Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2140/2025 10.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarında doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması xərcləri ilə əlaqədar olaraq, 2022ci ilin mart ayından hesablanmaqla yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 10 mart 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Cavabdehlə birgə nikah münasibətlərindən 05 iyul 2009-cu il tarixdə bir oğlan övladı anadan olmuşdur, oğlunun adını X11 qoymuşdular. Sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş və aralarında olan nikahın pozulması barədə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-403/2018 saylı, 18 yanvar 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə 2 saylı Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış və 196 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 anası Cavabdeh himayəsində qalmasının müəyyən edilməsi, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay- qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Lakin, Cavabdeh Yasamal Rayon Məhkəməsinin əməl etməmişdir, uşağı saxlamamışdır. Belə ki, 2022-ci ilin mart ayından etibarən oğlu X11 onun (iddiaçının) yanında qalır, övladının bütün gündəlik tələbatlarını o (iddiaçı) ödəyir, övladının yəməkiçməyi, geyim əşyaları, müayinə və müalicəsi, təhsil və tərbiyəsi ilə o (iddiaçı) özü məşğul olur, ondan başqa oğluna baxan heç kim yoxdur. Övladı onun yanında qaldığına, onun himayəsində yaşadığına görə hesab edir ki, oğlu İlkin Şükürovun Cavabdeh himayəsində saxlanılması barədə Yasamal Rayon Məhkəməsinin 2(004)-403/2018 saylı qətnaməsi formal xarakter daşıyır. Ona görə də o (iddiaçı), “uşağın anadan alınıb atanın himayəsinə verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-403/2018 saylı, 18 yanvar 2018-ci il tarixli qətnaməsi ilə anası Cavabdeh himayəsinə verilmiş xx.xx.2009-cu il təvəllüdlü X5 anası-Cavabdeh himayəsindən alınaraq atası-İddiaçı oğlunun himayəsinə verilməsi qət edilmişdir. Sadalananlardan göründüyü kimi, 2022-ci ilin mart ayından etibarən oğlu X11 mənin yanımda qalır, övladının bütün gündəlik tələbatlarını mən ödəyirəm, övladının yemək-içməyi, geyim əşyaları, müayinə və müalicəsi, təhsil və tərbiyəsi ilə o özü məşğul olur. Cavabdeh iddia ərizəsinə etiraz verərək, bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək həmin məhkəmənin 18 yanvar 2(004)-403/2018 saylı qətnaməsi ilə Cavabdeh himayəsində saxlanılan birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü övladı X5 anasından alınıb onun himayəsinə verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin olmasını nəzərə alaraq, Cavabdeh X7 yetkinlik yaşına qədər saxlanması üçün onun xeyrinə sabit pul məbləği həcmində edilməsini xahiş edir. İddiaçı iddia ərizəsində qeyd edir ki, övladı İlkin Şükürovun anası Cavabdeh himayəsində saxlanılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2(004)-403/2018 saylı qətnaməsinin olmasına baxmayaraq, anası Cavabdeh uşağı saxlamamışdır. İddiaçı daha sonra iddia ərizəsində qeyd edir ki, 2022-ci ilin mart ayından başlayaraq uşağı öz yanında saxlayır, onun bütün gündəlik tələbatını ödəyir, təlim-tərbiyən ilə məşğul olur, yemək-içmək, geyim əşyalarını özü alır, müalicə və müayinəsi ilə özü məşğul olur, özündən başqa heç kim oğluna baxmır. Ğvladı onun yanında qaldığına görə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 yanvar 2(004)-403/2018 saylı qətnaməsi formal xarakter daşıdığını və bu səbəbdən cavabdehdən X7 yetkinlik yaşına qədər saxlanması üçün anasından onun xeyrinə sabir pul məbləği həcmində alimentin tutulmasını xahiş edir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinin onunla (cavabdeh ilə) bağlı göstərdiyi əsassız və qərəzli dəlilləri ilə razı deyil və hesab edir ki, iddia ərizəsində həqiqətə uyğun olmayan kifayət qədər cümlələr var. İddiaçı yazır ki, 2018- ci ilin qətnaməsindən sonra anası uşağa baxmamışdır. Bu fikir gülüncdü, ona görə ki, əgər o, bu iddiasında İlkinin 2022-ci ilin martından onun yanında qaldığını (əslində bu 2024-cü ildə qalıb) göstərirsə, bəs həmin dövrə qədər edib, böyüdüb, hətta aylarla anasına aliment ödənilmədiyi və ya gecikdirildiyi hallarda belə. Nəzərə çatdırır ki, həmin qətnamə üzrə İddiaçı Tərəfindən ödənilməmiş aliment borcları hələ də sübut edə bilər. İddiaçının iddiadakı fikirləri mənə qarşı qərəzli şəkildə yazılıb və obkektv həqiqəti əks etdirmir.İkinci halda, əgər iddiaçı bütün günü işdə olursa, bu halda, uşağın yemək içməyi, tərbiyəsi, müalicəsi ilə onun necə məğul olması da sual doğurur. İddiaçı uşağı ona gtirə ondan (cavabdehdən) alırdı ki, onun “Aztelekom’ Şirkətindən aldığı yüksək əmək haqqısından aliment tutulmasın, mənə aliment verməsin. Əgər iddiaçı aldığı yüksək əmək haqqı ilə uşağı saxlaya bilmirsə, ona baxa bilmirsə, bu halda uşağı təzyiq göstərib , onu anasına qarşı nifrət ruhunda öyrədib , onu niyə anasından məcburi alırdı ki ? İddiaçı öz qərəzli niyyətini həyata keçirmək məqsədilə onu (cavabdehi) uşaqla ünsiyyət hüququndan da məhrum edib. Uzun müddətdir o (cavabdeh), övladı ilə ünsiyyət qura bilmir. Məhkəməyə bildirmək istəyir ki, iddiaçı ilə nikahda olduğu müddət ərzində həm olaraq öz üzərinə düşən bütün vəzifələri başlayaraq uşaq onun (cavabdehin) himayəsində olmuş, çətinliklə də olsa onu böyütmüş. Uşağın təhsili və tərbiyəsi ilə əsasən o (cavabdeh) məşğul olmuş. Bəzi hallarda aylarla uşaq üçün aliment ödənilməsə də, o (cavabdeh), uşağı öz vəsait hesabına saxlamış. o (cavabdeh), övladının atası ilə, yaxın qohumları ilə əlaqəsinə heç vaxt məhdudiyyət qoymamış. İstəmirdi ki, övladı atasından ayrı yaşaması ilə bağlı başqa uşaqların yanında sıxılsın, fikir eləsin. Əksinə o (cavabdeh) həmişə şərait yaratmış övladı sərbəst böyüsün, istənilən vaxt atan ilə, qohumları ilə ünsiyyət saxlasın. İddiaçı qeyd edir ki, 2022-ci ilin mart ayından başlayaraq uşağı öz yanında saxlayır. Əvvəlki məhkəmə iclaslarında da qeyd etdiyi kimi İlkin onun (cavabdehin) yanında da qalmış, onun (cavabdehin) icazəsilə atasının qaldlığı evə gedərək orada doğmaları ilə təmasda olmuş, vaxt keçirmiş və dərslərini hazırlamışdır. Uşağın 2022-ci ilin mart ayından 2022- ci ilin noyabr ayınadək onun (cavabdehin) yanında qalmasını təsdiqləyən kifayət qədər faktlar var, birgə şəkilləri, telefon mesajları, danışıqlar, qonşuların şahidliyi var, bu barədə akt da tərtib olunub onların iştirakı ilə. Yəni bütün bunlar İlkinin onun (cavabdehin) yanında qalmasını təsdiqləyən faktlardır. Yasamal rayon Məhkəməsinin uşağı ondan (cavabdehdən) alıb atasının himayəsinə verilməsinə dair qətnaməsi 2024- cü ilin noyabr ayında qüvvəyə minmişdir. İddiaçının bu iddianı qaldırmaqca əsas məqsədi məhkəmə qətnaməsinin icrası ilə bağlı vaxtında ona (cavabdəhə) ödəmədiyi və ödəmək istəmədiyi aliment və borcları ödəməkdən yayınmaqdı. Bunu etmək üçün xətta uşağa da təsir etmişdir. Belə ki, oğlu həmin borcdan imtina edəcəyi təqdirlə onunla (cavabedhlə) danışmağa razı olduğunu bildirmişdir. Hesab edir ki, uşaq vasitəsi ilə bunları etmək yaxşı hal deyil və yolverilməzdir. O (cavabdeh), heç yerdə işləmir və iddiaçı da bunu gözəl bilir. Əgər uşağı saxlamaq üçün onun (cavabdehin) aliment puluna ehtiyac duyursa, o (cavabdeh) onda razıdır, uşağı ona (cavabdehə) versin, özü saxlayar, məhkəmə mübahisəsinə də son qoyulsun. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki iş materiallarında olan: AZ-İİ seriyalı, 312195 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh göstərilmişdir. Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 489468 saylı nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 172 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Şükürov”, qadına “Rüstəmova” soyadı verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2024 saylı, 15 oktyabr 2024cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-403/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə anası Cavabdeh himayəsinə verilmiş xx.xx.2009-cu il təvəllüdlü X11 anası – Cavabdeh himayəsindən alınaraq atası – İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 403/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X3 qarşı “nikahın pozulması tələbinə dair” iddiası təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə 2 saylı Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış və 196 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 anası Cavabdeh himayəsində qalmasının müəyyən edilməsi, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı 14 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/14/2025-00018 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışından görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “Azemis” X2 çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-nin bölmə rəisi vəzifəsində çalışır və əmək haqqı 1.405,41 manat təşkil edir, həmçinin o "xxxx" MMC-nin bölmə rəisi vəzəfəsində çalışır və əmək haqqı 1.962 manat təşkil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və X8 publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 3-17-7xx-xx- 13879/2025 saylı, 04 aprel 2025-ci il tarixli araydan görünür ki, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən işsiz kimi qeydiyyatdadır. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 2 ünvanda yerləşən 63 və 33 saylı mənzillərdə yaşayan X4, X9 və X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktın məzmunundan görünür ki, onlar ünvan 1 ünvanda yaşayan İddiaçı çoxdan tanıyırlar, o, qonşularla mehriban münasibətlər qurmuşdur, qayğıkeş atadır. Həmin binada əvvəllər həyat yoldaşı və oğlu İlkinlə birlikdə yaşayırdı.Təxminən 5-6 ildir həyat yoldaşı ilə nikahları pozulmuş, bundan sonra həyat yoldaşı köçüb getmişdir. 2022-ci ilin mart ayından etibarən İlkin Şükürov atası İddiaçı yanında qalır və onunla birlikdə ünvan 1 ünvanda yaşayır, həmin tarixdən Rasim bir ata kimi oğlunun bütün gündəlik təlabatlarını (yemək, geyim əşyaları, müayinə və müalicə) təmin edir və onun təhsili və tərbiyəsi ilə özü məşğul olur. Qeyd olunan faktların doğruluğunu imzaları ilə təsdiq edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-403/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, boşanmadan sonra birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 anası Cavabdeh himayəsində qalması müəyyən edilmiş və İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Daha sonra İddiaçı uşağın anadan alınıb atanın himayəsinə verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-403/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə anası Cavabdeh himayəsinə verilmiş xx.xx.2009cu il təvəllüdlü X11 anası – Cavabdeh himayəsindən alınaraq atası – İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Hazırda iddiaçı 2022-ci ilin mart ayından hesablanmaqla yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində sabit pul məbləğində alimentin Cavabdeh tutulmasını tələb edir. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC-də və "xxxx" MMC-də çalışmaqla, müvafiq olaraq 1.405,41 manat və 1.962 manat əmək haqqı alır. Cavabdeh isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən işsiz kimi qeydiyyatdadır və onun heç bir rəsmi, yaxud qeyri-rəsmi qazancı yoxdur. Qeyd olunanları və tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2140/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2140/2025
10.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver