Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2473/2021 20.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatana qədər saxlanılması üçün əvvəlki 3 illik müddəti nəzərə almaqla, (xx.xx.2018-ci il tarixdən hesablanmaqla) hər ay qazancının dörddə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahlarından bir uşaqlarıxx.xx.2010-cu il təvəllüdlü X3 vardır. Nikahları 2017-ci il tarixdə pozulmuşdur. Boşanma vaxtı əldə etdikləri şifahi razılaşmaya görə, cavabdeh alimenti könüllü olaraq ödəyəcəyini bildirmiş və ondan məhkəmə qaydasında rəsmi aliment tələbi etməməsini xahiş etmişdir. Ona inanaraq məhkəmədən yalnız nikahın pozulmasını və uşağın özünün himayəsində qalmasını xahiş etmiş və məhkəmə buna uyğun qətnamə çıxarmışdır. Cavabdeh ayrıldıqdan sonra 2017-ci ilin mart, aprel və may ayları üzrə aliment ödəsə də demək olar artıq 4 ilə yaxındır ki, heç bir maddi köməklik göstərmir. Bununla bağlı, cavabdehə dəfələrlə müraciət etsə də, övladına könüllü aliment ödəməkdən imtina edir. Hal-hazırda, səhhətində yaranmış problemlər səbəbindən uşağı saxlamaq onun üçün maddi cəhətdən çox çətindir. Cavabdeh hazırda Dövlət Miqrasiya Xidmətində inspektor vəzifəsində çalışır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etməyərək məhkəməyə verdiyi izahatında göstərmişdir ki, nikah pozulduğu dövrdə mülkiyyətində olan 100000 manat dəyərində mənzili 45000 manat pul alaraq iddiaçıya vermiş, o da, əvəzində ona aliment tələbinin olmamasına dair öhdəlik vermişdir. Odur ki, iddia tələbinin qazancının ¼ hisəssinin aliment tutulmasına razıdır. İddia tələbinin qalan hissəsində təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78-ci, maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflərin birgə nikahlarından 1 övladları anadan olmuşdur: xx.xx.2010-cu il təvəllüdlü X3. Tərəflər arasında nikah ləğv edilmişdir və uşaq anasının himayəsindədir. Cavabdeh uşağına maddi cəhətdən kömək etmir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh inspektor vəzifəsində çalışır və aylıq əmək haqqı 1285 manat təşkil edir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi təmin qismən edilərək, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Eyni zamanda, məhkəmə, iddia tələbinin “keçən 3 illik dövr üçün alimentin hesablanması” hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək gördüyü tədbirlər, aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığı barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulma hissəsi dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulma müddəti xx xxxx 2021-ci il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2473/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2473/2021
20.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver