Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2350/2024 11.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndələri Alakhverdiev və Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bank "xxxx" ASC və “Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs cəlb edilməklə Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bank "xxxx" ASC və “Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs cəlb edilməklə Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə ipoteka saxlayan Bank "xxxx" ASC, alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu və satıcı "xxxx" MMC arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilədə mənzilin satış qiyməti 29949 manat vəsaitin 3049 manat hissəsi alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu tərəfindən, 26900 manat hissəsi isə illik 4% dərəcəsi ilə 168 ay müddətinə kreditor-ipoteka saxlayan Bank "xxxx" ASC və alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli MİDA-392/2020 nömrəli kredit müqaviləsinə əsasən kreditor-ipoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmişdir. xx.xx.2020-ci il tarixdə sığortalı/sığorta olunan Həsənov Rövşən Mais oğlu ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında MLİ-BTB-M-0000544 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsi bağlanaraq sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunanın kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində sığorta olunanın, yəni Həsənov Rövşən Mais oğlunun ölməsi, xəstəli və ya bədbəxt hadisə nəticəsində müvafiq dərəcədə əlilliyin təyin edilməsi hallarından sığortalanması nəzərdə tutulmuşdur. Sığorta məbləği olaraq sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 26900 manat təşkil edir. rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, Həsənov oğlu xx.xx.2021-ci il tarixdə “beyindaxili beyin kötüyünə qansızma” səbəbindən vəfat etmişdir. rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-202 reyestr nömrəli qanun üzrı vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı1 və X1 oğlunun vərəsələridirlər və miras əmlakı ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzildən ½ hissədə pay almışlar. oğlunun vəfat etməsinə və nəticədə sığorta müqaviləsi sığorta hadisəsinin baş verməsinə baxmayaraq Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən iddiaçılara münasibətdə sığorta ödənişi həyata keçirilməmişdir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə3 izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndələri Alakhverdiev və Nümayəndə2 iddia tələbinin əsassız olmasını bildirmiş və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki işin mübahisəsiz hallarına əsasən, “xx.xx.2020-ci il tarixdə ipoteka saxlayan Bank "xxxx" ASC, alıcı-ipoteka qoyans oğlu və satıcı "xxxx" MMC arasında alqısatqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilədə mənzilin satış qiyməti 29949 manat vəsaitin 3049 manat hissəsi alıcı-ipoteka qoyan oğlu tərəfindən, 26900 manat hissəsi isə illik 4% dərəcəsi ilə 168 ay müddətinə kreditor-ipoteka saxlayan Bank "xxxx" ASC və alıcı-ipoteka qoyan oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli MİDA- 392/2020 nömrəli kredit müqaviləsinə əsasən kreditor-ipoteka saxlayan tərəfindən alıcıipoteka qoyana verilmişdir. xx.xx.2020-ci il tarixdə sığortalı/sığorta olunan oğlu ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında MLİ-BTB-M-0000544 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsi bağlanaraq sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunanın kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində sığorta olunanın, yəni oğlunun ölməsi, xəstəli və ya bədbəxt hadisə nəticəsində müvafiq dərəcədə əlilliyin təyin edilməsi hallarından sığortalanması nəzərdə tutulmuşdur. Sığorta məbləği olaraq sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 26900 manat təşkil edir. rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, oğlu xx.xx.2021-ci il tarixdə “beyindaxili beyin kötüyünə qansızma” səbəbindən vəfat etmişdir. rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-202 reyestr nömrəli qanun üzrı vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı1 və X1 oğlunun vərəsələridirlər və miras əmlakı ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzildən ½ hissədə pay almışlar. oğlunun vəfat etməsinə və nəticədə sığorta müqaviləsi sığorta hadisəsinin baş verməsinə baxmayaraq Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən iddiaçılara münasibətdə sığorta ödənişi həyata keçirilməmişdir”. Bu barədə müvafiq materiallar iddia ərizəsinə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli MİDA-392/20 nömrəli Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsinə əsasən ipoteka saxlayan Bank "xxxx" ASC, alıcıipoteka qoyan oğlu və satıcı "xxxx" MMC arasında üç tərəfli müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli MİDA-392/20 nömrəli Kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC tərəfindən oğluna illik 4% dərəcəsi ilə 168 ay müddətinə 26900 manat məbləğində ipoteka krediti verilmişdir. Kredit müqaviləsinə əlavə (ödəniş qrafiki) müqviləyə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Sığorta şəhadətnaməsinə əsasən müəyyən edilir ki, sığortalı/sığorta olunan ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında MLİ-BTB-M-0000544 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsinə əsasən, sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunanın kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində sığorta olunanın, yəni oğlunun ölməsi, xəstəli və ya bədbəxt hadisə nəticəsində müvafiq dərəcədə əlilliyin təyin edilməsi hallarından sığortalanması nəzərdə tutulmuşdur. Sığorta məbləği olaraq sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 26900 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, İddiaçı1 və Həsənli X1 Rövşən Mais oğlunun vərəsələridirlər və miras əmlakı ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzildən ½ hissədə pay almışlar. İş materiallarına əlavə edilmiş çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 Həsənov Rövşən Mais oğlunun mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş sığortalı/sığorta olunan oğlu tərəfindən imzalanmış Həyat sığortası üzrə ərizə formasına 1 saylı Əlavənin (Tibbi məlumat) 1-ci hissəsinin “a” bəndinə əsasən müəyyən edilir ki, sığortalı ürək xəstəliyi və (və ya) ürəyin fəaliyyətinin pozulması, yüksək arterial təzyiq, qan damarlarının xəstəlikləri, qan dövranının pozulması, insult xəstəliyindən əziyyət çəkmir. İş materiallarına əlavə edilmiş sığortalı/sığorta olunan oğlu tərəfindən imzalanmış ərizəyə əsasən müəyyən edilir ki, ........ tibbi müayinədən keçmədiyinə görə və ya yanlış və natamam məlumatların təqdim olunması, həmçinin məlumatları təqdim etməkdən imtina, baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı şirkət tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə imtina üçün əsas ola bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ölüm haqqında tibbi şəhadətnamənin 1-ci hissəsinin “a” bəndinə əsasən müəyyən edilir ki, oğlunun ölümünün səbəbi “beyindaxili beyin kötüyünə qansızma” (1 saat), əvvəlcə mövcud olan səbəb isə “essensial (birincili) hipertenziya” (15 il) çıxış edir. Lakin, müəyyən edilir ki, müvafiq şəhadətnaməyə səlahiyyətli qurum tərəfindən düzəliş edilmiş və əvvəlcə mövcud olan səbəb isə “essensial (birincili) hipertenziya” (15 il) 5 gün ilə əvəz edilmiş və bu barədə vizual gözlə görülən müvafiq texniki düzəliş aparılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mülki Məcəllənin 911.2-ci maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Həmin Məcəllənin 924.1-ci maddəsinə əsasən, sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 935.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və Qaydaları”nın 5.3-cü bəndinə əsasən tibbi şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli halları məhkəmə qaydasında müəyyən edilir. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 2.0.11-ci maddəsinə əsasən sığorta hadisəsi sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və digər faydalalan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Qaydaların 4.3-cü maddəsinin müvafiq bəndlərinə əsasən sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda ......... xrokini ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrlə...... sığorta müqaviləsi bağlanmır. Beləliklə, araşdırma nəticəsində müəyyən olunur ki, sığortalı oğlu sığorta müqaviləsi bağlanarkən ürək-damar xəstəliklərindən əziyyət çəkdiyini sığortaçıya bəyan etməmiş, nəticədə isə məhz ürək-damar xəstəliyindən vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ölüm haqqında tibbi şəhadətnamənin 1ci hissəsinin “a” bəndinə əsasən müəyyən edilir ki, oğlunun ölümünün səbəbi “beyindaxili beyin kötüyünə qansızma” (1 saat), əvvəlcə mövcud olan səbəb isə “essensial (birincili) hipertenziya” (15 il) çıxış edir. Lakin, müəyyən edilir ki, müvafiq şəhadətnaməyə səlahiyyətli qurum tərəfindən texniki düzəliş edilmiş və əvvəlcə mövcud olan səbəb üzrə “essensial (birincili) hipertenziya” 15 il qeydi 5 gün ilə əvəz edilmiş və bu barədə vizual gözlə görülən müvafiq texniki düzəliş aparılmışdır. Lakin, sözügedən düzəliş yuxarıda qeyd olunan normativ tələblər əsas götürülməklə yalnız məhkəmə qaydasında aparıla bilər. Həmin düzəlişin məhz sığorta ödənişinin alınması məqsədilə formal əsaslarla aparılması yüksək ehtimalını məhkəmə nəzərə alır. Bu səbəbdən, cavabdeh sığortaçı tərəfindən məhz tərəflər arasında bağlanmış sığorta razılaşması şərtləri nöqteyi-nəzərdən sığorta ödənişindən imtina edilməsi əsaslı hesab edilir. Məhkəmə izah edir ki, mübahisəni yalnız qanunun tələbləri çərçivəsində həll etmək hakimin öhdəliyidir. Məhkəmə qərarı qanuni və əsaslı olmalı, yalnız qanunun ədaləti çərçivəsində ədalətli olmalıdır. Əks halda, ayrı-ayrı şəxslərin ədalət meyarlarına əsasən eyni faktiki hallara malik olan işlərdə fərqli qərarların qəbul edilməsi ilə nəticələnə bilər ki, bunun özü də mahiyyəti etibarli ədalətsiz nəticələrə səbəb olacaqdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə iddiaçılara izah edir ki, “Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin oğlu barəsində müvafiq qərarını məhkəmə qaydasında (inzibati məhkəmə) mübahisələndirmək hüquqları vardır. Həmin iddia tələbinin təmin edilməsi halında hazırki iddianın perspektivi müzakirə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin edilmənəsi əsası ilə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bank "xxxx" ASC və “Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs cəlb edilməklə Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin həyata keçirilməsi” tələbinə dair təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2350/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2350/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver