Məhkəmə qərarları › İş №2(004)-2425/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2425/2021

04.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2425/2021 04.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı X20 və nümayəndəsi (anası) X7, cavabdeh İmranlı Cavabdeh1, onun nümayəndəsi X9, Cavabdeh2, cavabdehlərin nümayəndəsi və vəkili Cəlilzadə Hacı Vaqif oğlunun iştirakı ilə, İddiaçı Tağızadə (İmranlı) Fərəh Nağı qızının cavabdehlər İmranlı Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əmlakının və qızıl-ziynət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tağızadə (İmranlı) Fərəh Nağı qızı cavabdehlər İmranlı Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əmlakının və qızıl-ziynət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi 10.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, gəlin köçdüyü və yaşadıqları Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 2A nömrəli evin 22 nömrəli mənzilində yerləşən 15.930 manat dəyərində qızıl-ziynət əşyaları və dəyəri 14.410 manat olan cehiz əşyalarının cavabdehlərdən alınıb ona verilməsi, əşyalar aşkar edilməzsə onların dəyəri olan 30.340 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı Tağızadə (İmranlı) Fərəh Nağı qızı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, gəlin köçdüyü və yaşadıqları Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12 nömrəli evin 170 nömrəli mənzilində yerləşən 15.930 manat dəyərində qızıl-ziynət əşyaları və dəyəri 18.727 manat olan cehiz əşyalarının cavabdehlərdən alınıb ona verilməsi, əşyalar aşkar edilməzsə onların dəyəri olan 34.657 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X20 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, ona məxsus olan briliant qaşlarla bəzədilmiş nişan üzüyü - dəyəri 1.200 manat; Qızıl dəsti (üzük, boyunbağı, qolbağı, kolye və s.) - dəyəri 9.500 manat; Alyans üzük 750 əyarlı, 8 qram - dəyəri 800 manat; Briliant qaşla bəzədilmiş tək qaş üzük - dəyəri 1.100 manat; 750 əyarlı halqa formasında qızıl sırğa 8,5 qram - dəyəri 830 manat; 15 qram qızıl boyunbağı - dəyəri 1.300 manat; Klon 14 qram - dəyəri 1.200 manat olan, cəmi 15.930 manat dəyərində qızıl-zinət əşyaları; həmçinin cehiz əşyalarından - qonaq dəsti (1 divan, 2 kreslo, kamot, vitrin), yataq dəsti (şkaf, termo, taxt, stol, 02 ədəd tumba) - cəmi dəyəri 4 000 manat; Mətbəx mebeli - dəyəri 1.000 manat; Soyuducu - dəyəri 800 manat; ətçəkən maşın - dəyəri 60 manat; sokçəkən maşın - dəyəri 70 manat; ütü - dəyəri 60 manat; Tozsoran - dəyəri 85 manat; Elektrikli çaynik - dəyəri 20 manat; Elektrikli soba - dəyəri 110 manat; Paltaryuyan maşın - dəyəri 545 manat; 05 ədəd süfrə - dəyəri 250 manat; 01 ədəd yorğan, 01 ədəd döşək - 200 manat; Ağ dəhliz dolabı - dəyəri - 250 manat; Mətbəx stolu və 4 ədəd oturacağı - dəyəri - 250 manat; «Eurolux» markalı aspirator - dəyəri - 150 manat; «Elay» markalı qaz sobası - dəyəri - 130 manat; «Shvaki» markalı kondisioner - dəyəri - 400 manat; 12 ədəd boşqab dəsti - dəyəri - 26 manat ibarət olan cehiz əşyaları istisna olmaqla, iddia ərizəsində adları göstərilən digər cehiz əşyaları yaşadıqları Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12 nömrəli evin 170 nömrəli mənzilində aşkar edilmişdir və cavabdehlər həmin əşyaları ona qaytarmağa razıdırlar. O, 14.11.2020-ci il tarixdə İmranlı Cavabdeh1 ilə rəsmi nikah bağlayaraq ailə qurmuş və qaynanası Cavabdeh2 məxsus olan Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12 nömrəli evin 170 nömrəli mənzilinə gəlin köçmüş və cehiz əmlakını da oraya gətirmişdir. Evləndikləri zaman ona briliant qaşlarla bəzədilmiş nişan üzüyü; Qızıl dəsti (üzük, boyunbağı, qolbağı, kolye); Alyans üzük 750 əyarlı, 8 qram; Briliant qaşla bəzədilmiş tək qaş üzük; 750 əyarlı halqa formasında qızıl sırğa 8,5 qram; 15 qram qızıl boyunbağı; Klon 14 qram qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Toyun növbəti günü 15.11.2020-ci il tarixdə qaynanası ondan qızıllarını qaytarmasını tələb etmişdir. Lakin qızılların ona məxsus olduğunu bildirmiş və qızıl-zinət əşyalarını Cavabdeh2 verməmiş, özündə saxlamışdır. Toydan bir həftə sonra onu iş yerinə dəvət etmişlər, o, işə getmişdir. İşə gedəndə halqa sırğasını və alyans üzüyünü taxmışdır. Evə gəldikdə qızıllarının yerində olmadığını görmüş və Cavabdeh1 qızılların harada olmasını soruşmuşdur. Cavabdeh1 onun üstünə qışqırmış və borcu olduğunu, qumarda uduzduğunu bildirmişdir. 2021-ci ilin yanvarın 20-dən sonra qəti qərara gəlmişdir ki, Cavabdeh1lə ayrılsınlar. O, 21-31.01.2021-ci ilə kimi 10 gün evdə olmamışdır. 31.01.2021-ci ildə evə qayıdanda kompüter və televizorun yerində olmadığını görmüşdür. O, Cavabdeh1 soruşduqda, xarab olduqlarını və ustaya verdiyini bildirmişdir. Lakin o, artıq Cavabdeh1 inanmamışdır. Bundan sonra 01.02.2021-ci il tarixdə Cavabdeh1 evdən çıxandan təxminən bir saat sonra paltarlarını 4-5 torbaya yığmış və qapını açarla bağlayaraq, paltarlarını götürüb anasının evinə getmişdir. Əşyalarını yığarkən evdə heç kim olmamış və ona heç kim maneə olmamışdır. Onun qızılları 21-22.11.2020-ci ildə evdən yoxa çıxmış, 2 gün sonra isə sırğaları və alyans üzüyü də yoxa çıxmışdır. Yaşadıqları Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12 nömrəli evin 170 nömrəli mənzilində Cavabdeh1lə ikisi yaşamışdır. Qızıllarını evdən Cavabdeh1 götürmüşdür. Cavabdeh İmranlı Cavabdeh1 onun qızıllarından briliant qaşlı üzük-sırğa dəsti - 10,8 qram, 0,72 sot; boyunbağı - 21,8 qram, 1 karat 32 sot, 750 əyarlı; qolbağı - 8,7 qram, 0,50 sot, 750 əyarlı bibisi Suqraya 5.100 manat satmışdır. Bunu Suqra ona bildirmişdir. Sonradan 03.02.2021-ci il tarixdə Cavabdeh1 onun yeznəsi Oqtaya zəng edərək bildirmişdir ki, kompüteri və televizoru evə qaytarmışdır. 17.03.2021-ci ildə boşanmışlar. Yaşadıqları Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12 nömrəli evin 170 nömrəli mənzilində olan əşyalardan - qonaq dəsti (1 divan, 2 kreslo, kamot, vitrin), yataq dəsti (şkaf, termo, taxt, stol, 02 ədəd tumba) - cəmi dəyəri 4 000 manat; Mətbəx mebeli - dəyəri 1.000 manat; Soyuducu - dəyəri 800 manat; ətçəkən maşın dəyəri 60 manat; sokçəkən maşın - dəyəri 70 manat; ütü - dəyəri 60 manat; Tozsoran - dəyəri 85 manat; Elektrikli çaynik - dəyəri 20 manat; Elektrikli soba - dəyəri 110 manat; Paltaryuyan maşın dəyəri 545 manat mebel və elektrik avadanlıqlarını cehiz kimi anası ona almışdır. Anası mebellərin alınması üçün X10 iştirakı ilə 2.800 manat pulu Cavabdeh2 vermişdir. Ağ dəhliz dolabı - dəyəri - 250 manat; Mətbəx stolu və 4 ədəd oturacağı - dəyəri - 250 manat; «Eurolux» markalı aspirator dəyəri - 150 manat; «Elay» markalı qaz sobası - dəyəri - 130 manat; «Shvaki» markalı kondisioner isə ona qaytanası Cavabdeh2 hədiyyə etmişdir. O, Cavabdeh1 X28nı tanımırdı, 01.02.2021-ci il tarixdə evdən çıxandan sonra ona zəng etmiş və öyrənmişdir ki, Cavabdeh1 onun qızıllarını satmaq üçün Suqraya vermişdir. Eşitdiyinə görə, Cavabdeh1 onun qızıllarını lombarda qoyub pul götürüb, sonra Cavabdeh2 lombardın pulunu verərək qızılları oradan götürüb. Lombarddan götürülmüş qızılları Cavabdeh2dır. Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 2A nömrəli evin 22 nömrəli mənzilində yaşayıb, onlarla birlikdə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12 nömrəli evin 170 nömrəli mənzilində yaşamayıb. Hesab edir ki, ona məxsus olan bütün qızıl-zinət əşyaları və cehiz əmlakı cavabdehlərdən alınaraq ona qaytarılmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı X20 nümayəndəsi (anası) X14 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Cavabdeh İmranlı Cavabdeh1 nümayəndəsi X17 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, qardaşı İmranlı Cavabdeh1 14.11.2020-ci ildə X23 ilə rəsmi nikah bağlayaraq ailə qurmuş və anası Cavabdeh2 məxsus olan Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12 nömrəli evin 170 nömrəli mənzilində yaşayışlar. X23 cehiz əmlakını həmin mənzilə gətirmişdir. Cavabdehlər iddiaçının gətirdiyi və hazırda mənzildə olan cehiz əmlaklarını qaytarmağa etiraz etmirlər. Cavabdeh İmranlı Cavabdeh1 evləndiyi zaman X21 ümumi dəyəri 4.000 manat olan briliant qaşlı üzük-sırğa dəsti - 10,8 qram, 0,72 sot; boyunbağı - 21,8 qram, 1 karat 32 sot, 750 əyarlı; qolbağ - 8,7 qram, 0,50 sot, 750 əyarlı – dəstini; briliant qaşlarla bəzədilmiş nişan üzüyü - dəyəri 500 manat; Alyans üzük 750 əyarlı, 2 qram - dəyəri 250 manat olan qızıl-zinət əşyaları alaraq hədiyyə etmişdir. Bu qızılların 11.02.2020-ci ildə 4.000 manata alınmasına dair satıcı X15 verdiyi arayışı məhkəməyə təqdim etdir. Həmin əşyalar X20 özündədir, cavabdehlərdə deyildir. İddia tələbində qeyd olunan digər - Briliant qaşla bəzədilmiş tək qaş üzük - dəyəri 1.100 manat; 750 əyarlı halqa formasında qızıl sırğa 8,5 qram - dəyəri 830 manat; 15 qram qızıl boyunbağı - dəyəri 1.300 manat; Klon 14 qram - dəyəri 1.200 manat olan qızıl-zinət əşyaları isə mövcud olmamışdır, cavabdehlər iddiaçıya belə əşyalar hədiyyə etməmişlər. Həmçinin qonaq dəsti (1 divan, 2 kreslo, kamot, vitrin), yataq dəsti (şkaf, termo, taxt, stol, 02 ədəd tumba); Mətbəx mebeli; Soyuducu; ətçəkən maşın; sokçəkən maşın; ütü; Tozsoran; Elektrikli çaynik; Elektrikli soba; Paltaryuyan maşın; Ağ dəhliz dolabı; Mətbəx stolu və 4 ədəd oturacağı; «Eurolux» markalı aspirator; «Elay» markalı qaz sobası; «Shvaki» markalı kondisioner isə Cavabdeh2 məxsusdur, Cavabdeh2 həmin əşyaları toydan əvvəl almış və evə yerləşdirmişdir. Çünki, İmranlı Cavabdeh1 əvvəlki nikahından olan arvadı öz əşyalarını 2020-ci ilin martında Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12 nömrəli evin 170 nömrəli mənzilindən çıxardıb apardığına görə, mənzil tamamilə boş olmuşdur. Bu səbəbdən Cavabdeh2 elektrikli məişət avadanlıqlarını 07.05.2020-ci il tarixdə alaraq Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12 nömrəli evin 170 nömrəli mənzilinə yerləşdirmişdir. Mebelləri isə 16.06.2020-ci il tarixdə Cavabdeh1 İmranlının adına alınaraq Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12 nömrəli evin 170 nömrəli mənzilinə quraşdırılmışdır. Bunlara dair zəmanət talonqlarını, təhvil-təslim aktını və qaimə fakturaları məhkəməyə təqdim etmişdir. Həmçinin 2020-ciilin may ayında X3 tərəfindən 1100 manata Cavabdeh2 sifarişi əsasında Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12 nömrəli evin 170 nömrəli mənzilinə mətbəx sebeli hazırlanaraq quraşdırılmışdır. Yuxarıda qeyd etdikləri qızıl-zinət əşyaları, mebel və məişət cihazları, 05 ədəd süfrə - dəyəri 250 manat; 01 ədəd yorğan, 01 ədəd döşək - 200 manat; 12 ədəd boşqab dəsti - dəyəri - 26 manat ibarət olan cehiz əşyaları istisna olmaqla, iddia ərizəsində adları göstərilən digər cehiz əşyaları Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12 nömrəli evin 170 nömrəli mənzilindədir və cavabdehlər həmin əşyaları iddiaçıya qaytarmağa etiraz etmirlər. İddia tələbinin qalan hissədə rədd edilməsini xahiş edir. Cavabdeh İmranlı Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi, nümayəndəsi X9 dedikləri ilə tam razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, o, X21 məxsus olan ümumi dəyəri 4.000 manat olan qızıl-zinət əşyalarını (briliant qaşlı üzük-sırğa dəsti - 10,8 qram, 0,72 sot; boyunbağı - 21,8 qram, 1 karat 32 sot, 750 əyarlı; qolbağ - 8,7 qram, 0,50 sot, 750 əyarlı) bibisi X1. X4 özünə ev almaq istəyirdi, bu məqsədlə ona müraciət etmiş və arvadı Fərəhin adına mənzil almağa razılıq istəmişdir. O, Fərəhin özü ilə danışmasını tövsiyə etmişdir. Hesab edir ki, X11 evin alınmasına pulu çatmadığı üçün Fərəh özü qızıllarını lombarda qoymaq üçün X16 vermişdir. Hazırda isə güya onun Fərəhin qızıllarını Suqraya verdiyini bildirir. Çünki, Suqra şahidlik etməzsə, Fərəhin evin sənədini ona qaytarmayacağından ehtiyat edir. Hesab edir ki, evdə olan cehiz əşyalarından başqa, qalan hissələrində iddia tələbləri əsassızdır. Odur ki, evdə olan cehiz əşyalarından başqa, qalan hissələrində iddia tələblərinin rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qismən qəbul etdi, oğlu İmranlı Cavabdeh1 nümayəndəsi olan (oğlu) X9 izahatında göstərdikləri ilə tamamilə razı olduğunu bildirdi ki, əlavə olaraq qeyd etdi ki, iddiaçı X20 nümayəndəsi (anası) X14 rəfiqəsi X10 iştirakı ilə ilə ona 2.800 manat pulu verməmişlər. Bu barədə hər hansı bir sübut yoxdur. Çünki, evdəki mebel və elektrikli məişət avadanlıqları o, öz vəsaiti hesabına toydan xeyli əvvəl 2020-ci ilin may və iyun aylarında özünə məxsus olan Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12 nömrəli evin 170 nömrəli mənzilinə quraşdırmışdır. Həmin əşyaların X21 heç bir aidiyyəti yoxdur. Evdə olan cehiz əşyalarını isə iddiaçıya qaytarmağa etiraz etmir. İddiaçıya məxsus olan hər hansı bir qızıl-zinət əşyaları onda deyildir. Çünki, iddiaçının qızıl-zinət əşyaları həmişə özündə olmuşdur. Odur ki, evdə olan cehiz əşyalarından başqa, qalan hissələrində iddia tələblərinin rədd edilməsini xahiş edir. Cavabdehlərin nümayəndəsi və vəkili Cəlilzadə Hacı Vaqif oğlu məhkəmə iclasında iddianı qismən qəbul etdi, cavabdehlərin izahatında göstərdikləri ilə tamamilə razı olduğunu bildirdi və iddia tələbinin evdə olan cehiz əşyalarından başqa, qalan hissələrində rədd edilməsini xahiş etdi. X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, tərəfləri tanıyır. O, İmranlı Cavabdeh1 bibisidir. O, qızıl alveri ilə məşğuldur. Biləcəridə yerləşən evini satmışdı. İlkin ödəniş kimi 17.000 manat verərək İmranlı Cavabdeh1 arvadı Fərəhin adına 20 il müddətinə ayda 246 manat ödənilməsi şərti ilə özü üçün mənzil almışdır. Sonradan ona məlum olmuşdur ki, mənzili satan şəxslər onunla birlikdə 72 nəfəri aldadaraq pullarını ələ keçirmişlər. Fərəh ona zəng edib bildirmişdir ki, Cavabdeh1lə boşanırlar, ona şahidlik etsin. Həmçinin qardaşı Rəcəb ona bildirmişdir ki, ərizə vesin ki, Cavild ona qızıl verməyib. Lakin o, Rəcəbə bildirmişdir ki, məhkəmədə həqiqəti söyləyəcəkdir. Həqiqət isə ondan ibarətdir ki, İmranlı Cavabdeh1 2020-ci ilin noyabr ayının sonu, dekabr ayının əvvəli onun yanına gəlmiş və 3.100 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Cavabdeh1 arvadı X21 məxsus olan 3 karat brilyant, 42 qram qızıldan ibarət olan - briliant qaşlı üzük-sırğa dəsti; boyunbağı, 750 əyarlı; qolbağı ona verərək 3.000 ABŞ dolları (5.100 manat) pul aldı. Bir ay sonra 5.250 manat qaytarmalı və qızılları geri götürməli idi. İmranlı Cavabdeh1 ona tapşırmışdır ki, bu barədə heç kimə xəbər verməsin, bir aya pulu gətirib, qızılları geri götürəcəkdir. Bu səbəbdən o, heç kimə məlumat verməmişdir. . İmranlı Cavabdeh1 bir ay sonra 150 manat faizi ödəmədi və bildirdi ki, 5.250 manat borcun əvəzində verdiyi qızılları satsın. O, da qızılları verdiyi və borc aldığı Kəmalə adlı qadına bu barədə bildirmişdir. Kəmalə borcun əvəzində qızılların onda qalmasına razılaşmışdır. Bu gün də alınmış borc qaytarılarsa Kəmalə qızılları qaytarmağa razıdır. O, X20 digər qızıllarını görməmişdir, onların harada olmasından məlumatı yoxdur. X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, tərəfləri tanıyır. O, X20 anası X7 yaxın rəfiqəsidir. İmranlı Cavabdeh1 ilə X20 evlənməsinə vasitəçi olmuşdur. Onlar 2019-cu ilin yayında tanış olmuşlar və evlənmək qərarına gəlmişlər. Onun şəxsi avtomobili var və Fərəhəməxsus cehiz əşyalarını çil-çıraq, xalça, qablar, qazanlar, mələfə, məhrəba və sair əşyaları qonşuları Pərvanədən almışlar və öz avtomobili ilə oğlan evinə aparmışdır. X14 2020-ciilin may ayında onun avtomobilində Cavabdeh2 iş yerinə getmiş və onun yanında Cavabdeh2 mebel və elektrikli əşyaların alınması üçün 2.800 manat pul vermişdir. Pulun verilməsinə dair hər hansı bir yazılı sənəd alınmamışdır. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sübutları tam və hərtərəfləri araşdırıb, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları, işin faktiki halları və təqdim edilmiş sənədlərlə müəyyən edildi ki, X23 ilə İmranlı Cavabdeh1 10.07.2020-ci ildə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində 1486 nömrəli akt qeydi ilə rəsmi nikah bağlamışlar, 14.11.2020-ci ildə faktiki olaraq evlənmişlər və 14.11.2020-ci ildə X23 qaynanası Cavabdeh2 məxsus olan Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12 nömrəli evin 170 nömrəli mənzilinə gəlin köçmüş və cehiz əmlakını oraya gətirmişdir. 01.02.2021-ci il tarixdə X8 olaraq paltarlarını 4-5 torbaya yığaraq, İmranlı Cavabdeh1 evdən getdikdən bir saat sonra yaşadıqları Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12 nömrəli evin 170 nömrəli mənzilini tərk edərək, qapını özündə olan açaqla bağlayaraq anasının evinə getmişdir. Bu zaman o, evdə tək olmuş, əşyalarını yığmağa və aparmağa ona heç kim mane olmamışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli 2(004)-2039/2021 nömrəli qətnaməsi ilə X23 ilə İmranlı Cavabdeh1 arasında 10.07.2020-ci ildə bağlanmış nikah pozulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli 2(004)-2425/2021 nömrəli qərardadı ilə iddianı təmin etmə tədbiri tətbiq edilmiş və 30.03.2021-ci ildə qərardad icra edilmiş, ak tərtib edilmişdir. Aktda göstərilmişdir ki, qızıl-zinət əşyaları aşkar edilməmişdir. Həmçinin cavabdehlər qeyd etmişlər ki, mebellər və elektrikli məişət cihazları onların öz vəsaitləri hesabına alınmışdır, iddiaçının cehiz əmlakına aidiyyəti yoxdur. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdehlər İmranlı Cavabdeh1 və Cavabdeh2 izahatlarında iddia ərizəsində adları göstərilən və iddiaçıya məxsus olan cehiz əşyaları Cavabdeh2 məxsus olan Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12 nömrəli evin 170 nömrəli mənzilində yerləşdiyini, həmin cehiz əmlakını iddiaçıya qaytarmağa razı olduqlarını, iddianın bu hissəsinin təmin edilməsinə etiraz etməklərini bildirdilər. Bu səbəbdən məhkəmə aşağıda adları qeyd olunan əmlakların mübahisəsiz qaydada iddiaçıya qaytarılmalı olduğu qənaətinə gəlir və bu hissədə iddianı əsaslı hesab edir. Məhkəmə iddia tələbi qalan hissədə, yəni - “briliant qaşlarla bəzədilmiş nişan üzüyü - dəyəri 1.200 manat; Alyans üzük 750 əyarlı, 8 qram - dəyəri 800 manat; Briliant qaşla bəzədilmiş tək qaş üzük - dəyəri 1100 manat 750 əyarlı Halqa formasında qızıl sırğa 8,5 qram - dəyəri 830 manat; 15 qram qızıl boyunbağı - dəyəri 1.300 manat; klon - 14 qram - dəyəri 1.200 manat təşkil edən qızılzinət əşyalarının; həmçinin qonaq dəsti (1 divan, 2 kreslo, kamot, vitrin), yataq dəsti (şkaf, termo, taxt, stol, 02 ədəd tumba) - cəmi dəyəri 4 000 manat; Mətbəx mebeli - dəyəri 1 000 manat; Soyuducu - dəyəri 800 manat; ətçəkən maşın - dəyəri 60 manat; sokçəkən maşın - dəyəri 70 manat; ütü - dəyəri 60 manat; Tozsoran - dəyəri 85 manat; Elektrikli çaynik - dəyəri 20 manat; Elektrikli soba - dəyəri 110 manat; Paltaryuyan maşın - dəyəri 545 manat; 05 ədəd süfrə - dəyəri 250 manat; 01 ədəd yorğan, 01 ədəd döşək - 200 manat; Ağ dəhliz dolabı - dəyəri - 250 manat; Mətbəx stolu və 4 ədəd oturacağı - dəyəri - 250 manat; «Eurolux» markalı aspirator - dəyəri - 150 manat; «Elay» markalı qaz sobası - dəyəri - 130 manat; «Shvaki» markalı kondisioner - dəyəri - 400 manat; 12 ədəd boşqab dəsti - dəyəri - 26 manat ibarət olan cehiz əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması” hissəsində əsassız hesab edir və bu hissədə iddianın rədd edilməsi qənaətinə gəlir. Çünki, Cavabdeh2 məxsus olan Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12 nömrəli evin 170 nömrəli mənzilində yerləşən qonaq dəsti (1 divan, 2 kreslo, kamot, vitrin), yataq dəsti (şkaf, termo, taxt, stol, 02 ədəd tumba); Mətbəx mebeli; Soyuducu; ətçəkən maşın; sokçəkən maşın; ütü; Tozsoran; Elektrikli çaynik; Elektrikli soba; Paltaryuyan maşın; Ağ dəhliz dolabı; Mətbəx stolu və 4 ədəd oturacağı; «Eurolux» markalı aspirator; «Elay» markalı qaz sobası; «Shvaki» markalı kondisioner Cavabdeh2 məxsusdur, Cavabdeh2 həmin əşyaları toydan əvvəl almış və mənzilinə yerləşdirmişdir. Bu əşyaların Cavabdeh2 və İmranlı Cavabdeh1 məxsus olmasına dair 07.05.2020-ci il tarixli zəmanət talonları, təhvil-təslim aktı, 16.06.2020-ci il tarixli qaimə-fakturalar, həmçinin mətbəx mebelini 1.100 manata düzəldərək həmin mənzilə 2020-ci ilin may ayında quraşdırmış X2 arayışını, yəni yazılı sübutlarını cavabdehlər məhkəməyə təqdim etməklə, həmin əşyaların onlara məxsus olmasını sübuta yetirmişlər. Cavabdeh İmranlı Cavabdeh1 evləndiyi zaman X21 hədiyyə kimi verilmiş briliant qaşlı üzüksırğa dəsti - 10,8 qram, 0,72 sot; boyunbağı - 21,8 qram, 1 karat 32 sot, 750 əyarlı; qolbağ - 8,7 qram, 0,50 sot, 750 əyarlı - dəstini 4.000 manata Cavabdeh2 11.02.2020-ci ildə “Gənclik” Univermağında satıcı X12 almışdır. Bunu təsdiq edən satıcı X15 yazıvlı arayışını cavabdehlər məhkəməyə təqdim etmişlər. İddiaçı X21 hədiyyə kimi verilmiş briliant qaşlarla bəzədilmiş nişan üzüyü - dəyəri 500 manat; Alyans üzük 750 əyarlı, 2 qram - dəyəri 250 manat olan qızıl-zinət əşyalarını iddiaçı evdən gedərkən özü ilə aparmağa imkanı olmuşdur. İddiaçı X23 bu əşyaların cavabdehlərdə qalmasını və ona qaytarmaqdan imtina etdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddiaçı evdən gedərkən ona əşyalarını yığmağa heç kim maneə olmamış, sərbəst şəkildə geyim əşyaları toplamaqla, boşanmaq niyyəti ilə 01.02.2021-ci il tarixdə evi tərk etmişdir. Bu hal həmin əşyaların iddiaçının özündə olması qənaətinə gəlməyə əsas verir. Bundan başqa iddiaçı X23 cavabdehlərin ona briliant qaşla bəzədilmiş tək qaş üzük - dəyəri 1.100 manat; 750 əyarlı halqa formasında qızıl sırğa 8,5 qram - dəyəri 830 manat; 15 qram qızıl boyunbağı - dəyəri 1.300 manat; Klon 14 qram - dəyəri 1.200 manat olan qızıl-zinət əşyaları hədiyyə etdiyini iddia etsə də, cavabdehlər iddiaçıya belə əşyalar almadıqlarını və hədiyyə etmədiklərini bildirirlər. İddiaçı bu əşyaların mövcud olmasını və həmin əşyaların cavabdehlərdə olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı mebel və məişət cihazlarının ona məxsus olmasını, həmçinin 05 ədəd süfrə - dəyəri 250 manat; 01 ədəd yorğan, 01 ədəd döşək - 200 manat; 12 ədəd boşqab dəsti - dəyəri - 26 manat ibarət olan cehiz əşyalarının cavabdehlərdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı 21.01.2021-ci ildə və 01.02.2021-ci il tarixdə yaşadığı evdən çıxaraq anasının evinə gedərkən edə tək olmuş və mənzildə olan qızıl-zinət əşyaları onun özünün sərəncamında olmuş, onun sərbəst şəkildə qızıl-zinət əşyalarını götürməyə və çantasına qoyaraq özü ilə aparmasına imkanı olmuş və cavabdehlər buna mane olmamışdır. Belə ki, qızıl-zinət əşyalarının saxlanıldığı dolab və dolabın olduğu mənzil iddiaçının özünün istifadəsində və nəzarətində olmuşdur. Azərbaycan Renspublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı ona 4.000 manata alınmış briliant qaşlı üzük-sırğa dəsti - 10,8 qram, 0,72 sot; boyunbağı - 21,8 qram, 1 karat 32 sot, 750 əyarlı; qolbağ - 8,7 qram, 0,50 sot, 750 əyarlı – qızılzinət əşyalarının İmranlı Cavabdeh1 tərəfindən X4na 5.100 manata satıldığını sübuta yetirə bildiyinə görə, məhkəmə iddia tələbini həmin hissədə əsaslı hesab edir. Bu əmlakların İmranlı Cavabdeh1 alınaraq (aşkar olunmadıqda, onların dəyərinin) iddiaçı X21 qaytarılması qənaətinə gəlir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi - “briliant qaşlarla bəzədilmiş nişan üzüyü - dəyəri 1.200 manat; Alyans üzük 750 əyarlı, 8 qram - dəyəri 800 manat; Briliant qaşla bəzədilmiş tək qaş üzük - dəyəri 1100 manat 750 əyarlı Halqa formasında qızıl sırğa 8,5 qram - dəyəri 830 manat; 15 qram qızıl boyunbağı - dəyəri 1.300 manat; klon - 14 qram - dəyəri 1.200 manat təşkil edən qızıl-zinət əşyalarının; həmçinin qonaq dəsti (1 divan, 2 kreslo, kamot, vitrin), yataq dəsti (şkaf, termo, taxt, stol, 02 ədəd tumba) - cəmi dəyəri 4 000 manat; Mətbəx mebeli - dəyəri 1 000 manat; Soyuducu - dəyəri 800 manat; ətçəkən maşın - dəyəri 60 manat; sokçəkən maşın - dəyəri 70 manat; ütü - dəyəri 60 manat; Tozsoran - dəyəri 85 manat; Elektrikli çaynik - dəyəri 20 manat; Elektrikli soba - dəyəri 110 manat; Paltaryuyan maşın - dəyəri 545 manat; 05 ədəd süfrə - dəyəri 250 manat; 01 ədəd yorğan, 01 ədəd döşək - 200 manat; Ağ dəhliz dolabı - dəyəri - 250 manat; Mətbəx stolu və 4 ədəd oturacağı - dəyəri - 250 manat; «Eurolux» markalı aspirator - dəyəri - 150 manat; «Elay» markalı qaz sobası - dəyəri - 130 manat; «Shvaki» markalı kondisioner - dəyəri - 400 manat; 12 ədəd boşqab dəsti - dəyəri - 26 manat ibarət olan cehiz əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması” hissəsində rədd edilməli, qalan hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İmranlı Cavabdeh1 yaşadığı və Cavabdeh2 məxsus olan Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12 nömrəli evin 170 nömrəli mənzilində yerləşən və iddiaçı X21 məxsus olan adları aşağıda göstərilən cehiz əmlakları:

1. Televizor - dəyəri 730 manat;

2. 02 ədəd xalça - dəyəri 1.100 manat;

3. 02 ədəd gecə lampası - dəyəri 100 manat;

4. Mikser - dəyəri 40 manat;

5. Blender - dəyəri 30 manat;

6. 02 ədəd çilçıraq - dəyəri 450 manat;

7. Pərdələr (03 pəncərə üçün total) - dəyəri 750 manat;

8. Karaca markalı yataq dəsti - dəyəri 600 manat;

9. Yorğan dəsti (Türkiyə istehsalı) - dəyəri 100 manat;

10. Qab servisi - dəyəri 300 manat;

11. Qaşıq dəsti - dəyəri 300 manat;

12. 03 komplekt pastel - dəyəri 400 manat;

13. Madonna servis - dəyəri 200 manat;

14. 02 ədəd gümüş lokum qabı - dəyəri 50 manat;

15. 12 ədəd xrustal stəkan - dəyəri 60 manat;

16. 12 ədəd gümüş bakal - dəyəri 100 manat;

17. Yaşıl rəngli bogema qabı (06 ədəd sok bakalı, 06 ədəd şampan bakalı, 01ədəd konfet qabı) - dəyəri 200 manat;

18. Padnos dəsti - dəyəri 80 manat;

19. Karacadan 06 boşqablı tort qabı - dəyəri 50 manat;

20. Karaca markalı qazan dəsti - dəyəri 200 manat;

21. 02 ədəd şəkil çərçivə - dəyəri 100 manat;

22. 02 ədəd ədyal - dəyəri 100 manat;

23. Bıçaq və ədviyyat qabları - dəyəri 100 manat;

24. 02 ədəd xrustal konfet qabı - dəyəri 60 manat;

25. Göy rəngli bogema güldan və konfet qabı - dəyəri 60 manat;

26. 01 ədəd xrustal güldan dəyəri - 50 manat;

27. Kəpənək formalı çaynik servis - dəyəri 80 manat;

28. 12 ədəd xrustal nəlbəki - dəyəri - 30 manat;

29. 02 ədəd mürəbbə qabı - dəyəri - 80 manat;

30. Dəst kampot servisi - dəyəri 120 manat;

31. Qızılı rəngdə komplekt qablar - dəyəri 80 manat;

32. 01 ədəd yorğan, 01 ədəd döşək, 04 ədəd balış - dəyəri 500 manat;

33. «Qalaksi» markalı qazan - dəyəri - 60 manat;

34. Fiqur saat - dəyəri - 50 manat;

35. 2 ədəd mavi balaca güldan - dəyəri - 30 manat;

36. «HP» markalı notbuk kompüteri - dəyəri 2.000 manat;

37. 2 ədəd mələk fiqur - dəyəri - 40 manat;

38. 2 ədəd güllü çuqun qazan- dəyəri - 50 manat;

39. Soba üçün şüşə qab - dəyəri - dəyəri 20 manat;

40. 24 ədəd boşqab dəsti - dəyəri - 54 manat;

41. «Karaca» markalı çaynik - dəyəri - 90 manat;

42. 12 ədəd su bakalı - dəyəri - 24 manat;

43. 6 ədəd qaşlı bokal - dəyəri - 30 manat;

44. 2 ədəd salat qabı - dəyəri – 6 manat;

45. 2 ədəd şüşə şirniyyət qabı - dəyəri - 20 manat;

46. 1 ədəd çərəz qabı - dəyəri - 20 manat;

47. 3 mərtəbəli şirniyyat qabı - dəyəri - 50 manat;

48. Kasa nabor - dəyəri - 30 manat;

49. Qəhvəyi rəngli meyvə və konfet qabı - dəyəri - 40 manat;

50. 6 ədəd qəhvəyi rəngli ədviyyat qabı - dəyəri - 30 manat;

51. Xrustal yumru salat qabı - dəyəri - 25 manat;

52. «Tefal» markalı qarışıq nabor - dəyəri - 30 manat;

53. 3 ədəd göy qapaqlı süfrə qabı - dəyəri - 15 manat;

54. 2 nəfərlik qaşlı çay naboru - dəyəri - 15 manat;

55. Tort kəsmək üçün nabor - dəyəri - 20 manat;

56. Qəfədan - dəyəri - 15 manat;

57. Qapaqlı tort qabı - dəyəri - 20 manat;

58. Aşsüzən - dəyəri - 15 manat;

59. 6 ədəd plasmas qabı - dəyəri - 20 manat;

60. Dəmir qapaqlı şüşə konfekt qabı - dəyəri - 20 manat;

61. Suşulka paltar üçün - dəyər - 35 manat;

62. Suşulka boşqab üçün - dəyəri - 20 manat;

63. 4 ədəd ağ balaca ədviyyat qabı - dəyəri - 30 manat;

64. 3 ədəd şvabra - dəyəri - 60 manat;

65. 1 ədəd balaca çaynik - dəyəri - 5 manat;

66. Çörək qabı - dəyəri - 10 manat;

67. 6 ədəd yemək qarışığı, 6 ədəd çay qaşığı, 6 ədəd çəkgəl, 6 ədəd bıçaq, 6 ədəd tort çəngəli, 2 ədəd uzun mürəbbə qaşığı, 1 ədəd qoz sındıran, 1 ədəd pizza kəsən, 1 ədəd şirniyyat götürən və 1 ədəd ət döyən - dəyəri 50 manat;

68. Maral mavi fiqur - dəyəri - 50 manat; Bu əşyalar aşkar olunmadıqda isə onların dəyəri və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər İmranlı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı X21 qaytarılsın. Cavabdeh İmranlı Cavabdeh1 ümumi dəyəri 5.100 manat olan qızıl-zinət əşyaları (briliant qaşlı üzük-sırğa dəsti - 10,8 qram, 0,72 sot; boyunbağı - 21,8 qram, 1 karat 32 sot, 750 əyarlı; qolbağ - 8,7 qram, 0,50 sot, 750 əyarlı), bu əmlaklar aşkar olunmadıqda, onların dəyəri alınaraq iddiaçı X21 qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar