Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-214/2022 06.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, Cavabdeh1 Cavabdeh Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yataq otağı dəstinin (taxt, güzgülü şkaf, qarderob, 2 ədəd komidin )-2000 AZN, çil-çırağın 6 ədəd- 200 manat, birqat yorğanın 4 ədəd-600 manat, 3 ədəd yorğanın-100 manat, qaz tükündən hazırlanan 1 ədəd taxt yorğanının və 2 ədəd yastığın-400 AZN, 1 ədəd paltonun-300 manat, 2 ədəd şalvarın-50 AZN, 1 ədəd köynəyin-50 AZN, 1 ədəd jaketin (qırmızı xəzli)-50 AZN, 1 ədəd ziyafət paltarının-300 AZN, paltarların-3 ədəd 100 AZN, namaz paltarının 1 ədəd-30 AZN, qızına məxsus suvenir və paltarların, pul kisəsinin 1 ədəd-60 AZN, çantaların 2 ədəd- 100 AZN, çəkmənin-70 AZN, ayaqqabıların (idman ayaqqabısı, çəkmə, yay ayaqqabısı)-200 AZN, xalçaların 3 ədəd-100 AZN, qonaq dəstinin İtaliyanın Stella mebeli, (servant, güzgü, şkaf, stol və 8 stul, komidin)-8000 manat, divan və kreslonun (qoltuqlu stul)-1000 AZN, LG televizorun-500 AZN, gül çay dəstinin 24 nəfərlik-1000 AZN, yemək dəstinin-500 AZN, madonna markalı kofe dəsti və 2 ədəd boşqabının-70 AZN, 2 rəngli şüşə şamdanın-60 AZN, meyvə qablarının 4 ədəd-200 AZN, şüşə qədəhlərin 12 ədəd-30 AZN; 6 ədəd armudu stəkanın-30 AZN, şüşə tort qabının (qapaqlı)-50 AZN, süfrələrin 3 ədəd-90 AZN, dəsmalın 3 ədəd-70 AZN, qızılı rəngdə salfet qabının 2 ədəd və şəkər tozu qabının 2 ədəd-100 AZN, kitablar və albomların, mətbəx dəstinin-1000 AZN, soyuducunun-1000 AZN, bişirən sobanın- 50 AZN, qızdırıcının-200 AZN, mikserin-250 AZN, ütünün-70 AZN, mətbəx üçün digər əşyaların: plastik qablar, süzgəc aşsüzən, qaşıq dəsti-100 AZN, armudu stəkanın 6 ədəd, nəlbəkilərin, mürəbbə qabının, boşqabların, 12 ədəd stəkanın-100 AZN, soba üçün şüşə qabların 3 ədəd-60 AZN, ət çəkən maşının 1 ədəd-220 AZN, tünd qırmızı uzun gödəkçənin 1 ədəd-100 AZN, göy xəzli gödəkçənin-800 AZN, aliminium qazan dəstinin-600 AZN, həmçinin iddiaçıya məxsus ağ qızıl brilyant qaşlı boyunbağı, qolbaq, sırğa və üzüyün-9500 AZN, nişan üzüyünün-2000 AZN, qızıl saatın-2000 AZN, Quran şəkilli klonun-250 AZN, Kleopatra komplektinin (üzük, sırğa, sep, klon)-4000 AZN, üzəri tor şəkilli üzüyün-300 AZN, ünvan 1 ünvanında yerləşən mənzildə iddiaçıya məxsus olan 1 ədəd yataq taxtının, servant və güzgülü bəzənmə masasının qaytarılması, bu mümkün olmadıqda isə onların dəyəri olan 39010 (otuz doqquz min on) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək ünvan 2 ünvanında olan, yataq otağı dəstinin (taxt, güzgülü şkaf, qarderob, 2 ədəd komidin), çil-çırağın 6 ədəd, birqat yorğanın 4 ədəd, 3 ədəd yorğanın, qaz tükündən hazırlanan 1 ədəd taxt yorğanının və 2 ədəd yastığın, 1 ədəd paltonun, 2 ədəd şalvarın, 1 ədəd köynəyin, 1 ədəd jaketin (qırmızı xəzli), 1 ədəd ziyafət paltarının, paltarların- 3 ədəd, namaz paltarının 1 ədəd, qızına məxsus suvenir və paltarların, pul kisəsinin 1 ədəd, çantaların 2 ədəd, çəkmə və ayaqqabıların (idman ayaqqabısı, çəkmə, yay ayaqqabısı), xalçaların 3 ədəd, qonaq dəstinin İtaliyanın Stella mebeli, (servant, güzgü, şkaf, stol və 8 stul, komidin), divan və kreslonun (qoltuqlu stul), LG televizorun, gül çay dəstinin 24 nəfərlik, yemək dəstinin, madonna markalı kofe dəsti və 2 ədəd boşqabının, 2 rəngli şüşə şamdanın, meyvə qablarının 4 ədəd, şüşə qədəhlərin 12 ədəd; 6 ədəd armudu stəkanın, şüşə tort qabının (qapaqlı), süfrələrin 3 ədəd, dəsmalın 3 ədəd, qızılı rəngdə salfet qabının 2 ədəd və şəkər tozu qabının 2 ədəd, kitablar və albomların, mətbəx dəstinin, soyuducunun, bişirən sobanın, qızdırıcının, mikserin, ütünün, mətbəx üçün digər əşyaların: plastik qablar, süzgəc aşsüzən, qaşıq dəsti, armudu stəkanın 6 ədəd, nəlbəkilərin, mürəbbə qabının, boşqabların, 12 ədəd stəkanın, soba üçün şüşə qabların 3 ədəd, ət çəkən maşının 1 ədəd, tünd qırmızı uzun gödəkçənin 1 ədəd, göy xəzli gödəkçənin, aliminium qazan dəstinin, həmçinin ünvan 1 ünvanında yerləşən mənzildə iddiaçıya məxsus olan 1 ədəd yataq taxtının, servant və güzgülü bəzənmə masasının, həmçinin iddiaçıya məxsus ağ qızıl brilyant qaşlı boyunbağı, qolbaq, sırğa və üzüyün-9500 AZN, nişan üzüyünün-2000 AZN, qızıl saatın-2000 AZN, Quran şəkilli klonun-250 AZN, Kleopatra komplektinin (üzük, sırğa, sep, klon)-4000 AZN, üzəri tor şəkilli üzüyün-300 AZN qaytarılması, bu mümkün olmadıqda isə onların dəyəri 18050 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 alınaraq ididaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə verdiyi izahatında iddia tələbinin qismən təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, üzərinə həbs qoyulmuş əşyakarln götürülməsinə etiraz etmirlər. Digər əşyalar və qızıllar onlarda deyil, bu səbəbdən də iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabeh Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhukəməyə verdiyi izahatında iddia tələbinin qismən təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, üzərinə həbs qoyulmuş əşyalarəın götürülməsinə etiraz etmirlər. Digər əşyalar və qızıllar onlarda deyil, bu səbəbdən də iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə həmin əşyaların iddiaçıya məxsus olması, həmin əşyaların iddiaçı və ya cavabdehdə olması müəyyən olunmur. Bu səbəbdən iddiaçı tərəfindən həmin əşyaların iddiaçıya məxsus olmasına, əşyaların iddiaçıda olmaması və cavabdehlərdə olması barədə sübutlar məhkəməyə təqdim edilməlidir. İddiaçı qeyd edir ki, Anar qızılları anası Səmayə xanıma vermişdir. Bu yalandır, Səmayə xanımda qızıllar olmamışdır. Qızıllar iddiaçının özündə olmuşdur. O, evi könüllü tərk etmişdir. Evi tərk edərkən qızılları da özü ilə aparmış, evdə 3-4 paltar saxlamışdır ki, evdən çıxarkən özü ilə heç nə aparmadığını göstərsin, qızıllar Cavabdeh2 deyil, ümumiyyətlə qızıllardan onun xəbəri yoxdur, qeyd edilən əşyaların həqiqətən qızıl olması onlar tərəfindən şübhə doğurur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirmiş və iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsinı xahiş etmişdir. O, həmçiinn, iddiaçının üzərinə həbs qoyulmuş əşyaları götürə biləcəyini, qızıl-zinət əşyalarının iddiaçıda olduğunu, iddiaçının onu döyməsi ilə bağlı cavabdeh barəsində şikayət verdiyini, 7 may 2021-ci il tarixdə onu həbs etdirdiyini, 7 ay həbsdə olduğunu, qızıl-zinət əşyalarının iddiaçıda olduğunu, həbsdən çıxdıqdan sonra seyfi açdıqda qızılların orda olmadığını gördüyünü və polisə müraciət etdiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq ona Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə cinayət işi açıldığını, iddiaçı ilə 2002-ci ildə nikaha daxil olduqlarını, 2015-ci ildə iddiaçının qızılları apardığını, qızılların seyfdə olduğunu və açarın da iddiaçıda olduğunu, seyfin kodunu bilmədikdə belə onu açmaq mümkün olduğunu, 21.03.2021-ci il tarixdə iddiaçının açarı ona göstərdiyini, seyfin 2 açarı olduğunu, həmin açarlardan birinin iddiaçıda olduğunu, həbsdən çıxdıqdan sonra evdə qızılların olmadığı ilə bağlı 28-ci polis bölməsinə şikayət etdiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, qızı Cavabdeh2 Anar qızının anasının yanında olduğu üçün anasının lehinə ifadə vermiş, oğlunun isə özünün yanındadır, əgər onu da məhkəməyə gətirsə atasının xeyrinə ifadə verəcək, lakin uşaqları bu məsələyə qarışdırmaq istəmir, İddiaçı də qızını bu söhbətlərə qarışdırmasını düzgün hesab etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 məhkəməyə verdiyi izahatında iddia tələbinin qismən təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, üzərinə həbs qoyulmuş əşyalarəın götürülməsinə etiraz etmirlər. Digər əşyalar və qızıllar onlarda deyil, bu səbəbdən də iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 17.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Sədrlik edənin sualına cavab olaraq Anarın məktəbə gedəndə qızılları taxmağa qoymadığını, seyf açarlarının onda olmadığını, toya gedəndə qızılları taxanda axşam onları təhvil-təslim etdiklərini, bütün qızıllar bir yerdə olduğunu, qızının paltarlarını gəlib götürdüyünü, bacısının oğlunun seyfin parolunu bildiyini, arada gəlib pul götürdüyünü, Anar tutulandan sonra o evdə bir müddət qaldığını, onu evdən döyə-döyə qovaladıqlarını bildirmişdir. 08.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə verdiyi izahatında izahatının iddia ərizəsinin məzmununa uyğun olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, qızılllar Anarın anasında olmuşdur. O seyfin açarının biri Anarda, digəri isə anasında olmuşdur. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, qızıl-zinət əşyaları birgə nikah dövründə əldə edilmiş əmlak deyildir. Səmayə xanım ilə iddiaçının münasibətləri kəskin dəyişdiyindən iddiaçı evi tərk etmək məcburiyyətində qalmışdır. Cavabdeh Anar həbsdə olarkən iddiaçı o evdə yaşamış və evdən çıxarkən öz əşyalarını aparmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 Cavabdeh2 onun xalası olduğunu, may ayından İddiaçı xalasıgildə yaşadığını, xalası ilə iddiaçı arasında mübahisə olduğunu, iddiaçının xalasının barmaqlarını sındırdığını, iddiaçının qızıllardan istifadə etdiyini, sırğa və sepləri qara qutuda saxladığını bildirmişdir. 08.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində ifadə verən X1 bildirmişdir ki, cavabdehlərin qonşusudur. İddiaçı evi axşam saat 9-10 arası tərk edərkən əlində çantalar var idi. Səmayədən nə baş verdiyini soruşduqda gəlinin əşyalarını yığıb getdiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, qonşu kimi münasibətləri olmuşdur. İddiaçının qızıl-zinət əşyalarını aparmasını görməmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 sualına cavab olaraq bildirmişdir ki, gedərkən əşyaları çox idi, maşın gəlmiş və onunla aparmışdır. 17.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində ifadə verən yetkinlik yaşına çatmayan X4 14 yaşı olduğunu, 9-cu sinifdə oxuduğunu, atası tutulmazdan əvvəl anasının qızılları nənəsinə verdiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, nənəsigil anasına qızılları itirər deyə taxmağa icazə verməmişdir. İş materiallarında olan Yasamal Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən tərtb olunmuş 20.09.2021-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında Madonna markalı kofe dəsti və 2 ədəd boşqab, qızıl brilyant qaşlı boyunbağı, qolba, sırğa və üzük (9500), nişan üzüyü-2000 AZN, qızıl saat-2000 AZN, Quran şəkilli klon-250 AZN, Kleopatra komplekti (üzük, sırğa, sep, klon)-4000 AZN, üzəri tor şəkilli üzük-300 AZN aşkar edilməmişdir. İcra sənədində qeyd edilən digər əşyalar sözügedən ünvanda aşkar edilmiş və üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilən zaman İddiaçı məxsus olan 1 ədəd yataq taxtının, servant və güzgülü termonun üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan 28-ci Polis Bölməsi tərəfindən verilmiş Cavabdeh1 müraciətinə baxılması barədə arayışdan görünür ki, Bakı şəhər sakini Cavabdeh1 16.11.2021-ci il tarixdə Kürdəxanıda yerləşən istintaq təcridxanasından çıxıb evə qayıdan zaman evdə seyfdə saxlanılan 5000 AZN pulu və qızıl-zinət əşyalarını keçmiş həyat yoldaşı İddiaçı götürüb aparmasını aşkar etməsi barədə müraciəti araşdırılmış və müəyyən edilmişdir ki, Cavabdeh1 müraciətində qeyd etdiyi xüsusat mülki xarakterlidir. Odur ki, ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan 28.03.2022-ci il tarixli, 9/154 saylı ekspert rəyindən görünür ki, iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 24000 manat müəyyən edilir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus ünvan 2 ünvanında olan yataq otağı dəsti (taxt, güzgülü şkaf, qarderob, 2 ədəd komidin), 6 ədəd çilçıraq, 4 ədəd birqat yorğan, 3 ədəd yorğan, qaz tükündən hazırlanan 1 ədəd taxt yorğanı və 2 ədəd yastıq, 1 ədəd palto, 2 ədəd şalvar, 1 ədəd köynək, 1 ədəd jaket (qırmızı xəzli), 1 ədəd ziyafət paltarı, 3 ədəd paltar, 1 ədəd namaz paltarı, iddiaçının qızına məxsus suvenir və paltarlar, 1 ədəd pul kisəsi, 2 ədəd çanta, çəkmə, ayaqqabılar, (idman ayaqqabısı, çəkmə, yay ayaqqabısı), 3 ədəd xalça, qonaq dəsti İtaliyanın Stella mebeli, (servant güzgü, şkaf, stol və 8 stul, komidin), divan və kreslo (qoltuqlu stul), LG televizor, gül çay dəsti 24 nəfərlik, yemək dəsti, 2 rəngli şüşə şamdan, 4 ədəd meyvə qabı, 12 ədəd şüşə qədəhlər, 6 ədəd armudu stəkan, şüşə tort qabı (qapaqlı), 3 ədəd süfrə, 3 ədəd dəsmal, 2 ədəd qızılı rəngdə salfet qabı, 2 ədəd şəkər tozu qabı, kitablar və albomlar, mətbəx dəsti, soyuducu, bişirən soba, qızdırıcı, mikser, ütü, mətbəx üçün digər əşyalar: plastik qablar, süzgəc aşsüzən, qaşıq dəsti, 6 ədəd armudu stəkan, nəlbəkilər, mürəbbə qabı, boşqablar, 12 ədəd stəkan, 3 ədəd soba üçün şüşə qab, 1 ədəd ət çəkən maşını, 1 ədəd tünd qırmızı uzun gödəkçə, göy xəzli gödəkçə, aliminium qazan dəsti, həmçinin ünvan 1 ünvanında yerləşən mənzildə iddiaçıya məxsus olan 1 ədəd yataq taxtı, servant və güzgülü termo cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin Madonna markalı kofe dəsti və 2 ədəd boşqabının və iddiaçıya məxsus ağ qızıl brilyant qaşlı boyunbağı, qolbaq, sırğa və üzüyün-9500 AZN, nişan üzüyünün-2000 AZN, qızıl saatın-2000 AZN, Quran şəkilli klonun-250 AZN, Kleopatra komplektinin (üzük, sırğa, sep, klon)-4000 AZN, üzəri tor şəkilli üzüyün-300 AZN qaytarılması, bu mümkün olmadıqda isə onların dəyəri 18050 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 alınaraq iddiaçıya qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən Madonna markalı kofe dəsti və 2 ədəd boşqabının və iddiaçıya məxsus ağ qızıl brilyant qaşlı boyunbağı, qolbaq, sırğa və üzüyün-9500 AZN, nişan üzüyünün-2000 AZN, qızıl saatın-2000 AZN, Quran şəkilli klonun-250 AZN, Kleopatra komplektinin (üzük, sırğa, sep, klon)-4000 AZN, üzəri tor şəkilli üzüyün-300 AZN cavabdehlərdə olması faktı mötəbər dəlillərlə sübuta yetirilməmiş, həmçinin məhkəmə tərəfindən iş materialları ilə fakt müəyyən edilməmişdir. Həmçinin məhkəmə iddia tələbinin təmin edilməyən hissəsi ilə bağlı iş materiallarındakı sübutları həmin faktın təsdiqi üçün kifayət hesab etmir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənlməli, iş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçıya məxsus ünvan 2 ünvanında olan yataq otağı dəsti (taxt, güzgülü şkaf, qarderob, 2 ədəd komidin), 6 ədəd çil-çıraq, 4 ədəd birqat yorğan, 3 ədəd yorğan, qaz tükündən hazırlanan 1 ədəd taxt yorğanı və 2 ədəd yastıq, 1 ədəd palto, 2 ədəd şalvar, 1 ədəd köynək, 1 ədəd jaket (qırmızı xəzli), 1 ədəd ziyafət paltarı, 3 ədəd paltar, 1 ədəd namaz paltarı, iddiaçının qızına məxsus suvenir və paltarlar, 1 ədəd pul kisəsi, 2 ədəd çanta, çəkmə, ayaqqabılar, (idman ayaqqabısı, çəkmə, yay ayaqqabısı), 3 ədəd xalça, qonaq dəsti İtaliyanın Stella mebeli, (servant güzgü, şkaf, stol və 8 stul, komidin), divan və kreslo (qoltuqlu stul), LG televizor, gül çay dəsti 24 nəfərlik, yemək dəsti, 2 rəngli şüşə şamdan, 4 ədəd meyvə qabı, 12 ədəd şüşə qədəhlər, 6 ədəd armudu stəkan, şüşə tort qabı (qapaqlı), 3 ədəd süfrə, 3 ədəd dəsmal, 2 ədəd qızılı rəngdə salfet qabı, 2 ədəd şəkər tozu qabı, kitablar və albomlar, mətbəx dəsti, soyuducu, bişirən soba, qızdırıcı, mikser, ütü, mətbəx üçün digər əşyalar: plastik qablar, süzgəc aşsüzən, qaşıq dəsti, 6 ədəd armudu stəkan, nəlbəkilər, mürəbbə qabı, boşqablar, 12 ədəd stəkan, 3 ədəd soba üçün şüşə qab, 1 ədəd ət çəkən maşını, 1 ədəd tünd qırmızı uzun gödəkçə, göy xəzli gödəkçə, aliminium qazan dəsti, həmçinin ünvan 1 ünvanında yerləşən mənzildə iddiaçıya məxsus olan 1 ədəd yataq taxtı, servant və güzgülü termo cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-214/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-214/2022
06.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver