Məhkəmə qərarları › İş №2(004)-2484/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2484/2023

10.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2484/2023 10.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “atalığın müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay Cavabdeh 400 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 Cavabdeh 2009-cu il tarixdən 2012-ci il tarixədək faktiki nikah münasibətlərində olmuş və həmin münasibətdən xx.xx.2011-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabdeh 2012-ci il tarixdən iddiaçıdan ayrı yaşayır və yetkinlik yaşına çatmayan X1 üçün hər hansı maddi köməklik göstərmir və hazırda İ.Hacıyev faktiki olaraq anasının himayəsindədir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “atalığın müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X4 xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh övladı olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə faktiki nikah münasibətlərinə olmuşlar. Həmin münasibətdən onların X7 adlı övladları dünyaya gəlmişdir. Digər qadınla nikahda olduğu üçün, ilk öncə oğluna soyad və ata adını verməkdən imtina etmiş, sonradan övladına öz soyadını və adını vermək qənaətinə gəlmişdir. Lakin daha sonra ona məlum olmuşdur ki, (iddiaçının özü ona bildirmişdir) X7 onun övladı deyil və ondan imtina etməlidir. Hazırda isə, İddiaçı onu övladına qarşı laqeyd münasibətdə və ona maddi kömək göstərməməkdə ittiham edir. X4 onun bioloji övladı olmasına dair əsaslı şübhələri var. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq iddiaçı Cavabdeh tərəfindən hazırki iş üzrə ilkin iddiaya dair verdiyi qarşılıqlı iddianı qəbul etdiyini bildirmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Nümayəndə2 ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddia ərizəsinin rədd olunması və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “atalığın müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 610897 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında X8, anası qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 395742 nömrəli Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh X3 dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü X4 atası hesab edilmişdir və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 32 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 44.3-cü maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, qarşılıqlı iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ünvanladığı ərizədən görünür ki, Cavabdeh tərəfindən hazırki iş üzrə ilkin iddiaya dair verilmiş qarşılıqlı iddianı qəbul edir və təmin edilməsini xahiş edir. Belə ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi ilkin iddia üzrə İddiaçı tərəfindən etiraf edilərək qəbul edildiyindən Cavabdeh 07 fevral 2011-ci il təvəllüdlü X4 atası olmaması müəyyən edilir və bu səbəbdən ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddia ərizəsi qanunsuz və əsassız hesab edildiyindən təmin edilməməlidir. Odur ki, məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia ərizəsi təmin edilməli və Cavabdeh 07 fevral 2011-ci il təvəllüdlü X4 atası olmaması müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilsin. Cavabdeh 07 fevral 2011-ci il təvəllüdlü X4 atası olmaması müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar