Məhkəmə qərarları › İş №2(004)-2448/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2448/2022

08.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2448/2022 08.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı X1 "xxxx" ASC-yə qarşı əmək haqqı tələbinə dair mülki işə baxaraq, Müəyyən etdi: İddiaçı X1 "xxxx" ASC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş məzmunundan görünür ki, iddiaçı X1 "xxxx" ASC tərəfindən 14.07.2012-ci il tarixdən 11.04.2016-cı il tarixədək işlədiyi dövrdə yekun maaşlar kimi aldığı 750 manat məbləğindən Dövlətə vergi və onun pensiya fondu üçün Dövlət Sığorta Şəhadətnaməsinin hesabına pul vəsaitlərinin ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddianın predmeti inzibati oqranla bağlıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddiaçıya müvafiq inzibati orqana müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçıya inzibati icraat qaydasında müvafiq icra hakimiyyəti orqanına və ya Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməldir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı X1 "xxxx" ASC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçı aidiyyatı üzrə müvafiq icra hakimiyyəti orqanına və ya inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar