Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2568/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlisoy Züleyxa Səlim qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil Möhlüd oğlunun, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Hümmətova Sevı̇ nc Talıb qızının və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bədı̇ rli Kənan Balaqardaş oğlunun cavabdeh Hümmətova Sevı̇ nc Talıb qızına qarşı "müqavilənin ləğv edilməsi tələbinə dair" ilkin və iddiaçı Hümmətova Sevı̇ nc Talıb qızının cavabdeh Bədı̇ rli Kənan Balaqardaş oğluna qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Bədı̇ rli Kənan Balaqardaş oğlu cavabdeh Hümmətova Sevı̇ nc Talıb qızına qarşı "müqavilənin ləğv edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 19.05.2020-ci il tarixində 32 saylı notariat kontorunda bağlanmış və reyestrdə 3M-243 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırışdır ki, 19.05.2020-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində Sevinc Talib qızı ilə aralarında formal olaraq bağlanmış kredit müqaqviləsinə əsasən, guya iddiaçı ona 20000 manat pul borc vermişdir. Hesab edir ki, 19.05.2020-ci il tarixli kredit müqaqviləsi formal olaraq bağlandığından ləğv edilməlidir. Belə ki, Cavabdeh Talib qızı onun keçmiş həyat yoldaşı X3 xalasıdır. 2020-ci ilin may ayının əvvəllərindən başlayaraq keçmiş həyat yoldaşı ilə münasibətləri kəskin pisləşdiyindən nikahı pozdurmaq qərarına gəlmiş, lakin əmlak bölgüsü ilə bağlı aralarında mübahisə olduğundan S.Bədirli Qeydiyya şöbəsinə getməkdən imtina etmişdir. Həmin vaxt Cavabdeh Talib qızının əmlak mübahisəsinə müdaxiləsi nəticəsində keçmiş həyat yoldaşına 60000 manat verməsi ilə bağlı razılıq əldə edilmişdir və o, öz mülkiyyətində olan torpaq sahələrini, (üzərindəki tikili ilə birgə) Cavabdeh tanışının adına alqı-satqı müqaviləsi ilə rəsmiləşdirmiş (pulunu Cavabdeh və keçmiş həyat yoldaşı Bədirli Sevdaya verməklə), S.Bədirliyə cəmi 6000 manat borcu qalmışdır. Qalıq 6000 manat borcu ödəməyə isə heç bir imkanın olmadığından sui-istifadə edən Cavabdeh ona 6000 manat borcu, müqavilədə 20000 manat göstərilməklə verə biləcəyini bildirmiş, o isə məcbur olub razılaşdığından, həmin formal müqavilə üzrə Cavabdeh tərəfindən hesaba qoyulmuş 20000 manatı hesabdan çıxarıb 14000 manatını ona geri qaytarmaqla, 6000 manatını da keçmiş həyat yoldaşına vermişdir. S.Bədirli ilə əmlak mübahisəsi həll olunduğundan 16.06.2020-ci il tarixdə nikahları pozulmuşdur. Göründüyü kimi, cavabdehlə hər hansı bir iş birliyinin olmadığı, həmçinin, doğma bacısı qızı ilə boşanacağı bir ərəfədə, heç bir girov olmadan ona 20000 manat pulu borc verməsi inandırıcı da deyildir. Tərəfindən cavabdehə müqaqvilənin ləğv edilməsindən ötrü 23.02.2021-ci il tarixdə təklif göndərməsinə, aldığı 6000 manat pulu qaytarmasına baxmayaraq, cavabdeh müqavilənin ləğv edilməsinə razılıq vermir. Bu səbəbdən müqavilənin ləğv edilməsindən ötrü məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə prosesinin gedişatında Hümmətova Sevı̇ nc Talıb qızı cavabdeh Bədı̇ rli Kənan Balaqardaş oğluna qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş 14000 manat maddi, 5000 manat mənəvi zərərin və 30 manat rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 01.03.2019-cu il tarixdə bacısı qızı X5 ilə İddiaçı arasında nikah bağlanması qeydə alınmışdır. Təxminən 1-2 ay sonra Kənan müxtəlif bəhanələrlə, yəni işə düzəlmək üçün, ev tiktirmək üçün, torpaq sahələrinin alınması üçün, bundan başqa maşın alıb onu yığdırmaq üçün və sairə məqsədləri üçün ondan ümumilikdə 71000 manat pul borca almış, ən qısa müddətdə işə düzəlib aldığı pulu geri qaytaracağına söz vermişdir. Ailənin bir üzvü sayıldığına görə ona inanmışdır. Təxminən 1 il sonra məlum olmuşdur ki, Kənan dələduzluq və alfonsluqla yaşayır. Ona görə də ona borca verdiyi pulları qaytarmasını tələb etmiş və artıq bacısı qızı ondan boşanacağını bidirmişdir. O, da qısa vaxt ərzində pulları qaytaracağına söz vermiş və həmin pula 2 torpaq sahəsi, mercedes markalı avtomobil aldığını və Sərhəd Qoşunlarında yüksək vəzifəyə işə düzəlmək üçün 15000 manat pul verdiyini bildirmiş, həmin 2 torpaq sahəsinin çıxarışlarını və mercedes markalı avtomobili həyətə qoymuş, sənədləri və maşının açarını ona təhvil verib ondan polisə şikayət etməməsini xahiş etmişdir. Lakin bir müddət keçdikdən sonra anlamışdır ki, Kənan onu yenə də aldadir. Ona görə də 27.04.20ci il tarixdə Yasamal RPİ-nə bu barədə şikayətlə müraciət etmişdir. Bundan sonra torpaqlari və maşını sata bilmədiyi üçün Kənan ona torpaqlari bacısı qızınin adina, maşını isə onun adına keçirmiş və kredit müqaviəsi bağlayıb 2 ay müddətinə qalan 20000 manat pulu ödəyəcəyini bildirmişdir. 18.05.20-ci il tarixdə həmin torpaqları 41000 manata satdıqdan və maşını da 10000 manat qiymətləndirildikdən sonra 19.05.20-ci il tarixdə Bakı şəhər 32 saylı notarus dəvət edib yerdə qalan 20000 manat borcunu 2 ay müddətində ödəyəcəyini ona inandırmaq və arxayın etmək üçün sözü gedən müqaviləni rəsmiləşdirmişdir. Deməli Kənanın niyyəti bu müqaviləni bağlamaqla onu bir daha aldatmaq imiş. Ona görə də müqavilədən sonra 6000 manat pulu ödəmiş, yerdə qalan 14000 manatı isə qaytarmaq fikri yoxdur və bu müqavilə ilə öz dələduzluq əməlini örtbasdir etməkdədir. Məhkəmə iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil Möhlüd oğlu ilkin iddia ərizəsini müdafiə edərək məhkəmədən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Hümmətova Sevı̇ nc Talıb qızı və onun nümayəndəsi X4 ilkin iddia tələbini qəbul etməyərək, rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 324, 385.1-386.1, 421.2-ci, 739.1 və 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş borcverən Hümmətova Sevı̇ nc Talıb qızı ilə borcalan Bədı̇ rli Kənan Balaqardaş oğlu arasında imzalanmış və Bakı şəhəri 32 saylı mərkəzində Notariat kontoru tərəfindən təsdiqlənərək reyestrdə 3M-243 nömrə ilə qeyd edilmiş 19.05.20-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bocverən borcalana 31.07.20-ci il tarixədək qaytarılmaq şərti ilə 20.000 manat məbləğində borc vermişdir. İş materiallarında olan 23.02.2021-ci il tarixli “pretenziyadan görünür ki, Bədı̇ rli X1 Sevı̇ nc Talıb qızına müraciət edərək, 19.05.20-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsinə razılıq verilmsini təklif etmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət edərək, kredit müqaviləsi formal olaraq bağlandığına görə Hümmətova Sevı̇ nc Talıb qızı ilə aralarında imzalanmış 19.05.20-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Buna baxmayaraq, iddiaçı tələbini əsaslandırmaq üçün iddia ərizəsinə heç bir mötəbər sübut əlavə etməmiş, həmçinin, məhkəmə baxışı zamanı məhkəməyə təqdim edə bilməmişdir. Habelə, iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ilkin iddia iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə müraciət edərək, dəymiş 14000 manat maddi, 5000 manat mənəvi zərərin və 30 manat rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Habelə, Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bununla yanaşı, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi dəymiş maddi ziyanın tutulması hissəsində təmin edilərək, cavabdeh Bədı̇ rli Kənan Balaqardaş oğlundan 14000 manat tutularaq, iddiaçı Hümmətova Sevı̇ nc Talıb qızının xeyrinə ödənilməli, dəymiş 5000 manat mənəvi zərərin cavabdehdən tutulması hissəsində iddia tələbi kifayət qədər əsaslandırılmadığından və bunu təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu özünə aid edilməli, qarşılıqlı iddia tələbi təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bədı̇ rli Kənan Balaqardaş oğlunun cavabdeh Hümmətova Sevı̇ nc Talıb qızına qarşı "müqavilənin ləğv edilməsi tələbinə dair" ilkin iddiası təmin edilməsin. İlkin iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh Bədı̇ rli Kənan Balaqardaş oğlundan 19.05.20-ci il tarixli kredit müqaviləsinə əsasən 14000 (on dörd min) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Hümmətova Sevı̇ nc Talıb qızının xeyrinə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2568/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2568/2021
04.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver