Məhkəmə qərarları › İş №2(004)-2443/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2443/2022

08.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2443/2022 08.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X18 oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 Qonaq dəsti: Ağ qorka başı gümüşü naxışlı; 1Stol, 6 ədəd sutul paxlava naxışlı, ortası qaşlı ağ rəngli; künc divan- küncləri ağ dəri, oturacaq yeri qara, paxlava naxışlı, ortası qaşlı, 4 künc yastıq ortası qaşlı (karişni); jurnal stolu qara əyaqları gümüşü, Yataq dəsti; Şifoner - güzgülü qara qızılı naxışlı; taxt başı qızılı naxışlı; termo- iki tumuçalı; kuxna stolu qara, iki ədəd stul qırmızı, cəmi 5000 (beş min) manat; uşaq yatağı- ağ qızılı butalı; yorğan, döşək, yastıq naxışlı sıranmış, cəmi 400 (dörd yüz) manat; Soyuducu-LG metalik rəng, 1000 (min) manat; Paltar yuyan 6 kq, LG metalik 700 (yeddi yüz) manat; Televizor-107 LG plazma 1000 (min) manat; Qaz peçi qara, 300 (üç yüz) manat; Aspirator-qara 250 (iki yüz əlli) manat; Lüstur- xurustal 6 ədəd- şamdam, dörd künc 6 lampalı, ağ nikgel; Zambaq 6 lampalı qarşıq rəngli. Muzukalnı; iki dəyirmi qızılı zəng. 570 ( beş yüz yetmiş) manat; Pərdələr: qonaq otağı- südrəng Qloçiya firm; yataq otağı- qara tül qızmızı naxışla; kuxna-qara-qırmızı naxışlı; uşaq otağı- südrəng toxunma naxışlı; 4 ədəd günlük cəmi 470 (dörd yüz yetmiş) manat; Pakrival- qara qırmızı; Pakrival tək çarpayı- süd rəng, gümüşü zərli parçadan bantovkalı. 160 (yüz altmış) manat; yun adyal-sarı güllü 90 manat; Sentafon yorğan yaşıl, kala güllü 40 manat; Yorğan döşək 3 dəst naxışlı sranmış 600 manat; Yastıqlar- 4ədəd tük yastıq 60 manat; 2 ədəd sentifon yastıq 30 manat; Xalçalarsüdrəng qonaq otağı 300 manat; Mətbəxt üçün qara qırmızılı 100 manat; Kalidor üçün ağ ramaşkalı güllü 90 manat; süfrə qəhvəyi rəngdə gül toxnuşlu 80 mant; Qorka qablar kampot qabı qara qaşlı 130 manat; ağ qara qaşlı 150 manat; yataq otağı xalçası qara qırmızılı 100 manat; Vaz qızıllı qulplu 80 manat; konfet qabı qızılı qaşlı 70 manat; Xurustal bakallar 6 ədəd çexski 65 manat; Konfet qabı gümüş qaşlı 115 manat; Qənd qabı gümüş qaşlı 50 manat; Bagema 4 ədəd- 2 vaz, 2 konfet qabı cəmi 150 manat; Şirniyat qabı mərtəbəli gümüşü dəmirlə 58 manat; meyvə qabı yekə gümüşü dəmirlə 25 manat; Ləpə qabı gümüşü 4 gözlü 2 ədəd 54 manat; Podnos 3 ədəd qızılı qulplu oval formada 65 manat; Ət çəkən maşın 270 manat; Sok çəkən maşın 80 manat; Mikser qabla 30 manat; Qazan dəsdi nikgel 90 manat; Ütü 45 manat; Ütü stolu 58 manat; Dıxofka 110 manat; Dvd NP-4 70 manat; Tefal aş qazanı şüşə qapaqlı 38 manat; Qazan çuğun 2 ədəd ağ qırmızı güllü 25 manat; Aş süzən nikgel 12 manat; Paltar setkası 8 manat; Boşqab dəsti göy zeyli 63 manat; Boşqab dəsdi ağ qara naxşlı 70 manat; Ağ bakal 12 ədəd 18 manat; bakal 6 ədəd qara naxışlı 10 manat; Xurustal stəkan 24 ədəd 12 limonlu, 12 ağ dumanlı naxışlı 50 manat; Armudu xrustal stəkan 6 ədəd 15 manat; Nəlbəki metalik 24 ədəd 35 manat; Armudu nəlbəki metalik 8 manat; tort qabı dəsti qara qırmızı güllü 10 manat; Şimiyat qabı 2 ədəd ağ qırmızı naxışlı 12 manat; Mətbəx naboru 21 manat; Ədva qablan südrəng naxışlı 30 manat; Qaşıq-çənkəl dəsti 24 ədəd 65 manat; Ləyən çuğunnan göy qırmızı 25 manat; Vaz ayaqlı şüşədən 18 manat; Güldan künc üçün 40-45 cəmi 85 manat; Pendir qabı şüşədən 5 manat; Mürəbbə qabı 8 manat; Ləyən nikgel 13 manat; Kartof soğan qabı 3 ədəd 12 manat; Pol vedrəsi 16 manat; Tablo Quran yazlı 33 manat; Yataq dəstləri (pastellər) yaşıl toxunma güllü taxt dəsdi 50 manat; Gümüşü rəng taxt dəsti 48 manat; Kitab taxt dəsti güliü 45 manat; Bənövşəyi güllü 45 manat; Tək adamlıq dəst qara qırmızı 30 manat; Tək adamlıq ağ qırmızı 30 manat; Sarı ortası güllü prastina dəsti 28 manat; Əl üz məhraba güllü 12 manat; Əl üz məhrabası qarşıq rəngli 10 manat; Əl-üz məhrabası bənövşə rəng 13 manat; Can məhrabası qəhvəyi qarşıq 18 manat; Çay məhrabası 6 ədəd 8 manat; Çay dəsmalı meyvəli 9 manat; Süfrə ağ qara 12 manat; Oyuncaq mişka pələng 60 manat; Oyuncaq ördək balaları ilə 35 manat cehiz əşyaları və ya cehiz əşyalarının dəyəri olan cəmi 14.251 (on dörd min iki yüz əlli bir) manat pulun tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Nigah haqqında şəhatətnaməyə əsasən X8 ilə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həmin nikahdan 20 avqust 2015-ci il tarixdə anadan olmuş X5 adında bir övladları olmuşdur. Qeyd edir ki, mərhum əri İrşad Məmmədovla xx.xx.2015-ci il tarixdə nigahılarını rəsmiləşdirslər də, 22 avqust 2014-cü il tarxdən faktiki olaraq ailə həyatı qurduqları ilk gündən cehizləri ilə birlikdə əri İrşad Məmmədova məxsus ünvan 1 ünvanda yerləşən həyət evinə köçərək birlikdə həmin ünvada yaşamışlar. 28 iyul 2018-ci il tarixdə əri İrşad Məmmədov istehsalat qəzası nəticəsində elektrik cəryanının vurması səbəbindən iş başında həlak olmuşdur. X17 dəfn mərasimi Şəmkir rayonunda yerləşən ata evində təşkil olunduğundan hamısı Şəmkir rayonuna gedərək dəfn mərasimdə iştirak etmişlər. Lakin dəfndən sonra yaşadıqları ünvan 2 ünvanda yerləşən həyət evlərinə qayıdanda qayınanası Cavabdeh onu azyaşlı qızı ilə birlikdə yaşadıqları mənzildən qovmuş və bir daha həmin mənzilə buraxmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkənməsinin 2(001)-825/2019 saylı, 09 iyul 2019-cu il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı azyaşlı qızı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsi döngə 10, 20 saylı fərdi yaşayış evinə köçürülməyi və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş № 2( 103)-12190/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-1955/2020 saylı, xx.xx.2020- ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın 05 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-5712/2020 saylı, xx.xx.2020-ci il qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-1007/2021 saylı, xx.xx.2021- ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-mn 2( 103)- 5113/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2019- cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaları təmin edilməmişdir. Ali Məhkəmənin MK-nın 2(l02)-6398/2021 saylı, 14 dekabr 2021 -ci il tarixli qəran ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin nömrəsinin 20 və ya 18B olması halını tərəflərin iştirakı ilə aydılaşdırılmış və eyni zamanda icra hakimiyyəti tərəfindən verilmiş rəsmi sənədlə müəyyən edilmişdir ki, iddiaçının köçmək istədiyi mübahisəli mənzil cavabdehin mülkiyyətində olan 18B saylı mənzildir. Məhkəmə aktlarından göründüyü kmi onun azyaşlı qızı ilə birlikdə cehiz əşyalarının yerlıəşdiyi fərdi yaşayış evinə köçürülməyi məhkəmə qətnaməsi ilə mümkün olmadığından həmin fərdi yaşayış evində yerləşmiş və Cavabdeh tərəfindən dağıdılaraq satılan cehiz əşyalarımın naturada qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Eyni zamanda Bakı şəhər Binəqədi rayon məhkəməsinin iş №2(001)-825/2019 saylı, 28 sentyabr 2018-ci il tarixli qəradadı əsasında iddianın təmiri tədbiri barədə Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli akt tərtib edilərək icra sənədi üzrə borclu Cavabdeh məhkəmə icraatı başa çatana qədər mübahisəli mənzlin Cavabdeh və başqa şəxslər tərəfindən başqa şəxslərə satılması, kirayə verilməsi və həmin mənzildə yerləşən bütün cehiz əşyaların və digər əmlakımın dağıdılaraq çölə tökülməsi kimi hərəkətlər Cavabdeh və başqa şəxslərə qadağan edilmişdir. İcra məmuru həmin hərəkətləri video çəkliş edərək aparmışdır. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdmi edərək iddia 4 ildən artıq vaxtr keçdiyinə görə verildiyindən, iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, cehizləri məhv olunduğuna görə dəyən maddi ziyanı tələb edir. Yoldaşı rəhmətə getdikdən sonra keçmiş qaynanası onu İmişliyə aparmış və onu artıq tanımadığını bildirmişdir. Evin sənədlərinin hamısı rəhmətlik yoldaşnın adına olmuşdur. Arifə xanım saxta sənəd düzəldərək evi satmışdır. Onunla bağlı istintaq orqanlarına müracət etmiş və halhazırda istintaq gedir. Evinin satıldığını təsadüfən Youtube internet protalında görmüşdür. İddia ərizəsində qeyd etdiyi bütün cehiz əşyalarını anası ilə birlikdə almışdır. Anası qəpikqəpik yığdığı pul ilə cehiz əşyalarını almışdır. Cehizlərin bir qismini isə lotoreya oynayaraq almışdır. Cehizləri Masallıda yerləşən İnci mebel salonundan və Sədərək Ticarət Mərkəzindən almışdır. Qaynanası onlara məxsus evi saxta sənədlər düzəldərək satmışdır. Hal-hazırda prokurorluqda istintaq gedir və iddiaçı zərəçəkən şəxs qismində tanınmışdır. Cehiz əşyalarının hamısı yadındadır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, cehiz əşyalarının hər birini əlamətləri ilə deyə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabeh bildirmişdir ki, iddiaçı onun evinə gəlin gəlməmişdir. Vüsalənin kimin evindən gəlin çıxdığını bilmir. Onun cehizləri cavabdehin evində olmamışdır. Həmin əşyaları cavabdeh özü almışdır. Vüsalənin tələb etdiyi əşyaların hamısı onun evində əvvəldən olmuşdur.Onun gətirdikləri yorğan-döşək, mətbəx stol-stulu, qab-qacaqdır. Onun ailəsinin 14 min manatlıq cehiz almaq imkanı yoxdur. Daha sonra bildirmişdir ki, məhkəmənin ondan hansı məbləğdə pul tutlması barədə qətnamə qəbul etməsindən asılı olmayaraq Vüsaləyə 1 manat da verməyəcəkdir. İddia tələbinin rədd olnuması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirmiş və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində ifadə verən X4 bildirmişdir ki, cehizlərin bəzədilməsində iştirak etmişdir. Cehizlərin bir qismi onun evindən getmişdir. Belə ki, alınan cehizlərin bir qismi çilçıraqlar, pərdələr və s. onun evinə yığılmış, mebellərin gəldiyini bildikdən sonra onlarda olan əşyaları aparmışlar. Cehiz bəzədiyinə görə Arifə xanım ona ətir və bir qutu şokolad vermişdir. Onun o evdə gördüyü 2 otaq və mətbəx mebeli olmuşdur. Qalan hər şey Vüsalə xanıma məxsusdur. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində ifadə verən X11 bildirmişdir ki, Masallıda yerləşən İnci mebel salonunda çalışır. Cehiz almağa Vüsalə xanım anası və başqa 2 şəxslə gəlmiş, 5000 manatlıq cehiz almışdırlar. Həmin cehizlərin qeyd edildiyi satış dəftərini məhkəməyə təqdim edir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, alınan mebeller yataq dəsti, siyah ayaq, iki qapılı servant, stol-stul krem rəngdə, künc dəsti qaşlı, qırmızı rəng mətbəx stol-stulu, şüşə jurnal masası olmuşdur. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində ifadə verən X7 bildirmişdir ki, İmişlidən qutuları o gətirmişdir. Qab-qacaq, gəbə kilim gətrimişdir. Gətirdiyi əşyaların içində mebel olmamışdır. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində ifadə verən X3 bildirmişdir ki, Vüsaləgili mebel almağa o aparmışdır. Taksı kimi getmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində ifadə verən X6 bildirmişdir ki, Vüsalə onun qızıdır. Qızı ilə Arifə xanımın oğlu 2012-ci ildə nişanlanmışlar. 2 il nişanlı qalmışlar. Arifə xanım ev olmayana qədər toy etməyəcəyini bildirmişdir. Mebelləri toydan 1 ay əvvəl almışlar. Hər bir cehiz əşyasını vermişdir. O bu cehizləri 1 ay müddətində almamışdır, illər boyu 5-6 il ərzində yığmışdır. İş materiallarında olan Əlavə №1-dən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə Yataq dəsti Sultan, sultan 2 qapı, stol-stul, qaşlı künc divan, qırmızı rəng kuxna stol-stulu, şüşə jurnal masası almışdır. İş materiallarında olan İnci mebel tərəfindən verilmiş qəbzdən görünür ki, Həsənova Lətifə mebel salonuna 5000 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 2(004)-8361/2018 saylı, xx.xx.2018-ci tarixli qərardadından görünür ki, mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin kirayə verilməsi, satılması, həmçinin həmin evdə olan cehiz əyşaları siyahıya alınaraq çölə tökülməsi kimi hərəkətlərin edilməsi Cavabdeh və başqa şəxslərə qadağan edilmişdir. İş materiallarında olan Binəqədi rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Hüseynov Ə., icra məmurları Ş.Şirinov, Allaheverdiyeva N., tələbkar İddiaçı, iddiaçının vəkili Mehrəliyev C., borclu Cavabdeh, borclunun nümayəndəsi Qənbərov H., , hal şahidləri Məmmədli N., Rzayev S. iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 2(004)-8361/2018 saylı, xx.xx.2018-ci tarixli qərardadının icrası ilə əlaqədar ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində borclu Cavabdeh fərdi yaşayış evinin kirayə verilməsi, satılması, həmçinin həmin evdə olan cehiz əyşaları siyahıya alınaraq çölə tökülməsi kimi hərəkətlərin edilməsinin qadağan edilmiş, ona AR Cm-in 303-cü maddəsinin məsuliyyəti izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-6398/2021 saylı qərarı ilə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Cavabdeh oğlu X8 ilə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan ərinin yaşadığı ünvan 4 ünvanında yerləşən evə köçmüş və orada yaşamışdır. Birgə nikahdan Vüsalə və İrşad Məmmədovların xx.xx.2015-ci il tarixdə bir uşaqları olmuşdur. xx.xx.2018-ci il tarixdə İrşad Məmmədov bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Həmin qərarla Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5113/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Zərər çəkmiş şəxs kimi tanıma haqqında qərardan görünür ki, Cavabdeh İddiaçı maddı zərər vurmuşdur. Qeyd olunanlara əsasən İddiaçı zərər çəkmiş şəxs kimi tanınması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 9/5857 saylı ekspert rəyindən görünür ki, iş materiallarında göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 12874 manat müəyyən edilir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cehiz əşyalarının dəyəri ektpert rəyinə müvafiq olaraq 12874 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iş materialları, şahid ifadələri və iş materiallarında olan digər sübutlarla İddiaçı cavabdehin oğlu X8 ilə nikaha daxil olaraq ərinin yaşadığı ünvan 4 ünvanında yerləşən evə köçüb orada yaşadığı , həmin evə cehiz əşyaları apardığı, xx.xx.2018-ci il tarixdə İrşad Məmmədov bədbəxt hadisə nəticəsində vəfat etdikdən sonra cavabdehin iddia ərizəsində qeyd edilən cehiz əşyalarını evlə birgə özgəninkiləşdirdiyi müəyyən edilmişdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 cehiz əşyalarının dəyəri olan 12874 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar