Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2494/2021 28.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2 (004)-9352/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının azaldılaraq xx xxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqından və başqa gəlirlərindən 271.60 manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh ilə birgə nikahlarından anadan olan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay əmək haqqının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay iddiaçının əmək haqqının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, cavabdehin iddia tələbini qəbul etməsinə dair ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməlidir. İddiaçı Cavabdeh ilə birgə nikahlarından anadan olan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Yasamal Rayon məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2 (004)-9352/2014 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı azaldılmalı və İddiaçı hər ay əmək haqqının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment Cavabdeh xeyrinə tutulmalıdır. Belə ki, Cavabdeh ərizəsindən müəyyən olunur ki, o, iddia tələbini qəbul edir və onların birgə nikahından anadan olan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay iddiaçının əmək haqqının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutulmasına razıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi barədə ərizədə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, iddia tələbinin etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahlarından anadan olan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Yasamal Rayon məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2 (004)-9352/2014 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı azaldılsın və İddiaçı hər ay əmək haqqının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment Cavabdeh xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2494/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2494/2021
28.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver