Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(004)-2277/2022 31.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, Kreditor "xxxx" ASC-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmri verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" ASC məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 509,63 manat məbləğində borcun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. "xxxx" ASC ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə "xxxx" ASC arasında fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi xidmətlərin göstərilməsi üzrə 09.06.2021ci il tarixli ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart borcluya təhvil verilmiş və onun istifadəsində olmuşdur. Borclu məxsus debet kartı hesabı üzrə 20.06.2021-ci il tarixdə ödəniş terminalı vasitəsilə həyata keçirilən hesaba mədaxil əməliyyatı zamanı texniki xəta səbəbindən 2 ədəd 100 ABŞ dolları və 169 manat olan vəsait kart hesabına səhvən iki dəfə köçürülmüşdür. Qeyd olunan səbəbdən artıq mədaxil olunan vəsaitin kart sahibinin istifadəsi nəticəsində banka 509,63 manat ziyan dəymişdir. Beləliklə, Borclu bankın hesabına əsassız varlanmışdır. Bu barədə borcluya xəbərdarlıq məktubu da göndərilmiş, lakin cavabsız qalmışdır. Odur ki, Borclu 509,63 manat məbləğində borcun, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İşdə olan 09.06.2021-ci il tarixli müqavilədən görünür ki, Borclu ilə "xxxx" ASC arasında fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi xidmətlərin göstərilməsi üzrə ******************** saylı müqavilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş arayışa əsasən, "xxxx" ASC-nin müştərisi olan Borclu məxsus debet kartı hesabı üzrə 20.06.2021-ci il tarixdə C2C əməliyyatı zamanı texniki xəta səbəbindən 2 ədəd 100 ABŞ dolları və 169 manat vəsait kart hesabına səhvən iki dəfə köçürülmüşdür. Qeyd olunan səbəbdən artıq mədaxil olunan vəsaitin kart sahibinin istifadəsi nəticəsində banka 509,63 (beş yüz doqquz manat altmış üç qəpik) manat ziyan dəymişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə "xxxx" ASC-nin tələbinin aşkar olduğu, tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Ona görə də məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2). Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 276, 280 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİ: xx.xx.1999-cu ildə Ukranya Respublikasının Çerkas vilayətində doğulmuş və Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 509,63 manat məbləğində borc və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 609,63 (altı yüz doqquz manat altmış üç qəpik) manat tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-2277/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(004)-2277/2022
31.03.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver