Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2587/2021 19.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişinin və dəbbə pulunun verilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişinin və dəbbə pulunun verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, fiziki şəxs Verdiyeva Şövkət Həsən qızı ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli BA 66605 nömrəli sığorta müqaviləsinə əsasən sığortalanmış Verdiyeva Şövkət Həsən qızına məxsus olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka xx.xx.2017-ci il tarixdə baş vermiş yanğın nəticəsində vurulmuş zərərə görə hesablanmış 43.900 manat sığorta ödənişindən 439 manat azadolma və ödənilmiş 10.044 manat çıxıldıqdan sonra, qalan 33.400 manat sığorta ödənişinin və qətnamə qəbul edilən günə qədər hər gün üçün sığorta ödənişinin ödənilməmiş hissəsinin 0,1 faizi qədərində dəbbə pulunun “xxxx” ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədlərı araşdıraraq müəyyən etdim ki, İddiaçı iddia ərizəsi geri qaytarılmalıdır. Çünki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu və 150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı iddia ərizəsində Verdiyeva Şövkət Həsən qızına vurulmuş maddi ziyanın tələb etmək hüququnun ona ötürülməsini təsdiq edən müqaviləni, yəni Mülki Məcəllənin 194-cü maddəsinin tələbinə uyğun olaraq Verdiyeva Şövkət Həsən qızı ilə İddiaçı arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş yazılı müqaviləni, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın Verdiyeva Şövkət Həsən qızına məxsus olmasını, Verdiyeva Şövkət Həsən qızı ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli BA 66605 nömrəli sığorta müqaviləsini (şəhadətnamə), xx.xx.2017-ci il tarixdə Verdiyeva Şövkət Həsən qızına məxsus olduğu qeyd olunan şirniyyat sexində yanğın baş verməsini və yanğın zamanı Ş.Verdiyevaya 43.900 manat məbləğində maddi zərər dəyməsini təsdiq edən qüsur aktı, smeta və sair sənədləri, həmçinin “xxxx” ASC-nin xx.xx.2017-ci il tarixdə baş vermiş yanğın zamanı dəymiş zərərə görə sığota ödənişini verməkdən imtina etməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli 1444 nömrəli məktubu ilə Verdiyeva Şövkət Həsən qızının xx.xx.2020-ci il tarixli müraciətinə cavab verilərək bildirilmişdir ki, Verdiyeva Şövkət Həsən qızına məxsus olan ünvan 1 ünvanda yerləşən şirniyyat sexində xx.xx.2017-ci il tarixdə baş verən yanğın ilə bağlı Azərbaycan Respublikası FHN-nin Əməliyyat İstintaq İdarəsinin qəbul etdiyi yekun qərar “xxxx” ASC-yə təqdim edilməmişdir. Nəzərinə çatdırılmışdır ki, Verdiyeva Şövkət Həsən qızına qeyd edilən sığorta hadisəsinə görə “xxxx” ASC tərəfindən 3918/FS/CFİ-0183/2017 saylı sığorta aktına əsasən 10.044,08 manat sığorta ödənişi verilmişdir. Həmçinin Verdiyeva Şövkət Həsən qızının fərdi sahibkarlıq statusunun olub-olması barədə sənəd iddia ərizəsinə əlavə edilməyib. Verdiyeva Şövkət Həsən qızı sığortalandığı iddia edilən daşınmaz əmlakda (şirniyyat sexində) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda, iddia tələbi kommersiya məhkəməsinə müraciət edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu və 150-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyinə və iddiaçı iddia ərizəsinə lazımı olan sübutlar əlavə etmədiyi, iddia ərizəsində iddiaçının öz tələblərini əsaslandırdığı hallar və mübahisənin düzgün həll edilməsi üçün məlumatlar tam göstərilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 151.1, 152, 152.1.1, 263- 264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişinin və dəbbə pulunun verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2587/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2587/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver