Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-325/2022 25.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X24 oğlunun katibliyi, İddiaçı X10 onun etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər X29 Xidmət Mərkəzi Notariat Ofisinə, Xaçmaz rayon 1 saylı Notariat Ofisinə və Maraqlı şəxsnə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X29 Xidmət Mərkəzi Notariat Ofisi, Xaçmaz 1 saylı Notariat Ofisi və Maraqlı şəxsnə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayon Xucbala kənd İƏV üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 06 iyul 2006-ci il tarixli reyestrdə 08 nömrə ilə qeyd edilmiş Vəsiyyətnaməyə əsasən miras qoyan atası X3 qalmış Torpağın Mülkiyyətə verilməsinə JN-117F 30327028 nömrəli Şəhadətnaməyə əsasən Quba rayonu Digah kəndində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində yerləşən 19 aprel 1988-ci il tarixli reyestrdə 77 nömrə ilə qeyd edilmiş Qeydiyyat vəsiqəsinə əsasən fərdi yaşayış evinə onun yəni İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia ərizələrini onunla əsaslandırmışdır ki, anası X2 İsaməddin Seyfulla oğlu ilə rəsmi nikaha daxil olmuşlar. Atası ilə anasının nikahından o, və digər bacı qardaşları X8, X12, X9, X14, X11, Ramazanova (Ağasiyeva) Esmira İsaməddin qızı anadan olmuşdur. Quba rayon Aqrar İslahatı Komissiyasının 03 may 1997-ci il tarixli 04 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-117F KOD 30327028 nömrəli Şəhadətnaməyə əsasən atası X5 fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,14 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin üzərində yerləşən evdə o doğulduğu gündən indiyə kimi həmin evdə yaşayır. Hətta ailə quraraq arvadını həmin evə gətirmişdir. Uşaqları həmin evdə doğulmuşdur. X6 18 sentyabr 1996-cı ildə, atası X7 25 oktyabr 2006-cı ildə vəfat etmişdir. Atası və anasının vəfatına kimi onlara baxmışdır. Bu səbəbdən də atası X7 ölümündən 3 ay öncə yəni 06 iyul 2006-cı ildə Quba rayonu Xucbala kənd icra nümayəndəliyində vəsiyyətnamə vermişdir. Vəsiyyətnaməyə əsasən miras qoyan X1 rayonu Digah kəndində yerləşən 0,14 hektar torpaq sahəsini və onun üstündə tikilmiş evi ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnaməni Xucbala kənd icra nümayəndəsi imzalamışdır. Hazırda Quba rayon Xucbala kənd İƏV üzrə nümayəndəliyindən təsdiq edilmiş 06 iyul 2006-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Xaçmaz rayonu 1 saylı Notariat Ofisinə müraciət etsə də, Xaçmaz rayonu 1 saylı Notariat Ofisindən verilmiş 14 iyun 2021-ci il tarixli 411 nömrəli məktubda və mirasın qəbulu müddəti pozulduğu və vəsiyyətnamənin qanuna uyğun tərtib edilmədiyi əsas gətirilməklə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Qeyd etmək istəyirik ki, Notariat Ofisinin bu tələbi qanunsuz və əsassızdır ki, ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən vəsiyyətnamə həm notariat orqanında, həm də yerli icra hakimiyyəti orqanlarında verilə bilər. Miras qoyan İsaməddin Ağasiyev tərəfindən verilmiş vəsiyyətnamə qanuni və əsaslıdır. Onu təsdiq edən icra nümayəndəsi də həmin vəsiyyətnamənin miras qoyanın şəxsən özü vəsiyyətnaməni imza etdiyini, bu zaman şahidlərin iştirak etdiyini və bunu təsdiq etdiyini bildirə bilər. Həmin vəsiyyətnamənin notariat orqanına təhvil verilməməsində mənim heç bir təqsiri yoxdur. O, miras əmlakı vəsiyyətnamə üzrə qəbul etmiş və idarə edir. Notariat Kontoru tərəfindən həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməmələrini yalnız indi, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Notariat Kontoruna müraciət edən zaman bilmişdir. Vəsiyyətnaməni təsdiq edən icra nümayənədəsi özü də həmin vəsiyyətnamənin onun tərəfindən təsdiq edildiyini miras qoyanın iradə ifadəsini əks etdirdiyini deyə bilər. Bundan başqa həmin vəsiyyətnamə Quba rayon Xucbala kənd icra nümayəndəliyinin vəsiyyətnamələrin verilməsi kitabında qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, anası və atası onunla yaşamış, anasını o dəfn etmiş, atası İsaməddin Ağasiyev ölməmişdən 3 ay öncə yaşadığı torpaq sahəsi və evi ona vəsiyyət etmiş, bu barədə icra nümayəndəliyində vəsiyyətnamə vermişdir. Həmin dövrdə hamı kimi o da vəsiyyətnamənin icra nümayəndəliyində təsdiq edilməsini bildirdi. Vəsiyyətnaməni icra nümayəndəsi tərtib etmiş, atası imza etmiş, bundan sonra icra nümayəndəsi təsdiq etmişdir. Atası öləndən sonra hal-hazıra kimi həmin torpaq sahəsində olan evdə yaşayır. Atasından qalmış miras əmlakı faktiki idarə edərək qəbul etmişdir. Son vaxtlar tez-tez xəstələnmiş, sağlamlığında problemlər yaranmışdır. Ona görə də atasının verdiyi vəsiyyətnaməyə əsasən miras əmlakı övladlarının adına rəsmiləşdirmək istəmişdir. Bu məqsədlə uzun müddətdir ki, özündə saxladığı vəsiyyətnaməni notariat kontoruna təqdim etmişdir. Lakin notariat kontorunda ona vəsiyyətnaməni icra nümayəndəliyi tərəfindən təsdiq edildiyi üçün tanımaqdıqlarını bildirmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında bildirdi ki, iddia qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Quba Regional Cavabdeh2tariat Ofisinin, Xaçmaz rayonu 1 saylı Notariat Ofisi və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehinlərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 məhkəməyə verdiyi ifadəsində bildirdi ki, İddiaçı tanıyır. O, Quba rayon İHB-nın Xucbala İƏD üzrə nümayəndəsi vəsifəsində işləyir. Quba rayonu Digah kəndində yaşamış X4 0,14 ha torpaq sahəsini və yaşayış evini İddiaçı vəsiyyət etməsi barədə vəsiyyətnamə qüvvədədir və bu barədə nümayəndəliyin vəsiyyətnamələrin tərtibi kitabında müvafiq qeyd vardır. Məhkəmə iddiaçının və onun etibarnamə əsasında nümayəndəsinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AA ******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1970-ci il tarixdə ünvan 1ində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Xucbala İƏV-nın notariusu X20 tərəfindən təsdiq edilmiş 07 iyul 2006-cı il tarixli reyestrdə 08 nömrə ilə qeyd edilmiş vəsiyyətnamədən görünür ki, X7 0,14 ha həyətyanı torpaq sahəsini və yaşayış evini İddiaçı vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilən 11 noyabr 2021-ci tarixli 852 nömrəli arayış görünür ki, X1 rayonu, Digah kəndi ünvanında, yaşamış, 25.10.2006-cı il tarixdə rayonu, Digah kəndində vəfat etmiş, vəfat etdikdən sonra X18 -həyat yoldaşı, X8, X12, X9, X14, X11, Ramazanova (Ağasiyeva) Esmira İsaməddin qızı, İddiaçı adlı vərəsələri qalmışdır. İş materiallarına əlavə edilmiş, Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 mart 2010-cu il tarixli, AZ-İ 403692 nömrəli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X7 25.10.2006-cı il tarixdə Xaçmaz şəhərində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş, Quba rayon İHB-nın Xucbala İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 mart 2010-cu il tarixli, AZ-İ 403692 nömrəli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X7 25.10.2006-cı il tarixdə Quba rayonu Digah kəndinə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Xucbala İƏD üzrə nümayəndəliyin tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli 849 nömrəli arayışından görünür ki, Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəliyinin Notarius əməliyyatlarının qeydiyyatı kitabında 06 iyul 2006-cı ildə qeydə alınmış 08 nömrəli Notariat əməliyyatına əsasən X7 0,14 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində inşa olunmuş yaşayış evini oğlu İddiaçı vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə hal-hazırda qüvvədədir və nümayəndəlik tərəfindən digər şəxsə vəsiyyətnamə verilməmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli, 850 nömrəli arayışından görünür ki, X7 25.10.2006-cı il tarixdə vəfat etmiş, dəfn xərclərini oğlu İddiaçı çəkmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli, 851 nömrəli arayışından görünür ki, İddiaçı Quba rayonu Digah kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. İş materiallarına əlavə olunmuş Quba rayonu Xucbala kənd sovetliyi tərəfindən verilmiş 20 mart 1970-ci il tarixli, AZ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxxx 1970-cı il tarixdə ünvan 1ində anadan olmuş, atası X7, X27 qızıdır. İş materiallarına əlavə edilmiş Xaçmaz rayonu 1 saylı Notariat Ofisindən verilmiş 14 iyun 2021-ci il tarixli 411 nömrəli məktubda və mirasın qəbulu müddəti pozulduğu və vəsiyyətnamənin qanuna uyğun tərtib edilmədiyi əsas gətirilməklə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron RTXİB tərəfindən verilmiş 19 aprel 1988-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Quba rayonu Digah kəndində yerləşən bir mərtəbəli üç otaqlı yaşayış sahəsi 28,6 kv.m olan fərdi yaşayış evi X4 adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə verilməsinə JN-117F 30327028 nömrəli Şəhadətnaməyə əsasən Quba rayonu Digah kəndində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində yerləşən 19 aprel 1988-ci il tarixli reyestrdə 77 nömrə ilə qeyd edilmiş Qeydiyyat vəsiqəsinə əsasən fərdi yaşayış evi X5 məxsusdur. Beləliklə, məhkəmədə müəyyən olundu ki, X18 miras qoyan X7 ilə rəsmi nikaha daxil olmuş, onların nikahından İddiaçı və digər bacı qardaşları doğulmuş, onlar Quba rayonu Digah kəndində X4 adına olan fərdi yaşayış evində yaşamış, sonradan İddiaçı başqa digər bacı və qardaşları ailə quraraq başqa yerlərə köçmüş, İddiaçı ailə quraraq arvadını atası ilə anasının yaşadığı evə gətirmiş, həmin evdə uşaqları doğulmuş, X6 18 sentyabr 1996-cı ildə vəfat etmiş, Quba rayon Aqrar İslahatı Komissiyasının 03 may 1997-ci il tarixli 04 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-117F KOD 30327028 nömrəli Şəhadətnaməyə əsasən onların yaşadığın evin həyətyanı torpaq sahəsi olan 0,14 ha torpaq sahəsini miras qoyan X4 adına rəsmiləşmiş, miras qoyan X7 ölümündən 3 ay öncə yəni 06 iyul 2006-cı ildə Quba rayonu Xucbala kənd icra nümayəndəliyində vəsiyyətnamə qoymuş, vəsiyyətnaməyə əsasən miras qoyan X1 rayonu Digah kəndində yerləşən 0,14 hektar torpaq sahəsini və onun üstündə tikilmiş evi iddiaçıya vəsiyyət etmiş, həmin vəsiyyətnaməni Xucbala kənd icra nümayəndəsi imzalamış, vəsiyyətnamə Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəliyinin Notarius əməliyyatlarının qeydiyyatı kitabında qeydə alınmış, miras qoyan X7 25 oktyabr 2006-cı ildə vəfat etmiş, İddiaçı miras qoyanın dəfn xərclərini çəkmiş, miras qoyanın ölümündən hal-hazıra kimi ondan miras qalmış əmlakı idarə etməklə həmin evdə yaşamaq və torpaq sahəsindən istifadə etməklə, miras əmlakı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Notariat Haqqında Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinə əsasən Notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları vəsiyyətnamələri təsdiq edirlər. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yeri icra hakimiyyətləri haqqında Əsasnamənin 5.2-ci bəndinə əsasən bu Əsasnamənin 5.1-ci bəndində göstərilənlərə əlavə olaraq, inzibati ərazi dairəsi üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını (o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq elektron qaydada) və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1269-ci maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququna dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Həmin Məhkəmənin İvaşkieviç Polşaya qarşı iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (§ 44). Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməli, Quba rayon Xucbala kənd İƏV üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 06 iyul 2006-ci il tarixli reyestrdə 08 nömrə ilə qeyd edilmiş vəsiyyətnaməyə əsasən miras qoyan atası X3 qalmış Torpağın Mülkiyyətə verilməsinə JN-117F 30327028 nömrəli Şəhadətnaməyə əsasən Quba rayonu Digah kəndində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində yerləşən 19 aprel 1988-ci il tarixli reyestrdə 77 nömrə ilə qeyd edilmiş Qeydiyyat vəsiqəsinə əsasən fərdi yaşayış evinə İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Quba rayon Xucbala kənd İƏV üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 06 iyul 2006-ci il tarixli reyestrdə 08 nömrə ilə qeyd edilmiş vəsiyyətnaməyə əsasən miras qoyan X3 qalmış Torpağın Mülkiyyətə verilməsinə JN-117F 30327028 nömrəli Şəhadətnaməyə əsasən Quba rayonu Digah kəndində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində yerləşən 19 aprel 1988-ci il tarixli reyestrdə 77 nömrə ilə qeyd edilmiş Qeydiyyat vəsiqəsinə əsasən fərdi yaşayış evinə İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-325/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-325/2022
25.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver