Məhkəmə qərarları › İş №2(004)-253/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-253/2024

05.07.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-253/2024 05.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə (Kontoruna) qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə (Kontoruna) qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-ci ilin 04 dekabrında 12 saylı Notariat Kontorunda (hazırda Notariat Ofisi adlanır) Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngə, hüquq müəyyənedici sənəd üzrə 0.06 ha torpaq sahəsi üzərində yerləşən 10 nömrəli fərdi yaşayış evinin iddiaçıya məxsus 1/5-də hissəsinin iddiaçının adından bağışlanma müqaviləsi əsasında Cavabdeh2 bağışlanma hissəsində etibarsız, bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Reyestr nömrəsi **********02-10301, qeydiyyat nömrəsi ********** , xx.xx.2008 -ci il tarixli seriya MH N: ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Aftandil qızı, X10, X13, X21 və Nümayəndə Aftandil oğlu Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış sahəsi, 2-ci döngə, 10 saylı evin paylı mülkiyyətçisi olmuşlar. Lakin 2023-cü ilin iyun ayında AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək iddiaçının paylı mülkiyyətinin hüquqi vəziyyəti barədə məlumat almaq istədikdə həmin idarənin xx.xx.2023-cü il tarixində iddiaçıya məlum olmuşdur ki, 2007-ci ildən onun paylı mülkiyyəti xəbəri olmadan başqa şəxsin adına keçirilmişdir. Belə ki, iddiaçının sonradan çox çətinliklə əldə etdiyi xx.xx.2007-ci il tarisxli müqavilənin surətindən iddiaçıya məlum olmuşdur ki, guya o, Nümayəndə və xx.xx.2007-ci il tarixində Bakı şəhəri 15 saylı dövlət Notariat Kontoru tərəfindən E-85/34181№-li reyestrdə qeydə alınmış etibarnamə əsasında X19, xx.xx.2007-ci il tarixdə 19 saylı Notariat Kontoru tərəfindən 7E- 39-19620 №-li reyestrdə qeydə alınmış etibarnamə əsasında X6 əvəzinə hərəkət edən və Bakı şəhəri, C.Xəndan küçəsi, ev 3, 85 saylı mənzilində yaşayan Cavabdeh2 ilə birlikdə xx.xx.2007-ci il tarixdə müqavilə bağlayaraq iddiaçı ona paylı mülkiyyət kimim məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngə, hüquq müəyyənedici sənəd üzrə 0.06 ha torpaq sahəsi üzərində yerləşən 10 nömrəli fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır. Qeyd edir ki, o heç vaxt, o cümlədən 2007-ci ilin 4 dekabrında 1 saylı Notariat Kontrounda olmamış və heç bir bağışlama müqaviləsini imzalamamışdır. Lakin əldə etdiyi müqaviləyə baxdıqda müəyyən etmişdir ki, iddiaçının adından ona məlum olmayan şəxs tərəfindən saxtalaşdırılma aparılmış və müqaviləni imzalamışdır. O, bu barədə həm Cavabdeh2 və digər cavabdeh 12 saylı Notariat Ofisinin notariusuna bildirsə də heç bir nəticəsi olmamışdır. AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində reyestr nömrəsi **********02-10301, qeydiyyat nömrəsi **********2, xx.xx.2008-ci il tarixli seriya MH №0101556 saylı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngə, hüquq müəyyənedici sənəd üzrə 0.06 ha torpaq sahəsi üzərində yerləəşən 10 nömrəli fərdi yaşayış evinin 4/5 hissəsi Cavabdeh2 1/5 hissəsi Nümayəndə adına qeydiyyata alınmışdır. Hesab edir ki, iddia ərizöəsi üzrə hər iki cavabdeh saxtakarlıq etmiş və iddiaçının iştirakı və razılığı olmadan imzasını saxtalaşdırmaqla ona birgə mülkiyyət kimi məxsus olmuş əmlakının cavabdeeh Cavabdeh2 adına sənədləşdirilməsi qanunsuzdur. Ona görə məcbur olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddaiçı mənzilin bağışlama müqaviləsi qaydasında cavabdehin adına keçirilməsindən məlumatsız olmuşdur. Lakin hazırda iddiaçı mülkiyyəti barədə məlumat əldə etmək istədikdə məlum olmuşdur ki, cavabdeh saxtakarlıq etmiş və mənzilin ona məxsus hissəsini bağışlama qaydası ilə öz adına keçirmişdir. Cavabdeh2 məhkəməyə iddia müddətinin tədbiq edilməsinə dair ərizə ünvanlayaraq və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmişdir ki, MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. İddiaçının iddia tələbi daşınmaz əmlakla bağlı müqavilənin ləğvi ilə əlaqədardır və müqavilə 2007-ci ildə bağlandığından artıq həmin müqavilənin mübahisələndirilməsi üçün iddia müddəti keçmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı təxminən 2007-ci ildə ailə quraraq evdən getdikdən sonra sonra ailə üzvləri ilə münasibətləri kəsilmilş, ailə üzvləri onunla danışmamışlar. O, həmin evdə uzun illər yaşamamış və əmlakın bağışlanmasında da xəbəri olmamışdır. Daha sonra cavabdeh digər qardaşının əmlakına iddia etdikdən yəni, əmlakı onun adına kecirməkdən imtina etdikdən sonra qardaşı iddiaçıya cavabdehin onun ımlakınıda mənimsədiyini bildirərək ona bu barədə məlumat vermişdir. Bundan sonra iddiaçı onun əmlakı barədə müvafiq orqana müraciət edərək mülkiyyətində olan daşınmaz əmlakpnı bağışlanıldığını öyrənmişdir. Bundan sonra iddiaçı Ədliyyə Nazirliyindən tutmuş bütün orqanlara öz şikayətlərini bildirmişdir. Onlardan da cavab gəlmişdir ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməlidir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. O, və qardaşı bu barədə bilsələr də, bu barədə, bacılarına iş üzrə iddiaçıya heç nə deməmişlər. Çünki iddiaçı ilə o zaman və son illərədək küsülü idilər. Bundan başqa bunu cavabdehin anasıda bilirdi o da deyə bilərdi, amma heç nə deməmişdir. Mübahisəli mənzildə atası, anası, qardaşı, o, və bacısı olmaqla dörd nəfərin payı olmuşdur. Bundan başqa bildirdi ki, o, öz payını bağışlasa da, anasının payı ona vərəsəlik yolu ilə keçmişdir. O, öz payını, qardaşının və atasının payını Cavabdeh2 bağışlamışdı. Notariusda rus dilli qadın var idı və cavabdeh özü onunla danışmışdı. Bacısı özü o vaxtda da, hazırda da kirayədə qalır. Bacısına bu barədə qardaşı ilə bu yaxınlarda söz söhbətləri olduqdan sonra o demişdir. Səbinə ilə boşanmasina səbəb də, qardaşının payına görə olmuşdur. Onnar bəşandıqdan sonra da, həmin evdə yaşamaıa davam etmişlər. Bu səbəbdən də, iddiaçıda heç bir şeydən şebhələnməmişdir. İddiaçı həmin evdə uzun illərdir yaşamadığından, ailə üzvləri ilə əlaqəsi olmadığından öz payının bağışlanıldığından xəbəri olmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etdi. Bildirmişdir ki, həmin dövrün imza nümunələri əlavə edilməmişdir. Qeyd etmişdir ki, İddiaçı, Nümayəndə və ailəsinin 2008-ci ildən Aynurun payının bağışlanması barədə məlumatı olub, Notariat kontorunda özü iştirak edib Nümayəndələ birgə. Bu neçə illər ərzində məlumatlı olub və etirazını bildirməyib. İddiaçı məhkəmədə qeyd etdiyi kimi onun və Nümayəndə boşanması ilə bağlı olan 2023-cü il iyun ayında baş vermiş Səbail məhkəməsində əmlak bölgüsü prosesindən sonra iddia qaldırıb. Bu iddia bir başa Nümayəndə tərəfindən bacısı İddiaçı olan təzyiqi nəticəsində qaldırılıb. Şəxsi maraqları naminə Nümayəndə bir pay daha özünə mənimsəmək məqsədi ilə edir və buna bəhanə olaraq saxtakarlıqla iddia qaldırır. Qeyd etmək istəyir ki İddiaçı oğlu Nurlan oğurluq üstündə 8 il iş verilib və tutsaqdır. Əlavə olaraq ikinci həyat yoldaşı Araz saxtakarlıqla, dolandırıcılıqla külli miqdarda vaxtilə insanları aldadıb, pullarını mənimsəyib və bununla məsuliyyətə cəlb edilib. Bu halları nəzərə almağı və qarşı tərəfin saxtakarlıq keçmişini bu işdə nəzərə almağı xahiş etmişdir. Qeyd etmişdir ki, iddiaçının uzun müddət onlarla əlaqəsi olmamışdır. Belə ki, iddiaçı başqa bir şəxslə evlənmək üçün evdən qaçmış və bu səbəbdən də ailəsinin iddiaçı ilə arasında narazılıq yaranmış və onunla danışmamışlar. İddiaçı uzun müddət həmin evdə yaşamamışdır. Halhazırda da yaşamır. O, həyat yoldaşından xahiş etmişdir ki, əmlakın hərəsi bir şəxsin adınadır, bu səbəbdən də hamısını öz adına keçirsin. Həyat yoldaşı Nümayəndə bundan sonra əmlakı bağışlama müqaviləsi əsasında mülkiyyətə olan payları onun adına keçirmişdir. Onu da qeyd etdi ki, bunu bütün nəsli bilirdi ki, o evi Müşviq onların birgə nikah dövründə onların pulu ilə tikilib. Onun yaxın qohumları və vəkillərdə ona deyirdilər ki, “çox təhlükəli insanın əlindəsən, ona görə də sən çalış heç olmasa ev məsələsini həll elə ki, bu insan sənin həyatında olmaqla sənə heçnə edə bilməsin”. Hətta onun xəbəri olmadan boşanma ilə məhkəməyə müraciət etmiş və sonradan məhkəmədən ona zəng edərkən bu barədə məlumat verdikdən sonra bilmişdir. Sonradan məhkəməyə gəlmiş və aralarında bağlanmış nikah pozulmuşdur. Müşfiqlə onun arasında düz üç il danışıqları olub ki, deyib ki, evi ona versin, ondan başqa heçnə istəmir. Müşfiqin bacısı iş üzrə iddiaçı birinci dəfə boşandıqdan sonra ikinci dəfə qoşulub qaçmışdır. Həmin qoşulub qaçdığı insanda dələduzluğa görə tutulmuşdur. Hətta qardaşınında on minlik malınıda götürmüşdü və onunda pulunu qaytarmamışdır. Buna görə də hətta onun bacısınıda bıçaqlamışdılar. Əvvəllər bacısı ilə münasibətləri yaxşı olmuş lakin boşanıb ikinci dəfə o insana qoşulub qaçdığı üçün nəsildə heç kim onu danışdırmamışdır. Sonradan hansısa sənədlə bağlı adına əmlakların olmasını yoxladarkən adına Suraxanı rayonunda da mənzil çıxmışdır. Sonradan bilmişdir ki, həmin ev Müşfiqin adına olub əslində isə qardaşənın evidir. Onadna evi tələb etdikdə isə O da, bildirmişdir ki, bir şərtlə qaytarar ki, hazırki evi verirsən ona. Ona bildirdi ki, qardaşı ilə aralarında mübahisə var, gedək notariusda imza etsin, onun evini qaytarsınlar. O da dedi ki, vəkilsiz o, heç yerə gedən və heç nəyə imza atası deyil. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh Bakı şəhəri 12 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə Bakı şəhəri 12 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Şəhadətnamənin surətindən görünür ki, Səbail Rayon İHB-nin xx.xx.2000-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X3 və ailə üzvləri X14, X15, Nümayəndə Aftandil oğlunun, İddiaçı mülkiyyətinə verilmişdir. DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixli MH ******* seriya nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngədə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı 205,3 kv m yaşayış, 497,3 kv m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə X4, Nümayəndə Aftandil oğlunun, X15, İddiaçı Aftandil qızının, X7 adlarına daşınma əmlakpın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 6571 nömrəli vərəqində qeydə alınmışdır. 17 sentyabr 2007-ci il tarixli etibarnamədən görünür ki, X11 bütün əmlakının idarə edilməsini, ona dair sərəncam verməyi və s hərəkətləri Nümayəndə Aftandil oğluna etibar etmişdir. Etibarnamə 20 il müddətinə verilmişdir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə veril bilər. 04 dekabr 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 28 noyabr 2006-cı il tarixdə vəfat etmiş X1 vərəsəsi oğlu X9 və miras əmlak Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngə, hüquq müəyyənedici sənəd üzrə 0.06 ha torpaq sahəsi üzərində yerləşən 10 nömrəli fərdi yaşayış evinin 1/5 hissəsindən ibarətdir. 04 dekabr 2007-ci il tarixli müqavilədə göstərilmişdir ki, İddiaçı, X20 öz əvəzinə və xx.xx.2007-ci il tarixində Bakı şəhəri 15 saylı dövlət Notariat Kontoru tərəfindən E- 85/34181№-li reyestrdə qeydə alınmış etibarnamə əsasında X19, xx.xx.2007-ci il tarixdə 19 saylı Notariat Kontoru tərəfindən 7E-39-19620 №-li reyestrdə qeydə alınmış etibarnamə əsasında X6 əvəzinə hərəkət edərək Cavabdeh2 arasında müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən İddiaçı, X20 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngə, hüquq müəyyənedici sənəd üzrə 0.06 ha torpaq sahəsi üzərində yerləşən 10 nömrəli fərdi yaşayış evini Cavabdeh2 bağışlamışlar. DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngədə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı 205,3 kv m yaşayış, 497,3 kv m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Nümayəndə Aftandil oğlunun 1/5 hissə, Cavabdeh2 4/5 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 6571 nömrəli vərəqində qeydiyyata alınmışdır. ƏMDX DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən onun adına daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı Aftandil qızı tərəfindən Cavabdeh2 ünvanlanmış məktubdan görünür ki, İddiaçı Cavabdeh2 mənzilin ona məxsus 1/5 hissəsinin xəbəri olmadan sonuncun adına keçirildiyini bildirmiş və qeyd edilən mənzilin 1/5 hissəsinin İddiaçı adına keçirilməsini xahiş etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şosesi, 2-ci döngə, ev 10 ünvanında olan fərdi yaşayış evi onun yerləşdiyi 0,06 ha torpaq sahasi Səbail Rayon İcra Hakimiyyətinin başçısının 89 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamına, JN-5139D nömrəli xx.xx.2002-ci İİ tarixli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və eskiz layihəyə əsasən ümumibirgə əsaslarla X5, Nümayəndə, İddiaçı, X16 və X2 adlarına qeydiwata alınmışdır. Həmçinin bildirilmişdir ki, sözügedən əmlakın 4/5 hissəsi Bakı şəhəri 12 saylı natariat kontorunun xx-xx-1039 reyestr nömrəli xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh1 xx-xx-1039 reyestr nömrəli xx.xx.2007-ci il tarixli bağışlama və 2V-2-423 reyestr nömrəli xx.xx.2007-ci il tarixli "qanun üzrə vərəsəli hüququ haqqında şəhadətnamə”yə əsasən 1/5 hissə isə Nümayəndə adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2024-cü il tarixli 3-16-16/2-4/148 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmişş 04 dekabr 2007-ci il tarixli müqavilənin “İmzalar” qrafasındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Eyni Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Beləliklə, işin halları ilə müəyyən edilmişdir ki, Səbail Rayon İHB-nin xx.xx.2000-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X3 və ailə üzvləri X14, X15, Nümayəndə Aftandil oğlunun, İddiaçı mülkiyyətinə verilmişdir. Daha sonra 04 dekabr 2007-ci il tarixdə X20 öz əvəzinə və xx.xx.2007-ci il tarixində Bakı şəhəri 15 saylı dövlət Notariat Kontoru tərəfindən E- 85/34181№-li reyestrdə qeydə alınmış etibarnamə əsasında X17, xx.xx.2007-ci il tarixdə 19 saylı Notariat Kontoru tərəfindən 7E-39-19620 №-li reyestrdə qeydə alınmış etibarnamə əsasında X6 əvəzinə hərəkət edərək öz payını, adı çəkilən şəxslərin payını bağışlama müqaviləsi əsasında Cavabdeh2 bağışlamışdır. Həmçinin İddiaçı Aftandil qızının payı da Cavabdeh2 bağışlanmışdır. İşin hallarında və tərəflərin izahatlarından göründüyü kimi həmin müqavilənin bağlanılmasında İddiaçı iştirak etməmiş, ekspert rəyi ilə müqavilədəki imzanın ona aid olmadığı, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edilmişdir. Beləliklə, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiaçının iddia tələbi əsaslı olmuşdur. Məhkəmə xatırladır ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. əqdin bağlanması üçün onu bağlayan tərəflərin iradə ifadəsi zəruridir. Göründüyü kimi müqavilə onun bağlayan şəxs kimi qeyd edilən hazırkı halda iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanmamış, beləliklə əqd qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır. Məhkəmə həmçinin cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münsibətdə qeyd edir ki, həm cavabdehin, həm də iddiaçının nümayəndəsinin izahatından göründüyü kimi iddiaçının uzun müddət ailəsi ilə əlaqəsi olmamış, onlarla danışmamış və eyni zamanda mübahisəli evdə yaşamamışdır. Bu səbəbdən də iddiaçının onun adından bağışlama müqaviləsinin imzalanması və mülkiyyətində olan daşınmaz əmlakın başqa şəxsin adına keçirilməsi barədə məlumatının olmasına dair cavabdeh bildirdiklərini əsassız hesab edir. Məhkəmə xatırladır ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.Hazırkı halda iş materiallarından müəyyən edildiyi kimi iddiaçıya ƏMDX DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə arayış verilərək İddiaçı adına daşınmaz əmlak aşkar edilmədiyi bildirilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2007-ci il tarixli notariat bağışlama müqaviləsi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngə hüquqmüəyyənedici sənəd üzrə 0,06 torpaq sahəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin 1/5 hissəsinin İddiaçı tərəfindən Cavabdeh2 bağışlanması hissəsində etibarsız hesab edilməli, həmin müqavilə əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən, (Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngə hüquqmüəyyənedici sənəd üzrə 0,06 torpaq sahəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin 1/5 hissəsinə münasibətdə) aparılmış ********** saylı qeydiyyat və həmin qeydiyyata əsasən Cavabdeh2 adına verilmiş xx.xx.2008-ci il tarixli, **********02-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə məhkəmə məsrəfi olan 126 (yüz iyirmi altı) manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X12, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2007-ci il tarixli notariat bağışlama müqaviləsi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngə hüquqmüəyyənedici sənəd üzrə 0,06 torpaq sahəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin 1/5 hissəsinin İddiaçı tərəfindən Cavabdeh2 bağışlanması hissəsində etibarsız hesab edilsin. Həmin müqavilə əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən, (Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngə hüquqmüəyyənedici sənəd üzrə 0,06 torpaq sahəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin 1/5 hissəsinə münasibətdə) aparılmış ********** saylı qeydiyyat və həmin qeydiyyata əsasən Cavabdeh2 adına verilmiş xx.xx.2008-ci il tarixli, **********02-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 126 (yüz iyirmi altı) manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X12, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar