Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2177/2024 19.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə qarşı nəvələri ilə ünsiyyətdə olmanın müəyyən olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə qarşı nəvələri ilə ünsiyyətdə olmanın müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin edib, onlara nəvələri olan 01 noyabr 2012-ci il təvəllüdlü X1 və 25 may 2015-ci il təvəllüdlü X2 ilə həftənin beş günü məktəbdə, təhsildə olduqları müddətdə tənəffüs fasilələrində, bir ayda olan dörd həftənin iki həftəsində olan cümə günləri saat 16.00-dan başlayaraq şənbə və bazar günü daxil olmaqla yanlarında qalmaq şərti ilə saat 22.00-dək bütün günü cavabdehin iştirakı olmadan onların yanında qalmaqla, həmçinin qış tətili müddətində dekabr ayının sonu və yanvar ayının ilk həftəsi olmaqla bir həftə, yay tətili müddətində isə iyul ayının 20-dən avqust ayı bütün günlər daxil olmaqla, sentyabr ayının 10-na kimi ümumilikdə 50 (əlli) gün cavabdehin iştirakı olmadan onların yanında qalmaq qaydasında nəvələri ilə ünsiyyət saxlamağı barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə təqdim etdikləri iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə təqdim etdikləri iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərkən müəyyən olundu ki, Cavabdeh Yasamal rayonu ərazisində qeydiyyatda deyil. Belə ki, Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydiyyatdadır. Hesab edirəm ki, iddia ərizəsinə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddia ərizəsini geri qaytararkən onu da qeyd edir ki, iddiaçılar nənə və baba olaraq hazırki iddia tələbi ilə birbaşa məhkəməyə müraciət etməkdə də, haqlı olmamışdırlar. Belə ki, iddiaçılar uşaqla (nəvələri ilə ) ünsiyyət hüququnun təmin edilməsi üçün ilk növbədə müvafiq icra hakimiyyətinin nəzdində fəaliyyət gösdərən Qəyyumluq və Himayəçilik komissiyasına müraciət etməli, həmin komissiyanın uşaqla görüşə dair qərarı cavabdeh tərəfindən icra olunmadığı təqdirdə yalnız bundan sonra aidiyyəti məhkəməyə müraciət etməli idilər. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının işin baxılması üçün ödədiyi dövlət rüsumu özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə qarşı nəvələri ilə ünsiyyətdə olmanın müəyyən olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2024-cü il tarixli (Qəbz nömrəsi:**********) qəbzi üzrə dövlət rüsumu kimi ödənilmiş 51 (əlli bir) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı1 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2177/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2177/2024
19.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver