Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2418/2021 11.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, cavabdeh “xxxx” ASC-nin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən 149675 manat daşınmaz əmlaka görə, 95000 manat daşınar əmlaka görə, cəmi 244675 manat sığorta ödənişinin ödənilməmiş hissəsi və qətnamə qəbul olunduğu günə qədər hər gün üçün sığorta ödənişinin ödənilməmiş hissəsinin 0.1 fazi qədərində dəbbə pulunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi məhkəməyə vəsatət ünvanlayaraq mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 vəsatəti müdafiə edərək bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında hazırki işə oxşar analoji iş olmuş və onların vəsatəti əsasında mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmiş, müvafiq məhkəmədə isə aidiyyəti üzrə baxılmışdır. Belə ki, sığortalı hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və sığorta predmeti qeyri-yaşayış sahəsi olduğu üçün qeyd edilən mübahisəyə MPM-nin 26.1-ci maddəsinin tələblərini nəzərə alaraq Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. Bundna başqa iddiaçı da, hüquqi şəxs yaratmadan vergi orqanından qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Odur ki. vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 da, vəsatəti müdafiə edərək bildirdi ki, iddiaçı ilə silsilə mübahisələr vardır və həmin işlərin məzmunundan görünür ki, iddiaçı eyni məzmunlu işlər üzrə iddaçı qismində çıxış edir. Bu isə belə təsurat yaradıq ki, iddiaçı xidmət göstərək mənfəət əldə edir. Hesab edir ki, hazırki mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, vəsatətə etiraz edərək bildirdi ki, aidyyət ilə bağlı Ali Məhkəmənin Plenumunun 18.09.2020-ci il tarixli qərarı vardır. Ona vaxt verilərsə sahibkarlıq fəaliyyət ilə məşğul olmaması və adına olan VÖEN-nin bağlı olması barədə məhkəməyə sübutlar təqdim edə bilər. Hətta o fiziki şəxs kimi fəaliyyət göstərmiş olsa belə, mübühisə predmeti sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. Düzdür cavabdehlə əvvəllər də eyni məzmunlu məhkəmə mübahisələri olmuş və o vaxt mülki işin aidıyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə etiraz etməsə də, hazırda hesab edir ki, işə ümumi məhkəmələrdə baxılmalıdır. Hazırki iddia tələbi dəymiş zərərin ödənilməsindən ibarətdir. Belə ki, o, sahibkarlıqla məşğul olsaydı belə, hazırki iddia tələbinə ümumi məhkəmələrdə baxılmalıdır. Qeyd edilənlərə əsasən, vəsatətin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia tələbinin əsasını sahibkarlıq fəaliyyəti ilə bağlı istirahət mərkəzinin icbari sığorta müqaviləsinə əsasən sığorta etdirən hüquqi şəxs “xxxx” Elmi-istehsalat Şirkəti ilə, hüquqi şəxs olan cavabdeh “xxxx” ASC arasında bağlanılmış sığorta müqaviləsi təşkil edir. Həmçinin mübahisə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı, yəni tərəflər arasında bağlanmış sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsindən imtina ilə bağlı yaranmış mübahisədir. İş materialları ilə müəyyən olunur ki, “xxxx” Elmi-istehsalat Şirkəti dəymiş zərərin ödənilməmiş hissəsi ilə bağlı hüquq və tələblərini İddiaçı güzəşt etmişdir. Hazırda iddiaçı tərəflər arasında bağlanılmış müqavilə öhdəlikləri üzrə ödənilməmiş sığorta ödənişi tələbinə dair iddia irəli srmüşdür. İşin araşdırılmış halları ilə o da, müəyyən edilmişdir ki, hazır ki iddia tələbi üzrə İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, iş materiallarına əlavə edilmiş vergi ödəyiciləri barədə məlumata əsasən İddiaçı fiziki şəxs qismində vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyata alınmşdır. Belə olan halda, iddia tələbi üzrə əldə olunnacaq məbləğin gələcəkdə öz sahibkarlıq fəaliyyəti ilə bağlı sərf edilməsi ehtimalını da, nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbinə dair 2(004)-2418/2021 saylı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2418/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2418/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver