Məhkəmə qərarları › İş №2(004)-2425/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2425/2023

01.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2425/2023 01.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərcin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əlavə xərcin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 fevral 2010-cu il təvəllüdlü X1 ilə bağlı əlavə xərclərdə iştirakının təmin edilməsi məqsədilə Cavabdeh hər ay 1000 manat pul məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 30 dekabr 2008-ci il tarixdə ailə qurmuşdur. Birgə nikahdan 10 fevral 2010-cu il təvəllüdlü X9 dünyaya gəlmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2015-ci il tarixli 2(004)-2638/2015 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2015-ci il tarixli 2(004)-2638/2015 nömrəli qətnaməsi ilə 10 fevral 2010-cu il təvəllüdlü X9 onun yanında saxlanılması qət edilmişdir. X5 yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır formalı davamlı və impulsiv olan davranış pozuntusu, həmçinin nitqin spesifik pozuntusu vardır. Yusuf Hüseynlinin səhhətində yaranmış bu xəstəlikləri mövcud tibbi sənədlər də təsdiq edir. Yusuf Hüseynlinin müalicəsi ilə bağlı bütün xərcləri həm nikahda olduqları vaxt, nikahları pozulduqdan sonra bir ana kimi təkbaşına çəkmiş və çəkməkdə də davam edir. Yusuf Hüseynlidə yuxarıda göstərilən xəstəliklər üzrə tam diaqnoz 2020-ci ildə qoyulmuşdur. Amma, artıq 4 yaşından Yusufda həmin xəstəliklərin bütün əlaməltəri müşahidə edildiyindən o, Yusufu nevropotoloq, psixiatr, psixoloq və loqoped yanına aparmışdır. Hal-hazırda beyinin geriləməsinin və nitqin ciddi pozuntuları ilə bağlı olaraq psixiatr, loqoped və psixoloqun yanına aparır. Loqoped hər dəfə Yusufa 15-20 seans təyin edir. O, seansların hər biri üçün Yusufun anası olaraq təkbaşına 50 manat ödəyir. Həmçinin uşağı hər dəfə psixiatra və psixoloqa müalicəsi məqsədilə apardıqda da onun xərcini özü çəkir. Bir dəfə 2021-ci ilin dekabrında Yusufun alt çənəsinin qabağa çəkilməsi üçün atası Eldarla birlikdə xirurqstomatoloqun yanına getmişlər. Onlara orada bildirmişlər ki, yalnız alt çənənin qabağa çəkilməsi 2000 manat pula başa gəlir. Həkim onlara Yusufda həm alt çənə, həm də üst çənənin qabağa çəkilməli və breket qoyulmalı olduğunu bildirmişdir. Bunun isə xərci ümumilikdə 4.000 manat puldan baha başa gəlirdi. Yusufun atası Eldar bunu eşitdikdən sonra bir daha onlarla əlaqə saxlamamışdır. Hal-hazırda uşaqda skaleoz - onurğanın əyilməsi xəstəliyi yaranmışdır. Yusufda uşaqlıqdan sümüklərdə çatışmazlıq - kalsi çatışmazlığı var idi. O, hər dəfə Yusufa kalsi alır. O, beynin inkişafı ilə bağlı olaraq Yusufa ilin on iki ayı qəbul etməsi üçün balıq yağı alır. Həmçinin Yusufa beyin və sümüklərlə əlaqədar daimi qəbul etməsi üçün vitamin D alır. Yuxarıda göstərilən xəstəliklərlə bağlı olaraq uşağın xarici ölkələrdə müalicəyə ehtiyacı vardır. Yusufun bütün müalicə xərclərini anası olaraq onun çəkməyinə baxmayaraq, Cavabdeh məhkəmənin təyin etdiyi alimentin azaldılması tələbilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 5009/2022 JVnli Qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2638/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, alimentin miqdarı azaldılmışdır. Onun apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1058/2023 nömrəli qətnaməsi ilə verdiyi apellyasiya şikayət təmin edilmiş və Yasamal Rayon Məhkəməsinin 2(004)-5009/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh iddia tələbi təmin edilməmişdir. Bundan başqa, Cavabdeh təyin edilmiş alimenti heç vaxtlı-vaxtında ödəmir, onu icra şöbələrində süründürür. Hüseynov X8 Yusuf Eldar oğlu barədə maraqlanmır, onun müalicəsi üçün ona heç bir maddi yardım göstərmir. Hal-hazırda oğlunun bütün müalicə xərclərini anası olaraq o ödəyir. O, özü də heç bir yerdə işləmir. Yuxarıda da qeyd etdiyi kimi göstərilən xəstəliklərlə bağlı olaraq uşağın xarici ölkələrdə müalicəyə ehtiyacı vardır. Uşağı xarici ölkəyə müalicəyə aparmağa isə onun maddi imkanı yoxdur. Maddi cəhətdən imkansızlığına görə və hazırda uşağın atasının müalicə xərclərində iştirak etməməsi səbəbindən bütün bunları ana olaraq o, təkbaşına həyata keçirə bilməz. Yusufun müalicə xərclərinə atası - Yusufun babası kömək edir. O, yaşlı insandır. Nə qədər və nə vaxta qədər kömək edə bilər. Yusufun atası Eldar həyatda ola-ola onun müalicə xərclərini babası çəkməməlidir. Hesab edir ki, Yusufun müalicə və digər xərclərində bir valideyn kimi Cavabdeh onunla birlikdə iştirak etməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh 600 manat aliment ödəyir və həmin məbləği çətinliklə ödəyir. Uşağın bir çox xəstəlikləri var. Vaxt getdikcə səhhətində yeni problemlər yaranır. Onun daimi qulluğa ehyiyacı vardır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, uşağa baxmaq hər iki valideynin borcudur. İddiaçı işləmir və işləməməsini uşağa baxmaqla əsaslandırır. Bu qəbul olunmazdır. İddiaçı uşağa baxırsa bunun üçün müvafiq orqana müraciət edərək müavinət almalıdır. Bundan başqa, 2 dərəcəli əlilliyi olan şəxsin xüsusi qulluğa ehtiyacı yoxdur. İddiaçı uşağın saxlanması üçün yüksək məbləğdə, yəni 600 manatdan yuxarı aliment alır. Həmçinin, Tibbi sığorta haqqında qanuna əsasən tibbi müayinə və müalicə ödənişşis həyata keçirilir. Bundan başqa, iddiaçı real xərclərə dair heç bir sübut təqdim etməmişdir. Uşağın xəstə olması ona hər ay tələb edilən məbləğdə xərc çəkilməsinə əsas vermir. Vitamin D və Kalsi çatışmazlığı sağlam uşaqlarda da rast gəlinir və həmin dərmanların alınması üçün yüksək xərc tələb edilmir. Hesab edir ki, iddia qərəzli şəkildə verilmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2015-ci il tarixli 2(004)-2638/2015 nömrəli qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 30 dekabr 2008-ci il tarixdə 869 nömrə ilə Nərimanov rayon qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahdan anadan olmuş uşaqları xx.xx.2010-cu il təvəllüdlü X2 Aygün Məmməd qızının yanında qalması və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh xx.xx.2015-ci il tarixdən başlayaraq aylıq gəlirinin dörddə bir hissəsi miqdarında aliimentin hər ay alınıb cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi M. Qəmbərov adına 5 nömrəli Uşaq pliklinikası tərəfindən verilmiş ambulator çıxarışdan görünür ki, X6 F92.8 - digər qarışıq davranış və emosiya pozuntukları diaqnozu qoyulmuş və göndəriş verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 Həkim Psixiatr Komissiyasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X6 yüngül kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davraniş pozuntulari ilə İQ54 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə yüngül dərəcəli əqli gerilik, yüngül kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davraniş pozuntulari ilə İQ54 diaqnozu qoyulmuş və müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İş materiallarından da göründüyü kimi, tərəflərin birgə nikahdan olan uşaqları X9 “yüngül dərəcəli əqli gerilik, yüngül kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davraniş pozuntulari” diaqnozu yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusundan əziyyət çəkir və müalicəyə ehtiyacı var. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından olan azyaşlı uşağının xəstəliyi ilə bağlı daimi müalicəyə ehtiyacı olması iş materialları ilə sübuta yetirildiyindən, iddiaçının “uşağın sağalmasına kimi cavabdehdən hər ay sabit olaraq əlavə xərcin xeyrinə tutulması” tələbinin qanuni əsasının (Ailə Məcəlləsinin 81-ci maddəsinin) dispozitiv şərtləri mövcuddur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bu mənada məhkəmənin qənaətinə görə, əlavə xərclərlə bağlı sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşdüyündən, məhz o, həmin xərclərin məbləğinin 1000 manat olduğunu sübut etməli olmuşdur. Lakin iddiaçı, uşağın xəstəliyi ilə əlaqədar hər ay 1000 manat əlavə xərcin çəkilməli olduğuna dair mötəbər sübut təqdim etməmişdir. Həmçinin, əlavə xərclərə cəlb olunduğu zaman uşaq yanında saxlanılmayan valideynin maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə uşağın saxlanması üçün cavabdeh tərəfindən iddiaçıya 600 manat məbləğində aliment ödənilməsini də nəzərə alaraq, hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X4 müalicə xərci üçün əlavə xərcin ayda 100 (yüz) manat müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Məhkəmə həmçinin hesab edir ki, müalicə xərci iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin norma Ailə Məcəlləsinin “Ailə üzvlərinin aliment öhdəlikləri” adlanan beşinci bölməsində, “Valideynlərin və uşaqların aliment öhdəlikləri” adlanan Xİİİ fəslində yer alır. Bu səbəbdən məhkəmə hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək müalicə xərci üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində əlavə xərc məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək müalicə xərci üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində əlavə xərc məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar