Məhkəmə qərarları › İş №2(004)-252/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-252/2024

12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-252/2024 12.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-209/2023 nömrəli qətnaməsi üzrə ondan tutularaq Cavabdeh ödənilməli olan aliment üzrə hesablanmış 13.394,78 manat aliment borcu onun tərəfindən ödənildiyindən borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahələrinin aylıq icarə haqqı, aylıq əmək haqqı və başqa gəlirlər üzrə aliment borcu” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, 2(004)-5135/2023 nömrəli mülki iş üzrə ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin edilərək, birgə nikah dövründə əldə edilmiş, İddiaçı oglunun mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Rəşid Bagırov küçəsi 12 ünvanda yerləşən 133,5 kv.metrdən ibarət olan qeyri-yaşayış binasının 2022-ci ilin iyul ayından 2023-cü ilin avqust ayının axırına qədər icarəyə verilməsindən əldə olunmuş 70.000 manat pul vəsaitindən ½ hissədə onun, ½ hissədə İddiaçı payının müəyyən edilməsi və onun payının ödənilməmiş hissəsi olan 10.000 manat pulun İddiaçı alınıb ona verilməsi barədə, İddiaçı xx.xx.2023-cü il tarixdən hər ay başqa gəlirləri olan mülkiyyətdəki ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin-obyetktin icarə haqqının, yəni 5.000 manatın, “Range Rover” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin alış qiyməti 360.000 manat pul vəsaitinin və ünvan 2 ünvanda yerləşən B tikilisində olan 32 kv.m. 2 nömrəli sahədəki 2 ədəd avtomobilyuma boksunun aylıq icarə haqqının, yəni 1.500 manatın, X1 adına xx.xx.2023-cü il tarixdə aldığı Bakı şəhəri Nəsimi rayonu Nəsibbəy Yusifbəyli küçəsi 26 nömrəli evin 80 nömrəli mənzilinin qiyməti olan 580.000 manatın 1/3 hissəsi miqdarında aliment üzrə borcların müəyyən edilməsi, İddiaçı direktor vəzifəsində işlədiyi X7 aldığı əmək haqqının və baş həkim vəzifəsində işlədiyi 5 saylı Klinik Xəstəxanadan aldığı aylıq əmək haqqı ilə bağlı xx.xx.2023-cü il tarixdən etibarən hər ay başqa gəlirləri üzrə aliment borclarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5135/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair 2(004)-5135/2023 nömrəli mülki iş üzrə Cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahələrinin aylıq icrarə haqqı, aylıq əmək haqqı və başqa gəlirlər üzrə aliment borcu” tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5135/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı izah edilmişdir ki, Ailə Məcəlləsinin 106.5-ci maddəsində nəzərdə tutulmuş qaydada icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə şikayət verərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5135/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5135/2023 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5135/2023 nömrəli qərardadından verdiyi şikayət rədd edilmiş, şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-7222/2023 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5135/2023 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmənin iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı oglu ilə Cavabdeh xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan onların xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X13 oglu adlı iki uşağı var. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(004)-209/2023 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013cü il təvəllüdlü X6 anaları Cavabdeh yanında qalmaları, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Sumqayıt şəhəri üzrə icra şöbəsi tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsi icraata qəbul edilmiş və icraata başlanmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda İddiaçı 13.394,78 manat aliment borcu olduğu göstərilmişdir. Qeyd edir ki, İddiaçı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edənə kimi və bundan sonra uşaqlarının bütün maddi təminatını ödəmişdir. Məhkəməyə müraciət etdikdən sonra da 2022-ci ilin oktyabr ayından hər ay uşaqların saxlanması üçün Cavabdeh 3.000 manat aliment ödəmişdir. Milliön aparatında ödənişin təyinatı olaraq “aliment” qrafası olmadığı üçün ödənişi maddi yardım düyməsini seçərək göndərmişdir. Bu səbəbdən nikah pozularkən alimentin tutulması iddia ərizəsinin verildiyi xx.xx.2022-ci il tarixdən deyil, aliment tutulmasına dair Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İddiaçı qətnamə çıxandan sonra da, uşaqlarına aliment ödəməyə davm etmiş və hər ay 3.000 manat olmaqla uşaqlarının saxlanması üçün Cavabdeh göndərmişdir. İddiaçı uşaqların saxlanması üçün göndərdiyi pulu milliön aparatında ödənişin təyinatı olaraq “aliment” qrafası olmadığı üçün ödənişi maddi yardım düyməsini seçərək göndərmişdir. İddiaçı 2023-cü ilin may ayında icra məmuru Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət etmiş və alimenti ödəmədiyini bildirmişdir. Bu zaman İddiaçı etdiyi ödənişləri təsdiq edən qəbzləri icra məmuruna təqdim etmişdir. Lakin icra məmuru tələbkarın həmin ödənişlərin aliment ödənişi olmadığını bildirdiyini əsas gətirərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə yaranmış aliment borcunun ödənilməsini tələb etmiş və tutmanı borclunun əmək haqqına yönəltmişdir. Hesablama zamanı alimentin məbləğinin aylıq 2.000 manat oladuğu müəyyən edilmiş və bundan sonra İddiaçı 2023-cü ilin may ayından başlayaraq hər ay aylıq qazancının 1/3 hissəsini təşkil edən 2.000 manat alimenti Cavabdeh ödəməyə başlamışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli 11758 nömrəli məktubunda İddiaçı 13.394,78 manat aliment borcu yarandığı qeyd edilmişdir. İddiaçı hər ay 3.000 manat pul ödəməsini Lalə Babayeva özü də etiraf edir, lakin bu məbləğin aliment olmadığını, obyektin icarəsindən ona ödəniləcək vəsait olduğunu bildirir. Lakin İddiaçı aliment ödənilməsinə dair icra sənədindən başqa ödəyəcəyi vəsait yoxdur. İddiaçı qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə ediyi vəsaitin yarısı qismində Cavabdeh 3.000 manat ödəniş etməmişdir, onların arasında belə bir razılaşma olmamışdır. Hesab edir ki, İddiaçı əsassız hesablanmış 13.394,78 manat aliment borcu silinməlidir. Çünki, İddiaçı icra vərəqəsi üzrə 13.394,78 manat aliment borcu yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında baglanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan doğulmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X8 anaları Cavabdeh yanında qalmışlar və onların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci ildən 2023-cü ilin may ayına kimi İddiaçı hər ay uşaqlarının saxlanması üçün maddi yardım kimi obyektin icarəsindən aldığı puldan 3.000 manat pul ödəmişdir. Cavabdeh bu məbləğləri aldığı pulu etiraf edir, lakin bu məbləğ maddi yardım kimi Cavabdeh ilə İddiaçı birgə nikah dövründə aldıqları Bakı şəhəri Xətai rayonu Rəşid Bagırov küçəsi 12 ünvanda yerləşən 133,5 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin icarəsindən əldə olunan vəsaitdən Cavabdeh çatan məbləğdir. Bu vəsait aliment kimi sayıla bilməz. Çünki, həmin məbləğlər ödənilən zaman tərəflərin nikahı məhkəmə qaydasında pozulmamışdı və aliment tutulması barədə qətnamə mövcud deyildi. İddiaçı Cavabdeh hesabına köçürdüyü vəsaitlər ailə biznesinin gəliri olaraq Cavabdeh payına aiddir. Alimentlə baglı məhkəmənin qətnaməsi xx.xx.2023-cü il tarixdə cıxarılmışdır. "xxxx"ASC vasitəsilə 03 oktyabr 2022-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hesabına maddi yardım təyinatı ilə köçürülən 3.000 manat obyektin icarə haqqından pul vəsaitinin xx.xx.2023-cü il tarixdən məhkəmənin verdiyi icra sənədi üzrə borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulmalı olan alimentə heç bir aidiyyati yoxdur. Çünki, Cavabdeh boşanmaq və ailəsini dağıtmaq istəməmişdir. Bu səbəbdən nikahın pozulmasına dair işə baxılarkən xx.xx.2023-cü il tarixdə aliment tutulmasına dair ərizə vermişdir. Bundan sonra qətnamə çıxarılarkən aliment tutulmuşdur. İddiaçı alimenti ödəmədiyinə görə 2023-cü ilin aprel ayında icra məmuruna şikayət etmişlər. Bundan sonra 2023-cü ilin may ayından başlayaraq İddiaçı hər ay 2.000 manat olmaqla aliment ödəməyə başlamışdır. İddiaçı obyekti icarəyə verərək əldə etdiyi gəlirdən Cavabdeh ödəniş etmirdi. Bu səbəbdən Cavabdeh atası Fuad Babayev və dayısı X9 Bakı şəhəri Rəşid Bağırov küçəsində yerləşən qeyriyaşayış sahəsinə getmiş, obyekti icarəyə götürən İlham adlı şəxslə görüşmüşlər. İlham icarə haqqını İddiaçı ödədiyini bildirmişdir. Bundan sonra razılaşmaya əsasən İddiaçı aldığı icarə haqqından hər ay 3.000 manat vəsaiti Cavabdeh göndərmişdir. Tərəflər arasında bu barədə rəsmi sənəd yoxdur, lakin şifahi razılaşmaya əsasən ödəniş edilmişdir. Aylıq icarə haqqının dəqiq məbləğini bilmirlər, lakin xx.xx.2023-cü il tarixli icarə müqaviləsində icarə haqqının 2.000 manat olduğu göstərilmişdir. Bir daha qeyd edir ki, ödənilən vəsaitin alimentə aidiyyatı yoxdur. Odur ki, idianın rədd edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi (anası) Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatı ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (obyektin) aylıq icarə haqqından Cavabdeh hesabına xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, 2022-ci ilin dekabr ayında üç dəfəyə cəmi 3000 manat, 2022-ci ilin dekabr ayında 2023-cü ilin yanvar ayı hesabına hissə-hissə olmaqla 3000 manat, 2023-cü ilin fevral ayında üç dəfəyə 3000 manat, 2023-cü ilin mart ayında hissə-hissə olmaqla 3000 manat, 2023-cü ilin aprel ayında hissə-hissə olmaqla 3000 manat, 2023-cü ilin may ayında iki dəfəyə 2000 manat, 2023-cü ilin iyun ayında 2000 manat pul ödəmişdir. Ödənilən vəsaitləri Cavabdeh övladlarının ehtiyaclarına xərcləmişdir. Cavabdeh ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsini və ünvan 4vanında yerləşən, rəsmiyyətdə 32 kv.metrdən ibarət 2 ədəd avtomobilyuma boksunu mübahisələndirib bölgüsünü tələb etdikdə, İddiaçı ona qarşı qərəzli münasibət sərgiləyərək obyektin icarə haqqından Cavabdeh pul ödəməyi dayandırmışdır. Qarşısinda şərt qoymuşdur ki, əmlak bölgüsü tələbində obyektin bölgüsündən əl çəkib 3000 manat icarə haqqına sahib durmasın, yoxsa icarə haqqı olaraq Cavabdeh 3000 manat ödəməyəcəkdir. Cavabdeh şərti qəbul etməmiş və obyektlərdən payının müəyyən edilməsində davam etmişdir. Həmçinin qətnamə ilə müəyyən edilmiş aliment məbləgini ödəməsini də icra məmurundan 2023-cü ilin aprel-may aylarından etibarən həm şifahi, həm də rəsmi müraciətlərlə israrla tələb etməyə başlamışdır. Bundan sonra İddiaçı Cavabdeh hesabına 3000 manat, guya aliment ödənişləri etdiyi barədə dəlillər uyduraraq 13.394,78 manat ödənilməmiş aliment borcunun silinməsi barədə məhkəmədə iddia qaldırmışdır. xx.xx.2022-ci il tarixdən etibarən hər ay İddiaçı obyektin icarə haqqından Cavabdeh payına 3000 manat ödəyərkən, hələ tərəflərin nikahı məhkəmə qaydasında pozulmamışdı və aliment tutulması barədə qətnamə mövcud deyildi. Uşaqlara aliment ödənilməsi ilə baglı müqavilə, öhdəlik və ya qətnamə olmadıgı halda, əksinə məhkəməyə müraciət edərək adında olan əmlakları bölgü siyahısından çıxarmaqla məhkəmədən gizlədib Cavabdeh əmlaklar, həmçinin mediatordan uydurma, saxta barışıq sazişi əldə edərək, mənkəməyə təqdim edib Cavabdeh külli miqdarda 200.000 manat pul tələb edən, əmlak payını artırmaq niyyətində olan bir şəxsin - İddiaçı könüllü olaraq həmin Cavabdeh hər ay 3000 manatı aliment ödəməsi aglabatan deyildir. Nikahı pozduran - ailəni dagıdan, uşaqlarına aliment ödəməli olan şəxs X11 direktoru, həm də 5 saylı Şəhər Kliniki Xəstəxanasının baş həkimi İddiaçı ogludur. Bir halı da qeyd edir ki, İddiaçı direktor oldugu X14 X18 icra məmuruna verdiyi xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı oglunun kart hesabına köçürülən pulun 1/3 hissəsi 1913,54 manat təşkil edir. Yəni, vəkillə təmin edilmiş İddiaçı əgər aliment ödəmək niyyəti olsaydı, aylıq əmək haqqına uygun hər ay 2000 manat deyil, 1913 manat ödəyərdi. İddiaçı oglunun aliment üzrə borcları icra məmuru tərəfindən düzgün müəyyən edilməmişdir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Cavabdeh onun bacısının qızıdır. İddiaçı oglu isə Cavabdeh keçmiş əridir. Onun tərəflərlə münasibəti normaldır, hər hansı bir ədavəti yoxdur. ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh atasının və İddiaçı vəsaiiti hesabına alınıb. Həmin obyektin icarəsindən əldə olunan vəsaitdən Fazil Leylaya pul ödəməli idi. O, icarə haqqının ödənilib-ödənilməməsini müəyyən etmək üçün təxminən 2023-cü ilin iyun ayında obyektə getmiş və orada Ramin adlı şəxslə görüşmüşdür. Söhbət zamanı Ramin ona bildirmişdir ki, obyektin icarə haqqını Fazilə ödəyir. Ramin bildirdi ki, Leylanın atası da obyektə gəlmiş və icarə haqqının ödənilməsi ilə maraqlanmışdır. O, Raminə bildirmişdir ki, ər-arvad arasında narazılıq var, ödənişləri barədə qəbzlərini saxlasın. Ramin bildirmişdir ki, ödənişləri rəsmi qaydada həyata keçirir. Ailədə olan danışıqlardan məlumatı vardır ki, Fazil aldığı icarə haqqından hər ay 3.000 manatını Leylaya ödəyirdi. Obyektin icarəyə verilməsində iştirak etməmişdir və icarə haqqının nə qədər olmasından məlumatı yoxdur. Leyla ilə Fazilin obyektin icarə haqqından əldə olunan vəsaitin bölünməsinə dair hansı qaydada razılaşma əldə etmələrindən məlumatı yoxdur. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndələrinin və vəkilinin, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-209/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı və Cavabdeh arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2009cu il tarixdə 1147 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 anası Cavabdeh yanında qalmışlar. xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh xeyrinə ödənilməsi, alimentin tutulma müddətinin xx.xx.2023-cü il tarixdən hesablanması, alimentin tutulmasının dərhal icra edilməsi qət edilmişdir. Həmin işə baxılarkən və qətnamə çıxarılarkən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında izahatında bildirmişdir ki, uşaqlar hazırda anaları Cavabdeh ilə birlikdə yaşayırlar və onların bütün xərcləri İddiaçı tərəfindən qarşılanır. İddiaçı uşaqların analarının yanında qalmasına, qazancının və gəlirinin 1/3 hisəsini aliment olaraq ödəməyə etiraz etmir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış nikahın pozulmasına razı olmadığını, nikah pozulduğu təqdirdə uşaqların cavabdehin yanında saxlanılması və İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsini xahiş etmişdir. Məhkəmə bunları nəzərə alaraq alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən hesablamışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli 11758 nömrəli məktubunda göstərilmişdir ki, “X14” PHŞ-nin xx.xx.2023-cü il tarixli 297 nömrəli arayışına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-209/2023 nömrəli icra sənədinin icrası ilə bağlı borclu İddiaçı kart hesabına köçürülən pulun 1/3 hissəsi 1913,54 manat təşkil edir. Borclu İddiaçı hal-hazırda tələbkar Cavabdeh 13.394,78 manat ödənilməmiş aliment borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(004)-209/2023 nömrəli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay qazancın 1/3 hissə miqdarında ödəniləcək aylıq alimentin miqdarı 1913,54 manat təşkil etdiyi təqdirdə, tələb olunan 13.394,78 manat aliment borcunun yaranması üçün xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə kimi 7 ay ərzində aliment ödənilməməlidir. İcra məmuru xx.xx.2023-cü il tarixdə növbəti aylar üçün ödənilməli olan alimentin əvvəlcədən ödənilməsini tələb edə bilməz. Bu halın mövcud olması aliment borcunun düzgün müəyyən edilmədiyini təsdiq edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-209/2023 nömrəli icra sənədi üzrə borclu İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi ödəməli olduğu alimentin miqdarı hər ay qazancının 1/3 hissə miqdarını təşkil edən 1913,54 manat olduğuna görə 5 ay müddətində Cavabdeh ödəməli olduğu cəmi alimentin məbləği 9.567,70 manat (1913,54 manat x 5 ay) təşkil edir. İddiaçı məhkəməyə təqdim etdiyi bank ödəniş qəbzlərindən müəyyən edilir ki, İddiaçı "xxxx" ASC-nin Milliön ödəniş terminalları vasitəsilə xx.xx.2023-cü il tarixli 7314 nömrəli qəbzə əsasən 1.000 manat; xx.xx.2023-cü il tarixli 10121 nömrəli qəbzə əsasən 1.000 manat; xx.xx.2023-cü il tarixli 30500 nömrəli qəbzə əsasən 1.000 manat; xx.xx.2023-cü il tarixli 4490 nömrəli qəbzə əsasən 1.000 manat; xx.xx.2023-cü il tarixli 5208 nömrəli qəbzə əsasən 1.000 manat; xx.xx.2023cü il tarixli 22913 nömrəli qəbzə əsasən 1.000 manat; xx.xx.2023-cü il tarixli qəbzə əsasən 1.000 manat; xx.xx.2023-cü il tarixli 16550 nömrəli qəbzə əsasən 1.000 manat; xx.xx.2023-cü il tarixli 22537 nömrəli qəbzə əsasən 1.000 manat; xx.xx.2023-cü il tarixli 10677 nömrəli qəbzə əsasən 1.000 manat; xx.xx.2023-cü il tarixli 29046 nömrəli qəbzə əsasən 1.000 manat; xx.xx.2023-cü il tarixli 17089 nömrəli qəbzə əsasən 1.000 manat; xx.xx.2023-cü il tarixli 12639 nömrəli qəbzə əsasən 1.000 manat olmaqla, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan dövr ərzində Cavabdeh cəmi 13.000 manat pul ödəmişdir. Bundan başqa İddiaçı "xxxx" ASC-nin vasitəsilə xx.xx.2022-ci il tarixli qəbzə əsasən 3.000 manat; xx.xx.2022-ci il tarixli qəbzə əsasən 3.000 manat; xx.xx.2022-ci il tarixli 3014 nömrəli qəbzə əsasən 1.000 manat; xx.xx.2022-ci il tarixli 4226 nömrəli qəbzə əsasən 1.000 manat; xx.xx.2023cü il tarixli 3718 nömrəli qəbzə əsasən 1.000 manat, xx.xx.2022-ci il tarixli 26298 nömrəli qəbzə əsasən 1.000 manat; xx.xx.2022-ci il tarixli 31822 nömrəli qəbzə əsasən 1.000 manat; xx.xx.2022ci il tarixli 14899 nömrəli qəbzə əsasən 1.000 manat olmaqla, xx.xx.2022-ci il tarixdən xx.xx.2022cü il tarixə kimi olan dövr ərzində Cavabdeh cəmi 13.000 manat pul ödəmişdir. Ümumilikdə, İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixə kimi olan dövr ərzində Cavabdeh 25.000 manat pul ödəmişdir. “İcra haqqında” Qanunun 26-ci maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Ailə Məcəlləsinin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatında borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə aliment tutulmasına dair yalnız bir icra sənədi, yəni Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-209/2023 nömrəli icra sənədi vardır və həmin icra sənədi üzrə borclu İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi iki uşağın saxlanması üçün Cavabdeh ödəməli olduğu alimentin cəmi məbləği 9.567,70 manat (1913,54 manat x 5 ay) təşkil edir və borclu İddiaçı həmin dövr üçün 13.000 manat vəsait ödəməklə, borclu kimi üzərinə düşən öhdəliyini artıqlaması ilə yerinə yetirmişdir. Bu səbəbdən icra məmurunun borclu İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-209/2023 nömrəli icra sənədi üzrə (Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli 11758 nömrəli məktubunda göstərilmiş) 13.394,78 manat aliment borcu olmasına dair gəldiyi nəticə əsassız və qanunsuz olmuşdur. Ödənilmiş vəsaitin bankın terminalında maddi yardım kimi göstərilməsi, həmin vəsaitin aliment deyil, icarə haqqı kimi qəbul edilməsi yolverilməzdir. Çünki, icarə haqqından əldə edilən gəlirin bölünməsinə dair tərəflərin arasında hər hansı bir razılaşma, müqavilə, məhkəmə aktı mövcud deyildir. Borclu İddiaçı icra sənədi üzrə öhdəliyini tam olaraq yerinə yetirmiş və müəyyən edilmiş alimenti tələbkar Cavabdeh ödəmişdir. Ödənişin təyinətı qəbzlərdə aliment deyil, maddi yardım kimi yazılması, İddiaçı alimenti ödəmədiyi qənaətinə gəlməyə əsas vermir. Borclu İddiaçı tərəfindən ödənilmiş vəsaitlərin uşaqların maddi ehtiyaclarına xərclənməsini tələbkar Cavabdeh nümayəndəsi (anası) Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. Alimentin (maddi yardımın) ödənilməsində məqsəd uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasından ibarətdir. Məhkəmə qeyd edir ki, İddiaçı övladlarının saxlanması üçün məhkəmə qətnaməsi əsasında ondan tutulmalı olan aliment hər ay Cavabdeh ödəmişdir. İşin bu halı bank qəbzləri ilə öz təsdiqini tapır. Həmçinin həmin qəbzlərdən görünür ki, hətta qətnamə əsasında borcludan tutulmalı olan aliment miqdarından artıq aliment ödənilmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-209/2023 nömrəli qətnaməsi üzrə İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutularaq Cavabdeh ödənilməli olan aliment üzrə yaranmış (Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli 11758 nömrəli məktubunda göstərilmiş) 13.394,78 manat aliment borcu İddiaçı tərəfindən Cavabdeh ödənildiyindən silinməlidir. Həmçinin Cavabdeh izah edilməlidir ki, “qeyri-yaşayış sahələrinin aylıq icarə haqqından ona çatası payın ödənilməsi” ilə bağlı, qanunvericiliyin tələbinə əməl etməklə, mötəbər sübutları toplamaqla ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-209/2023 nömrəli qətnaməsi üzrə İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutularaq Cavabdeh ödənilməli olan aliment üzrə yaranmış (Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli 11758 nömrəli məktubunda göstərilmiş) 13.394,78 (on üç min üç yüz doxsan dörd manat yetmiş səkkiz qəpik) manat aliment borcu İddiaçı tərəfindən Cavabdeh ödənildiyindən silinsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar