tələbini müdafiə edərək ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək ilkin iddianın təmin olunmamasını, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbini müdafiə edərək ilkin iddianın təmin olunmamasını, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan AZ İİİ 595638 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, xx.xx.2015-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ İV 010243 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, xx.xx.2017-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh "xxxx" MMC-də yardımçı fəhlə vəzifəsində işləyir və əmək haqqı 350,00 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti nəznində Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmaları məqsədə müvafiq hesab edilir. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsaslıdır və təmin edilməlidir, qarşılıqlı iddia tələbi əsassızdır, təmin edilməməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Belə ki, məhkəmə Ailə Məcəlləsinin 75.1, 75.4, 78, 100.2-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsini, “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Qanunu rəhbər tutaraq müəyyən etdi ki, Cavabdeh və İddiaçı rəsmi nikah münasibətlərində olmamışlar. Tərəflərin faktiki münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 anadan olmuşdur. Yetkinlik yaşına çatmayan uşaqlar hazırda anaları İddiaçı himayəsindədirlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsində qeyd olunan xüsusatları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Uşaqların yaşı, hazırda analarının himayəsində olmaları, mənafelərinin qorunması, qəyyumluq və himayəçilik komissiyasının müvafiq rəyində qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassızdır və təmin edilməməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların mənafelərinin qorunması, xərclərinin minimum səviyyədə qarşılanması, layiqli həyat şəraitinin təmin edilməsi, uşaqların saxlanılmasına hər iki valideynin cəlb edilməsi məqsədilə ilkin iddia tələbi təmin olunmalı, yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsinə verilməklə yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin tutulma müddəti məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Qarşılıqlı iddia tələbi isə əsassız olduğundan və sübuta yetirilmədiyindən təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulma hissəsi dərhal icra olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası təmin edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsinə verilməklə yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulma müddəti 27 mart 2023-cü il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2109/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2109/2023
02.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver