Məhkəmə qərarları › İş №2(004)-2433/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2433/2022

11.04.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2433/2022 11.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı Kreditor "xxxx" ASC-nin məhkəmə əmri haqqında ərizəsinə baxaraq Müəyyən etdim: Kreditor məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Borclu Baloğlan oğlunun əsassız varlanması nəticəsində yaranmış və kreditora olan 145,32 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 100 manat dövlət rüsumunun borcludan tələbkarın xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə əmri haqqında ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, ərizəyə tələbkar tərəfindən 16 may 2021-ci il tarixli, ******************** saylı müqavilə üzrə kart hesabından çıxarış əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.1-ci maddəsinə əsasən Məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Həmin məcəllənin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə əmrinin verilməsi haqqında ərizədən imtina edilir. Həmin məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlərə əsasən, hesab edirəm ki, kreditor tərəfindən verilmiş tələbi təsdiq edən sənədlər tam təqdim olunmadığından məhkəmə əmri haqqında ərizənin qəbu edilməsindən imtina olunmalı və tələbkara izah olunmalıdır ki, ərizənin qəbul edilməsindən imtina olunması tələbkarın həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Tələbkar "xxxx" ASC-nin məhkəmə əmrinin çıxarılması barədə ərizəsindən imtina edilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Təhminə Xəlilova İş № 2(004)-2433/2022 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Yasamal Rayon Məhkəməsi Hakim Xəlilova Təhminə Cəmil qızı Kreditor "xxxx" ASC-nin məhkəmə əmri haqqında ərizəsinə 11 aprel 2022-ci il tarixdə, saat 15:30-da Bakı şəhərində məhkəmənin binasında baxaraq, məhkəmə əmrinin çıxarılmasından imtina edilməsi barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 15:50-də başa çatdı. Protokol 11 aprel 2022-ci il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar