Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2225/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki birgə nikahlarından xx xxxx 2007-ci ildə anadan olmuş X1, xx xxxxxxxx 2009-cu ildə anadan olmuş X2 və xx xxxxxx 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər birinə ayda 175 manat olmaqla, cəmi 525 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx xxxxxx 2006-cı ildə bağlanmış nikahları vaxtilə Şəmkir Rayon Məhkəməsinin 2(076)-409/2008-ci il nömrəli, xx xxxx 2008-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Daha sonra yenidən bir araya gələrək faktiki nikah münasibətlərində olmuşlar. Onların birgə nikahından 3 uşaqları var: xx xxxx 2007-ci il təvəllüdlü X4, xx xxxxxxxx 2009-cu il təvəllüdlü X5 və xx xxxxxx 2016-cı il təvəllüdlü X6. Cavabdeh ailəsi, uşaqları ilə maraqlanmır, buna baxmayaraq uşaqlarının xatirinə ona dözmüşdür. Heç vaxt cavabdehə qarşı aliment tələbi irəli sürməmişdir. Halhazırda da bir valideyn kimi uşaqların saxlanılmasında heç bir formada iştirak etmir. Özü də işləmədiyinə görə uşaqların saxlanılmasında maddi çətinliklərinin də olması qaçılmazdır. Hal-hazırki vəziyyətdə uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir. Cavabdehin gəlirləri, maddi imkanları yaxşı olsa da ailəsinə, uşaqlarına baxmaq istəmir. Belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o, təkbaşına edə bilmir. Buna görə də cavabdehdən uşaqların saxlanılmasına görə məhkəmə qaydasında aliment tutulmalıdır. Cavabdehin gəlirləri yaxşı olduğu üçün ayda hər bir uşağa 175 manat, cəmi 525 manat aliment ödəmək onun maddi gücünə qəti şəkildə xələl gətirməz. Göstərilənləri nəzərə alaraq, məhkəmədən faktiki birgə nikahlarından xx xxxx 2007-ci ildə anadan olmuş X1, xx xxxxxxxx 2009-cu ildə anadan olmuş X2 və xx xxxxxx 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər birinə ayda 175 manat olmaqla, cəmi 525 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, eləcə də SMS bildiriş göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatıını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verib hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli, 2(076)-409/2008 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2006-cı il tarixində bağlanmış, Şəmkir rayon Kür qəsəbə İƏV-nin akt qeydləri kitabında həmin tarixdə 49 nömrə ilə qeyd olunmuş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli AZ-İ seriyalı 347663 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il taixdə 157 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli AZ-İİ seriyalı 796590 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X4 19 iyul 2007-ci il tarixdə Şəmkir rayonu Kür qəsəbəsində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 70 nömrəli akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2010-cu il tarixli AZ-İİ seriyalı 399592 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 28 sentyabr 2009-cu il tarixdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 267 nömrəli akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Şəmkir rayon Dəllər-Cəyir kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2016-ci il tarixli AZ-İİİ seriyalı 662873 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 xx xxxxxx 2016-cı il tarixdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 04 nömrəli akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2008-ci il tarixdə nikahları pozulmuşdur. Bu barədə Şəmkir rayon VVADQ şöbəsi nikahın pozulması barədə şəhadətnamə də vermişdir. Cavabdehlə faktiki nikah münasibətlərindən xx xxxx 2007-ci il təvəllüdlü X4, xx xxxxxxxx 2009-cu il təvəllüdlü X5 və xx xxxxxx 2016-cı il təvəllüdlü X6 anadan olmuşdurlar. Uşaqlar iddiaçının himayəsindədirlər. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər bir uşaq üçün ayrı-ayrılıqda 175 manat olmaqla, cəmi 525 manat müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, aliment İddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxxxxx 2021-ci il tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilməli 30 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməli və aliment tələbinə görə iddiaçının dövlət rüsumu ödəməkdən azad olması nəzərə alınmaqla Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx xxxx 2007-ci il təvəllüdlü X1, xx xxxxxxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxxxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün ayrı-ayrılıqda 175 manat olmaqla, cəmi 525 manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma vaxtı xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2225/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2225/2021
18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver