Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-231/2024 11.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “müqavilənin ləğvi və pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 Cavabdeh qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə onun arasında bağlanmış 10 avqust 2023-cü il tarixli NSM-1-110/23 saylı mənzilin alğı-satğı müqaviləsinin ləğv edilməsi və mənzilə görə ödədiyi 65.000 manat məbləğin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bu il ünvan 1 ünvanında yerləşən mənzili satdıqdan sonra yeni mənzil almaq qərarına gəlmişdir. TV elanlara baxarkən X8” Tikinti layihəsi üzrə mənzillərin satışda olduğunu görmüşdür. O, elanda qeyd olunan əlaqə nömrəsi ilə əlaqə saxlayaraq satış ofisinə yaxınlaşmışdır. O, tam təmirli mənzil almaq təklif olunmuşdur. Belə ki, 10 avqust 2023-cü il tarixdə NSM-1-110/23 nömrəli Mənzilin alqı-satqı müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə Astara şəhəri, Nizami küçəsi, Dalan 1, “MARİCEL” yaşayış kompleksində inşa edilən bina 1, mərtəbə 1, ümumi sahəsi 41.9 kv.m ibarət, 1 otaqlı 110 nömrəli mənzil üçün 65000 (altmış beş min) manat pul vəsaiti cavabdehə rəsmi qaydada ödənilmiş və bu barədə ona xx.xx.2023-cü il tarixli maliyyə arayışı verilmişdir. Müqavilə bağlayarkən ona mənzilin tam təmir olunması vəd edilmişdir. Lakin 1 aydan artıq vaxt keçməsinə baxmayaraq həmin yaşayış kompleksində mənzil tam təmir olunmamışdır, yaşayış kompleksində tikinti işləri davam etdirilir. O, isə tikintini gözləmək istəmir. Yaşamaq üçün hazır mənzil almaq niyyətindədir. Hal-hazırda o, mənzilin və mənzilin yerləşdiyi binanın təmir olunanadək olan vaxtını gözləmək istəmir. Buna görə də bağladığı müqavilənin ləğvini və ödənişin hamısını ona geri qaytarılmasını cavabdehə təklif etmişdir. O, bu yaxınlarda cavabdehə pretenziya ilə müraciət edərək müqavilənin ləğvini və mənzilə görə ödədiyi 65000 (altmış beş min) manat məbləği ona geri qaytarılmasını təmin etməyi xahiş etmişdir. Cavabdehin ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda alqı-satqı müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq mənzil satıldıqdan sonra ona çatacaq pul vəsaitini geri qaytara biləcəkləri qeyd olunmuşdur. Hesab edir ki, məhkəmə qaydasında müqavilə ləğvi olunmalı və 65000 (altmış beş min) manat pul vəsaiti ona geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia ərizəsini müdafiə edərək təmin olunmasını, müqavilənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli NSM-1-110/23 saylı mənzilin alğı-satğı müqaviləsinə əsasən satıcı Astara şəhəri, Nizami küçəsi, dalan 1-də inşa edilən bina 1, mərtəbə 1, ümumi sahəsi 41.9 kv.m ibarət, 1 otaqlı 110 nömrəli mənzili alıcıya satmağı, alıcı isə həmin mənzillə bağlı müəyyənlləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən müqavilədən imtina edildiyi hallrda alıcı mənzilin dəyərinin 5%-i həcmində olmaqla cəmiyyətə dəbbə pulu ödəyəcək. Müqavilənin 10.7-ci bəndinə əsasən Alıcı müqavilədən notarial təsdiqli ərizə ilə imtina etdiyi halda, alıcı tərəfindən cəmiyyətə ödənilmiş vəsait müqavilənin 3.4 maddəsi ilə nəzərdə tutulmuş ödənişvə cəmiyyətə dəymiş əlavə ziyan və müqavilənin icrası ilə bağlı digər cərimələr, o cümlədən bu mənzil ilə əlaqədar Cavabdeh ilə bağlanılmış kredit müqaviləsi ilə əlaqədar cəmiyyətin birbaşa və dolaylı bütün məsrəfləri çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 iş günü ərzində qaytarılacaq. İş materiallarında olan maliyyə arayışından görünür ki, X1 şəhəri, Nizami küçəsi, dalan 1-də inşa edilən bina 1, mərtəbə 1, ümumi sahəsi 41.9 kv.m ibarət, 1 otaqlı 110 nömrəli mənzil üçün 65.000 manat Cavabdeh ödənilmişdir. X2 “X8” Tikinti layihəsi üzrə satıcı fərdi sahibkar Cavabdeh göndərdiyi xx.xx.2023cü il tarixli NSM-1-110/23 saylı mənzilin alğı-satğı müqaviləsinin ləğvi və ödənişin geri qaytarılması barədə pretenziyadan görünür ki, aralarında bağlanmış müqavilənin ləğvini və ödənişin geri qaytarılmasını xahiş etmişdir. “X8” Tikinti layihəsi üzrə satıcı fərdi sahibkar Cavabdeh tərəfindən X3 göndərilən xx.xx.2023-cü il tarixli pretenziyaya cavab məktubundan görünür ki, inşa edilən “X8” yaşayış və istirahət kompleksi yüksək keyfiyyətlə vaxtında inşası tamamlanmışdır. Halhazırda binanın daxili təmir və kommunikasiya işlərinin həyata keçiirlməsi prosesi davam edir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli NSM-1-110/23 saylı mənzilin alğı-satğı müqaviləsinin müqaviləsinin 3.4-cü və 10.7-ci bəndində nəzərdə tutulmuş hallarda alıcı müqavilədən imtina etdikdə həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 iş günü ərzində pul vəsaiti geri qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı X4 ilə cavabdeh “X8” Tikinti layihəsi üzrə satıcı fərdi sahibkar Cavabdeh arasında xx.xx.2023-cü il tarixli NSM-1-110/23 saylı mənzilin alğı-satğı müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən iddiaçı X4 nəzərdə tutulmuş 65.000 manatı cavabdehə ödəmişdir. Hazırda isə iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə onun arasında bağlanmış 10 avqust 2023-cü il tarixli NSM-1-110/23 saylı mənzilin alğı-satğı müqaviləsinin ləğv edilməsi və mənzilə görə ödədiyi 65.000 manat məbləğin Cavabdeh tutulmasını xahiş edir. Beləliklə məhkəmə, iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, hazırda tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli NSM-1-110/23 saylı mənzilin alğı-satğı müqaviləsinə əsasən razılaşdırılmış şərtlərə əməl edilmədiyindən ləğv olunması üçün əsas yoxdur. Bağlanmış müqaviləyə əsasən müqavilədən imtina edildiyi hallarda alıcı mənzilin dəyərinin 5%-i həcmində olmaqla cəmiyyətə dəbbə pulu ödəməlidir. Göründüyü kimi, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğvi şərtlərinə riayət etmədən müqavilənin ləğvini məhkəmə qaydasında tələb edir, belə olduğu halda isə iddia tələbi əsassız olduğundan təmin oluna bilməz. Bununla yanaşı iddia tələbinin mənzilə görə ödənilmiş 65.000 manat məbləğin Cavabdeh tutulması hissəsində isə hesab edir ki, müqavilənin ləğvi üçün əsas olmadığından pul tələbi də əsassızdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəməi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-231/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-231/2024
11.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver