Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2418/2023 06.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Cavabdeh Amil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 16 iyul 2006-cı il təvvəlüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 23 dekabr 2005-ci il tarixdə rəsmi nikah daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 16 iyul 2006-cı il tarixdə Əli adlı övladı doğulmuşdur. Cavabdeh ilə uzun müddət mehriban yaşasa da və bir övladının olmasına baxmayaraq, sonradan münasibətləri pozulmuş, ailə münasibətlərinə son qoyulmuşdur. Bu səbəbdən Cavabdeh ona qarşı "nikahın pozulması” tələbi barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Yasamal Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 04 iyul 2018ci il tarixli qətnamə ilə onunla Cavabdeh arasında xx.xx.20015-ci il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1107 nömrə ilə qeyd edilmiş nikahın pozulmasını, birgə övladı - xx.xx.2016-cı il təvvəllüdlü X1 anasının, yəni onun yanında qalmasını qət etmişdir. Sözügedən mülki işə baxılması zamanı Cavabdeh övladı Əlinin maddi təminatını təmin edəcəyini vəd etdiyinə görə, alimentlə bağlı tələb irəl sürmədi. İşə baxmış Yasamal Rayon Məhkəməsi də özünün 04 iyul 2018-ci il tarixli qətnaməsində qeyd etmişdir ki. "iddiaçının aliment tələbi müəyyən edilmədiyindən, məhkəmə qətnaməsi ilə həmin məsələyə qiymət verilməmişdir’. Cavabdeh övladı Əlinin bütün maddi təminatını təmin etməsini ona vəd etsə də, vədinə əməl etməmiş, ara-sıra, o da onun müraciətlərindən sonra, uşaq üçün cuzi məbləğlərdə pul ödəmişdir. Həmin ödənişlərin rnuntəzəm qaydada və razılaşdığı məbləğdə ödənilməsi ilə bağlı isə cavabdeh müraciət etsə də, bu barədə razılığa gələ bilmir. Qeyd edir ki, o övladı Əlinin maddı və mənəvi təminatını ödəməyə çalışır. Lakin hazırki sosial-iqtisadi şəraitdə təkbaşına övladının bütün ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Ona görə də hesab edir ki, cavabdehlə onun arasında birgə övladının saxlanılması üçün aliment məhkəmə qaydasında müəyyən edilməlidir. Cavabdeh Amil oğlu ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul edir və alimentin ödənilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Amil oğlu məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 81, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-1905/2018 saylı qətnaməsinə əsasən Cavabdeh Amil oğlu ilə İddiaçı arasında xx.xx.2005-ci ildə Yasamal rayon qeydiyyat şöbəsində bağlanmış və akt qeydləri kitabında 1107 nömrə ilə qeyd edilmiş nikahın pozulması və 16 iyul 2006-cı il təvvəlüdlü X1 anası İddiaçı yanında qalması qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan əlavə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 16 iyul 2006-cı il təvvəlüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh Amil oğlunun 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 16 iyul 2006-cı il təvvəlüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Amil oğlundan hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alıment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının başlanğıcı 12 aprel 2023-cü il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2418/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2418/2023
06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver