Məhkəmə qərarları › İş №2(004)-2557/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2557/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2557/2021 10.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2-nin nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı İsrafı̇ lova Əzı̇ mə Əmı̇ rəli qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2-yə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRXİ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi və DƏDRXİ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsi cəlb edilməklə ipoteka müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İsrafı̇ lova Əzı̇ mə Əmı̇ rəli qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2-yə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRXİ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi və DƏDRXİ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsi cəlb edilməklə ipoteka müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 ilə Cavabdeh2 arasında bağlanmış, 14.10.2014-cü il tarixli **********58114 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və girov qoyulmuş Qusar şəhəri Əzizbəyov küçəsindəki 186 saylı mənzilin yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı İsrafı̇ lova Əzı̇ mə Əmı̇ rəli qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qusar rayon sakini Cavabdeh1 14.10.2014-ci il tarixli **********58114 saylı "Kredit müqaviləsi ilə öz evinin təmiri üçün illik 19% olmaqla 48 ay müddətinə 18200 USD məbləğində kredit almışdır. Daha dəqiqi həmin kredit alanın dediyinə görə o USD ilə deyil manatla kredit almışdır. Sonradan dollar qalxandan sonra bilib ki, USD ilə kredit verilib və gecikməyə düşüb. Onun bu hadisələrdən xəbəri olmamışdır. Həyat yoldaşı X5 ona və ona məxsus RX seriyalı ******* nömrəli ÇİXARİŞ-la onlara məxsus Qusar şəhəri Əzizbəyox küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 89 kv.metr ümumi, sahəsi olan 3 otaqlı 186 nömrəli fərdi yaşayış evini Bank qarşısında yüklü etmişdir. Bu evi onlar birgə nikah dövründə almışdırlar. Nikahları 25.08.1989-cu il tarixdə Qusar rayonunda qeydə alınmışdır. Onun birgə nikah dövründə alınmış evin girov qoyulmasından xəbəri olmamışdır. Heç bir işdən indiyənədək ona məlumat verilməmişdir. Qeyd olunan mübahisə predmetini birgə nikah dövründə əldə etmişlər. Yəni notariat kontorunda ipoteka müqaviləsi necə rəsmiləşdirilib onun xəbəri olmayıb. Bundan əlavə ümumiyyətlə həmin müqavilənin surətini evdə yoldaşının sənədlərindən tapmışdır. Ehtimal edir ki, müqavilə bağlanarkən onun adından ərizə verilib, lakin bildirir ki, onun həmin ərizədən xəbəri olmayıb. Daha doğrusu Notariat kontorlarında aldığı məsələhətə görə onun ərizəsi olmasaydı müqavilə bağlanmazdı. Bu səbəbdən ehtimal edir ki, ola bilər ki, müqavilə bağlanarkən işə ərizə qoyulub lakin həmin ərizədəki imza ona məxsus deyil. İpoteka müqaviləsi bağlanarkən o notariat kontoruna dəvət olunmamış və razılıq ərizəsi verməmişdir. Əgər ərizə olsa belə onun tərəfindən imzalanmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2-nin nümayəndəsi və vəkili X12 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh2-nin cavabdehlərə qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbi ilə bağlı məhkəmə araşdırmaları olmuş, Qusar Rayon Məhkəməsinin 05.09.2019-cu il tarixli, 2(029)-38/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Bugünədək iddiaçı tərəf həmin qətnaməni mübahisələndirməmişdir. Hazırki iddiaçının belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməsi banka ipotekaya qoyulmuş evin üzərinə tutmanın yönəldilməsi haqqında Qusar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin icrasını ləngitmək məqsədi daşıyır. Odur ki, məhkəmədən iddia tələbi tam əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRXİ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və DƏDRXİ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsinə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında iştirak etməmiş və nümayəndəslərinin iştirakını təmin etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRXİ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin və DƏDRXİ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: JQ 312005 saylı 25 avqust 1989-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 25 avqust 1989-cu il tarixdə nikaha daxil olmuş və bu barədə 17 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada İsrafilova soyadı verilmişdir. 14.10.2014-cü il tarixli, **********58114 saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 48 (qırx səkkiz) ay müddətinə, illik 19% (on doqquz faiz) ödəmək şərtilə 18200 (on səkkiz min iki yüz) ABŞ Dolları məbləğində kredit verilmişdir. 14.10.2014-cü il tarixli **********58114/ip saylı İpoteka müqaviləsindən görünür ki, 14.10.2014-cü il tarixli **********58114 saylı Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə ASC "Xalq” Bankı ilə X6 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Qusar şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin və həmir torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, 89 kv.m. ümumi, 45,7 kv.m yaşayış, 43,3 kv.m yardımçı sahəsi olan 186 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX Seriyalı, ******* nömrəli qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi **********06-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi olmaqla, 17.09.2014-cü il tarixdə mülkiyyət hüququ əsasında X2 adına qeydiyyatdan keçmişdir. Qusar Rayon Notariat Ofisinin 14.10.2014-cü il tarixli 3M-159 reyestr nömrəli ipoteka müqaviləsinə dair notariat işinin materiallarından görünür ki, 14 oktyabr 2014-cü il tarixli, 7E/05/4873 reyestr nömrəli ərizə ilə X3 birgə nikah dövründə əldə etdiyi, Qusar şəhəri Əzizbəyov küçəsindəki 186 saylı fərdi yaşayış evinin banka ipotekaya qoyulmasına razılıq vermişdir. Yasamal Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli, 2 (004)-2557/2021 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 4/1278 saylı, 04.10.2021-ci il tarixli ekspert rəyi ilə İddiaçı adına olan 14 oktyabr 2014-cü il tarixli, 7E/05/4873 reyestr nömrəli ərizədə olan imzanın İddiaçı məxsusluğu müəyyən olunmuşdur. Qusar Rayon Məhkəməsinin 05.09.2019-cu il tarixli, 2(029)-38/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək, 14.10.2014-cü il tarixli **********58114/ip Ns-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və mülkiyyət hüququ ilə cavabdeh X4 məxsus Qusar şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 0.04 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, 89 kv.m. ümumi, 45,7 kv.m yaşayış, 43,3 kv.m yardımçı sahəsi olan 186 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin hərracda satılması və 14.10.2014-cü il tarixli **********58114 N°-li kredit müqaviləsi üzrə borclu Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankı qarşısında 15627,10 ABŞ Dolları əsas borc, 7562,52 ABŞ Dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 13.02.2019-cu il tarixinədək hesablanmış: 500 (beş yüz) ABŞ Dollar-məbləğində penya, kreditin müddətinin bitmə tarixindən (13.10.2018ci il) iddia ərizəsinə 13.02.2019-cu il tarixli dəyişikliyin məhkəməyə verilməsi tarixinədək illik 5 (beş) faiz dərəcəsi ilə faizlər şəklində hesablanmış 246,84 (iki yüz qırx altı dollar səksən dörd sent) ABŞ Dolları məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 23936,46 ABŞ Dolları və 13.02.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 21 (iyirmi bir) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlər X1 və İddiaçı birgə qaydada iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, ipoteka predmeti olan cavabdeh X4 Qusar şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, 89 kv.m. ümumi, 45,7 kv.m yaşayış, 43,3 kv.m yardımçı sahəsi olan 186 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 48000.00 (qırx səkkiz min) manat müəyyən edilməsi, İpoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində X4 məxsus Qusar şəhəri, M.Əzizbəyov küçəsi 189 saylı fərdi yaşayış evinin boşaldılması və orada yaşayan X2 həmin fərdi yaşayış evindən çıxarılması, iş üzrə 445 manat təşkil edən ekspertiza xərcinin cavabdehlər X1 və İddiaçı birgə qaydada tutulmaqla 150 (bir yüz əlli) manatın "xxxx" MMC-nin hesabına və 295 (iki yüz doxsan beş) manat isə Məhkəmə Eekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Qusar Rayon Məhkəməsinin 05.09.2019-cu il tarixli, 2(029)-38/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi qismən təmin edilərək, 14.10.2014-cü il tarixli **********58114/ip Ns-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və mülkiyyət hüququ ilə cavabdeh X4 məxsus Qusar şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 0.04 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, 89 kv.m. ümumi, 45,7 kv.m yaşayış, 43,3 kv.m yardımçı sahəsi olan 186 saylı fərdi yaşayış evinə tutma yönəldilsin, ipoteka predmeti ^hərracda satılsın və 14.10.2014-cü il tarixli **********58114 N°-li kredit müqaviləsi üzrə borclu Cavabdeh1 cəmi 23936,46 (iyirmi üç min doqquz yüz otuz altı dollar qırx altı sent) ABŞ Dolları və 13.02.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 21 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş cavabdehlər xərclər X1 və İddiaçı birgə qaydada iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, İpoteka predmeti olan cavabdeh X4 Qusar şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, 89 kv.m. ümumi, 45,7 kv.m yaşayış, 43,3 kv.m yardımçı sahəsi olan 186 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 48000.00 (qırx səkkiz min) manat müəyyən edilməsi, İpoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində X4 məxsus Qusar şəhəri, M.Əzizbəyov küçəsi 189 saylı fərdi yaşayış evinin boşaldılması və orada yaşayan X2 həmin fərdi yaşayış evindən çıxarılması, iş üzrə 445 (dörd yüz qırx beş) manat təşkil edən ekspertiza xərcinin cavabdehlər X1 və İddiaçı birgə qaydada tutulmaqla 150 (bir yüz əlli) manat "xxxx" MMC-nin hesabına və 295 (iki yüz doxsan beş) manat isə Məhkəmə Eekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı həyat yoldaşı X2 birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlaka dair ipoteka müqaviləsi bağlayarkən razılıq ərizəsi vermədiyini, verilmiş olduğu halda həmin razılıq ərizəsindəki imzanın ona məxsus olmamasını əsas gətirərək ipoteka müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi barədə iddia tələbi irəli sürmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunverciliyinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Odur ki, müvafiq qətnamələr məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Yasamal Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli, 2(004)-2557/2021 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 4/1278 saylı, 04.10.2021-ci il tarixli ekspert rəyi ilə İddiaçı adına olan 14 oktyabr 2014-cü il tarixli, 7E/05/4873 reyestr nömrəli ərizədə olan imzanın ona məxsusluğu müəyyən olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, ipoteka müqaviləsinin etibarsızlığı üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Araşdırma zamanı iddiaçının həyat yoldaşı X6 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 14.10.2014-cü il tarixli ipoteka müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə 126 (yüz iyirmi altı) manat məbləğində olan ekspertiza xərci iddiaçı İsrafı̇ lova Əzı̇ mə Əmı̇ rəli qızından tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İsrafı̇ lova Əzı̇ mə Əmı̇ rəli qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2-yə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRXİ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi və DƏDRXİ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsi cəlb edilməklə ipoteka müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 126 (yüz iyirmi altı) manat məbləğində olan ekspertiza xərci iddiaçı İsrafı̇ lova Əzı̇ mə Əmı̇ rəli qızından tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar