Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-228/2022 03.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı "müqavilənin ləğv edilməsi tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı "müqavilənin ləğv edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küyəsi, ev 101, 6 saylı mənzilə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası AMEA-nın keçmiş əməkdaşı X7 1988-ci ildə mənzil şəraitini yaxşılaşdırmaq üçün "xxxx" MTK-da bir otaqlı mənzil almaq üçün tərtib olunan siyahıya daxil edilmişdir, ailə üzvləri də həmin siyahıda olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının 28.10.2020-ci il tarixli arayışına əsasən atası MMC-yə təqdim edilmiş, həmin cəmiyyət tərəfindən siyahı üzrə "xxxx" MTK-nın hər bir üzvü ilə o cümlədən. M. N. Abdullayevlə müvafiq müqavilə bağlanmışdır. X1 19.04.2019-cu ildə vəfat etdikdən sonra ondan sonra miras qalmış əmlakların vərəsələr arasında bölünməsi üçün "xxxx" MTK-nın tikdiyi binanın komendantlığına yaxınlaşdıqda məlum olmuşdur ki, MTK-nın tikdiyi Bakı şəhəri, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, ev 101, mənzil 6-ya dair müqavilə cavabdeh, bacısı Cavabdeh ilə bağlanmışdır. Cavabdeh ailə qurduğuna görə soyadını dəyişmişdir. Həmin müqavilənin əldə edilməsi üçün "xxxx" MMC-yə müraciət etmiş, MMC 02.10.2020-ci il tarixli məktubu ilə müqaviləni verməkdən imtina etmişdir. Hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə ləğv edilməlidir, ona görə ki, müqavilə atasının adından cavabdehin adına bağlanarkən digər ailə üzvlərinin, o cümlədən onun mənzil hüquqları pozulmuşdur, müqavilə dəyişdirilərkən razılığı olmalı idi, həmin mənzil kooperativ mənzil olduğuna görə hər birinin payı var idi. mübahisəli mənzilə dair müqavilənin cavabdehlə bağlanması atasının ölümündən sonra ona məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə üçüncü şəxsnin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 və podratçı "xxxx" MMC-nin direktoru X8 arasında bağlanmış 28.06.2012-ci il tarixli, 118 saylı müqaviləyə əsasən, payçı müqavilədə göstərilmiş məbləği podratçıya tam ödəməklə Yeni Yasamal massivi, Ə.Əhmədov küçəsi ünvanında 3 girişli, 15 mərtəbəli yaşayış evinin giriş (blok) 1 (A), mərtəbə 1, ümumi sahəsi 58 kv.metr olan izalə olunmuş 1 otaqdan ibarət 6 saylı mənzilin tikintisini podratçıya həvalə etmişdir. Bakı şəhəri 5 saylı notariat kontorunun xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş 7E-3721 reyestr nömrəli, 01.06.2016-cı il tarixli ərizənin surətindən görünür ki, X7 "xxxx" MMC-nin inşa etdiyi, adına olan, ünvan 1 ünvanda yerləşən, 3 girişli 15 mərtəbəli binanın,blok-1 "A", 1-ci mərtəbəsindəki, 1 otaqlı,yaşayış sahəsi 58 km olan 5 saylı mənzilin və kooperativdeki payın - qızı Cavabdeh adına keçirilməsinə və rəsmiləşdirilməsinə razılıq vermişdir. Bakı şəhəri 5 saylı notariat kontorunun xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş 7E-4396 reyestr nömrəli, 09.06.2016-cı il tarixli ərizənin surətindən görünür ki, X3 "xxxx" MMC-nin inşa etdiyi, əri X5 adına olan, ünvan 1 ünvanda yerləşən, 3 girişli 15 mərtəbəli binanın,blok-1 "A", 1-ci mərtəbəsindəki, 1 otaqlı,yaşayış sahəsi 58 km olan 5 saylı mənzilin və kooperativdeki payın - qızı Cavabdeh adına keçirilməsinə və rəsmiləşdirilməsinə razılıq vermişdir. Sifarişçi Cavabdeh və podratçı "xxxx" MMC-nin direktoru X4 arasında bağlanmış 09.06.2016-cı il tarixli, 366 saylı müqaviləsinin surətindən görünür ki, sifarişçi müqavilədə göstərilmiş məbləği podratçıya tam ödəməklə Yeni Yasamal massivi, Ə.Əhmədov küçəsi ünvanında 3 girişli, 15 mərtəbəli yaşayış evinin giriş (blok) 1 (A), mərtəbə 1, ümumi sahəsi 58 kv.metr olan izalə olunmuş 1 otaqdan ibarət 6 saylı mənzilin tikintisini podratçıya həvalə etmişdir. "xxxx" MMC-nin 09.06.2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsində MMC tərəfindən inşa edilən 15 mərtəbəli yaşayış binasının 1-ci giriş Blok (A), 1-ci mərtəbəsində, ümumi sahəsi 58 m2dən ibarət olan, 6 saylı bir otaqlı mənzilin dəyəri üzrə Cavabdeh MMC-yə borcu yoxdur. AZ-İİ seriyalı, 018380 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 19.04.2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. X7 ilə "xxxx" MMC arasında 28.06.2012-ci il tarixli, 118 saylı, Cavabdeh ilə "xxxx" MMC arasında 09.06.2016-cı il tarixli, 366 saylı müqavilələrin bağlandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, “MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə görə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdin etibarsızlığını mübahisələndirmək hüququ müqavilə tərəflərinə aiddir. Beləliklə, məhkəmə baxışı zamanı iş materialları və məhkəmədə toplanılmış digər sübutlar hərtərəfli araşdırılmaqla işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Sifarişçi Cavabdeh və podratçı "xxxx" MMC-nin direktoru X4 arasında bağlanmış 09.06.2016-cı il tarixli, 366 saylı müqavilənin etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə, əsassız və qanunsuz olduğuna görə, habelə, iddiaçının həmin müqavilənin ləğv edilməsinə dair hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmadığı nəzərə alınaraq, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı "müqavilənin ləğv edilməsi tələbinə dair" iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otiz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-228/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-228/2022
03.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver