Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2406/2020 27.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı və vəkili X2, Cavabdeh1 Sabir qızının və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Sabir qızına, 3 saylı Bakı “Cavabdeh2” notariat kontorunun xüsusi notariusu X3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlak tələbi və bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Sabir qızına, 3 saylı Bakı “Cavabdeh2” notariat kontorunun xüsusi notariusu X3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlak tələbi və bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, 6000 ABŞ dolları, 2000 manat dəyərində qızıl-zinət əşyaları və bir ədəd 700 manat dəyərində HCP markalı nootbuk kompüterin, 500 manat bankomatdan və 1000 manat cibindən çıxarılmış pulun, hər biri 50 manat olmaqla 150 manat dəyərində 3 ədəd qısaqol köyənəyin, hər biri 50 manat olmaqla ümumilikdə 150 manat dəyərində olmaqla 3 ədəd uzunqol köynəyin, hər biri 70 manat olmaqla 210 manat dəyərində üç ədəd pencəyin, 150 manat dəyərində bir ədəd dəri gödəkçənin, məkkədən gətirdiyi hər biri 150 manat olmaqla 300 manat dəyərində iki ədəd geyim paltarlarının, 1000 manat dəyərində bir ədəd qızıl sapfir qaşlı üzüyün (sovet istehsalı), hər biri 40 manat olmaqla 80 manat dəyərində iki ədəd qolsuz geyim jiletinin, 1000 manat dəyərində bir ədəd kəhrəba təsbehin, hər biri 500 manat olmaqla 1000 manat dəyərində olmaqla iki ədəd sədəf təsbehin, 700 manat dəyərində bir ədəd iri firuzə qaşlı üzüyün (gümüş), 1500 manat dəyərində bir ədəd əqiq qaşlı üzüyün və 1500 manat dəyərində Almaniya istehsalı olan servisin və ya bu əşyaların dəyəri olan 10.740 manat pulun Cavabdeh1 Sabir qızından alınaraq ona qaytarılması; cavabdeh X9 ilə onun arasında Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 13 nömrəli evin 19 nömrəli mənzilinə dair rəsmiləşdirilmiş və 3 saylı Bakı “Cavabdeh2”nin Notariat Kontorunda 4Ə- 1103 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin və həmin müqavilə əsasında Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 13 nömrəli evin 19 nömrəli mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X5 adına verilmiş RX ******* seriyalı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında barışıq sazişi təqdim edərək bildirdi ki, o və cavabdeh X9 aralarında xx.xx.2020-ci tarixdə barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən o, keçmiş arvadı X7 qarşı hazırkı iddia tələblərindən imtina edir və çıxarılacaq məhkəmə aktını gələcəkdə mübahisələndirməyəcəyini öhdəsinə götürür. Bunun əvəzində Cavabdeh1 Sabir qızı isə mülkiyyətində olan hazırkı mübahisəli mənzilin, yəni Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 13 nömrəli evin 19 nömrəli mənzilinin ½ (ikidə bir) hissəsinə onun mülkiyyət hüququnu tanıyır və həmin mənzilin ½ (ikidə bir) hissəsinə gələcəkdə onun mülkiyyət hüququnun müvafiq icra hakimiyyəti orqanında qeydə alınmasına etiraz etmir. Azərbaycan Respublikası MPM-in 191, 261.0.4, 261.0.5-ci maddələrinin tələbləri tam şəkildə ona izah edilmişdir. Barışıq sazişi tərəflərin iradəsi ilə tərtib edilmiş və imzalanmışdır, barışıq sazişinin nəticələri tərəflərə tam şəkildə aydındır. Odur ki, onunla Cavabdeh1 Sabir qızının arasında bağlanmış xx.xx.2020-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh X9 məhkəmə iclasında İddiaçı ilə onun arasında xx.xx.2020-ci tarixdə bağlanmış barışıq sazişini müdafiə etdi və izahatında bildirdi ki, bağladıqları barışıq sazişinə əsasən İddiaçı ona qarşı hazırkı iddia tələblərindən imtina edir və çıxarılacaq məhkəmə aktını gələcəkdə mübahisələndirməyəcəyini öhdəsinə götürür. Bunun əvəzində o, mülkiyyətində olan hazırkı mübahisəli mənzilin, yəni Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 13 nömrəli evin 19 nömrəli mənzilinin ½ (ikidə bir) hissəsinə İddiaçı mülkiyyət hüququnu tanıyır və həmin mənzilin ½ (ikidə bir) hissəsinə gələcəkdə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına etiraz etmir. Azərbaycan Respublikası MPM-in 191, 261.0.4, 261.0.5-ci maddələrinin tələbləri tam şəkildə ona izah edilmişdir. Barışıq sazişi tərəflərin iradəsi ilə tərtib edilmiş və imzalanmışdır, barışıq sazişinin nəticələri tərəflərə tam şəkildə aydındır.Odur ki, onunla İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdehlər 3 saylı Bakı “Cavabdeh2” notariat kontorunun xüsusi notariusu X3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilmişdir, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim edilmiş xx.xx.2020-ci il tarixli barışıq sazişini və iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, iddiaçının iddiasından imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan rəsmi sənədlərlə təsdiq edilir ki, Bakı şəhərinin notariusu X10 tərəfindən xx.xx.2011-ci il tarixdə 4Ə/23 reyestr nömrəsi ilə təsdiq edilmiş mənzil bağışlama müqaviləsinə əsasən X4 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 13 nömrəli evin 19 nömrəli mənzilini İddiaçı bağışlamışdır. xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 13 nömrəli evin 19 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış və ona RX ******* nömrəli çıxarış verilmişdir. İddiaçı və cavabdeh X9 xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 530 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar və ailə quraraq ər-arvad kimi yaşamışlar. 3 saylı Bakı “Cavabdeh2” notariat kontorunun xüsusi notariusu X6 tərəfindən xx.xx.2017-ci il tarixdə 4Ə-1103 reyestr nömrəsi ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 13 nömrəli evin 19 nömrəli mənzilini arvadı Cavabdeh1 Sabir qızına bağışlamışdır. xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 13 nömrəli evin 19 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 Sabir qızının adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış və ona RX ******* nömrəli çıxarış verilmişdir. Hazırda mənzil Cavabdeh1 Sabir qızının mülkiyyətindədir. Mənzil bağışlanandan sonra tərəflərin münasibətləri pisləşmiş və İddiaçı hazırkı iddia ərizəsi ilə və cavabdeh X9 ilə aralarında bağlanmış nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-2407/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə cavabdeh X9 arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri yasamal rayon Qeydiyyat şöbəsində 530 nömrəli akt qeydi ilə nikah pozulmuşdur. Hazırda məhkəmənin mübahisəni sülh yolu ilə həll etməklə bağlı təklifini tərəflər müsbət dəyərləndirmiş və barışıq sazişi bağlamışlar. İddiaçı və cavabdeh X5 arasında xx.xx.2020-ci tarixdə bağlanmış barışıq sazişinə əsasən İddiaçı keçmiş arvadı - cavabdeh X7 qarşı hazırkı iddia tələblərindən imtina edir və çıxarılacaq məhkəmə aktını gələcəkdə mübahisələndirməyəcəyini öhdəsinə götürür. Bunun əvəzində Cavabdeh1 Sabir qızı isə mülkiyyətində olan hazırkı mübahisəli mənzilin, yəni Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 13 nömrəli evin 19 nömrəli mənzilinin ½ (ikidə bir) hissəsinə İddiaçı mülkiyyət hüququnu tanıyır və həmin mənzilin ½ (ikidə bir) hissəsinə gələcəkdə İddiaçı mülkiyyət hüququnun müvafiq icra hakimiyyəti orqanında - daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına etiraz etmir. Barışıq sazişi tərəflərin iradəsi ilə tərtib edilmiş və imzalanmışdır, barışıq sazişinin nəticələri tərəflərə tam şəkildə aydındır. Odur ki, İddiaçı və Cavabdeh1 Sabir qızı aralarında bağlanmış xx.xx.2020-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinin tələbinə uyğun olaraq barışıq sazişini təsdiq edənədək Azərbaycan Respublikası MPM-in 261.0.4, 261.0.5-ci və 262.4cü maddələri ilə nəzərdə tutulmuş iddiadan imtinanın və barışıq sazişinin bağlanması ilə mülki iş üzrə icraata xitam verilməsinin nəticələrini tərəflərə izah etmişdir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.1, 52.3, 191.1, 191.2, 261, 261.0.4, 261.0.5, 262-264, 267-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Sabir qızına, 3 saylı Bakı “Cavabdeh2” notariat kontorunun xüsusi notariusu X3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlak tələbi və bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı ilə cavabdeh X9 arasında xx.xx.2020-ci tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin, İddiaçı keçmiş arvadı - cavabdeh X7 qarşı hazırkı iş üzrə iddia tələblərindən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı və cavabdeh X5 arasında xx.xx.2020-ci tarixdə bağlanmış barışıq sazişinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX ******* nömrəli reyestrdən çıxarışla daşınmaz əmlakın dövlət reyestrində 1548 nömrəli reyestr kitabının 140461 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə Cavabdeh1 Sabir qızının adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmış Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 13 nömrəli evin 19 nömrəli mənzilinin ½ (ikidə bir) hissəsinə İddiaçı mülkiyyət hüququ tanınsın. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq dəyişiklik aparılmaqla Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 13 nömrəli evin 19 nömrəli mənzilinin ½ (ikidə bir) hissəsinə İddiaçı adına, ½ (ikidə bir) hissəsinə isə Cavabdeh1 Sabir qızının adına daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışlar verilməsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2406/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2406/2020
27.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver