Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2136/2024 14.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X1rşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X1rşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilməmiş 4700 (dörd min yeddi yüz) manat sığorta məbləğinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X15 yolu ilə hərəkətdə olan sürücü X2 idarə etdiyi “DAEWOOBS090” markalı, 10TG247 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol – nəqliyyat hadisəsi nəticəsində X7 ölümünə səbəb olmuş ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar ona 5000 (beş min) manat sığorta pulu verilməlidir. Lakin, cavabdeh tərəfindən həmin məbləğin 300 (üç yüz) manatı ona verilmişdir. Bununla bağlı müraciəti “İcbari Sığorta Bürosu” tərəfindən xx.xx.2024-cü il tarixdə cavablandırılaraq bildirilmişdir ki, təqsirkar sürücü X2 qohumları tərəfindən hüzrlə əlaqədar verilmiş 4700 (dörd min yeddi yüz) manat məbləğ çıxılmaqla, faydalanan şəxs qismində çıxış edən ailə üzvü (ana) İddiaçı 300 (üç yüz) manat məbləğində kompensasiya ödənişinin verilməsi barədə Büronun xx.xx.2024-cü il tarixli 3/2024(1-408/2023) nömrəli qərarı ilə ödəniş həyata keçirilmişdir. Qeyd edir ki, təqsirkar sürücü X2 qohumları tərəfindən hüzrlə əlaqədar verilmiş 4700 (dörd min yeddi yüz) manat yas mərasiminə ödənilmiş yardımdır. Həmin məbləğ sığorta pulunun tərkibi hesab edilə bilməz. Cavabdeh – İcbari Sığorta Bürosu özü 4700 (dörd min yeddi yüz) manat pul vəsaitinin mənimsəmə edərək, sırf olaraq “İcbari Sığorta Bürosu” öz maraqlarını təmin etmək istəyir. Odur ki, iddiaçı 4700 (dörd min yeddi yüz) manat ödənilməmiş sığorta məbləğini cavabdehdən tələb edir və cavabdehin pul vəsaitinin ödənilməsindən imtinası qanunsuz və əsassızdır. Cavabdeh “İcbari Sığorta Bürosu” X9 tərəfindən iddia tələbinə qarşı məhkəməyə etiraz ilə müraciət edərək, “İcbari Sığorta Bürosu” HŞİ-nin xx.xx.2024-cü il tarixli, 3/2024(1- 408/2023 Standart Sığorta üzrə) kompensasiya ödənişinin verilməsi haqqında qərarı ilə təqsirkar sürücü X2 qohumları tərəfindən hüzrlə əlaqədar verilmiş 4700 (dörd min yeddi yüz) manat məbləğ çıxılmaqla, faydalanan şəxs qismində çıxış edən ailə üzvü (ana) İddiaçı 300 (üç yüz) manat məbləğində kompensasiya ödənişinin verilməsi qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyun 2014-cü il tarixli, 1(003)- 151/2014 nömrəli hökmünün ifadələr hissəsində təqsirləndirilən şəxs X6 zərərçəkmiş şəxsin yas mərasimi üçün 4700 (dörd min yeddi yüz) manat ödədiyini, ödənişin onun qohumları tərəfindən qəbul edildiyini bildirmişdir. Eyni zamanda zərər çəkmiş şəxsin hüquqi varisi X8 öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs X6 tərəfindən hüzrlə əlaqədar 4700 (dörd min yeddi yüz) manat pul verilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti olmadığını bildirərək, sonuncuya yüngül cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa bu fakt digər şahid ifadələrində də və prosesin yekununda çıxan məhkəmənin hökmündə də öz təsdiqini tapmışdır. Eyni zamanda İddiaçı da öz iddia ərizəsinin məzmununda təqsirkar sürücü X2 qohumları tərəfindən onlara 4700 (dörd min yeddi yüz) manat məbləğində hüzr mərasimi üçün ödəniş olduğu açıq şəkildə göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 iddia ərizəsində qeyd edilən məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir Cavabdeh “İcbari Sığorta Bürosu” X9 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və etirazlarının müdafiə etdiklərini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndənin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: 021152 nömrəli “İcbari Sığorta Bürosu” tərəfindən verilən 021152 nömrəli “kompensasiya ödənişinin verilməsi barədə” bildirişdən görünür ki, kompensasiya ödənişinin verilməsi barədə Büroda baxılmış və xx.xx.2014-cü il tarixdə, saat 01:00 radələrində, X15 yolu ilə hərəkətdə olan sürücü X2 idarə etdiyi“DAEWOOBS090” markalı, 10TG247 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol – nəqliyyat hadisəsi nəticəsində X7 ölümünə səbəb olmuş ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar, təqsirkar sürücü X2 qohumları tərəfindən hüzrlə əlaqədar verilmiş 4700 (dörd min yeddi yüz) manat məbləğ çıxılmaqla, faydalanan şəxs qismində çıxış edən ailə üzvü (ana) İddiaçı 300 (üç yüz) manat məbləğində kompensasiya ödənişinin verilməsi barədə Büronun xx.xx.2024-cü il tarixli, 3/2024(1-408/2023) qərarı ilə ödəniş həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.6-cı maddəsinin tələblərinə görə faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi baş verdiyindən və sığorta olunanın hərəkəti nəticəsində zərər çəkdiyindən, hazırki iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh “İcbari Sığorta Bürosu” X3 4700 (dörd min yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “İcbari Sığorta Bürosu” X3 4700 (dörd min yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2136/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2136/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver