Məhkəmə qərarları › İş №2(004)-2397/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2397/2021

07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2397/2021 07.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikah rəsmiləşdirmədən 2006-cı ildən ailə münasibətlərinə girmiş, birgə münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X2 anadan olmuşdur. Cavabdeh könüllü olaraq uşağa atalıq vermişdir və xx.xx.2012-ci il tarixdə atalığın müəyyən edilməsi barədə şəhadətnamə alınmışdır. Hazırda cavabdehlə aralarında olan münasibətlər pozulduğundan 4 ildir ki, ayrılmışlar və uşaq onun himayəsində qalmışdır. Heç bir yerdə işləmədiyindən uşağa baxmaqda maddi çətinlik çəkir. Cavabdeh isə fərdi əməklə məşğul olur, eyni zamanda təsərrüfatında malqara saxlayır. Aylıq gəliri yüksəkdir. Buna baxmayaraq uşağa baxmaqda maddi köməklik göstərmir. Hazırda maddi vəziyyəti çox ağırdır. Belə ki, uşaq məktəblidir və maddi tələbatını ödəyə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78-ci, 100.2-ci maddələrinin tələblərini, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» qanunu rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflərin qeyri-rəsmi münasibətlərindən 1 övladları anadan olmuşdur: xx.xx.2011-ci il təvəllüdlü X2. Tərəflər faktiki ayrılıb, cavabdeh uşağına maddi cəhətdən kömək etmir. Ailə qanunvericiliyinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Belə olduğu halda, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi əsaslı olub təmin edilməli, cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat aliment tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Alimentin tutulma müddəti xx.xx.2021-ci il tarixdən aparılmalı və alimentin tutulması dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulma müddəti xx xxxx 2021-ci il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar