Məhkəmə qərarları › İş №2(004)-2349/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2349/2023

17.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2349/2023 17.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın və ya dəyərinin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın və ya dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh nişan üzüyü əvəzinə onun üçün alınmış 8.000 manat dəyərində “Armand” markalı brend qol saatının və ya onun dəyərinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı və Cavabdeh nişanlı olmuşlar. Nişan zamanı iddiaçı cavabdehə qızılzinət əşyaları almışdır. Cavabdeh də iddiaçıya nişan üzüyü almaq istəmişdir. Lakin iddiaçı vəzifəli şəxs olduğu, yəni Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində işlədiyinə görə üzük taxmaq istəmədiyini bildirmişdir. Bu səbəbdən cavabdeh iddiaçıya nişan üzüyü əvəzində “Armand” markalı qol saatı alıb hədiyyə etmişdir. Lakin iddiaçı bu saatın qiymətini internet vasitəsilə araşdırmış və saatın brend olmadığını və qiymətinin 150-200 manat olduğunu müəyyən etmişdir. İddiaçı ona edilən hədiyyənin ucuz olmasını özünə yaraşdırmayıb və saatı bacısı Vəfa Həsənəliyeva vasitəsilə cavabdehin anası Əzizə xanımın işlədiyi 30 saylı Poliklinikanın baş həkimi Şahid vermişdir ki, cavabdehə qaytarsın. Tərəflər evlənənə kimi bir neçə dəfə küsüb-barışmışlar, nişan qaytarmışlar. Daha sonra barışmışlar və xx.xx.2021-ci ildə toy edərək evlənmişlər. Təxminən iki ay birlikdə yaşadıqdan sonra xx.xx.2021-ci ildə cavabdeh evdən gedib. Tərəflər arasında rəsmi nikah bağlanmamışdır. Tərəfləri barışdırmağa çalışsalar da, bu mümkün olmamışdır. Tərəflər ayrılandan təxminən bir il sonra Cavabdeh Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə “əmlak” tələbinə dair iddia ərizəsi verərək, 14.000 manat dəyərində qızıl-ziynət əşyalarının natura və ya dəyərinin İddiaçı alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir. Lakin Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)-3257/2022 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmış və İddiaçı izah edilmişdir ki, həmin iddia tələbi ilə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Həmin qərardaddan verdiyi şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli 2(103)-1879/2023 nömrəli qərardadı ilə qüvvədə saxlanılmışdır. Nərimanov rayon məhkəməsində işə baxılarkən Cavabdeh bildirmişdir ki, gələcək həyat yoldaşı İddiaçı qiymətli nişan üzüyü almaq istəmiş, lakin nişanlısı dövlət işində çalışdığından barmağında üzük gəzdirmək istəməmişdir. Bu səbəbdən də onun üçün dəyəri 8000 manat olan “Armand” brend markalı qol saatı almışdır, lakin İddiaçı saatı bəyənməyib geri qaytarmışdır. Bildirmək istəyir ki, İddiaçı saatın dəyərinin 150-200 manat olduğunu bilmişdir və alınmış hədiyyəni özünə qarşı hörmətsizlik kimi qəbul edərək, bundan əsəbləşib saatı geri qaytarmışdır. Lakin audio-video görüntülü aparılan məhkəmə prosesində Cavabdeh “Armand” markalı qol saatını iddiaçı üçün 8000 manata aldığını bildirmişdir. Kəbirə qızıllarını tələb etdiyinə görə, Rəşadda saatın qaytarılmasını tələb edir. Hesab edir ki, Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən Cavabdeh İddiaçı üçün alınmış 8000 manat dəyərində “Armand” markalı brend qol saatı və ya onun dəyəri alınaraq İddiaçı verilməlidir. Məhkəmə Şahid qismində dəvət etsə də, Sevinc xanım məhkəməyə gəlməyəcəyini bildirmişdir. Lakin Sevinc xanım onunla telefon əlaqəsi yaratmış və Rəşadın bacısı Vəfanın ona gətirib verdiyi qutunu, cavabdehin anası Əzizə xanıma verdiyini bildirmişdir. Hesab edir ki, baş həkim Sevinc xanım və cavabdehin anası Əzizə xanım məhkəməyə gəlmədiklərinə görə iş üzrə araşdırmanı tam aparmaq mümkün olmamışdır. Buna baxmayaraq iddiaçı hesab edir ki, ona hədiyyə edilmiş saat cavabdehdədir. Cavabdeh saatı və ya onun dəyəri olan 8.000 manat pulu iddiaçıya qaytarmalıdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı ilə onu anası Əzizə xanımın işlədiyi 30 saylı poliklinikanın baş həkimi Şahid vasitəsilə tanış olmuşlar. Nişan zamanı Rəşad ona qızıl-zinət əşyaları almışdır. O, xx.xx.2020-ci il tarixdə “sevgililər günü” münasibətilə qol saatı alaraq Rəşada hədiyyə etmişdir. Sonradan münasibətləri pisləşmiş və o, nişanı qaytarmış və ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını Rəşada qaytarmışdır. Rəşad isə onun aldığı saatı bacısı Vəfa vasitəsilə anası Əzizə xanımın işlədiyi 30 saylı poliklinikanın baş həkimi Sevinc xanıma vermişdir ki. Onlara qaytarsın. Sevin xanım onun anası Əzizə xanıma zəng vuraraq gəlib saatı götürməsini təklif etmişdir. Bu zaman anası Əzizə xanım Sevinci xanıma irad tutmuşdur ki, ona deməmiş niyə götürübsən. O və anası Əzizə xanım saatı Sevinc xanımdan götürməyiblər. Rəşadın və ya bacısı Vəfanın gedib Sevinc xanıma verdikləri saatı geri götürmələrinə etiraz etmir. Rəşad və ya digər şəxs ona saat qaytarmayıb. O, saatı 8.000 manata almamışdır. O, əmək haqqını alanda sevgililər günü münasibətilə təxminən 150-200 manata saat almış və Rəşada hədiyyə etmişdir. O, güman etmişdir ki, o, nişanı qaytardığına görə qızıl-zinət əşyalarını Rəşada qaytardığına görə, Rəşad da onun hədiyyə etdiyi saatı geri qaytarıb. Lakin sonradan məhkəmədə bilmişdir ki, Rəşad saatın qiymətini yoxlatdırıb, 150-200 manat olduğunu müəyyən edib və saatın qiymətinin ucuz olmasını özünə təhqir hesab edərək, hədiyyətini qəbul etməkdən imtina etmişdir. Rəşad saatı bacısı vasitəsilə Sevinc xanıma vermişdir ki, onlara qaytarılsın. İddiaçı özü bildirir ki, saatın qiyməti 150-200 manatdır. Belə olan halda saatın qiyməti 8.000 manat ola bilməz. Nişanı qaytarandan sonra onları barışdırmışlar və xx.xx.2021-ci il tarixdə toy edərək evlənmişlər. Toy zamanı ona alınan qızıl-zinət əşyaları yenidən özünə qaytarılmışdır. Onlar iki ay birlikdə Novsan qəsəbəsində yaşamışlar. Bundan sonra Gənclikdə olan evə köçməli idilər. Lakin buna iddiaçının anası icazə vermədi. Onlar rəsmi nikah bağlamaq üçün ərizə versələr də, Rəşad Həsənəliyev nikahı rəsmiləşdirmək üçün qeydiyyat şöbəsinə getməkdən imtina etmişdir. Çınki, Rəşadın anası buna icazə vermədi. xx.xx.2021-ci ildə onlar ayrılmışlar, toy zamanı ona hədiyyə edilmiş qızıl-zinət əşyaları Rəşadda qalmışdır. Rəşad onun cehiz əmlakını və geyim əşyalarını qaytarsa da, qızıl-zinət əşyalarını ona qaytarmaqdan imtina edir. Bu səbəbdən 14.000 manat dəyərində qızıl-z0inət əşyalarının qaytarılması üçün məhkəməyə müraciət etmişdir. Rəşad isə onun qızıl-zinət əşyalarını qaytarmamaq üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bir daha bildirir ki, o, Rəşada 8000 manat dəyərində saat almamışdır, onun aldığı saatın dəyəri 150-200 manatdır. Rəşad saatı ona qaytarmayıb, Sevinc xanım da ona saat verməyib. Rəşad hədiyyətinin qiymətini özü öyrənib, 150-200 manat olmasını dəqiqləşdirib. Saatın qiymətinin ucuz olmasını özünə qarşı təhqir hesab edib və hədiyyəni qəbul etməkdən imtina edib. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Tərəflərin vəsatəti əsasında Şahid qismində dindirilməsi üçün məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, həmçinin mobil nömrəsinə sms bildirişi göndərilsə də, şahid məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən şahidin dindirilməsi mümkün olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı və Cavabdeh faktiki nikaha girərək xx.xx.2021-ci il tarixdə evlənmişlər. Tərəflər rəsmi nikah bağlamamışlar. Toydan əvvəl Cavabdeh xx.xx.2020-ci il tarixdə “sevgililər günü” münasibətilə qol saatı alaraq İddiaçı hədiyyə etmişdir. İddiaçı həmin vaxt hədiyyəni qəbul etmiş, lakin sonradan saatın qiymətini araşdırmış və saatın qiymətinin 150-200 manat dəyərində olmasını dəqiqləşdirmişdir. Cavabdehin hədiyyə etdiyi saatın qiymətinin 150-200 manat olmasını iddiaçı özünə qarşı hörmətsizlik, təhqir hesab etmiş və hədiyyəni qəbul etməkdən imtina etmişdir. İddiaçının nümayəndəsi və vəkili bildirir ki, iddiaçı bu məqsədlə cavabdehin aldığı hədiyyə saatı bacısı Vəfa Hüseynəliyevanın vasitəsilə cavabdehin anası Əzizənin işlədiyi 30 saylı poliklinikanın baş həkimi Şahid vermişdir ki, Əzizənin vasitəsilə Kəbirəyə qaytarılsın. Şahid qismində məhkəməyə dəvət edilsə də, o, məhkəməyə gəlmədiyinə görə işin qeyd olunan halını araşdırmaq mümkün olmamışdır. İddiaçı Cavabdeh ona aldığı saatı Cavabdeh qaytardığını və saatın Cavabdeh qanunsuz sahibliyində olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin İddiaçı nümayəndəsi və vəkili cavabdehin iddiaçıya hədiyyə edilmiş saatın “Armand” brend markalı olmasını, bu saatın 8.000 manata alınmasını təsdiq edən kassa mədaxil çekini, saatın sertifikanı, zəmanət talonunu və sair yazılı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yəni, iddiaçı sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə, iddiaçı imzaladığı iddia ərizəsində və iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddiaçının cavabdehin hədiyyə etdiyi saatın qiymətini yoxlatdığını və saatın qiymətinin 150-200 manat dəyərində olduğunu bildikdən sonra, ucuz qiymətə saat alınmasını iddiaçı özünə qarşı təhqir hesab etmiş və hədiyyəni qəbul etməkdən imtina etmişdir. İddiaçının bildirdiyi kimi, cavabdeh başqa məhkəmədə digər işə baxılarkən izahatında “saatı 8.000 manat almışam” ifadəsini söyləməsi, hazırkı iş üzrə iddiaçıya hədiyyə edilmiş saatın dəyərinin 8.000 manat olması kimi qəbul edilə və sübutetmədən azad edilən preyudisal əhəmiyyət kəsb edən hal kimi qəbul edilə bilməz. Çünki, iddiaçının istinad etdiyi hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fakt deyildir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Tərəflər arasında rəsmi nikah bağlanmadığına görə, tərəflər arasında Ailə Məcəlləsi ilə nəzərdə tutulmuş ər-arvadın hüquq və vəzifələri yaranmamışdır. Mülki Məcəllənin 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, bağışlama etibarlıdır. Mülki Məcəllənin 672.1-ci maddəsinə əsasən hədiyyə verən hədiyyə alana hədiyyə ilə əlaqədar dəyən zərər üçün onun qarşısında yalnız o halda məsuliyyət daşıyır ki, zərər qəsdən və ya kobud ehtiyatsızlıq üzündən vurulmuş olsun. Göründüyü kimi, iddiaçı ona hədiyyə edilmiş əmlakı qəbul etməkdən öz imtina etmişdir. Aldığı hədiyyəni cavabdehə qaytarmamışdır. İddiaçı ona hədiyə edilmiş saatın cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə işin hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddiaçıya hədiyyə edilmiş saat cavabdehdə olmadığına, iddiaçı cavabdehin verdiyi hədiyyəni cavabdehə qaytarmadığına və iddiaçının hədiyyəni bəyənməyərək qəbul etməkdən imtina etidiyinə görə, iddia özü-özlüyündə əsassız olduğundan rədd edilməlidir. İddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh nişan üzüyü əvəzinə onun üçün alınmış 8.000 manat dəyərində “Armand” markalı brend qol saatının və ya onun dəyərinin alınaraq İddiaçı qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar