Məhkəmə qərarları › İş №2(004)-2570/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2570/2021

02.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2570/2021 02.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, cavabdehin onun bağ sahəsinə bitişik torpaq sahəsi var idi. O iddiaçıya bildirmişdir ki, həmin sahəni satmaq istəyir. Onda həmin sahəyə qarşı maraq yarandı və o 750 min dollar qarşılığında həmin sahəni satın almışdır. Qarşı tərəf bildirdi ki, torpağın sənədlərini alıb ona verəcək. Lakin sonra o sənədi ala bilməmişdir və cavabdeh ona 3 ay müddətinə etibarnamə verdi. Sonralar o, sənəd ala bilmədiyi üçün dəfələrlə cavabdehə müraciət etmişdir ki, torpağın pulunu qaytarsın, lakin o bildirdi ki, kredit borcu var imiş və pulu onun ödənilməsinə sərf edib. Belə qərara gəlmişlər ki, cavabdeh özü sənədləri düzəldib onun adına keçirtsin. Ondan sonra qarşı tərəf dedi ki, ona sənədləri düzəltmək üçün 50-55 min manat pul lazımdır. O, bildirmişdir ki, o torpağın çıxarışını alsın, sonra alqı-satqı eləyərkən o pulu ona verəcək. Həqiqətən də onlar notariusa getmiş və həmin müqaviləni bağlamışlar, lakin nə notariusda, nə də ondan kənarda cavabdeh ona pul verməyib. Lakin bu günə qədər torpağın sənədlərini ona düzəldib verə bilməmişdir. Lakin nə o çıxarışı ala bildi, nə də iddiaçı pulu verməmişdir. Müqavilə icra olunmamış qalmışdır. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə onun Cavabdeh qarşı 14.04.2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Ona görə də hazırki mülki iş üzrə iddia ərizəsinin araşdırılması və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı, 06.11.2018-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair ilkin iddia ərizəsi qismən edilmiş, qarşılıqlı iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı 14.04.2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsinə dair qarşılıqlı iddia ərizəsi isə təmin edilməmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 21.02.2019-cu il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı, 06.11.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.07.2019-cu il tarixli, 2(102)-4780/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 21.02.2019-cu il tarixli qətnaməsi dəyişdiirlmədən saxlanmışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 06.11.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, məhkəmə tərəflər arasında bağlanmış 14.04.2016-cı il tarixli kredit müqaviləsinin ləğvi tələbinə Azərbaycan Respublikası MM-nin 421-422-ci maddələrinə istinad etməklə artıq baxmış və həmin tələb təmin edilməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində qanuni qüvvəsini almış qətnamə olduğundan mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən isə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar