Məhkəmə qərarları › İş №2(004)-2579/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2579/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2579/2020 05.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta ödənişinin əsassız varlanmış şəxslərdən geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta ödənişinin əsassız varlanmış şəxslərdən geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus olan və “xxxxxxxxxxxxx” ASC tərəfindən sığortalanmış “Mercedes Benz E200” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq ödənilmiş 1550 manat sığorta ödənişi, ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 1580,40 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “xxxxxxxxxxxxx” ASC -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, "xxxxxxxxxxxxx" ASC-də xx xxxxxxxx 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış X4 idarə etdiyi "Hyundai Santa FE" markalı 90NM813 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxxxx 2018-ci il tarixdə Bakı şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 qızma məxsus olan və Cavabdeh2 tərəfindən idarə olunan "Mercedes Benz E 200 CDİ" markalı 90UT003 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhər DYPİ-nin xx.xx.2018-ci il tarixli TP ******* saylı qərarına əsasən "Hyundai Santa FE" markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Törədilmiş inzibati xətaya əsasən "xxxxxxxxxxxxx" ASC tərəfindən dəymiş zərərə görə Cavabdeh1 qızma 1.550 manat sığorta ödənişi verilmişdir. X1 şikayət verərək Bakı şəhəri DYPİ MEB YPX baş inspektor, polis baş leytenantı X2 xx.xx.2018-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında tərtib etdiyi qərarının ləğv edilməsini xahiş etmişdir. Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 3(001)-3943/2018 nömrəli qərarında X4 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməsi öz təsdiqini tapmamış, onun barəsində inzibati iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 3(103)-2430/2019 nömrəli qərarı ilə Bakı şəhər BPİ DYPİ-nin rəisi Nuşrəvan Səfərov apellyasiya şikayəti şikayət təmin olunmamış, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 3(001)- 3943/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qərarları ilə X4 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirsiz olduğu anlaşılır. X6 təqsirsiz olduğuna görə ödənilmiş 1.550 manat sığorta ödənişi iddiaçıya geri qaytarılmalıdır. “xxxxxxxxxxxxx” ASC cavabdehlərə geriyə tələb (subroqasiya) məktubu göndərsə də, cavabdehlər müvafiq sığorta ödənişi məbləğini ödəməmişlər. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxxxxxxxxxxx" ASC-də xx xxxxxxxx 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış X4 idarə etdiyi "Hyundai Santa FE" markalı 90NM813 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxxxx 2018-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 qızma məxsus olan və Cavabdeh2 tərəfindən idarə olunan "Mercedes Benz E 200 CDİ" markalı 90UT003 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhər DYPİ-nin xx.xx.2018-ci il tarixli TP ******* saylı qərarına əsasən "Hyundai Santa FE" markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Törədilmiş inzibati xətaya əsasən "xxxxxxxxxxxxx" ASC tərəfindən dəymiş zərərə görə Cavabdeh1 qızma 1.550 manat sığorta ödənişi verilmişdir. X1 şikayət verərək Bakı şəhəri DYPİ MEB YPX baş inspektor, polis baş leytenantı X2 xx.xx.2018-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında tərtib etdiyi qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 3(001)-3943/2018 nömrəli qərarı ilə X4 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməsi öz təsdiqini tapmamış, onun barəsində inzibati iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 3(103)-2430/2019 nömrəli qərarı ilə Bakı şəhər BPİ DYPİ-nin rəisi Nuşrəvan Səfərov apellyasiya şikayəti şikayət təmin olunmamış, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 3(001)- 3943/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2017-ci il tarixli ƏN-İV 300988 nömrəli nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamə ilə müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz E200” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixadək Cavabdeh2 etibar edilmişdir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Məhkəmənin qərarları ilə X4 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirsiz olduğu sübuta yetirildiyinə görə “Mercedes Benz E200” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə Cavabdeh1 ödənilmiş 1.550 manat vəsait geri qaytarılmalıdır. İddia tələbi digər Cavabdeh2 qarşı olan hissədə rədd edilməlidir. Çünki, 1.550 manat vəsait sığorta ödənişi Cavabdeh1xx.xx.2018-ci il tarixli 04580 nömrəli ödəniş tapşırığına əsasən məhz Cavabdeh1 ödənilmişdir. X4 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirsiz olduğuna görə, "xxxxxxxxxxxxx" ASC-nin hesabına Cavabdeh1 əsassız varlanmışdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 xx.xx.2018-ci il tarixli 04580 nömrəli ödəniş tapşırığına əsasən verilmiş 1.550 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.580 manat pul Cavabdeh1 tutularaq iddiaçı “xxxxxxxxxxxxx” ASC-yə ödənilməlidir. İddia tələbi - Cavabdeh2 qarşı hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2018-ci il tarixli 04580 nömrəli ödəniş tapşırığına əsasən verilmiş 1.550 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.580 (bir min beş yüz səksən) manat pul Cavabdeh1 tutularaq iddiaçı “xxxxxxxxxxxxx” ASC-yə ödənilsin. İddia tələbi - Cavabdeh2 qarşı hissəsində rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar