Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2457/2025 06.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2rşı “hər gecikdirilmiş gün üzrə əmək haqqının bir faizi məbləğində ödənişin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2rşı “hər gecikdirilmiş gün üzrə əmək haqqının bir faizi məbləğində ödənişin edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ödənilmiş dövlət rüsumunun və hər gecikdirilmiş gün üzrə əmək haqqının bir faizi məbləğində ödənişin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1980-ci il tarixdə Bakı şəhər Texniki İnventarlaşdırma Bürosunda texniki inventarzator vəzifəsinə qəbul olunmuş, həmin tarixdən qeyd olunan təşkilatda və onun hüquqi varisi olan təşkilatlarda müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2016cil tarixindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işləyir.Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli rəyinə əsasən, ona İİ dərəcəli əlillik təyin edilmişdir. O, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 noyabr 2017-ci ildən 02 dekabr 2020-ci il tarixinədək 313 gün ərzində artıq işlədiyi 313 saatın, 09 dekabr 2019-11 dekabr 2019-cu il tarixinədək 3 gün işlədiyi tam iş vaxtının, 2012- 2014-cü illərdə məzuniyyətdə olduğum vaxt işlədiyi 66 gün, 2015-2016-cı illərdə məzuniyyətdə olduğum vaxt işlədiyi 30 gün üçün əmək haqqının və 50 min manat mənəvi ziyanın ona ödənilməsi, eləcə də, hazırda icra etdiyi əmək funksiyama görə qısaldılmış iş vaxtı tətbiq edilməklə ounla bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-572- /2023 saylı qətnaməsi ilə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, 2012-2014-cü illər üzrə 66 gün, 2015-2016-cı illər üzrə 30 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 gün məzuniyyətdə olduğu vaxt işlədiyi tam iş vaxtının və 313 gün ərzində (xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək) artıq işlədiyi 313 saat qeyd edilən illər üzrə əmək haqqınına uyğun hesablanmaqla və mənəvi ziyana görə 500 manat cavabdehdən tutularaq ona ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2(102)-2272/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinion xx.xx.2023-cü il tarixli, 2(103)- 572-/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə iddianın təmin olunmuş hissəsində dəyişdirilmən saxlanışmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 20103)-572/2023 saylı icra vərəqəsi ilə məhkəmə qərarı Yasamal Rayon İcra Söbəsi tərəfindən tam icra edilməmişdir. Belə ki, borclu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi saxsi 2012-2014-cü illər üzrə 66 günün. 2015-2016-ci illər üzrə 30 günün. xx.xx.2019-cu il tarixdan xx.xx.2019-cu il tarixədək 3 gün məzuniyyətdə olduğu vaxt işlədiyi tam iş vaxtın yeddi saat olmaqla bir qatı ödənilmiş, hər günüdə artıq işlədiyi bir saatin (3 gündə 3 saatin) görə ümumiyyətlə ödənilməmişdir. Baxmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü və 165-ci maddələrinin tələbinə əsasən iki qat hesablanaraq ödənilməli idi.Yasamal Rayon İcra Söbəsinin icra məmuru tarafindan borcluva xx.xx.2023-cü il tarixli xx/xx- 1964xx/xx-15618 saylı məktub ünvanlanmışdır. Bundan sonra yuxarıda qeyd edilən qismən ödəniş həyata keçirilmişdir.xx.xx.2023-cü il tarixdə borclu tərəfindən ödənişlərin düzgün hesablanmayaraq ödənildiyi barədə Yasamal Rayon İcra Şöbəsinə tərəfindən müraciət edilmişdir. Lakin müraciətinə dair borclu tərəfindən hər hansı cavab verilməmişdir.Həmçinin xx.xx.2024-cü il tarixdə borcluya müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş "hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməli olduğunu bildirmişdir. Borclu bu müraciətdə qaldırılan məsələyə aidiyyatı olmayan xx.xx.2024-cü il tarixli cavab məktubu göndərmişdir.Həmçinin xx.xx.2024-ci il tarixdə bütün bu yaranmış məsələrin araşdırılması və müvafiq tədbir görülməsi barədə X1 müraciətinə də bu günə kimi cavab verilməmişdir. Daha sonra, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsnin nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək, ərizəsində qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 11 fevral tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2- ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci, 373 və 375-ci maddələrinə əsasən hazırki iddia ərizəsi əsassız olduğundan və iddia tələbi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülməklə verildiyindən, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etməyinizi xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-572/2023 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən birinci intansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, 2012-2014-cü illər üzrə 66 gün, 2015-2016-cı illər üzrə 30 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 gün məzuniyyətdə olduğu vaxt işlədiyi tam iş vaxtının və 313 gün ərzində (xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək) artıq işlədiyi 313 saat qeyd edilən illər üzrə əmək haqqınına uyğun hesablanmaqla və mənəvi ziyana görə 500 manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-2272/2023 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-572/2023 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələdnirilən hissədə -iddianını tıəmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan məcburi işburaxma dövrü üçün 11095 manat əmək haqqı hesablanmış və xx.xx.2024-cü il tarixdə 855 nömrəli ödəniş tapşırığı ilə İddiaçı kart hesabına köçürülmüşdür. İş materiallarında olanxx.xx.2024-cü il tarixdə 855 nömrəli ödəniş tapşırığına əsasənAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı kart hesabına 11095 manat ödəniş edilmişdir. İş materiallarında olan Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-572/2023 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. 69-cu maddənin 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcələsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2016-cil tarixindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işləyir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-572-/2023 saylı qətnaməsi ilə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, 2012-2014-cü illər üzrə 66 gün, 2015-2016-cı illər üzrə 30 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 gün məzuniyyətdə olduğu vaxt işlədiyi tam iş vaxtının və 313 gün ərzində (xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək) artıq işlədiyi 313 saat qeyd edilən illər üzrə əmək haqqınına uyğun hesablanmaqla və mənəvi ziyana görə 500 manat cavabdehdən tutularaq iddi açıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2(102)-2272/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinion xx.xx.2023-cü il tarixli, 2(103)-572-/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə iddianın təmin olunmuş hissəsində dəyişdirilmən saxlanışmışdır. Hazırda isə İddiaçı oğl hər gecikdirilmiş gün üzrə əmək haqqının bir faizi məbləğində ödənişin cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia tələbinə 1 illik iddia müddətinin tətbiq edilərk iddianın rədd edilməsini xahiş edir. Göründüyü kimi, iddiaçı hər gecikdirilmiş gün üzrə əmək haqqının bir faizi məbləğində ödənişi ödənilməsi tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. iddia tələbindən göründüyü kimi iddiaçı 2020-ci ilə qədər olan dövr ərzində ona ödənilmiş əmək haqqının gecikdirilmiş hər gün üzrə əmək haqqının bir faizi məbləğində ödəniş tələb edir. Bu iddia tələbi üzrə iddia müddəti ötmüşdür . Belə ki, iddiaçı 2021-ci ilə qədər bu tələblə məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı sözügedən tələblə xx.xx.2025-ci il tarixdə etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2rşı “hər gecikdirilmiş gün üzrə əmək haqqının bir faizi məbləğində ödənişin edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, iddia rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2rşı “hər gecikdirilmiş gün üzrə əmək haqqının bir faizi məbləğində ödənişin edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2457/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2457/2025
06.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver