Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2389/2020 19.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəliyin və miras əmlak üzərində payın müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vərəsəliyin və miras əmlak üzərində payın müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, onun xx.xx.2000-ci ildə vəfat etmiş atası X4 qalan mirası faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi, Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev küçəsindəki 4 nömrəli fərdi yaşayış evinin mərhum X4 miras qalan 1/40 hissəsinin yarısına onun payının müəyyən edilməsi və onun adına şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, onun atası X7 xx.xx.2000-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev küçəsindəki 4 nömrəli fərdi yaşayış evindəki 1/40 payı miras qalmışdır. Miras əmlakı atasının qanun üzrə birinci növbə vərəsələri kimi o, və qardaşı Cavabdeh faktiki olaraq qəbul etmişlər və miras əmlakı hazırkı vaxta kimi idarə etməklə sahiblik edirlər. O, xx.xx.2020-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat kontoruna ərizə vermişdir. Lakin Bakı şəhəri 34 saylı Notariat Ofisinin notariusu xx.xx.2020-ci il tarixli 18/2020 nömrəli məktubla mirasın faktiki qəbuluna dair sənəd təqdim etmədiyini əsas gətirərək, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. O, Lənkəran rayonu X13 Gərmətük qəsəbəsində qeydiyyat olduğuna görə atasından miras qalmış Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev küçəsindəki 4 nömrəli fərdi yaşayış evində faktiki yaşamasını və qəbul etməsini təsdiq edən arayışı əldə edə bilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. X1 vəfatından sonra hazırda sağ qalan iki vərəsəsi var: o, və qardaşı Cavabdeh. X3 isə xx.xx.2012-ci ildə vəfat etmişdir. X2 xx.xx.2007-ci ildə, nənəsi Salayeva Böyükxanım İsmayıl qızı xx.xx.1982-ci ildə vəfat etmişlər. O, və qardaşı Elxan mirası faktiki qəbul etmişlər. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və ərizə təqdim edərək izahatında bildirdi ki, onun atası X7 xx.xx.2000-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev küçəsindəki 4 nömrəli fərdi yaşayış evindəki 1/40 payı miras qalmışdır. Miras əmlakı atasının qanun üzrə birinci növbə vərəsələri kimi o, və bacısı İddiaçı faktiki olaraq qəbul etmişlər və miras əmlakı hazırkı vaxta kimi idarə etməklə sahiblik edirlər. Hazırda atasından miras qalmış əmlakın ½ hissəsinin bacısının adına keçirilməsinə etiraz etmir. Azərbaycan Respublikası MPM-in 106.3-ci maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin iddia etiraf etməsinə dair ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Belə ki, Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sırasına daxildirlər. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********96 nömrəli məktubundan və xx.xx.2019-cu il tarixli 180342 nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev (Abşeron küçəsi) küçəsindəki 4 nömrəli fərdi yaşayış evinin 1/40 hissəsi paylı mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı və Cavabdeh doğma ataları X7 xx.xx.2000-ci ildə vəfat etmiş və onun ölümündən sonra Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev küçəsindəki 4 nömrəli fərdi yaşayış evindəki 1/40 payı miras qalmışdır. X4 miras qalmış əmlakı onun qanun üzrə birinci növbə vərəsələrindən olan qızı - İddiaçı və oğlu - Cavabdeh faktiki olaraq qəbul etmişlər və miras əmlakı hazırkı vaxta kimi idarə etməklə sahiblik edirlər. İddiaçı xx.xx.2020-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat kontoruna ərizə vermişdir. Lakin Bakı şəhəri 34 saylı Notariat Ofisinin notariusu xx.xx.2020-ci il tarixli 18/2020 nömrəli məktubla mirasın faktiki qəbuluna dair sənəd təqdim etmədiyini əsas gətirərək, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. İddiaçı Lənkəran rayonu X13 Gərmətük qəsəbəsində qeydiyyat olduğuna görə atasından miras qalmış Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev küçəsindəki 4 nömrəli fərdi yaşayış evində faktiki yaşamasını və qəbul etməsini təsdiq edən arayışı əldə edə bilməmişdir. Bu səbəbdən mirasın qəbulu faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. X5 qanun üzrə birinci növbə vərəsələrindən olan - arvadı X8 xx.xx.2012-ci ildə, atası X6 xx.xx.2007-ci ildə, anası Salayeva Böyükxanım İsmayıl qızı isə xx.xx.1982-ci ildə vəfat etmişlər. X5 vəfatından sonra hazırda sağ qalan qanun üzrə birinci növbəli iki vərəsəsi var: qızı - İddiaçı və oğlu - Cavabdeh. Onlar mirası faktiki olaraq qəbul etməklə, mirasa yiyələndiklərini şəksiz nümayiş etdirmişlər. Bu səbəbdən miras qalmış Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev (Abşeron küçəsi) küçəsindəki 4 nömrəli fərdi yaşayış evinin 1/40 hissəsi iki vərəsə arasında payları bərabər olmaqla bölünməli, onların hər birinin payı 1/2 hissədə müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362, 443.0.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2000-ci ildə vəfat etmiş atası X4 qalan mirası faktiki olaraq qəbul etməsi faktı müəyyən edilmiş, Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev küçəsindəki 4 nömrəli fərdi yaşayış evinin mərhum X4 miras qalan 1/40 hissəsinin yarısına, yəni 1/80 hissəsinə (qızı) İddiaçı, 1/80 hissəsinə isə (oğlu) Cavabdeh payları müəyyən edilsin. Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev küçəsindəki 4 nömrəli fərdi yaşayış evinin mərhum X4 miras qalan 1/40 hissəsinin yarısına, yəni 1/80 hissəsinə İddiaçı, 1/80 hissəsinə isə Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reystrindən çıxarış verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2389/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2389/2020
19.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver