Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2520/2022 20.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilinə dəyən 2225 manat zərərin əvəzinin cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR DİN BDYP idarəsinin verdiyi 595507 №-li, xx.xx.2019-cu il tarixli texniki pasporta əsasən,W186082 №-li mühərrik, NMTBB4BE30R018605 №-li kuza və şassisi olan **-UD-*** dövlət nömrə nişanlı, ünvan 1 ünvanında qeydiyyatda olan Toyota Corolla markalı avtomaşın X2 məxsusdur. Həmin avtomobili etibarnamə ilə o idarə edir.(Etibarnamənin surəti əlavə olunur) xx.xx.2022-ci il tarixdə təxminən saat 15:56 radələrində Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektində yuxarıda qeyd olunan avtomaşını idarə edərkən sığortalı (Xalq sığorta ASC) Mercedes Benz E240 markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun idarə etdiyi Toyota Corolla markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir: Mercedes Benz E240 markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobili Ziya Bünyadov prospekti ilə 20 yanvar dairəsi istiqamətində hərəkətdə olarkən arxadan vurmuşdur. Nəticədə avtomobilə ciddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi baş verdikdəın sonra tərəfindən (İddiaçı) AR Daxili İşlər Nazirliyinin 102 qaynar xətt əlaqə mərkəzinə məlumat verilmiş, saat 16:15 radələrində hadisə yerinə AR Daxili İşlər Nazirliyinin DYP-nin əməkdaşları gəlmişlər. DYP əməkdaşları tərəfindən hadisə yerinə və avtomobillərə baxış keçirilmiş, Ziya Bünyadov prospektində hərəkətin intensivliyini təmin etmək, tıxac yaranmasının qarşısının alınması məqsədilə avtomobillər yolun hərəkət istiqamətindən sağ tərəfə kənara çəkilmişlər. Daha sonra hadisə yerinə AR Daxili İşlər Nazirliyinin DYP-nın qəza inspektoru və Xalq stğorta ASC-nin əməkdaşları gələrək avtomobillərə baxış keçirməklə foto etmiş, müvafiq sənədləşmə işləri aparmışdır. Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsinə dair materialların surəti maddi ziyanın qarşılanması üçün xx.xx.2022-ci il tarixdə 140220 nömrə ilə onlayn qaydada icbari sığorta bürosunun mərkəzi sisteminə daxil edilmişdir. Yolnəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına ciddi maddi ziyan dəymişdir. xx.xx.2022-ci il tarixdə X4 avtomobilinə dəymiş ziyan qiymətləndirilmiş, ümumilikdə avtomobilə 4564 manat ziyan dəydiyi müəyyən edilmişdir. (Avtomobilə dəymiş ziyanın qiymətləndirilməsinə dair X5 qiymətləndirməsi və buna görə ödədiyi 50 manat rüsum əlavə olunur.) Lakin, Xalq Sığorta ASC tərəfindən avtomobilinə dəymiş zərər düzgün qiymətləndirilməmiş, nəqliyyat vasitəsinin buraxılış ili, zərər dəymiş ehtiyyat hissələrinin bazar dəyəri və xidmət haqqı real vəziyyətdən çox aşağı 1050 manat dəyərləndirilmişdir. İdarə etdiyi avtomobilin X4 rəsmi qarantiyada olmasını nəzərə alaraq tərəfindən avtomobilin həmin mərkəzdə təmir olunmasının həyata keçirilməsi Xalq Sığorta ASC-yə təklif olunmuş, lakin qarşı tərəf bundan imtina etmişdir. Xalq Sığorta ASC ilə tərəfindən dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı müstəqil ekspert təyin edilməsi ilə bağlı qarşılıqlı razılıq da əldə olunmamışdır. Bundan sonra o öz hesabına təmir işlərinin aparıldığı vaxtı avtomobilin dəyişməyə aid olan ümumi dəyəri 525 manat ehtiyat hissələri və detalları Toyota Bakı Mərkəzindən əldə etmiş (malların qəbzləri əlavə olunur). Avtomobilin təmir və digər ehtiyat hissələrinə görə X6 1650 manat pul ödənilmişdir. (Təmir və digər ehtiyat hissələri ilə bağlı qəbzlər əlavə olunur). Ümumilikdə avtomobilin təmirinə 2225 manat vəsait xərclənmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında iddia tələbini qismən qəbul edərək, izahatında ekspertin rəyi ilə müəyyən edilən məbləğlə razı olduğunu bildirmiş, məhkəmədən iddia tələbinin avtomobilə dəyən zərərin ekspert rəyi ilə müəyyən edilən məbləğdə tutulması barədə qətnamə edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X3 tərəfindən **-UD-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” markalı avtomobilin idarə edilməsi xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək İddiaçı etibar edilmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, avtomobilin təmir və digər ehtiyat hissələrinə görə “X7” MMC-yə 1650 manat pul ödənilmişdir. İş materiallarında olan hesab fakturadan görünür ki, ehtiyat hissələri və detallarının əldə edilməsi üçün Toyota Bakı Mərkəzinin hesabına 525 manat ödənilmişdir. Azərbaycan Respublıkasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X9i İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, 21 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda İddiaçı idarə etdiyi «Toyota Corolla» markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin «Mercedes Benz E240» markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması zamanı baş vermiş maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsinə aid araşdırma materiallarının surəti maddi ziyanın qarşılanması üçün xx.xx.2022-ci il tarixdə 140220 nömrəsi ilə onlayn qaydada İcbari sığorta bürosunun mərkəzi sisteminə daxil edilmişdir. İş materiallarına əlavə edilmiş “X7” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən müəyyən olunur ki, «Toyota Corolla» markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 2464,47 manat müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Auto Box tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 84 nömrəli qiymətləndirmə aktına əsasən müəyyən olunur ki, «Toyota Corolla» markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin təmir-bərpa xərci ümumilikdə 1050 manat müəyyənləşdirilmişdir. İş materiallarında olan 25 iyul 2021-ci il tarixli 9/3712 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, “X7” MMC-nin xx.xx.2022-ci il tarixli və Auto Box tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cuil buraxılışlı “Toyota Corolla» markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq etməklə təxminən 1703 manat müəyyənləşdirilmişdir. Göründüyü kimi, cavabdeh "xxxx" ASC, sığorta hadisəsinin baş verdiyini, bunun nəticəsində iddiaçının əmlakına ziyan dəydiyini, ziyanın onun sığortalısının törətdiyi hadisədən qaynaqlandığını ümumiyyətlə mübahisələndirməməkdədir və işin hallarından göründüyü kimi yaranmış mübahisə yalnız bu ziyanın məbləği ilə əlaqədardır. Həmçinin cavabdeh "xxxx" ASC-nin nümayəndəsi ekspertin rəyi ilə razı olduqlarını bildirmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edirək, onunla razılaşır. Bu baxımdan məhkəmə hesab edir ki, 1703 manat sığorta ödənişi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.6-cı maddəsinin tələblərinə görə faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Bu Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü, 15.1-ci və 16.2-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) baş verdiyindən və sığorta olunanın hərəkəti nəticəsində maddi zərər çəkdiyindən, hazırki iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1703 (bir min yeddi yüz üç) manat sığorta ödənişinə görə pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi cəmi 100 (bir yüz) manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1703 (bir min yeddi yüz üç) manat sığorta ödənişinə görə pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (bir yüz) manat pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2520/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2520/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver