Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2371/2021 13.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X3, iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia üzrə Cavabdeh qarşı müqavilələrin ləğv edilməsi barədə ilkin iddia tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə (MTK) qarşı əmlakın təhvil verilməsi, maddi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativi ilkin iddia üzrə Cavabdeh qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2010-cu il tarixli, M-14 saylı əvəzli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə adı çəkilən müqavilə rəsmiləşdirənə kimi xx.xx.2006-cı il tarixdə İddiaçı Mənzil Tikinti Kooperativi ünvan 1, 706cı məhəllədə yerləşən MTK-ya məxsus olan ərazidə tikilməkdə olan «İddiaçı Rezidens» adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində sol və sağ tərəfindən hər birinin ümumi sahəsi 202 kvm olan 2 mənzil və həmin mərtəbədə sol tərəfdən ümumi sahəsi 248 kvm olan bir mənzil (3 ədəd 4 otaqlı) mənzil cəmi 652 kv.m, xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən payçı X6 ayrılmışdır. Mənzillərin ümumi dəqiqləşdirilmiş sahəsi, binanın tikinti işləri tam sonra çatdıqdan sonra təyin edilməli və payçı ilə son qarşılıqlı hesablaşma aparılmalı idi. xx.xx.2010-cu il tarixdə payçı X9 İddiaçı Mənzil Tikinti Kooperativinin rəhbərliyinə rəsmi ərizə ilə müraciət edərək ona ayrılmış 3 ədəd 4 otaqlı mənzilləri Cavabdeh adına sənədləşdirilməsini xahiş etmişdir. Bundan sonra hazırkı iş üzrə Cavabdeh ilə İddiaçı Mənzil Tikinti Kooperativi xx.xx.2010-cu il tarixli M-14 saylı əvəzli müqavilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən payçı mənzilin ümumi dəyəri əvəzinə Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ilə İnşaatçılar prospektinin kəsişməsində yerləşən «xxxx» MTK-ya məxsus binanın 1-ci girişinin 11-ci mərtəbəsində sahəsi 653,78 kvm olan bir 3 otaqlı və iki 4 otaqlı 31,32 və 33 saylı mənzilləri və 1 ədəd 2 maşınlıq sahəsi 30 kvm olan qaraj İddiaçı Mənzil Tikinti Kooperativinin mülkiyyətinə verilməli idi. Bu barədə əvəzləşdirmə ilə əlaqədar hər 2 tərəf payçılara müvafiq maliyyə arayışları verilmişdir. Bundan sonra həmin yaşayış binalarında tikinti işləri davam etdirilmişdir. Bir müddətdən sonra İddiaçı Mənzil Tikinti Kooperativinin rəhbərliyi «xxxx» MTK-ya məxsus yaşayış binasının «A» blokunun 11-ci mərtəbəsindəki ümumi sahəsi 652 kv.m olan mənzillərlə və qarajla maraqlananda məlum olmuşdur ki, həmin ünvanda «xxxx» MTK heç bir tikinti işləri aparmır, həmin ünvanda ofis kimi başqa bir qurum fəaliyyət göstərir. Bununla əlaqədar MTK-nın rəhbərliyi dəfələrlə cavabdehə rəsmi bildirişlər göndərərək onun bağlanmış müqavilə öhdəliyini dəqiqləşdirmək istəsə də, heç bir nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 397.1, 399.1-399.4, 421.1, 422.2-ci maddələrinə əsasə iddianın təmin edilməsi xahiş edilir. İşə məhkəmə iclasında baxılan dövrdə İddiaçı MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010- cu il tarixli, M-14(2) saylı, ümumi sahəsi 202 kv.m olan mənzilə dair və xx.xx.2010-cu il tarixli, M-14 saylı ümumi sahəsi 453 kv.m olan mənzilə dair əvəzli müqavilələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda işə məhkəmədə baxılan zaman İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, İddiaçı-nın hazırda İddiaçı MMC kimi davam etdirdiyini nəzərə alaraq, əsl olmayan tərəfindən əls olan tərəflər, yəni MTK-nın MMC ilə əvəz edilməsini xahiş etmiş və məhkəmənin qərarına əsasən (məhkəmənin xx.xx.2021-ci il tarixli məhkəmə iclas protokoluna qeyd edilməklə) İddiaçı İddiaçı MMC ilə əvəz edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMCyə (MTK) qarşı əmlakın təhvil verilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, xx xxxxxx 2011-ci il tarixli 003/11 və 004/11 nömrəli 2 ədəd müqavilə əsasında İddiaçı Mənzil Tikinti Kooperativi (Məhdud Məsuliyyətli Cəmiyyəti) tərəfindən Bakı şəhəri Nizami küçəsi 96-cı məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın 14-cü mərtəbəsində hər biri 4 otaq olmaqla ümumi sahəsi müvafiq olaraq 453 kv.m və 202 kv.m sahədən ibarət mənzillərin Cavabdeh təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, maddi və mənəvi zərərə görə 10000 və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 10030 manat məbləğində vəsaitin cavabdehdən tutularaq Cavabdeh ödənilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, «Payçı» Cavabdeh ilə «Kooperativ» İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanılmış xx xxxxxx 2011-ci il tarixli 003/11 və 004/11 nömrəli 2 ədəd müqavilə əsasında ünvan 1-cı məhəllədə yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində hər biri 4 otaq almaqla ümumi sahəsi müvafiq olaraq 453 kv.m və 202 kv.m sahədən ibarət mənzillər alqı-satqı edilmişdir. Eyni zamanda MTK tərəfindən xx.xx.2011-ci il tarixli A/009 və A/010 nömrəli maliyyə arayışları verilərək müvafiq mənzillərin tam dəyərinin kooperativin kassasına ödənilməsi və Cavabdeh MTK-ya heç bir borcunun olmaması göstərilmişdir. Göründüyü kimi Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər tam şəkildə icra olunmuş, həmçinin adıçəkilən mənzil Kooperativ tərəfindən təhvil verilmiş və Cavabdeh tərəfindən əsaslı təmir işlərinin böyük həcmi həyata keçirilmişdir. Göstərilən müqavilənin bağlanmasına, binanın faktiki olaraq tikilib başa çatdırılmasına, mənzilin daha öncə faktiki təhvil verilməklə iddiaçının ilkin təmirə buraxılmasına baxmayaraq, MTK tərəfindən Cavabdeh qarşı iddia qaldırılaraq 2010-cu il tarixli müqavilələrin ləğv olunması xahiş edilmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək yaşayış sahəsini Cavabdeh verməkdən yayınır, bununla da müqavilənin şərtlərini pozmazqdadır. Buna görə də, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, habelə binada tikinti işləri başa çatdığından və iddiaçı tərəfindən mənzilin dəyəri tam şəkildə ödənilməsi ilə yanaşı ilkin təmir işləri görüldüyündən cavabdeh müqavilə üzrə mənzili təhvil verməkdən ibarət öhdəliyini icra etməli, vurulmuş maddi və mənəvi zərər olaraq 10000 manat məbləğində vəsait cavabdehdən tutularaq Cavabdeh verilməlidir. İlkin iddia tələbi üzrə cavabdeh tərəfin nümayəndəsinin ilk iddiaya qarşı məhkəməyə ünvanladığı etirazdan görünür ki, illkin iddia tələbi üzrə iddia ərizəsi ilk cümləsindən başlamaqla yalan və uyğunsuzluqlarla əsaslandırılmış, məhkəmə baxışının gedişatında ilkin iddia üzre iddiaçı hazırkı etirazda qeyd olunan ziddiyyətli məqamlara məntiqli və dolğur şəkildə aydınlıq gətirə bilməmişdir. Etirazda xx xxxxxxxx 2006-cı il tarixli 2 ədəd və tarixsiz 1 ədəd «müqavilə»lərə münasibətdə göstərilmişdir ki, dəfələrlə məhkəmə tərəfindən ilkin iddia üzrə iddiaçıdan istinad etdiy 2006-cı il tarixli müqavilələrin əsli tələb olunsa da, tərəf müxtəlif bəhanələ gətirilib müqavilələrin təqdim olunmasından imtina etməkdədir. Bunun səbəbi isə güman ki, qeyd olunan müqavilələrdə aparılar saxtalaşdırma izlərinin aşkar olunmamasından ibarətdir. Həmin müqavilələrir kserosurətindən görünür ki, onlardan ikisində «xx xxxxxxxx 2006-cı il» tarixi əks olunsa da, üçüncü, yəni «14 mərtəbə Nizami saq» kimi göstərilən 202 kv.m sahədən ibarət mənzilə dair müqavilənin ümumiyyətlə tarixi yoxdur. «Müqavilə»xxxx«Mənzil barter əsasında reallaşmışdır (xxxx MMC)» ifadəsi əks olunsa da, bu xüsusatı təsbit edə biləcək hər hansı bir sübut, xüsusən də «xxxx» MMC ilə bağlanmış müvafiq müqavilə məhkəməyə dəfələrlə tələb olunmasına baxmayaraq təqdim edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsində aparılan məhkəmə araşdırmasının gedişatında tərəfindən təsadüf nəticəsində qarşı tərəfin vəkilindən fotoşəkil çəkilməklə götürülmüş və foto-əksi hazırkı etiraza əlavə olunan ərizə, müqavilə, müqaviləyə 1 saylı əlavə və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, sadalanan sənədlərdə X2 adına «xxxx» MTK (MMC deyil, məhz MTK) tərəfindən müqavilə tarixi və mənzil dəyəri göstərilməmiş, xüsusən də, G.H.Xəlilova tərəfindən imzalanmamış, habelə, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı və İnşaatçılar prospektinin kəsişməsində inşa edilən binanın 1 giriş, 11 mərtəbəsində, hesablaşma sahəsi 653,78 kv.m olan 3, 4 və 4 otaqlı, 31, 32 və 33 saylı mənzillər G.H.Xəlilovanın adına rəsmiləşdirilmiş və pay dəyəri tam ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Qeyd olunan xüsusat ilk növbədə ilkin iddiaçının və məhkəməyə gətirdiyi «şahid»in istinad etdiyi «bizə mənzil verilməli idi, amma sonra məlum oldu ki, həmin binada mənzillər yoxdur, qeyri-yaşayış sahələridir» kimi xüsusatın yalan olduğunu göstərir. Belə ki, «xxxx» MTK-nın adından da göründüyü kimi, qurumun adı məhz Mənzil Tikinti Kooperatividir və tərəflərindən təqdim olunan müqavilələrin məzmununda da mənzillərin ümumi sahəsi və nömrəsi görünür. «xxxx» MTK-nın adından tərtib və təsdiq olunmuş müqavilə və maliyyə arayışının üzərində tarix əks olunmasa da, X2 adından tərtib edilən ərizənin tarixinin məhz xx xxxxxxxx 2006-cı il olması mənzillərə dair müqavilə və maliyyə arayışının da qeyd olunan tarixə aid olmasına dəlalət edə bilər. Etirazın 2-ci bəndində qeyd olunan xüsusatların qabardılmasında məqsəd ilkin iddia üzrə iddiaçının təqdim etdiyi 2006-cı il tarixli 2 ədəd və tarixsiz bir ədəd müqavilələrin faktiki olaraq saxtalaşdırdığını sübut etmək məqsədi daşıyır. Belə ki, ilkin iddia üzrə cavabdeh olaraq birmənalı şəkildə bildirilir ki, İddiaçı-dan mənzil alınarkən hər hansı bir barter həyata keçirilməmiş, İddiaçı tərəfindən təqdim olunan müqavilələr faktiki olaraq saxtalaşdırılmış, 2006-cı il tarixli müqavilələr İddiaçı-nın (indiki MMC-nin) rəhbəri və qanuni təmsilçisi olan X1 həyat yoldaşı (soyadlarının uyğunluğu və tərəfin Bakı şəhəri Səbail Rayon Məhkəməsində keçirilən məhkəmə baxışı zamanı bildirdiklərinə inansaq) X2 adına «xxxx» MTK tərəfindən verilmiş xx xxxxxxxx 2006-cı il tarixli müqavilələrə uyğunlaşdırılmağa uğursuz şəkildə cəhd olunmuşdur. Həqiqətdə İddiaçı tərəfindən X5 adına müvafiq mənzillər və qarajın xx xxxxxxxx 2006-cı il tarixdə deyil, bu tarixdən sonrakı tarixdə rəsmiləşdirilməsi onlarda mövcud olan və hazırkı etiraza surəti əlavə olunan müqavilələr və maliyyə arayışlarından da açıq-aşkar şəkildə görünür. Belə ki, hazırkı etiraza əlavə olunan, üzərində İddiaçı-nın sədri Xəlilov H.M imzası və müvafiq möhürü olan müqavilələr və maliyyə arayışlarından görünür ki, onlar xx xxxxxx 2007-ci il tarixlidir. Bununla da açıq-aşkar şəkildə təsbit olunur ki, hər hansı bir barter münasibətləri olmamış, barter olsaydı ilkin iddia üzrə iddiaçı tərəfindən saxtalaşdırıldığı kimi, «xxxx» MTK-nın sənədləri ilə İddiaçı- nın sənədləri eyni tarixə təsadüf edər, yaxud İddiaçı-nın sənədləri xx xxxxxxxx 2006-cı il tarixindən əvvələ təsadüf edərdi. Belə ki, ilkin iddiaçı tərəfin mülahizəsinə inanılsa barteri güya hədə-qorxu ilə tələb edən cavabdeh tərəf olmuş, belə olduğu təqdirdə isə hədə-qorxu gəlmək imkanına malik birinin ilk əvvəl öz əmlakını hədə-qorxu gəldiyi adamın adına rəsmiləşdirməsi, bundan aylar sonra, yəni xx xxxxxx 2007-ci il tarixdə öz adına əmlak rəsmiləşdirməsi məntiqsiz və absurd səslənir. 2006-cı il tarixli 2 ədəd və tarixsiz bir ədəd müqavilələrin faktiki olaraq saxtalaşdırılması həmçinin həmin müqavilələrdə «Payçı» X5 adından atılan imzanın da tamamilə uyğun olmaması, yəni imzanın F.A.Məlikova açıqaşkar şəkildə məxsus olmaması ilə də təsbit olunur. Belə ki, İddiaçı-nın özü tərəfindən surəti təqdim edilmiş F.A.Məlikova məxsus şəxsiyyət vəsiqəsində və xx.xx.2010-cu il tarixli ərizədə, habelə hazırkı etiraza əlavə edilən xx.xx.2007-ci il tarixli müqavilələrdə olan imzalar F.A.Məlikova məxsus olmaqla uyğunluq təşkil etsə də, ilkin iddia üzrə iddiaçı tərəfindən saxtalaşdırılmaqla təqdim olunmuş müqavilələrdəki imza etirazda əks olunmuş nümunələrdən göründüyü kimi tamamilə uyğunsuzdur. İlkin iddiaçı tərəfindən iddianın əsası olaraq təqdim edilmiş 2006-cı il tarixli iki ədəd və tarixsiz bir ədəd müqavilələrin saxtalaşdırılması, yəni tarixləri ilə yanaşı müqaviləxxxxgüya barter əsasında mənzillərin əks olunmasının həqiqətə uyğun olmadığı həmçinin tərəfindən hazırkı etiraza əlavə olunmuş xx.xx.2007-ci il tarixli müqavilələrin məzmunu ilə tam təsbit olunur. Etirazda nümunə olaraq əks olunmuş 1 ədəd saxta və 1 ədəd həqiqi müqavilə və maliyyə arayışının məzmunundan göründüyü kimi, saxta müqavilədə barterlə bağlı xüsusat 3-cü bənddə qeyd olunsa da, həqiqi müqavilələrdə 3-cü bənddə bununla bağlı heç bir qeyd aparılmamış, əksinə mənzillərin məhz dəyərinin ödənilməsinə dair ayrıca maliyyə arayışı verilmişdir. Beləliklə, ilkin iddianın əsasını təşkil edən xx xxxxxxxx 2006-cı il tarixli 2 ədəd və tarixsiz 1 ədəd «müqavilə»lərə münasibətdə yuxarıda sadalanan dəlillər birmənalı şəkildə belə qənaətə gəlməyə əsas verir ki, X9 tərəfindən mənzillərin dəyəri ödənilməklə İddiaçı-dan 3 ədəd mənzil və 1 ədəd qaraj alınmış, hər hansı bir barter əməliyyatı aparılmamış, İddiaçı-nın rəhbəri arvadının (yaxud yaxın qohumunun) adına xx xxxxxxxx 2006-cı ildə əldə olunmuş mənzillərə dair müqavilənin mövcudluğuna istinad edib eyni tarixə F.A.Məlikovun adına saxta müqavilələr tərtib etməklə faktiki olaraq dəyəri ödənilmiş mənzilləri barter olaraq göstərməyə cəhd etmişdir. xx.xx.2010-cu il tarixli M-14 saylı (453 kv.m) və xx.xx.2010-cu il tarixli M-14 (2) saylı (202 kv.m) «müqavilə»lərə münasibətdə etirazda göstərilmişdir ki, dəfələrlə məhkəmə tərəfindən ilkin iddia üzrə iddiaçıdan istinad etdiyi 2006-cı il tarixli müqavilələrin əsli tələb olunduğu kimi xx.xx.2010-cu i tarixli M-14 saylı və xx.xx.2010-cu il tarixli M-14 (2) saylı «müqavilə»lərin əsli tələb olunsa da, tərəf müxtəlif bəhanələr gətirilib müqavilələrin təqdim olunmasından imtina etməkdədir. Bunun səbəbi də eyni ilə güman ki, qeyd olunan müqavilələrdə aparılan saxtalaşdırma izlərinin aşkar olunmamasından ibarətdir. İlkin iddia ərizəsinə əlavə olunmuş xx.xx.2010-cu il tarixli M-14 saylı (453 kv.m) müqavilənin 2-ci səhifəsi ümumiyyətlə yoxdur. Daha öncə də açıqaşkar sübut olunduğu kimi ilkin iddia üzrə iddiaçı yol verdiyi saxtakarlığı hazırkı müqavilələrə münasibətdə də ört-basdır edə bilməmişdir. Qeyd olunan hər iki müqavilənin tarix və nömrəsinə diqqət yetirsək görünər ki, tarix baxımından M-14 saylı müqavilə M-14 (2) saylı müqavilədən sonrakı tarixə tərtib olunub. Yəni görünən odur ki, məntiqlə yanaşsaq ardıcıllığa görə (2) əlavəsi tarix baxımından sonra tərtib olunmalı olsa da, nədənsə özündən əvvəl doğan M-14 saylı müqavilədən sonrakı tarixə təsadüf edib. İlkin iddia üzrə iddiaçı tərəfin dediklərinə inanılsa bu müqavilələr F.A.Məlikovun İddiaçı-ya ərizə ilə müraciət etməsindən sonra Cavabdeh adına tərtib olunmuşdur. Belə olduğu təqdirdə sual yaranır ki, necə olur F.A.Məlikovun ərizəsi xx.xx.2010-cu il tarixlidir, amma M-14 (2) saylı «müqavilə» xx.xx.2010-cu il tarixlidir? Belə çıxır ki, ilkin iddiaçı mənzil sahibi Fərhad Məlikovun ərizəsi olmadan, yəni müvafiq ərizədən 21 gün öncə mənzili Cavabdeh adına rəsmiləşdirmişdir. Bu uyğunsuzluq həqiqətdə xx.xx.2010-cu il tarixli M-14 (2) saylı «müqavilə»nin tarixinin belə saxtalaşdırıldığına dəlalət edir. xx.xx.2010-cu il tarixli M-14 saylı və xx.xx.2010-ci il tarixli M-14 (2) saylı “müqavilə”lərin hər 1.1.-ci bəndində qeyd olunmuşdur ki, “Payçı isə mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun məbləği öhdəsinə götürür”. Ama sonra isə adıçəkilən müqavilələrdən xx.xx.2010-cu il tarixli M-14 (2) saylı “müqavilə”nin 3.1-ci bəndində el arasında ermənibudaq cümləsi kimi deyilən bir cümlə qeyd olunmuşdur ki, “Mənzilin ümumi dəyəri əvəzinə Yasamal rayonu İ.Qutqaşınlı bina giriş 1 mərtəbə 11-də 653 m2 mənzillə əvəzləşdirilmişdir və 2 ədəd qaraj”. Sual yaranır: Əgər həqiqətən də mənzillər əvəzləşdirilmişdirsə o halda müqavilənin 1.1-ci bəndində mənzilin dəyər əvəzi olaraq məbləğ, 3.1-ci bəndində isə mənzil və qaraj niyə göstərilib? Bu açıq-aşkar uyğunsuzuqdur və müqavilələrin saxtalaşdırıldığına dəlalət edir. Eyni ilə 2006-cı il tarixli «müqavilə»lərdə olduğu kimi, ilkin iddia üzrə iddiaçı iddiasının predmeti olan müqavilələrdə də, «Payçı»nın imzasını saxtalaşdırmışdır. Belə ki, İddiaçı-nın özü tərəfindən surəti təqdim edilmiş xx.xx.2010-cu il tarixli M-14 saylı (453 kv.m) və xx.xx.2010-cu il tarixli M-14 (2) saylı (202 kv.m) «müqavilə»lərdə «Payçı» Cavabdeh adının qarşısında olan imzalarla tərəfindən təqdim edilmiş etibarnamədə və Cavabdeh şəxsiyyət vəsiqəsində əks olunmuş imzalarla tam şəkildə uyğunsuzluq təşkil edir və bu xüsusat ilkin iddia üzrə iddiaçı tərəfindən imzaların saxtalaşdırıldığı anlamına gəlməyə imkan verir: Mülki iş materiallarında əvvəllər də mövcud olmuş sənədlərin müqayisəli tədqiqi zamanı ilkin iddia üzrə iddiaçının əl atdığı saxtakarlıqları açıq-aydın şəkildə təsbit etmək mümkün olsa da, tərəf olaraq həmin sənədlərə münasibət bildirə bilməməkləri təəssüf ki, ilki iddiaçı tərəfindən məhkəmənin də aldanılması və qiyabi qətnamə qəbul edilməsinə gətirib çıxarmışdır. Qarşılıqlı iddianın əsaslılığına dair ilkin iddiaçı tərəfin boş söz yığınından ibarət istinadlarına münasibətdə etirazda göstərilmişdir ki, qarşılıqlı iddianın predmeti olan 2011-ci il tarixli müqavilələrdə Cavabdeh imzasının olmaması müqavilənin bağlanmadığına dəlalət edə və cavabdehi mənzili təhvil vermək vəzifəsindən azad edə bilməz. Belə ki, Cavabdeh adına tərtib olunmuş 2011-ci il tarixli müqavilələrin əsası elə cavabdehin özü tərəfindən sübut kimi tanınaraq istinad olunan və Fərhad Məlikov tərəfindən tərtib olunmuş xx xxxx 2010-cu il tarixli ərizə olmuşdur. Həmin ərizənin məzmunundan göründüyü kimi, F.A.Məlikov xx xxxx 2010-cu ıl tarixdə İddiaçı-nın sədri Hilal Xəlilova ərizə ilə müraciət edib öz adına olan mənzilləri Cavabdeh adına sənədləşdirməyi xahiş etmişdir. Digər tərəfdən xüsusilə vurğulanmalıdır ki, elə cavabdeh İddiaçı MMC- nin özü də, Cavabdeh müqavilə tərəfi kimi tanıyıb ona özlərinin dediyi kimi məktub göndərmiş, habelə məhz Cavabdeh məhkəməyə verərək iddia tələblərində məhz onun adına tərtib olunmuş müqavilələrin ləğvini istəmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, hər hansı bir müqavilənin əsasını digər müqavilə təşkil edirsə tərəfin ilkin deyil sonrakı müqavilənin etibarsızlığı, yaxud ləğvini qoyması absurddur. İlkin iddia üzrə iddiaçının mövqeyindən belə çıxır ki, F.A.Məlikovlə bağlanmış xx xxxxxx 2007-ci il tarixli müqavilənin etibarsızlığı və yaxud ləğvini tələb etmir, lakin boş mənasız söz yığınından ibarət və heç bir sübutla təsbiq edilməyən xüsusatlara istinad edib Cavabdeh məxsus mənzilləri verməkdən yayınmaq istəyir. «Payçı» Cavabdeh ilə «Kooperativ» İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanılmış xx xxxxxx 2011-ci il tarixli 003/11 və 004/11 nömrəli 2 ədəd müqavilələrdə olan tarixin əlyazma ilə yazılmasını bəhanə edən ilkin iddiaçı güya bunun məhz bizim müqavilələrin saxtalığına dəlalət etdiyinə işarə edir. Bu absurd fikri öz aləmlərində təsdiq etmək üçün nümunə olaraq digər müqavilələr təqdim edib həmin müqavilələr və maliyyə arayışlarında müqavilə nömrəsi və tarixlərin əlyazma üsulu ilə deyil məhz çap üsulu ilə icra edildiyinə istinad edən ilkin iddiaçının yalanı elə özü üçün təqdim etdiyi sənədlərdən görünür. Belə ki, həmin nümunə üçün təqdim olunan sənədlər İddiaçı ilə deyil, İddiaçı MMC ilə bağlanmış müqavilələr və tərtib olunmuş maliyyə arayışlarıdır. Güman ki, MTK çevirilib MMC olduqdan sonra bəzi işgüzar adətlərini də dəyişmişdir. Lakin hər bir halda müqavilənin tarixinin və ya digər hissəsinin çap yaxud əlyazma üsulu ilə icra edilməsi onun etibarsızlığı, yaxud ləğvi üçün əsas hesab edilə bilməz. İlkin iddiaya münasibətdə iddia müddətinin ötürülməsi ilə bağlı etirazda göstərilmişdir ki, MM-in 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydasını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur (əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur). Əşyaya sahiblənmə dedikdə hüquqi sənədləşmə ilə yanaşı, həmçinin faktiki hərəkətlərlə gerçəkləşən yiyələnmə əməli başa düşülür. Sahiblik (yiyələnmə), şəxsin əşyanı özünün nəzarətində və təsir dairəsində saxlaması, kənar şəxslərin müdaxiləsindən qoruması (qapı qoyması, açarını yalnız özündə saxlaması, təmir etməsi), mütəmadi baş çəkərək onu idarə etməsi, saxlanma və kommunal xərclərini ödəməsi və s. kimi faktiki hərəkətlərdə özünü göstərir. Ona görə də, qeyd edilən aktiv hərəkətlərlə dəstəklənməyən təhvil aktı və ya müqavilə özü-özlüyündə sahiblənməni təsdiqləyən sübut kimi qəbul oluna bilməz. İş materialları yanaşı, iş üzrə ilkin iddiaçının nümayəndəsi, həmçinin təqdim etdikləri şahidin ifadəsindən məlum olduğu kimi, Cavabdeh mübahisə mövzusu olan mənzillərə (əşyaya) faktiki sahiblənən alıcı olduğundan, mənzillər (əşya) artıq ona faktiki olaraq verildiyindən, mənzillərdə əsaslı təmir işləri aparılmaqla bu barədə ilkin iddia üzrə iddiaçının belə məlumatı olduğundan və 2011ci il tarixdən hesablanmaqla ölkə hüdudları daxilində olduğu 2015-ci il tarixədək müddət ərzində ona yiyələnərək, mülkiyyətçi kimi sahiblik etdiyindən, habelə biznes fəaliyyəti ilə əlaqədar ölkə hüdudlarından kənarda olsa da nümayəndələri və etibar etdiyi şəxslər vasitəsi ilə əmlaka nəzarətini həyata keçirməkdə olduğundan onun adına olan müqavilələrin absurd əsaslarla ləğvini tələb etmək imkanı hüquqi baxımdan mövcud deyildir. Şərh edilənlərlə yanaşı həmçinin nəzərə alınmalıdır ki, qarşılıqlı iddia üzrə iddiaçının adına olan müqavilələrin hansısa mücərrəd texniki çatışmamazlıqlara malik olması onun etibarlığına bu və ya digər formada təsir etmir. Həqiqətən də qanunvericilikdə fərdi-müəyyən əşyaların alqı-satqısı baxımından belə bir etibarlılıq şərti nəzərdə tutulmayıb, tam əksinə, MM-in məhz elə 452.1-ci maddəsinin son iki cümləsində nəzərdə tutulan müddəalar bu müqavilələrin hamısının etibarlı olduğunu göstərir. Buna görə də bu müqavilə üzrə borclu kimə icra hərəkəti etmişsə, həmin icra etibarlıdır.Bununla yanaşı qeyd olunmalıdır ki, ilkin iddia tələbinin heç bir əsası yoxdur, həmin tələb əsassız və tamamilə absurddur, bundan əlavə, həmin tələb üzrə iddia müddəti heç bir üzrlü səbəb olmadan ötürülmüşdür. İşdən görünür ki, ilkin iddia üzrə iddiaçı F.Məlikovun adına xx.xx.2007-ci il tarixli müqavilə və maliyyə arayışı verdikdən 12 il sonra, Cavabdeh adına isə xx.xx.2011-ci il tarixli müqavilə tərtib edildikdən 9 ildən artıq müddət sonra yəni xx xxx 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilələrin ləğvini istəmişdir. İlkin iddiaçının irəli sürdüyü dəlillər əsaslı olmuş olsa idi belə, onun tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1 -ci və 373.2-ci maddələrinə görə, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərildiyi kimi, iddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi müqavilə 2011-ci ilin fevral ayında bağlanmışdır, iddiaçı mənzilləri faktiki təhvil verdikdən və cavabdeh tərəfindən mənzillərdə əsaslı təmir işləri aparıldıqdan sonra cavabdehə qarşı hər hansı tələb irəli sürməmiş, yalnız xx.xx.2015-ci il tarixdə (sonuncu müqavilə bağlandıqdan 9 il, 3 ay sonra) hazırkı iddia tələbləri ilə çıxış etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki: “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.... İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.” Göründüyü kimi, iddia müddətinin tətbiq edilməsi mülki hüquq münasibətlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayır və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət edir. Həmçinin, ilkin iddiaçı əqdin etibarsızlığı ilə bağlı kəsici müddətə də əməl etməmişdir. Halbuki Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bır il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşdən aydın olur ki, mübahisəli mənzillərə dair sonuncu müqavilə Cavabdehla xx.xx.2011-ci il tarixdə bağlanmış, mənzillər məhz ona təhvil verilmişdir. İlkin iddiaçının həmin tarixlərdən etibarən müvafiq olaraq 12-9 il ərzində mənzillərlə maraqlanmaması ağlabatan və məntiqli deyildir. İlkin iddiaçının güya 2015-ci ildə poçt vasitəsi ilə bildiriş göndərməsi də tamamilə absurd və uydurmadır. Hər halda müqavilədə saxtakarlıqlara əl atmaqdan çəkinməyən ilkin iddiaçının nədənsə Azərpoçt vasitəsi ilə deyil, özəl kuryer xidməti vasitəsi ilə güya 2015-ci il tarixdə məktub göndərməsi həqiqətdə bunun da saxtalaşdırılmasına dəlalət edir. Bu baxımdan açıq aydın görünür ki, Cavabdeh adına olan müqavilənin ləğvini xx.xx.2020-ci il tarixdə, yəni 1 ildən artıq müddət keçdikdən sonra mübahisələndirmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinə isə etiraz edərək bildirdi ki, cavabdehlə adı çəkilən müqavilə rəsmiləşdirənə kimi xx.xx.2006-cı il tarixdə İddiaçı MMC ünvan 1, 706-cı məhəllədə yerləşən və onlara məxsus olan ərazidə tikilməkdə olan «İddiaçı Rezidens» adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində sol və sağ tərəfindən hər birinin ümumi sahəsi 202 kvm olan 2 mənzil və həmin mərtəbədə sol tərəfdən ümumi sahəsi 248 kvm olan bir mənzil (3 ədəd 4 otaqlı), cəmi 652 kv.m mənzillər xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən payçı X6 ayrılmışdır. Onu da qeyd edir ki, MMC MTK kimi fəaliyyət göstərirdi. xx.xx.2010-cu il tarixdə payçı X9 İddiaçı MMC-nin rəhbərliyinə rəsmi ərizə ilə müraciət edərək ona ayrılmış 3 ədəd 4 otaqlı mənzilləri Cavabdeh adına sənədləşdirilməsini xahiş etmişdir. Bundan sonra hazırkı iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2010-cu il tarixli M-14 saylı əvəzli müqavilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən payçı mənzilin ümumi dəyəri əvəzinə Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ilə İnşaatçılar prospektinin kəsişməsində yerləşən «xxxx» MTK-ya məxsus binanın 1-ci girişinin 11-ci mərtəbəsində sahəsi 653,78 kvm olan bir 3 otaqlı və iki 4 otaqlı 31,32 və 33 saylı mənzilləri və 1 ədəd 2 maşınlıq 30 kvm sahəsi olan qaraj İddiaçı MMC-nin mülkiyyətinə verilməli idi. Bu barədə əvəzləşdirmə ilə əlaqədar hər 2 payçı tərəflərə müvafiq maliyyə arayışları verilmişdir. Onu da qeyd edir ki, borcun olmamasına dair maliyyə arayışının verilməsinə əsasən mənzillərin dəyərinin barter yolu ilə əvəzləşdirilməsi olmuşdur. Yəni nağd şəkildə hər hansısa bir vəsait hər iki MTK-nın kassasına mədaxil edilməmişdir. Bundan sonra həmin yaşayış binalarında tikinti işləri davam etdirilmişdir. Bir müddətdən sonra İddiaçı Mənzil Tikinti Kooperativinin rəhbərliyi «xxxx» MTK-ya məxsus yaşayış binasının «A» blokunun 11-ci mərtəbəsindəki ümumi sahəsi 652 kv.m olan mənzillərlə və qarajla maraqlananda məlum olmuşdur ki, həmin ünvanda «xxxx» MTK heç bir tikinti işləri aparmır, həmin ünvanda ofis kimi başqa bir qurum fəaliyyət göstərir. Bununla əlaqədar MTK-nın rəhbərliyi dəfələrlə cavabdehə rəsmi bildirişlər göndərərək onun bağlanmış müqavilə öhdəliyinin icra edilməsi, əks təqdirdə müqavilələrin bir tərəfli qaydada xitam edilməsi bildirilsə də, bunun heç bir nəticəsi olmamışdır. Bundan başqa iddiaçının vəkili izahatında evin ilkin təmir işlərinin MMC tərəfindən həyata keçirilməsini, mənzilin açarları 2015-ci il tarixdə MMC-yə qaytarıldıqdan sonra cavabdehin bu illər ərzində MMC-yə qarşı hər hansı bir tələbinin olmamasını, cavabdeh tərəfin təqdim etdiyi 2011-ci il tarixli müqavilələrin ümumiyətlə olmamasını, həmin müqavilələrin cavabdeh tərəfindən ilkin vərəqlərinin dəyişdirilərək, sonuncu möhürlü və imzalı vərəqin əlavə edilməsi yolu ilə saxtalaşdırıldığını, həmin müqavilələrin möhürlü və imzalı vərəqinin əslində tərəflər arasında bağlanmış 2010-cu il tarixli müqavilənin sonuncu səhifəsini bildirirərək, qeyd edilənlərə əsasən ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk İddiaçı MMC-nin nümayəndəsi X8 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinə isə etiraz edərək bildirdi ki, 2010-cu il tarixdə sözü gedən mənzillər X5 razılığı ilə onun adından Cavabdeh adına rəsmiləşdirilərək, sonuncu ilə əvəzləşdirmə müqaviləsi bağlanılan zaman onlarda tikinti getdiyindən, onlarda tikiləcək mənzillərin əvəzinə barter yolu ilə veriləcək əmlakların yerləşdiyi bina da, tikinti təməl mərhələsində olduğundan mənzillərin fiziki olaraq faktiki verilməsi mümkün olmamışdır. Lakin o zaman cavabdeh tərəf onlara həmin ünvanda bünövrəsi qazılmış və tikinti işləri gedən binanı göstərmişdir. Daha sonra tikinti işləri hər iki MTK-da uzun çəkmiş və nəhayət 2015-ci il tarixdə qarşı tərəfə verilməli olan mənzillərin vəziyyəti ilə bağlı dəfələrlə müraciət etmələrinə baxmayaraq, sonuncu tərəfindən heç bir cavab verilməmiş, tərəflərindən həmin ünvanda yerləşən bina müəyyən edilən zaman isə məlum olmuşdur ki, orada tikilən bina ümumiyyətlə yaşayış deyil, ofis binasıdır. İddiaçı tərəfindən İddiaçı MMC tərəfindən tikilən və hazırda mübahisə predmeti olan mənzillərdə MMC-nın balansında olmaqla, heç kəsə satılmamış və təqdim edilməyərək bu illər ərzində mənzillər MMC-nin sərəncamında olmuşdur. Belə olan halda qarşı tərəf müqavilə öhdəliklərini icra etmədiyindən, müqavilələr ləğv edilməlidir. Eyni zamanda ona verilən suallara cavab olaraq MMC tərəfindən mənzillərdə yalnız suvaq işlərinin həyata keçirilməsini, mübahisəli mənzildə aparılmış ilkin təmir işlərinin cavabdehin istəyi əsasında MMC tərəfindən həyata keçririldiyini bildirdi. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil ilk iddianı qəbul etməyərək rədd olunmasını, qarşılıqlı iddianı isə müdafiə edərək bildirmişdir ki, ilkin iddianı etiraf etmirlər. Saxtalaşdırılmış sənədlərə əsasən müqavilələr tərtib edilmişdir. Qarşılıqlı iddianı müdafiə edərək bildirir ki, «Payçı» Cavabdeh ilə «Kooperativ» İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanılmış xx xxxxxx 2011-ci il tarixli 003/11 və 004/11 nömrəli 2 ədəd müqavilə əsasında Bakı şəhəri, Nizami küçəsi, 96cı məhəllədə yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində hər biri 4 otaq olmaqla ümumi sahəsi müvafiq olaraq 453 kv.m və 202 kv.m sahədən ibarət mənzillər alqısatqı edilmişdir. Eyni zamanda MTK tərəfindən xx.xx.2011-ci il tarixli A/009 və A/010 nömrəli maliyyə arayışları verilərək müvafiq mənzillərin tam dəyərinin kooperativin kassasına ödənilməsi və Cavabdeh MTK-ya heç bir borcunun olmaması göstərilmişdir. Göründüyü kimi Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər tam şəkildə icra olunmuş, həmçinin adıçəkilən mənzil Kooperativ tərəfindən təhvil verilmiş və Cavabdeh tərəfindən əsaslı təmir işlərinin böyük həcmi həyata keçirilmişdir. Göstərilən müqavilənin bağlanmasına, binanın faktiki olaraq tikilib başa çatdırılmasına, mənzilin daha öncə faktiki təhvil verilməklə iddiaçının ilkin təmirə buraxılmasına baxmayaraq, MTK tərəfindən Cavabdeh qarşı iddia qaldırılaraq 2010-cu il tarixli müqavilələrin ləğv olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək yaşayış sahəsini Cavabdeh verməkdən yayınır, bununla da müqavilənin şərtlərini pozmazqdadır. Buna görə də, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, habelə binada tikinti işləri başa çatdığından və iddiaçı tərəfindən mənzilin dəyəri tam şəkildə ödənilməsi ilə yanaşı ilkin təmir işləri görüldüyündən cavabdeh müqavilə üzrə mənzili təhvil verməkdən ibarət öhdəliyini icra etməli, vurulmuş maddi və mənəvi zərər olaraq 10000 manat məbləğində vəsait cavabdehdən tutularaq Cavabdeh verilməlidir. Bundan başqa bildirir ki, 2006-cı il tarixli müqaviləni qarşı tərəf özlərindən uydurmuşlar. Həmin tarixdə tərəflər arasında müqavilə bağlanmamış, tərəflər arasındakı mövcud olan müqavilə tamami ilə başqa bir tarixə aiddir. Fərhad Məlikov mənzilləri pul ödəyərək almışdır. 2010-cu il tarixdə tərəflər arasında mənzillərin Cavabdeh adına keçirilməsinə dair razılıq olmuş, lakin o müqavilə tərəfin təqdim etdiyi 2010-cu il tarixli müqavilə deyildir. Belə ki, qarşı tərəfin təqdim etdiyi müqavilədəki imza Anarın imzası deyidir. Eyni zamanda bildirir ki, həmin müqavilənin 3-cü bəndində qeyd edilmiş mənzillərin barter yolu ilə əvəzləşdirilməsi kimi bir razılıq olmamışdır. Tərəfin təqdim etdiyi müqavilələrin hər səhifəsində Cavabdeh imzası və möhür yoxdur. Burdan anlaşılır ki, həmin müqavilələri saxtalaşdırılmışdır. 2010-cu ildə tərəflər arasında mənzillərin Cavabdeh adına keçirilməsi barədə razılaşma olmuş və həmin razılaşma xx.xx.2011-ci il tarixli müqavilələr ilə rəsmiləşdirilmişdir. Qeyd edilənlərə əsasən, ilkin iddianın rədd edilməsi, xx xxxxxx 2011-ci il tarixli 003/11 və 004/11 nömrəli 2 ədəd müqavilə əsasında İddiaçı Mənzil Tikinti Kooperativi (Məhdud Məsuliyyətli Cəmiyyəti) tərəfindən Bakı şəhəri Nizami küçəsi 96-cı məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın 14-cü mərtəbəsində hər biri 4 otaq olmaqla ümumi sahəsi müvafiq olaraq 453 kv.m və 202 kv.m sahədən ibarət mənzillərin Cavabdeh təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, maddi və mənəvi zərərə görə 10000 və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 10030 manat məbləğində vəsaitin cavabdehdən tutularaq Cavabdeh ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil, eləcə də məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilmiş X9 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə gəlməyən proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş, İddiaçı Mənzil Tikinti Kooperativində müxtəlif vəzifələrdə, eləcə də icraçı direktor vəzifəsində işləyən X11 ifadəsində göstərmişdir ki, onlar Anarı tanımırlar. İlk öncə mənzil almaq üçün şirkətə yaxınlaşan şəxs Fərhad Məlikov olmuşdur, 2006-cı ilin iyul ayında Fərhad Məlikov özünü sahikar kimi təqdim edərək bütöv mərtəbə almaq niyyəti ilə satış məntəqəsinəə yaxınlaşmışdır. Onlarda hər mərtəbədən 1 mənzil satıldığı üçün bütöv bir mərtəbə yox idi. Fərhad Məlikov əgər bütöv mərtəbəsə olarsa ona zəng etməyini xahiş edərək çıxıb getmişdir. Daha sonra Fərhad Məlikova zəng vurularaq 1 mərtəbədə 1 mənzil xaric 3 mənzilin boş olduğu bildirildirilmişdir. Bütün bu söhbətlər rəhbərlik səviyyəsində həyata keçirilirdi. Ödənişə gəldikdə isə ödəniş fərqli şəkildə həyata keçiriləcəkdi. Mənzilin ümumi dəyəri əvəzinə Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ilə İnşaatçılar prospektinin kəsişməsində yerləşən «xxxx» MTK-ya məxsus binanın 1-ci girişinin 11-ci mərtəbəsində sahəsi 653,78 kvm olan mənzilləri İddiaçı Mənzil Tikinti Kooperativinin mülkiyyətinə verməyi təklif edilmişdir. Əvvəlcə razılaşma olmasda, daha sonra isə razılığa gəlinmişdir. Mənzilin ümumi dəyəri əvəzinə Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ilə İnşaatçılar prospektinin kəsişməsində yerləşən «xxxx» MTK-ya məxsus binanın 1-ci girişinin 11-ci mərtəbəsində sahəsi 653,78 kvm olan mənzilləri İddiaçı Mənzil Tikinti Kooperativinin mülkiyyətinə verməsi öhdəsinə götürülmüşdür. Həmin mənzillər MTK-nın təsisçilərindən birinin adına Xəlilova Gülcahanın adına rəsmiləşdirilməli idi. 2009-cu idə onun məlumatı oldu ki, «xxxx» MTK-ya məxsus binanın 1-ci girişinin 11-ci mərtəbəsində sahəsi 653,78 kvm olan mənzillər var. İ.Qutqaşınlı küçəsində yerləşən binanı tikən «Texnikabank» idi. Həmin dövrdə Eldar Mahmudova görə heç kim risk edə bilmirdi. 2010-cu ildə ona zəng gəlmişdir ki, mənzillər Cavabdeh adına rəsmiləşəcək. Ona zəng edən Vüqar Mahmudov idi. Onun kim olduğunu bilmirdi. Onunla ofisdə yox, həyətdə ayaqüstü görüşmüşlər. Ona müqavilə hazır olduğu zaman ona zəng etməyini bildirmişdir. Daha sonra o Vüqara zəng edərək Fərhaddan razılıq məktubunun alınmalı olduğunu bildirmiş, Vüqar isə ona Fərhadla bağlı heç bir problem olmayacağını, onun Cavabdeh dayısı olduğunu bildirmişdir. O, müqavilələri tərtib etdikdən sonra Vüqara zəng edərək müqavilələrin hazır olduğunu bildirmiş, Vüqar 2-3 gündən sonra müqavilələri Cavabdeh imzalatdığını bildirərək geri gətirmişdir. Daha sonra 2014-cü ildə Fərhad yenidən ortaya çıxmişdır. O, məsələ ilə bağlı Vüqara zəng etmiş və sonuncu ona bildirmişdir ki, onlar mənzillərin təmirini Fərhada tapşırıblar. Onlar mənzillərin açarlarını Fərhad müəllimə təhvil vermişlər. Bütöv mərtəbə verildiyi zaman kərpic şkatur işini onlar etməli idilər. Fərhad müəllimin bildirdiyinə görə 2 mənzil birləşdiriləcəkdi, digər mənzil isə tək qalacaqdı. Daha sonra Fərhad müəllim ağardılma işini də, onların etməli olduğunu bildirdi. Bu zaman başa düşdülər ki, həmin mənzillər ya arendaya veriləcək, ya da kiməsə bağışlanacaqdı. Daha sonra Eldar Mahmudov vəzifədən getdikdən sonra Fərhada zəng etmişdirlər. Çünki onlara vəd edilən mənzillərin əllərindən çıxacağından ehtiyat edirdilər. Fərhad başqa nömrədən zəng edərək mənzillərin açarını göndərdiyini bildirmiş və onlardan bu məslənin ictimailəşdirməməyini xahiş etmişdir. Açarlar onlara təhvil verilmiçdir. Daha sonra onlara vəd edilən mənzillərlə bağlı maraqlandıqda isə bildirildi ki, həmin bina yaşayış üçün nəzərdə tutulmayaraq, inzibati binadır və onlar məcbur olduqları üçün belə bir arayış yazmışdılar. Daha sonra mənzillərlə bağlı heç kim onlara müraciət etməmişdir. 2020-ci ildə iş məhkəmədə baxılan zaman ona zəng gəlmiş, bildirilmişdir ki onların direktoru olduğu MTK-da mənziləri var, həmin mənzillərə çıxarış alınmalıdı. Əgər hər hansı şəxs şirkətə ödəniş edirsə onlar dərhal ödənişlərlə bağlı mədaxil qəbzi verirlər. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını, şahid ifadəsini dinləyərək, onların izahatlarını və ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı tərəfin təqdim etdiyi payçı X9 ilə kooperativ İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin əslindən görünür ki, bu müqaviləyə görə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən (Nizami sol) mənzili (ümumi sahəsi 202 kv.m) payçıya verməyi, payçı isə həmin mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri barter əsasında reallaşdırılmışdır. (müqavilənin 1,2,3-cü bəndləri) - İddiaçı tərəfin təqdim etdiyi payçı X9 ilə kooperativ İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli digər müqavilənin əslindən görünür ki, bu müqaviləyə görə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən (Xaqani sol) mənzili (ümumi sahəsi 248 kv.m) payçıya verməyi, payçı isə həmin mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri barter əsasında reallaşdırılmışdır (Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ilə İnşaatçılar prospektinin kəsişməsində yerləşən «xxxx» MMC). (müqavilənin 1,2,3-cü bəndləri) - İddiaçı tərəfin təqdim etdiyi payçı X9 ilə kooperativ İddiaçı arasında bağlanmış tarixi qeyd edilməyən digər müqavilənin əslindən görünür ki, bu müqaviləyə görə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən (Nizami sağ) mənzili (ümumi sahəsi 202 kv.m) payçıya verməyi, payçı isə həmin mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri barter əsasında reallaşdırılmışdır («xxxx» MMC). (müqavilənin 1,2,3-cü bəndləri) - İddiaçı tərəfin təqdim etdiyi payçı X9 ilə kooperativ İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin əslindən görünür ki, bu müqaviləyə görə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, hündürmərtəbəli binanın 1 №li qarajını payçıya verməyi, payçı isə həmin qarajı qəbul edib əvəzində müəyyənləşdirilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Göstərilən qarajın ümumi dəyəri göstərilməmişdir (Müqavilənin 1,2-ci bəndləri) - İddiaçı tərəfin təqdim etdiyi X5 İddiaçı-nın sədrinə təqdim etdiyi xx.xx.2006-cı il tarixli ərizələrin əslindən görünür ki, o bu ərizələri ilə İddiaçıMTK-nın üzvlüyünə qəbul edilməsini xahiş etməklə MTK-nın Nizamnaməsi ilə tanış olmasını, onun bütün tələblərini yerinə yetirməyini, eləcə də, vaxtlı vaxtında pay haqqlarını ödəməyi öhdəsinə götürməsini, MTK-nın inşa etdiyi Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən binanın 14-cü mərtəbəsində yerləşən 248 kv.m olan mənzili (Xaqani sol) və 1 №li qarajı almaq istədiyini göstərmişdir. - Cavabdeh tərəfin təqdim etdiyi payçı X9 ilə kooperativ İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, bu müqaviləyə görə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən (Nizami sağ) mənzili (ümumi sahəsi 202 kv.m) payçıya verməyi, payçı isə həmin mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri göstərilməmişdir ( Müqavilənin 1,2,3-cü bəndləri) - Cavabdeh tərəfin təqdim etdiyi payçı X9 ilə kooperativ İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, bu müqaviləyə görə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən (Nizami sol) mənzili (ümumi sahəsi 202 kv.m) payçıya verməyi, payçı isə həmin mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri göstərilməmişdir (Müqavilənin 1,2,3-cü bəndləri) - Cavabdeh tərəfin təqdim etdiyi payçı X9 ilə kooperativ İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli digər müqavilənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, bu müqaviləyə görə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən (Xaqani sol) mənzili (ümumi sahəsi 248 kv.m) payçıya verməyi, payçı isə həmin mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri göstərilməmişdir. (müqavilənin 1,2,3-cü bəndləri) - Cavabdeh tərəfin təqdim etdiyi payçı X9 ilə kooperativ İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, bu müqaviləyə görə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, hündürmərtəbəli binanın 1 №li qarajını payçıya verməyi, payçı isə həmin qarajı qəbul edib əvəzində müəyyənləşdirilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Göstərilən qarajın ümumi dəyəri göstərilməmişdir (Müqavilənin 1,2-ci bəndləri) - Cavabdeh tərəfin təqdim etdiyi surətləri notarial qaydada təsdiq edilmiş İddiaçı-nın X6 verdiyi xx.xx.2007–ci il tarixli maliyyə arayışlarından görünür ki, o, 2007-ci il tarixdə koopretivə gələcəkdə hazır olunacaq sahəsi 202 kv.m (14.məptb. Nizami sağ) 202 kv.m (Nizami sol), 248, (14 mərtb, Xaq. Sol) 1 №li qarajın dəyərini bütünlüklə, tam kooperavin kassasına ödəmişdir. - «xxxx MTK» ilə (İcraçı) X4 (Alıcı) arasında xx.xx.2006-cı ildə bağlanmış müqavilənin əslindən görünür ki, müqavilənin predmetini İ.Qutqaşınlı küç. və İnşaatçılar pr-nin kəsişməsindəki binasından ünvanda tikintisi həyata keçirdiyi 17 mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda «Alıcı»ya satılmasında, «Alıcı»nın isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun müəyyən edilmiş müddətdə aldığı mənzilin dəyərini «Alıcı»nın ödəniş qrafikinə uyğun ödəməsindən ibarətdir. “İcraçı” “Alıcı” ilə tikintisini razılaşdığı mənzil binanın A blok 11-ci mərtəbədə yerləşməklə və çöl divarın yarısı, iç divarın tamamı olmaq şərti ilə ümumi sahəsi 653,78 kv.m, hesablaşma sahəsi 653,78 kv.m olmaqla 4,3,4 otaqdan ibarət olacaqdır. (Müqavilənin İ və İİ hissələri) -«xxxx MTK»nın tarixi qeyd edilməyən maliyyə arayışının əslindən görünür ki, MTK-ya məxsus Yasamal rayonu, İ.Qutqaşınlı küç. və İnşaatçılar pr-nin kəsişməsində olan binanın İ giriş, 11 mərtəbəsində hesablaşma sahəsi 653,78 kv.m yaşayış sahəsi olan 3,4,4 otaqlı 31, 32, 33 saylı mənzilin pay dəyəri payçı X4 tərəfindən tam ödənilmişdir. - X5 İddiaçı-nın sədrinə xx.xx.2010-cu ildə ünvanladığı ərizənin surətindən görünür ki, onun adına olan həmin MTK-nın 14-cü mərtəbəsində olan mənzillərinin Cavabdeh adına sənədləşdirilməsini xahiş etmişdir. - payçı Cavabdeh ilə kooperativ İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, M-14(2) saylı müqavilənin əslindən görünür ki, bu müqaviləyə görə İddiaçı ünvan 1, 706-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, “İddiaçı Rezidens” adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən mənzili (ümumi sahəsi 202 kv.m) payçıya verməyi, payçı isə həmin mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri əvəzinə Yasamal rayonu, İ.Qutqaşınlı, bina 1, giriş 1, mərtəbə 11-də yerləşən 653 kv.m olan mənzillə və 2 ədəd qarajla əvəzləşdirilmişdir. (Müqavilənin 1.1, 1.3 və 3.1 bəndləri) - xx.xx.2010-cu il tarixli müqaviləyə «ünvan 1 ünvanında yerləşən «İddiaçı Rezidens» adlı binada yerləşən mənzildən, qeyri-yaşayış sahəsindən və ümumi istifadəyə olan sahələrdən istifadə olunmasına dair» eyni tarixli 01 saylı əlavədən görünür ki, bu müqavilə ilə payçı Cavabdeh ilə kooperativ İddiaçı arasında ümumi istifadədə olan sahələrin istismar edilməsi, mənzil və qeyri-yaşayış sahələrindən istifadə qaydaları müəyyən edilmişdir. - payçı Cavabdeh ilə kooperativ İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, M-14 saylı müqavilənin əslindən görünür ki, bu müqaviləyə görə İddiaçı ünvan 1, 706-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, “İddiaçı Rezidens” adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən mənzili (ümumi sahəsi 453 kv.m) payçıya verməyi, payçı isə həmin mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri əvəzinə Yasamal rayonu, İ.Qutqaşınlı, bina 1, giriş 1, mərtəbə 11-də yerləşən 653 kv.m olan mənzillə əvəzləşdirilmişdir. (Müqavilənin 1.1, 1.2 və 3.1 bəndləri) - xx.xx.2010-cu il tarixli müqaviləyə «ünvan 1 ünvanında yerləşən «İddiaçı Rezidens» adlı binada yerləşən mənzildən, qeyri-yaşayış sahəsindən və ümumi istifadəyə olan sahələrdən istifadə olunmasına dair» 01 saylı eyni tarixli əlavədən görünür ki, bu müqavilə ilə payçı Cavabdeh ilə kooperativ İddiaçı arasında ümumi istifadədə olan sahələrin istismar edilməsi, mənzil və qeyri-yaşayış sahələrindən istifadə qaydaları müəyyən edilmişdir. - İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2015-ci il tarixli bildirişdən görünür ki, birbaşa olaraq onun dəfələrlə təkidli təşəbbüsü ilə həyata keçirilən xx.xx.2006-cı il tarixli ünvan 1 ünvanında tikilən prestijli İddiaçı binanın 14-cü mərtəbəsindəki 655 kv.m mənzilin əvəzinə Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi və İnşaatçılar pr-tinin kəsişməsində yerləşən «xxxx» MTK-ya məxsus yaşayış binasının A blokunun 11-ci mərtəbəsindəki 653 kv.m 4, 3 və 4 otaqdan ibarət olan mənzillərə və 2 maşınlıq 30 kv.m qaraj sahəsinə bu günədək dəfələrlə cəhd etsələr də sahiblənə bilməmişlər və mənzil hüqularının həyata keçirilməsi üçün şərait təmin edilməmişdir. Qeyd olunur ki, dəyişdirmə prosejuru zamanı həmin prosesdə tərəflər, yəni tərəf olaraq Cavabdeh dəyişdirmiş olduqları mənzil sahələrini sonna qədər şirkətə təmin etməli idi. Yuxarıda qeyd olunan faktları əsas tutaraq qeyd edirlər ki, onun tərəfindən təqdim olunan mənzillərin sənədlərinin əsillərini şirkətdən götürə bilər. Mənzillərin onun təşəbbüsü ilə dəyişdirilməsi prosesi nəticəsində onun iləİddiaçı arasında 14-cü mərtəbədə yerləşən 453 kv.m və 202 kv.m mənzillərə dair müqavilələrə xitam verilmişdir. - İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Səbail rayonu, ünvan 2 ünvanında 20 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən 45 və 48 saylı mənzillərin dəyəri ödənilməmiş və bu günədək mənzillər MMC tərəfindən heç bir şəxsə satılmamışdır. - “Payçı” Cavabdehilə “Kooperativ” İddiaçı MMC arasında bağlanılmış xx xxxxxx 2011-ci il tarixli 003/11 nömrəli müqavilənin surətindən görünür ki, (əslinə iclas zamanı baxış keçirilmişdir) İddiaçı Bakı şəhəri, Nizami küçəsi, 96-cı məhəllədə tikilməkdə olan hündürmərtəbəli binanın 14 mərtəbəsində yerləşən ümumi sahəsi 453 kv.m 4 otaqdan ibarət mənzili Cavabdeh verməyi, payçı isə pay məbləğini ödəməyi öhdəsinə götürür. Müqavilədə tərf kimi göstərilən Cavabdeh imzası yoxdur. - xx.xx.2011-ci il tarixli 003/11 nömrəli müqaviləyə «ünvan 1 ünvanında yerləşən «İddiaçı Rezidens» adlı binada yerləşən mənzildən, qeyri-yaşayış sahəsindən və ümumi istifadəyə olan sahələrdən istifadə olunmasına dair» 01 saylı eyni tarixli əlavədən görünür ki, bu müqavilə ilə payçı Cavabdeh ilə kooperativ İddiaçı arasında ümumi istifadədə olan sahələrin istismar edilməsi, mənzil və qeyri-yaşayış sahələrindən istifadə qaydaları müəyyən edilmişdir. Müqavilədə tərf kimi göstərilən Cavabdeh imzası yoxdur. - A/009 saylı, xx xxxxxx 2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, (əslinə iclas zamanı baxış keçirilmişdir) Cavabdeh Bakı şəhəri, Nizami küçəsi, 96-cı məhəllədə tikilməkdə olan hündürmərtəbəli binanın 14 mərtəbəsində yerləşən ümumi sahəsi 453 kv.m mənzilin tam dəyərini kooperativin kassasına ödəmişdir. - Payçı” Cavabdehilə “Kooperativ” İddiaçı MMC arasında bağlanılmış 004/11 saylı, xx.xx.2011-ci il tarixli müqavilənin surətindən görünür ki, (əslinə iclas zamanı baxış keçirilmişdir) İddiaçı Bakı şəhəri, Nizami küçəsi, 96-cı məhəllədə tikilməkdə olan hündürmərtəbəli binanın 14 mərtəbəsində yerləşən ümumi sahəsi 202 kv.m 4 otaqdan ibarət olan mənzili Cavabdeh verməyi, payçı isə pay məbləğini ödəməyi öhdəsinə götürür. Müqavilədə tərf kimi göstərilən Cavabdeh imzası yoxdur. - xx.xx.2011-ci il tarixli 004/11 nömrəli müqaviləyə «ünvan 1 ünvanında yerləşən «İddiaçı Rezidens» adlı binada yerləşən mənzildən, qeyri-yaşayış sahəsindən və ümumi istifadəyə olan sahələrdən istifadə olunmasına dair» 01 saylı eyni tarixli əlavədən görünür ki, bu müqavilə ilə payçı Cavabdeh ilə kooperativ İddiaçı arasında ümumi istifadədə olan sahələrin istismar edilməsi, mənzil və qeyri-yaşayış sahələrindən istifadə qaydaları müəyyən edilmişdir. Müqavilədə tərf kimi göstərilən Cavabdeh imzası yoxdur. - A/010 saylı, xx xxxxxx 2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, (əslinə iclas zamanı baxış keçirilmişdir) Cavabdeh Bakı şəhəri, Nizami küçəsi, 96-cı məhəllədə tikilməkdə olan hündürmərtəbəli binanın 14 mərtəbəsində yerləşən ümumi sahəsi 202 kv.m mənzilin tam dəyərini kooperativin kassasına ödəmişdir. - Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-226/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı MMC arasında xx xxxxxx 2011-ci il tarixdə bağlanmış 003/11 və 004/11 nömrəli müqavilələrə istinadən İddiaçı MMC-nə qarşı «müqavilələrdən əmələ gələn öhdəliklərin icra edilməsi” tələbinə dair qaldırdığı iddiası rədd edilmişdir. Beləliklə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ilk iddiaçı xx.xx.2010cu il tarixli, M-14(2) saylı və xx.xx.2010-cu il tarixli M-14 saylı müqavilələr üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh həmin öhdəliklərin icrasını təmin etməmiş, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmasını iddia etmişdir. İlk iddia üzrə cavabdehin etirazının dəlillərinə əsasən isə İddiaçı-dan mənzil alınarkən hər hansı bir barter həyata keçirilməmiş, İddiaçı tərəfindən təqdim olunan müqavilələr faktiki olaraq saxtalaşdırılmışdır. Həmçinin ilkin iddiaçının irəli sürdüyü dəlillər əsaslı olmuş olsa idi belə, onun tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Eyni zamanda ilk iddia üzrə cavabdehin qarşılıqlı tələbini əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxxxx 2011-ci il tarixli 003/11 və 004/11 nömrəli 2 ədəd müqavilə əsasında ünvan 1-cı məhəllədə yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində hər biri 4 otaq almaqla ümumi sahəsi müvafiq olaraq 453 kv.m və 202 kv.m sahədən ibarət mənzillərə dair alqı-satqı müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək yaşayış sahəsini Cavabdeh verməkdən yayınması, bununla da müqavilənin şərtlərini pozulması təşkil etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəf isə qarşılıqlı iddiaya etirazın əsası kimi xx xxxxxx 2011-ci il tarixli 003/11 və 004/11 nömrəli 2 ədəd müqavilədə Cavabdeh imzasının olmadığı üçün bu müqavilənin bağlanmış sayılmamasını və bu barədə sözügedən müqavilə üzrə artıq digər məhkəmənin qətnaməsinin mövcudluğuna istinad etmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, hər bir tərəf digər tərəfin iddiasında istinad etdiyi müqavilələrin qanuni sənəd olmasını qəbul etmir. Başqa sözlə, ilk iddiaçı Cavabdeh xx.xx.2010-cu il tarixli, M-14(2) saylı və xx.xx.2010-cu il tarixli M-14 saylı müqavilələr üzrə öhdəliklərin icra edilməməsini, xx xxxxxx 2011-ci il tarixli 003/11 və 004/11 nömrəli 2 ədəd müqavilənin isə heç bir hüquqi əhəmiyyətə malik olmamasını, qarşılıqlı iddiaçı isə İddiaçı MMC-nin xx xxxxxx 2011-ci il tarixli 003/11 və 004/11 nömrəli 2 ədəd müqavilə üzrə müqavilələr üzrə öhdəliklərin icra edilməməsini, xx.xx.2010-cu il tarixli, M-14(2) saylı və xx.xx.2010-cu il tarixli M-14 saylı müqavilələrin isə saxtalaşdırıldığını iddia edir. Göründüyü kimi, tərəflər eyni yaşayış və qeyri-yaşayış sahəsi ilə bağlı iddia tələblərinin əsasını müxtəlif müqavilələr təşkil edir. Məhkəmənin qənaətinə görə sözügedən sahələr üzrə Cavabdeh adına 2010 və 2011-ci illər üzrə 4 müqavilə təqdim edildiyi üçün onun adına olan sonuncu müqavilələr, yəni, qarşılıqlı iddianın əsaslılığına həmin iddianın əsasını təşkil edən müqavilələrin qanuniliyinə hüquqi qiymət verilməsi yolu ilə qiymət verilməsi daha məqsədəuyğundur. Məhkəmə bu qənaətə gəlməklə eyni zamanda qeyd edir ki, ilk iddia tələblərinin əsaslılığı da məhz qarşılıqlı iddianın əsaslılığına verilən hüquqi qiymətdən asılıdır. İşin materiallarından görünür ki, qarşılıqlı iddianın predmeti olan xx xxxxxx 2011-ci il tarixli 003/11 və 004/11 nömrəli 2 ədəd müqavilənin sonunda A.Məmmədovun imzaları yoxdur. Həmçinin, işin halları ilə müəyyən edilmişdir ki, xx xxxxxx 2011-ci il tarixli 003/11 və 004/11 nömrəli 2 ədəd müqavilədə Cavabdeh imzası olmamasına digər məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Belə ki, iş materiallarında olan Səbai rayon məhkəməsinin qəbul etdiyi xx.xx.2021ci il tarixli 2(009)-226/2021 saylı qətnamədən görünür ki, Cavabdeh cavabdeh İddiaçı MMC-yə qarşı aralarında xx xxxxxx 2011-ci il tarixdə bağlanmış 003/11 və 004/11 nömrəli müqavilələrdə nəzərdə tutulmuş mənzillərə dair hər hansı bir borcun olmaması ilə bağlı Kooperativ sədrinin şəxsi imzası və möhürü ilə təsdiq olunmuş arayışın verilməsi, müqavilələr üzrə mənzil-tikinti kooperativi binasında yaşayış sahələrinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının çıxarılmasının təmin edilməsinə dair iddia tələbi rədd edilmişdir. Hazırki məqamda baxılan iş üzrə preyudisiyal əhəmiyyət kəsb etməyən sözügedən qətnamədən daha sonra görünür ki, iddia tələbinin rədd edilməsinə əsas iddiaçının təqdim etdiyi müqavilələrdə imzasının olmamasıdır. Həmçinin, həmin işə baxan məhkəmənin mövqeyinə görə iddiaçının qeyd etdiyi xx xxxxxx 2011-ci il tarixdə bağlanmış 003/11 və 004/11 nömrəli müqavilələri mövcud olmayan müqavilələr kimi qiymətləndirilmişdir. Müqavilə mövcud olmadığı üçün iddiaçının cavabdehə qarşı belə iddia tələbi irəli sürməkdə subyektiv hüququ yoxdur. Belə olan halda hazırki iş üzrə də məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi xx xxxxxx 2011-ci il tarixdə bağlanmış 003/11 və 004/11 nömrəli müqavilələri imzalamadığı üçün bu müqavilələr mövcud olmayan müqavilələr kimi qiymətləndirilir və qarşılıqlı iddiaçının mövcud olmayan müqavilələr üzrə cavabdehə qarşı belə iddia tələbi irəli sürməkdə subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, qarşılıqlı iddianın İddiaçı MMC-yə (MTK) qarşı əmlakın təhvil verilməsi hissəsi üzrə irəli sürülən faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından və buna görə də iddia tələbləri bu hissələrdə əsassız olduğu üçün rədd olunduğundan iddianın digər, yəni maddi və mənəvi ziyanın tutulması tələbinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Məhkəmə ilk iddia üzrə cavabeh tərəfin ilk iddiaya olan etirazının xx xxxxxx 2011-ci il tarixli 003/11 və 004/11 nömrəli müqavilələrdə Cavabdeh imzasının olmamasının onların bağlanmadığına dəlalət edə və cavabdehi mənzili təhvil vermək vəzifəsindən azad edə bilməməsini sözügedən müqavilələrin əsasının elə cavabdehin özü tərəfindən sübut kimi tanınaraq istinad olunan və Fərhad Məlikov tərəfindən tərtib olunmuş xx xxxx 2010-cu il tarixli ərizə olmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, cavabdehin məhz bu mövqeyi mübahisəli qeyri-yaşayış sahələrinə dair ilk müqavilələrin Fərhad Məlikova aid olmasını qəbul etməsi kimi qiymətləndirilir. Bu isə öz növbəsində mübahisəli sahələrə dair F.Məlikovla 2006-cı ildə, Cavabdehla isə 2010-cu ildə İddiaçı Mənzil Tikinti Kooperativi arasındakı müqavilələrin də faktiki olaraq bağlanmamasının şübhə altına alınması üçün irəli sürülən dəlillərin heç birinin mötəbər və əhəmiyyətli olmamasına dəlalət edir və notarial qaydada surətləri təsdiq edilərək məhkəməyə təqdim edilmiş X9 ilə bağlanmış, məzmununda satılan əmlakların dəyəri göstərilməyən xx.xx.2017-ci il tarixli müqavilələr üzrə əlavə araşdırma aparılmasını zəruri etmir. Belə ki, işin araşdırılmış hallarından görünür ki, X9 ilə İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən sözügedən MTK ünvan 1, 706-cı məhəllədə yerləşən ona məxsus olan ərazidə tikilməkdə olan «İddiaçı Rezidens» adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində sol və sağ tərəfindən hər birinin ümumi sahəsi 202 kvm olan 2 mənzil və həmin mərtəbədə sol tərəfdən ümumi sahəsi 248 kvm olan 1 mənzil payçı X6 ayrılmışdır. xx.xx.2010-cu il tarixdə payçı X9 İddiaçı Mənzil Tikinti Kooperativinin rəhbərliyinə rəsmi ərizə ilə müraciət edərək ona ayrılmış 3 ədəd mənzilləri Cavabdeh adına sənədləşdirilməsini xahiş etmişdir. İddiaçı Mənzil Tikinti Kooperativi ilə hazırkı iş üzrə Cavabdeh ilə arasında bağlanmış xx.xx.2010cu il tarixli, M-14(2) saylı və xx.xx.2010-cu il tarixli M-14 saylı müqavilələrə əsasən sözügedən mənzillər sonuncunun adına rəsmiləşdirilmişdir. Həmin müqavilələrə əsasən payçı mənzillərin ümumi dəyəri əvəzinə Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ilə İnşaatçılar prospektinin kəsişməsində yerləşən «xxxx» MTK-ya məxsus binanın 1-ci girişinin 11-ci mərtəbəsində sahəsi 653.78 kv.m olan bir 3 otaqlı və iki 4 otaqlı 31, 32 və 33 saylı mənzilləri və 1 ədəd 2 maşınlıq sahəsi 30 kv.m olan qarajı İddiaçı Mənzil Tikinti Kooperativinin mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. Həmçinin işin materiallarından görünür ki, bu barədə «xxxx MTK» ilə (İcraçı) X4 (Alıcı) arasında xx.xx.2006-cı ildə müqavilə bağlanmış, MTK tərəfindən əvəzləşdirmə ilə əlaqədar hər 2 tərəf payçılara müvafiq maliyyə arayışları da verilmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə iclasında ilk iddiaçı və şahidin izahat, eləcə də ifadəsi ilə müəyyən edilmişdir ki, müqavilələr bağlanandan sonra ilk iddiaçı tərəf tikinti işlərini davam etdirərk binanı inşa etmiş, hətta qarşı tərəfin təkidli xahişləri ilə mübahisə predmeti olan sahələrdə müəyyən təmir işləri də aparmışdır. Bununla yanaşı İddiaçı Mənzil Tikinti Kooperativinin rəhbərliyi «xxxx» MTK-ya məxsus yaşayış binasının «A» blokunun 11-ci mərtəbəsindəki ümumi sahəsi 652 kv.m olan mənzillərlə və qarajla maraqlananda məlum olmuşdur ki, həmin ünvanda «xxxx» MTK heç bir tikinti işləri aparmır, həmin ünvanda ofis kimi başqa bir qurum fəaliyyət göstərir. Belə olan halda ilk iddiaçı tərəf dəfələrlə cavabdehə rəsmi bildirişlər göndərərək onun bağlanmış müqavilə öhdəliyini dəqiqləşdirməyə cəhd etmiş, lakin heç bir nəticəsi olmamışdır. Həmçinin də ifadə və izahatlardan görünür ki, 2015-ci ildə baş vermiş Azərbaycan Respublikasının MTN ilə bağlı məlum hadisələr dönəmində ilk iddia üzrə cavabdeh tərəf mübahisəli mənzillərin açarlarını İddiaçı Mənzil Tikinti Kooperativinə qaytararaq mənzillərin kimin adına olmamasını ictimailləşdirməməyi də xahiş etmişlər. Hazırda İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən tikilən və mübahisə predmeti olan mənzillərin MTK-nın balansında olmaqla, heç kəsə satılmaması və təqdim edilməməsi də müəyyən edilmişdir. Məhkəmə ilk iddiaçı tərəfin izahatlarından əlavə, şahid ifadəsinə də qiymət verərək onun da sübut əhəmiyyətli olması qənaətinə gəlir və bu qənaətini onunla əsaslandırır ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid İddiaçı-nın icraçı direktoru vəzifəsində işləməklə baş verən bütün proseslərin daim içində olmuşdur. Qanunvericiliyə əsasən də hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanması nəzərə alınsa hazırki iş üzrə şahidin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu və bu ifadə işin araşdırılmış halları ilə tam uzlaşdığı üçün məhkəmə onu inandırıcı sayır və sübut kimi qiymətləndirir. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2010-cu il tarixli, M-14(2) saylı və xx.xx.2010-cu il tarixli M-14 saylı müqavilələr üzrə ilk iddiaçı tərəf üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün müəyyən addımlar atsa da, cavabdehin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi faktı işin araşdırılmış halları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 397.1-ci maddəsinə müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 399.3-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. - 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Mülki qanunvericiliyə əsasən müqavilənin ləğv edilməsi dedikdə onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Müqavilənin ləğv edilməsi ilə öhdəliyin məzmununun (tərəflərin hüquq və vəzifələrinin) mövcudluğuna son qoyulur və öhdəliyə xitam verilir. Öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borclunun isə vəzifə daşıması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin - kreditorun və borclunun hüquq və vəzifələrindən ibarət olan öhdəliyin məzmunu ləğv edilir. Öhdəliyə xitam verilməsi dedikdə, öhdəliyin məzmununun ləğv edilməsi başa düşülür. Müqavilə ləğv edilməklə tərəflərin öhdəliklərinə xitam verilir. Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə olunmuş vəzifəni daşımaqdan azad edilirlər. Məhkəmə ilk iddia üzrə cavabdeh tərəfin ilkin iddiaçının irəli sürdüyü dəlillər əsaslı olmuş olsa idi belə, onun tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddətin də ötürülməsinə dair dəlilləri üzrə qeyd edir ki, cavabdeh bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsasən 347.1, 354.1 və 354.2-ci maddələrinə istinad etsə də, işin materiallarından görünür ki, ilk iddiaçı mübahisələndirdiyi müqavilələrin etibarsızlığını deyil, ləğvi tələbini irəli sürmüşdür. Belə olan halda sözügedən normaların hazırki mübahisəyə tətbiq etməklə ilk iddiaçı tərəfin iddia müddətini ötürməsinə dair cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2010-cu il tarixli, M-14 saylı və xx.xx.2010-cu il tarixli, M-14(2) saylı müqavilələr ləğv edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə (MTK) qarşı əmlakın təhvil verilməsi, maddi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair iddiası rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2010-cu il tarixli, M-14 saylı və xx.xx.2010-cu il tarixli, M-14(2) saylı müqavilələr ləğv edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMCyə (MTK) qarşı əmlakın təhvil verilməsi, maddi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2371/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2371/2021
13.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver